Month: May 2020

  • Azərbaycanda daha 121 nəfərdə koronavirus aşkarlandı – RƏSMİ + VİDEO

    Azərbaycanda 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildililib ki, hazırkı dövrədək ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214 291 test aparılıb.

  • Bu küçədə palçıq və çirkab həyatı iflic edib – VİDEO

    Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində sakinlər ehtiyac olanda təcili yardım çağıra bilmir, harasa tələsəndə isə taksi onların ünvanına gəlmir. Səbəb isə sakinlərin illərdir üzləşdiyi yol problemidir.

    Onların sözlərinə görə, yağış yağanda küçədə vəziyyət daha bərbad olur. Ərazidə kanalizasiyanın olmaması isə onlar üçün ayrı bir dərdə çevrilib.

    Ətraflı Baku.Tv-nin süjetini təqdim edirik:

  • Премьер-министр Нахчыванской АР отстранен от занимаемой должности

    Премьер-министр Нахчыванской Автономной Республики (АР) Аловсат Газанфар оглу Бахшиев отстранен от занимаемой должности.

    Соответствующий указ подписал председатель Верховного Меджлиса АР Васиф Талыбов.

    А.Бахшиев занимал эту должность с 11 февраля 2000 года.

  • Naxçıvanın baş naziri işdən çıxarıldı

    Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifəsindən azad olunub.

    Bununla bağlı Ali Məclisin Sədri Vasif Talıbov fərman imzalayıb.

    Fərmana əsasən, Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib.

  • Azərbaycanda nazirdən yeni TƏYİNATLAR

    Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

    Bununla bağlı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.

    Əmrə əsasən, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general İsrayıl Məhərrəm oğlu Əliyev vəzifəsindən azad edilib.

    O, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb.

    Nazirin digər əmri ilə Bakı Regional Mərkəzinin sabiq rəisi, polkovnik Hikmət Mərdan oğlu Abbasov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi təyin edilib.

  • Rusiyada bu şəxslərə yaşayış icazəsi veriləcək – YENİLİK

    Rusiyada daşınmaz əmlak aldıqdan sonra əcnəbi sahibkarlara yaşayış icazəsi verilməsi məsələsi müzakirə olunur.

    Bu barədə “İzvestiya” qəzeti xəbər verib.

    Müvafiq qanun layihəsi RF İqtisadi İnkişaf və Ticarət Nazirliyi tərəfindən hazırlanıb. Beləliklə, qurum xaricdən daha çox investor cəlb olunacağını gözləyir. Nazirlik xarici iş adamlarının bu cür təklifə müsbət reaksiya göstərəcəyinə əmindir, lakin Rusiya vətəndaşlığına tələbin kəskin artacağı proqnozlaşdırılmır.

    O da vurğulanır ki, yaşayış icazəsi almaq üçün daşınmaz əmlakın əldə olunması meyarları hökumət tərəfindən müəyyən ediləcək.

  • Bakıda sələmçi borclunu öldürməklə hədələdi

    Bakı sakini hədə-qorxu yolu ilə pul almaqda ittiham olunur.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Yasamal Rayon Polis İdarəsinin əməkdaşları öldürməklə hədələmə faktını araşdırır. Belə ki, Daxili İşlər Nazirliyinə müraciət edən 52 yaşlı paytaxt sakini A.Səfərov 1987-ci il təvəllüdlü C.Nəzərovdan faizlə 40 min manat aldığını bildirib. Ötən ilin avqust ayında borcun tam məbləğini qaytarmasına baxmayaraq, sələmçi ondan əlavə pul tələb edib.

    Şikayətçinin sözlərinə görə, bu günlərdə C.Nəzərov onu və 27 yaşlı qardaşı S.Səfərovu tələb olunan məbləği gətirməyəcəkləri təqdirdə öldürməklə hədələyib.

    Həyatına görə narahat olan A.Səfərov hüquq-mühafizə orqanlarına müraciət edib.

    Faktla bağlı hələlik heç kim həbs olunmayıb, istintaq davam edir.

  • Завтра в Азербайджане сохранится умеренная погода

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 15 мая.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, ночью и утром – местами туман, северо-западный ветер днем сменится умеренным южным.

    Температура воздуха на Абшероне составит ночью 13-15, днем – 19-22, в Баку ночью – 13-15, днем – 20-22 градуса тепла.

    Атмосферное давление снизится с 767 до 762 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 40-45%.

    В ряде районов Азербайджана завтра прогнозируется погода без осадков, ночью и утром – туман, порывистый западный ветер.

    Температура воздуха составит ночью 11-16, днем – 23-28, в горах ночью – 4-9, днем – 14-19 градусов тепла.

  • Sabahın havası: 28 dərəcə isti olacaq

    Azərbaycanda mayın 15-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

    Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək – 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

    Mayın 15-də Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

  • На экзаменах по приему учителей вопросов по логике не будет – ОФИЦИАЛЬНО

    В экзаменационную программу по приему учителей на работу не войдут вопросы по логике.

    Как передаёт Median.Az, об этом oxu.az заявила директор Центра профессионального развития работников образования Института образования Назакет Мехдиева.

    “Вместо этого кандидаты будут отвечать на вопросы по специальности, методике и педагогике. Раньше по методике и педагогике предлагалось по пять вопросов, а по логике – 10. Теперь же по методике и педагогике в целом будет 20 вопросов”, – отметила Н.Мехдиева.

    Директор центра добавила, что вопросы охватят три основные сферы: методические, педагогические навыки и законодательство в сфере образования.

    “По методике может быть представлено девять вопросов, по педагогическим навыкам – восемь, по образовательному законодательству – три”, – подчеркнула Н.Мехдиева.