Month: June 2020

  • Два человека утонули в Самур-Абшеронском канале

    Сегодня в Самур-Абшеронском канале утонули два человека.

    Как сообщает АПА, на горячую линию «112» МЧС поступила информация о том, что два человека (личности уточняются) утонули в Самур-Абшеронском водоканале на территории поселка Самур Гусарского района.

    К поискам привлечена водолазно-поисковая группа Государственной службы по контролю над маломерными судами и спасению на водах МЧС.

    Дополнительная информация будет предоставлена позже.

  • Samur-Abşeron kanalında iki nəfər boğuldu

    Samur-Abşeron su kanalında iki nəfər batıb.

    FHN-dən Oxu.Az-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Qusar rayonu, Samur qəsəbəsi ərazisindən keçən hissəsində iki nəfərin batması barədə məlumat daxil olub.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Onların səyi nəticəsində hər iki boğulan şəxsin meyiti tapılıb.

    APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonu, Samur qəsəbə sakinləri – 1993-cü il təvəllüdlü Əlirzayev Əlirza Tofiq oğlu və 1988-ci il təvəllüdlü Qasımov Vadim Ənibala oğlunun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Türkiyədə koronavirusdan sağalanların sayı 149 mini ötdü

    Son sutkada Türkiyədə koronavirusdan daha 15 nəfər ölüb.

    Median.Az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

    Nazir qeyd edib ki, bununla da COVID-19 qurbanlarının sayı 4 778 nəfərə çatıb.

    Son sutkada 1 242 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə yeni növ virusdan sağalanların sayı 149 102 nəfərə çatıb.

  • Naxçıvan istiqamətində reyslərə yalnız COVID-19 testi neqativ olan sərnişinlər buraxılacaq

    İyunun 18-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan-Bakı istiqamətində daxili reyslərin yerinə yetirilməsinə başlayacaq. Həmin tarixdə iki reys həyata keçiriləcək – Bakıdan uçuş saat 12:00 və 15:00-da, Naxçıvandan uçuş isə saat 14:10 və 17:00-da baş tutacaq.

    Maksimum şəffaflığın təmin edilməsi və insanların kassalarda toplaşmasının qarşısının alınması məqsədilə, aviabiletlər yalnız aviaşirkətin rəsmi www.azal.az saytında onlayn rejimdə satılır.

    Qeyd edilməlidir ki, sayt vasitəsilə aviabiletlər sərnişinə məxsus olan kredit kartı ilə alınmalıdır və reysə qeydiyyat zamanı yoxlanılacaq. Kredit kartının sahibi sərnişinlər qrupunun tərkibinə daxil olduğu təqdirdə bir kredit kartı ilə bir neçə aviabilet alına bilər. Sərnişinin adına olmayan kredit kartı ilə aviabiletin rəsmiləşdirilməsi üçün isə callcenter@azal.az elektron poçtu ilə aviaşirkətin yardım xidmətinə müraciət olunmalı və bu xidmət vasitəsilə aviabiletin alışı rəsmiləşdirilməlidir.

    İyun ayının 11-də reyslərə (cəmi 6 reys) 2 iyul tarixədək (2 iyul daxil olmaqla) aviabilet satışına başlanmışdır. Yüksək tələbatla əlaqədar bu müddətdə 1200 aviabilet tam satılmışdır.

    İyun ayının 14-dən etibarən aviaşirkətin saytında iyul ayının sonunadək 8 reys üçün (7, 9, 14, 16, 21, 23, 28 və 30 iyul tarixləri) aviabiletlərin satışına başlanacaqdır. Müvafiq reysə aviabiletlərin satışı uçuşdan 72 saat əvvəl bağlanacaq.

    Qeyd etməliyik ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə – ikinci və dördüncü günlər “Embraer E-190” hava gəmilərində yerinə yetiriləcək. Bakıdan uçuş saat 15:00-da, Naxçıvandan uçuş isə saat 17:10-da nəzərdə tutulmuşdur. Daxili reyslərdə sərnişinlərin qeydiyyatı uçuşdan 3 saat əvvəl başlayır.

    Reyslərə yalnız Tibbi Ərazi Bömələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) üçün müayinədən keçərək neqativ nəticə əldə edən sərnişinlər buraxılacaq.

    TƏBİB laboratoriyasında müayinə üçün qeydiyyatdan keçmək məqsədilə, aviabilet aldıqdan sonra sərnişinə https://randevu.its.gov.az/ saytına daxil olaraq aviabiletin nömrəsini qeyd etmək təklif olunacaq. Sistem vasitəsilə avtomatik qaydada müayinə tarixi və Bakı yaxud Naxçıvan ərazisində tövsiyə olunan laboratoriyanın ünvanı təyin ediləcək.

    Reysin uçuşundan ən gec 48 saat əvvəl və ən tez 72 saat əvvəl COVID-19 üçün müayinədən keçmək lazımdır. Sərnişin müayinədən keçməkdən imtina etdikdə, habelə müayinənin nəticələri müsbət olduqda reysə buraxılmayacaq, aviabilet üçün ödənilmiş məbləğ isə geri qaytarılacaq.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əsasən hər reys üçün hava gəmisinin salonunda 100-dən çox yerin satılmasına yol verilmir. Təyyarədə qalan yerlər koronavirus infeksiyası əlamətləri aşkar edilən sərnişinlərin təcrid edilməsi üçün saxlanılır.

    Aviabiletin dəyərinə 23 kq çəkidə baqaj daxildir. Kişi portfeli və ya qadın çantası istisna olmaqla, əl yükünün daşınması qadağandır. Hava gəmisinin texniki imkanları yol vermədiyi təqdirdə aviaşirkət sərnişinə əlavə baqaj yeri almaqdan imtina etmək hüququnu özündə saxlayır.

    Qeyd etməliyik ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin daha tez-tez yerinə yetirilməsinə ölkədə epidemioloji vəziyyətdən asılı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə icazə verilməlidir.

    Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə yerinə yetirilən reyslər zamanı həm uçuş və gəliş hava limanlarında, həm də hava gəmilərində xüsusi qaydalar tətbiq ediləcək. “Azərbaycan Hava Yolları” tərəfindən videotəlimat hazırlanmışdır: https://youtu.be/-s-0s4o1L2M

    AZAL sərnişinlərə diqqətli olmağı və Operativ Qərargahın, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə bütün tələbləri və tövsiyələrinə riayət olunmasına məsuliyyətlə yanaşmağı tövsiyə edir.

    Aviaşirkətin və hava limanının əməkdaşları, öz növbələrində, uçuşun maksimum dərəcədə təhlükəsiz və rahat keçməsi üçün bütün səylərini səfərbər edəcəklər və sərnişinləri yalnız zəruri ehtiyac yarandığı təqdirdə aviasəyahət etməyə çağırırlar.

  • Sumqayıtda yaşayış binasında yanğın – FOTO/VİDEO

    Sumqayıtda yaşayış binasında yanğən olub.
    Median.Az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsində ikimərtəbəli barak evin ikinci mərtəbəsində baş verib.

    Üçotaqlı mənzildə qeydə alınan yanğın zamanı xəsarət alan olmayıb.

    Hadisə yeri Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

    Yanğın qısa zamanda söndürülüb.

    İlkin ehtimallara görə, yanğına səbəb qısaqapanma olub.


  • Rəhim Qazıyevin döyülməsi ilə bağlı cinayət işi başladılıb – FOTO

    Keçmiş müdafiə naziri Rəhim Qazıyevin xəsarət alması ilə nəticələnən döyülmə faktı ilə bağlı CM-nin 221.1-ci maddəsi ilə Yasamal RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.

    Bu barədə Oxu.Az-a Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

    O qeyd edib ki, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var:

    “Hazırda araşdırmalar davam etdirilir”.

    Qeyd edək ki, naməlum şəxslər sabiq Müdafiə naziri Rəhim Qazıyevin başını yarıblar.

    Bu barədə sosial şəbəkələr vasitəsilə məlumat yayılıb. Bildirilib ki, bir neçə nəfər qəfil hücum edərək 77 yaşlı Rəhim Qazıyevi başından yaralayıblar. Yaxınlıqdakı vətəndaşlar ona kömək edib.

  • “WhatsApp”da yeni funksiya olacaq

    “WhatsApp” proqramının yaradıcıları çatdakı ismarıcları tarixinə görə tez tapan yeni funksiyanın sınaqlarını keçirirlər.

    Bu barədə “Report” “WABetainfo”ya istinadən xəbər verir.

    Adıçəkilən messencerdə artıq ismarıcı axtarış funksiyası olsa da, hər hansı postu göndərilmə və ya qəbul tarixinə görə tapmaq çətinlik yaradır.

    Yeni funksiyada isə lazımi postu tapmaq üçün axtarış rejimində müvafiq tarix işarəsini basmaq kifayət olacaq.

  • Qorxu məhsuldarlığı artırır – ARAŞDIRMA

    İnsanlar onlara diskomfort yaradan problemi daha tez həll edirlər.

    Median.Az “Fast Company”yə istinadən xəbər verir ki, bu qənaətə Kanadanın Britaniya Kolumbiyası Universitetinin alimləri gəliblər.

    Aparılan araşdırmanın sonuclarına görə, problemin yaratdığı qorxu elə stresə gətirib çıxara bilər ki, insan onun qarşısında ərincək olmayacaq və hər şeyi bacardıqca cəld etməyə çalışacaq.

    Alimlərin fikrincə, hər şey insanın durumu necə qavramasından asılıdır. Məsələn, gələcəkdə alacağı pensiyanın fikrini çəkən insanlar bu məsələni dərd etməyənlərdən 43% daha aktiv pul yığmağa başlayırlar.

    Eyni şeyi ayrılıq haqqında da söyləmək olar. Belə ki, insan bunu stres durumu kimi dəyərləndirirsə, ağrılı söhbətə daha tez keçəcək.

    Məqalədə vurğulanıb ki, əgər məsələ xoşagəlməz, ancaq dözümlüdürsə, insanlar bunu aylar və illər sonraya saxlaya bilər. Araşdırmaçılar belə durumdan çıxış yolunu təklif ediblər: fəaliyyətsizliyinizin ən mənfi fəsadlarını təsəvvür edin. Qısası, özünüzü qorxudun – o zaman işləriniz daha sürətlə gedəcək.

  • Milli Məclisin deputatına üç ay ərzində 863 müraciət ünvanlanıb – VİDEO

    VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından keçən üç ay ərzində vətəndaşlar tərəfindən ünvanıma ümumilikdə 863 müraciət daxil olmuşdur. Onlardan 469-u (54.3%) birbaşa Qərargaha, 172-i telefon (19.9 %), 181-i (21%) sosial şəbəkələr vasitəsilə, 41-i (4.75%) isə yazılı ərizə formasında ünvanlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və Gənclər və idman komitəsinin üzvü, deputat Könül Nurullayeva məlumat verib.

    Onun sözlərinə görə, daxil olmuş müraciətlərin mövzular üzrə təhlili vətəndaşların əsas probleminin işsizlik, maddi yardım, torpaq sahəsinin ayrılmasına köməklik, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicə ilə bağlı dəstək, təqaüdə çıxmağa köməklik, işlədikləri müəssisələrin rəhbərlərinin fəaliyyətindən şikayətlər və s. məsələlərlə bağlı olduğunu göstərir. Yazılı formada daxil olmuş 41 ərizə baxılaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına göndərilib. Müraciətlərin 5-i mərkəzi icra hakimiyyəti orqanlarına, 9-u yerli icra hakimiyyəti orqanlarına, 2-i “Azərsu” ASC və “Azərişıq” ASC-yə, 4-ü digər qurumlara göndərilmiş, 5 müraciət üzrə vətəndaşlara əsaslandırılmış cavablar verilmişdir, 16 müraciət isə icra mərhələsindədir. Eyni zamanda Nizami rayonu Q.Qarayev 2A ünvanında yerləşən Deputat Qərargahına vətəndaşlar tərəfindən birbaşa, telefon və sosial şəbəkələr vasitəsilə 822 sayda müraciət daxil olub”.

    Deputat bildirib ki, müraciətlər təkcə Nizami rayonu ilə məhdudlaşmamış, o cümlədən respublikanın müxtəlif bölgələrindən və rayonlarından da daxil olub: “Tibbi müayinə və müalicələrə köməklik göstərilməsi ilə əlaqədar müraciətlərə baxılmış, onların əksəriyyətinə köməklik göstərilmiş, eyni zamanda “Modern Hospital” klinikası ilə birgə layihə həyata keçirilərək pandemiya dövründə yataq xəstəsi və yaşı 65-dən yuxarı müayinəyə ehtiyacı olan insanlarımızdan 25 nəfərinin evdə müayinəsi təmin olunmuşdur. Ötən dövr ərzində sosial qayğıya ehtiyacı olan insanlar tərəfindən edilmiş müraciətlərə diqqətlə yanaşılmış, səlahiyyətlərimiz daxilində onların problemlərinin həllinə nail olunmuş, ərazidə yaşayan aztəminatlı ailələr xüsusi diqqətdə saxlanılmışdır. Maddi yardım xahişləri ilə bağlı edilən 436 müraciət üzrə araşdırma aparılmış və son dərəcə ehtiyacı olan, pandemiya dövründə işini itirmiş, yaşı 65-dən yuxarı və tənha yaşayan, bir neçə xroniki xəstəliklərdən əziyyət çəkməklə koronavirusa yoluxma riski yüksək olan kimsəsizlərə və aztəminatlı ailələrə ötən dövr ərzində dəfələrlə ərzaq yardımı göstərilmiş, 98 nəfərə isə birdəfəlik maddi yardım edilmişdir. Bundan başqa, Nizami rayonunda fəaliyyət göstərən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının üzvlərinə, Çernobıl Cəmiyyəti üzvlərinə, Nizami Rayon Ağsaqqallar Şurasının, Nizami rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının üzvlərinə Novruz və Ramazan bayramlarında, Azərbaycan Rus İcması Nizami rayon təşkilatının üzvlərinə “Pasxa” bayramında ərzaq yardımı göstərilmişdir”.

    “Ümumilikdə hesabat verdiyimiz 3 ay ərzində 24 saylı Nizami birinci seçki dairəsinin ərazisində 2 740 nəfər olmaqla ehtiyacı olan aztəminatlı ailələrə və cəmiyyət üzvlərinə ərzaq yardımı göstərilmiş, fərdi müraciətlər əsasında isə 98 nəfərə birdəfəlik maddi yardım göstərilmişdir. Bəzi müraciətlərin təmin edilməməsinin əsas səbəbi xahişlərin qeyri-real olmasıdır. Bunlara Bakı şəhərində mənzil alınmasına yardım, fərdi yaşayış evinin və obyekt tikintisi üçün torpaq sahəsinin ayrılması, ev tikilməsi, xarici ölkələrdə müalicə və s. kimi müraciətləri aid etmək olar”, – K.Nurullayeva qeyd edib.

    O deyib ki, xüsusi karantin rejiminin yumşaldılmasından sonra aprel ayının əvvələrindən başlayaraq vətəndaşların qəbulu onlayn şəkildə və Deputat Qərargahında həyata keçirilib: “Hesabat dövrü ərzində görüşlərin ikisi canlı olmaqla ümumilikdə 8 qəbul təşkil edilmiş və 108 vətəndaşımızın problemləri dinlənilmişdir. Vətəndaşların müraciətlərinə baxılarkən “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əməl olunmuş, daxil olmuş müraciətlərə mahiyyəti üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə baxılmış, müraciətlərin aidiyyəti üzrə müvafiq strukturlara göndərilməsi, əsassız tələblərlə əlaqədar vətəndaşlara izahlar verilməsi təmin edilmişdir”.

    K.Nurullayeva hesabat dövründə bir neçə sosial layihənin də həyata keçirildiyini vurğulayıb: “Bunlar “Bir donor, iki həyat” qanvermə aksiyası, “Modern Hospital” klinikası ilə birgə layihə çərçivəsində evdə müayinə, “Yaradıcılığı evdə öyrən” Mədəniyyət Nazirliyi ilə birgə layihə, “Ehtiyacı olanlara öz payından pay ver” sosial aksiyasıdır. İyunun 8-dən isə “Gənclər üçün yay təcrübə məktəbi” layihəsinə start verilib”.

  • Evdə müalicə olunan koronavirus xəstələrinə telefonlarını söndürmək qadağan edilir

    Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən və evdə müalicəsini davam etdirəcək şəxs təcrid müddətində mobil telefonunu işlək vəziyyətdə saxlamalıdır.

    Median.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydalarının təsdiq edilməsi barədə” qərarına edilən dəyişiklikdə öz əksini tapıb.

    Qeyd olunub ki, evdə təcrid olunacaq şəxslərə telefonun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yeri tərk etməsinin mümkünlüyü barədə xəbərdarlıq ediləcək və onlardan bu barədə yazılı iltizam alınacaq.

    Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilən şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır.