Month: May 2020

  • В Турции от COVID-19 вылечились более 124 тыс. человек

    Число выявленных случаев коронавируса в Турции возросло за сутки на 1 182, умерли 30 человек.

    Как передает Median.Az, об этом сообщил министр здравоохранения страны Фахреттин Коджа.

    “Сегодня выявлены 1 182 новых случая, всего заразившихся – 160 979. Мы потеряли 30 пациентов, всего умерших – 4 461. Вылечились за сутки 1 576 пациентов, всего – 124 369”, – написал Коджа в Twitter.

  • Türkiyədə koronavirusdan sağalanların sayı 124,3 mini ötüb

    Türkiyədə son bir gün ərzində COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı demək olar, 1,2 min artıb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün sosial şəbəkədəki hesabında bildirib.

    Nazir qeyd edib ki, koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı son sutkada 1 182 artıb. Son bir gündə daha 30 nəfər pandemiyanın qurbanı olub.

    “Bu gün yeni 1 182 hal (yoluxma-red) aşkar edilib, yoluxanların ümumi sayı 160 979-dur. Biz bu gün 30 pasiyent itirdik, ümumilikdə 4 461 nəfər ölüb. Bu gün 1 576 pasiyent sağaldı, cəmi 124 369”, – Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.

  • Bakı əhalisinin sayı açıqlandı

    Dövlət Statistika Komitəsinin bu ilin aprelin 1-nə olan məlumatına əsasən, Bakı şəhərinin əhalisi 2 948,8 min nəfər təşkil edir.

    Median.Az xəbər verir ki, son ildə paytaxt əhalisinin sayı 14,1 min nəfər (0,6%) artıb. Ötən ilin aprelin 1-də isə bu göstərici 2 280,7 min olub. Əhalinin təbii artımı illik ifadədə 1 950 nəfər təşkil edib. 5 515 nəfər doğulub, 3 565 nəfər ölüb.

  • Brilliant Dadaşovanın toy görüntüləri yayıldı – Video

    ARB TV-nin “Elgizlə İzlə” verilişində Xalq artisti Brilliant Dadaşovanın toyundan görüntülər efirə verilib.

    Median.Az xəbər verir ki, verilişdə qonaq olan B.Dadaşova bildirib ki, toyda Şövkət Ələkbərova, Sara Qədimova, İlhamə Quliyeva kimi sənətkarlar iştirak edib. Toy mərasimi 1988-ci ildə baş tutub.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət

    Bu gün Azərbaycanda koronavirusla bağlı daha 4 006 test edilib.

    Median.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 28-nə açıqladığı statistikada qeyd olunub.

    Bildirilib ki, indiyə kimi ölkədə 284 669 test edilib və 4 759 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 3 022 nəfəri sağalıb, 56-sı vəfat edib.

    Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 191 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib, 125 xəstə sağalıb.

  • Koronavirusun yayılmasında günahkar hesab edilən qadın ilk dəfə bu barədə danışdı

    Koronavirusun yayılmasa səbəb olduğu hesab edilən qadın uzun zamandan sonra sükutu pozub.

    CGTN kanalına müsahibə verən çinli virusoloq Şi Çjenli Uhan laboratoriyasında süni şəkildə COVID-19 yaratmaqda şübhəli bilinir.

    Şi Çjenli ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) və ABŞ tərəfindən maliyyələşdirilən beynəlxalq proqramların üzvü olub və heyvanlar aləmində yeni epidemiyaların mənbəyi ola biləcək virusların axtarışı ilə məşğul idi. Bunu etmək üçün o və həmkarları əlçatmaz mağaralara və tərk edilmiş yerlərə qalxaraq yarasaların nəcisini toplayıb, onlardan nümunə götürüblər.

    ABŞ alimləri birgə araşdırma zamanı qeyd ediblər ki, Çjenli yarasa içərisində olan koronavirusun insan hüceyrələrini yoluxdura bilməsi üçün genini dəyişib. Çjenli və çinli həmkarları həmçinin Uhanda epidemiyadan əvvəl qeyri-adi sürətlə COVID-19-u ayıraraq müəyyənləşdirməyə müəssər olublar.

    Bütün bunlar koronavirusun süni şəkildə yaradıldığını və praktikada təhlükəsizlik tədbirlərinə yüksək səviyyədə riayət etməyən Uhan laboratoriyasından “sıza” biləcəyini söyləməyə əsas verib.

    Çjenli fevralın 9-da Uhan laboratoriyasında heyvanların- transgen siçanlar və makakalar üzərində koronavirus yoluxması ilə əlaqədar aparılan təcrübənin tamamlandığını deyib.

    Onun sözlərinə görə, bu təcrübələr nəticəsində məlum olub ki, koronavirus Uhanda izah edilə bilinməyən sətəlcəmin səbəbidir:

    “Aşkarladığımız viruslar aysberqin yalnız görünən tərəfidir. Mümkün epidemiyaların qarşısını almaq üçün vəhşi heyvanların daşıdığı naməlum viruslar haqqında əvvəlcədən bilməliyik”.

  • Gəncədə kafedə bıçaqlanma hadisəsi baş verib

    Gəncə sakini kafedə əlindən bıçaqlanıb.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsindəki kafelərin birində qeydə alınıb.

    Şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyev Elşən Nizami oğlu sol qolunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib.

    Məlumata görə, 37 yaşlı E.Əliyev kafedə yeyib-içdikdən sonra xəsarət alıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident: “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər”

    “1987-ci ilin noyabrı idi. Heydər Əliyev vəzifədən gedəndə sonra cəmi iki həftə keçmişdi. Buradakılar neylədilər? Heç nə. Veclərinə də almadılar. Onlar elə bil ki, bu torpağın övladları deyildilər. Biganə qaldılar, reaksiya vermədilər. Vəziyyəti nəzarət altında saxlaya bilmədilər və nəticə etibarilə, çox da keçmədi, təxribat törədildi”.

    Median.Az-ın məlumatına görə, bunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı deyib.

    Dövlət başçısı bildirib: “Bu tarixə bu nöqteyi-nəzərdən baxın. Cəmi 3-4 ay keçdi, 1988-ci ilin fevral ayında Sumqayıt təxribatı törədildi. Nə idi o təxribat. Erməni quldurları orada dəstə yaradıb bir neçə ermənini öldürüb bunu Azərbaycan xalqının ayağına yazdılar. Bu da tarixi faktlardır.

    İstintaqı biz aparmamışıq. İstintaqı Moskvadan gələn istintaq qrupu aparırdı. Orada bilindi ki, bu dəstənin başında dayanan ermənidir. Onun təcavüz etdiyi şahidlər üzünə demişdilər, o kadrlar var. Onun qətlə yetirdiyi insanların qohumları, yaxınları demişdilər ki, bizi öldürən budur. Baxın, sonra nə olur? Bu adam həbs olunur, ona hökm verilir. Bir ildən sonra o cəza çəkmək üçün Ermənistana göndərilir. Ermənistanda nə edirlər? Onu buraxırlar. Yaxşı, bu adam erməniləri öldürüb, bu da təsdiq olunub, istintaq materialları var. Nə üçün siz onu buraxırsınız? Deməli, bu, bəri başdan qurulmuş təxribat idi. Bu təxribatı ermənilər törədiblər, sonra yıxıblar Azərbaycan xalqının üstünə. Bu da onlara fürsət verib ki, Dağlıq Qarabağ məsələsini qaldırsınlar. Bax, budur tarix. Azərbaycan hakimiyyəti nə edib? Heç nə.

    O vaxt Azərbaycanın başında duran adam bilmirdi ki, Moskvanın o çinovniklərinin dabanını necə yalasın. Budur milli rəzalət. Sovet İttifaqı dağılandan sonra bir neçə ay keçmədi, dərhal Xocalı soyqırımı törədildi. Azərbaycan hakimiyyəti öz vətəndaşlarını qoruya bilmədi. Xalqımıza qarşı qanlı cinayət, soyqırımı törədildi. Ondan bir neçə ay sonra – 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Kimdir günahkar? Azərbaycan Xalq Cəbhəsi. Bir nömrəli günahkar odur. Əlbəttə, o vaxtkı hakimiyyətin də günahı var. Çünki öz şəhərlərimizi qoruya bilmədi. Ancaq Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi. Şuşanın guya müdafiəsini təşkil edən adamlar satqınlıq edib, xəyanət edib, qaçıb gizlənmişdilər. Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Az kontingentlə oranı illərlə müdafiə etmək olar, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Belə də oldu. Sonra Laçını da satdılar. Hakimiyyətə gəldilər. Onların əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi.

    Azərbaycan Xalq Cəbhəsinin cinayətkar əməlləri bununla bitmir. Ondan sonra onların yarıtmaz fəaliyyəti nəticəsində Kəlbəcər işğal olundu. Müdafiəni düzgün qura bilməmişdilər. Kim quracaqdı müdafiəni? Kim məşğul idi müdafiə ilə? Hərbi işdən heç bir xəbəri olmayan savadsız və xəyanətkar adamlar. Kim idi dövlətin başında? Xalq arasında heç bir hörməti olmayan boşboğaz. Kim gətirdi saldı bizim xalqımızı bu bəlaya? Onlar. O vaxt Heydər Əliyev olsaydı, qoyardımı ki, belə vəziyyət yaransın? Ona görə biz bunu bilməliyik.

    Kəlbəcər əldən gedəndən sonra neylədilər? Vəziyyəti bərpa etmək əvəzinə başladılar öz ordumuza qarşı mübarizəyə. Burada torpaqlar əldən gedir, onlar isə Gəncəni bombalayırdılar. Kəlbəcər, Laçın, Şuşa rayonları işğal olunandan sonra Dağlıq Qarabağla Ermənistan arasında bağlantı yarandı. Onlar isə Gəncəni bombalayırlar. Kim edib onu? Azərbaycan Xalq Cəbhəsi. Bu gün elə orada-burada fırlananlar da bu işdə əli olan cinayətkarlardır. Xalq da buna dözmədi, bunları süpürdü birdəfəlik atdı. Məhz ondan sonra Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi və vəziyyət sabitləşdi.

    Budur səbəbkarlar, budur tarixi həqiqətlər. Bu gün vəziyyəti düzəltmək, torpaqları işğaldan azad etmək üçün nə qədər böyük səylər göstərilir. Ancaq Aprel döyüşləri və uğurlu Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər”.

  • Pandemiya dövründə qəribə hadisə: Dəfn edilən adam bir ay sonra evinə qayıtdı

    Şri-Lankada dəfn edildiyi bilinən adam bir ay sonra evinə qayıdıb.

    “NewsWire” xəbər verir ki, bölgədə baş verən bir qəzada cəsədin Pereraya aid olduğu hesab edilib.

    Dandiris Perera əslində sağ olub və koronavirusa görə tətbiq edilən komendant saatı səbəbindən bir ay evinə qayıda bilməyib.

    Perera bildirib ki, bəlkə də öz məzarını görən ilk insandır.

    Dəfn edilmiş meyitin kimə aid olduğu hələ məlum deyil. Onun kimliyi araşdırılır.

  • В Баку мужчина убил жену, работавшую в салоне красоты

    В Сабунчинском районе Баку произошло убийство.

    Как сообщает АПА, инцидент был зарегистрирован в поселке Рамана.

    Мужчина убил ножом свою жену Нурану Гасымову (1983 г.р.) в салоне красоты, где она работала. На место происшествия прибыла бригада скорой помощи, но спасти жизнь женщине не удалось.

    Ведется расследование.