Month: May 2020

  • Как COVID-19 “пробрался” в азербайджанскую колонию – отвечает Пенитенциарная служба

    В Азербайджане у 33 заключенных выявлен коронавирус COVID-19. Тесты на коронавирус были взяты у сотрудников и заключенных в пенитенциарных учреждениях, включая и Исправительное учреждение №13.

    “Заключенные были немедленно помещены в специализированное медицинское учреждение Пенитенциарной службы, предпринимаются меры по их лечению. В настоящее время они находятся под врачебным контролем”, – заявил Media.Az начальник отдела по связям с общественностью Службы Мехман Садыгов.

    По его словам, в условиях распространения эпидемии свидания заключенных с родными запрещены. Что касается видеосвиданий, то они по законодательству Азербайджанской Республики не предусмотрены.

    Напомним, что в соответствии с требованиями особого карантинного режима, рекомендациями оперативного штаба при Кабинете министров, пенитенциарная и медицинские службы переведены на усиленный режим работы.

    Представитель Пенитенциарной службы затруднился ответить на вопрос о том, каким образом COVİD-19 попал в одну из колоний страны. Тем не менее, он подчеркнул, что дезинфекционные и другие профилактические мероприятия с целью предотвращения распространения пандемии в пенитенциарных учреждениях продолжаются.

    “Ежедневно заключенным измеряют температуру. Если у кого-то из них наблюдается плохое самочувствие, недомогание или какие-либо первичные признаки заболевания, то человека сразу изолируют и отправляют на лечение”, – сказал М.Садыгов.

    Он отметил, что заключенные на сегодняшний день продолжают жить обычной жизнью, ограничены только свидания и прием посылок. При этом им разрешены прогулки.

    “Что касается передачи заключенным денег, то у каждого осужденного есть собственный банковский счет, куда можно перечислить определенную сумму. Впоследствии они могут тратить их в ларьках, которые действует при каждой колонии. Например, приобрести предметы первой необходимости”, – заключил Мехман Садыгов.

  • Penitensiar Xidmətdən Azərbaycandakı cəzaçəkmə müəssisələrində koronavirusun yayılması ilə bağlı AÇIQLAMA

    Azərbaycanda 33 məhbusda yeni növ koronavirusa (COVID-19) yoluxma aşkar edilib. Bununla bağlı 13 saylı Cəzaçəkmə Müəssisəsi də daxil olmaqla, həbsxanalardakı işçilərdən və məhkumlardan testlər götürülüb.

    “Məhkumlar dərhal Penitensiar Xidmətin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilib, onların müalicəsi üçün tədbirlər görülür, hazırda həkimlərin nəzarətindədirlər”, – deyə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov Media.Az-a bildirib.

    Onun sözlərinə görə, epidemiyanın yayılması kontekstində məhkumlarla qohumları arasında görüşlər qadağandır. Video görüşlərə gəlincə, bunlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayıb.

    Xatırladaq ki, xüsusi karantin rejiminin tələblərinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, Penitensiar və tibbi xidmətlər gücləndirilmiş iş rejiminə keçirilib.

    Penitensiar Xidmətin nümayəndəsi COVİD-19-un cəzaçəkmə müəssisələrində necə yayılması ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.

    Bununla belə, o, həbsxanalarda pandemiyanın yayılmasının qarşısını almaq üçün dezinfeksiya və digər profilaktik tədbirlərin davam etdiyini vurğulayıb.

    “Hər gün məhkumların temperaturu ölçülür. Əgər onlardan biri özünü pis hiss edirsə, narahatdırsa və ya xəstəliyin hər hansı ilkin əlamətləri varsa, o, dərhal təcrid olunur və müalicəyə göndərilir”, – deyə M.Sadıqov bildirib.

    O, məhkumların adi həyatlarına davam etdiyini, yalnız görüş və bağlama qəbulunun məhdudlaşdırıldığını vurğulayıb.

    M.Sadıqov bununla belə, gəzməyə icazə verildiyini qeyd edib.

    “Məhkumlara pul ötürülməsinə gəldikdə, hər bir məhkumun öz bank hesabı var, buradan müəyyən məbləğ köçürmək mümkündür. Sonradan onlar bunu hər bir müəssisədə olan köşklərdə xərcləyə bilərlər. Məsələn, zəruri ehtiyaclarını ala bilərlər”, – deyə Mehman Sadıqov sözlərini yekunlaşdırıb.

  • Азербайджан эвакуировал 197 граждан из Украины

    Национальный авиаперевозчик Азербайджана 14 мая выполнил чартерный рейс из Киева в Баку. Этим рейсом в Азербайджан были доставлены 197 наших граждан.

    Как сообщили Report в ЗАО “Азербайджанские авиалинии” (AZAL) все прибывшие пассажиры в обязательном порядке помещены на карантин.

    Отметим, что AZAL выполняет чартерные рейсы по доставке соотечественников на родину в соответствии с планом, определенным Оперативным штабом при Кабинете министров Азербайджана.

  • AZAL: Kiyevdən Bakıya 197 Azərbaycan vətəndaşı çatdırılıb

    Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

    “Azərbaycan Hava Yolları” QSC-dən “Report”a verilən məlumata görə, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

    Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

    Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

  • На Каспии произошло землетрясение магнитудой 3,5 балла

    В Каспийском море произошло землетрясение.

    Как передает Report, об этом сообщает Республиканский центр сейсмологической службы Национальной академии наук Азербайджана.

    По информации, подземные толчки магнитудой 3,5 балла были зафиксированы в 19:49 по местному времени.

    Очаг землетрясения залегал на глубине 62 км.

  • Xəzərdə zəlzələ oldu

    Xəzər dənizində zəlzələ baş verib.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:49-da, 3,5 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.

  • Fədayə Laçın Moskvada üzə çıxdı: “Üç aya yaxındır ki, ev kirayələmişəm“ – VİDEO

    “Moskvaya köçməmişəm. “Novruz” bayramı ərəfəsində buraya konsertə gəldik. Üç-dörd proqramıla çıxış etdik, amma məlum səbəblərdən digər konsertləri keçirə bilmədik. Sərhədlər bağlandığından burada qalmalı olduq”.

    Median.Az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqrama “Skype” vasitəsi ilə canlı efirə qoşularkən deyib.

    “Hələlik Moskvaya birdəfəlik köçmək kimi fikrim yoxdur. Vətəni tərk edə bilmərəm. Osuz da Laçından ayrı düşün Bakıya gəlmişik. Bakıdan da birdəfəlik ayrı düşə bilmərəm”.

    Sənətçi Moskvada mənzil kirayələyib, orada oğlu ilə birgə qaldığını söyləyib:

    “Üç aya yaxındır ki, ev kirayələmişəm, oğlum Əlhəmlə birlikdə qalıram. Saçlarım da ağarıb. Bir aydan sonra 44 yaşım olacaq”.

    F.Laçın oğlu Əlhəmin evlənmək istəmədiyini bildirib:

    “Əlhəmin hələ ki evlənmək niyyəti yoxdur. O, ağıllı uşaqdır. Nə zaman evlənmək istəsə, o vaxt özüm onu evləndirəcəyəm. İndi 26 yaşı var, 30 yaşına kimi evləndirmək istəyirəm. O isə mənə deyir ki, “hələ başım xarab olmayıb ki, ailə həyatı qurum”.

    Verilişin aparıcısı Zaur Baxşəliyevin “Konsertlərdən sən nə qədər pul qazandın ki, Moskvada qalıb, yeyib-içirsiniz və pul bitmir?” sualına müğənni belə cavab verib:

    “Konsertdən qazandığım pul çoxdan bitib. Pis də qazanmadım. Amma Moskvada hər şey Bakıdan qat-qat bahadır. Xərclərimiz çoxdur. Burada dostlarım mənə yardımlar edib, əl tuturlar”.

    Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub. O, ötən ilin oktyabrın 29-da azadlığa çıxıb. Sənətçi “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasına kömək etdiyi üçün həbs olunmuşdu.//oxu.az

  • Gürcüstanda koronavirusa yoluxanların sayı 667-yə çatdı

    Gürcüstanda koronavirusa 15 yeni yoluxma faktı təsdiqlənib.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

    Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 667-yə çatıb. Onların 383-ü sağalıb, 12-si isə ölüb.

    Karantində 4 223, stasionar nəzarətdə isə 373 nəfər saxlanılır.

  • Bu gün Azərbaycanda koronavirusa görə 5 745 test aparılıb – STATİSTİKA

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 14-nə olan statistik göstəriciləri açıqlayıb.

    Median.Az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 5 745 test edildiyi bildirilib.

    Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 214 291 test aparılıb.

    Qeyd edək ki, bu gün Azərbaycanda 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.


    Bununla da Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı 2 879 nəfərə, onlardan sağalanların sayı isə 1 833 nəfərə çatıb. Ümumilikdə, 35 nəfər vəfat edib, 1 011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.//report.az

  • ABŞ prezidenti: “Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır”

    “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir”.

    Median.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp 28 May – Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.

    O, məktubunda həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər: “Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır”.

    “Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.