Month: June 2020

  • Bakıda blokların qarşısına zibil konteynerləri yerləşdiriləcək – RƏSMİ

    “Sərtləşdirilmiş karantin günlərində məişət tullantılarının atılması ilə bağlı hər bir blokun qarşısına xüsusi konteynerlər yerləşdiriləcək”.

    Bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib.

    O, əlavə edib ki, artıq bu gündən prosesə başlanılıb: “Söhbət yalnız o binalar və bloklardan gedir ki, onların qarşısında zibil atılması üçün xüsusi yerlər yoxdur. Yəni vətəndaşlar məcbur olurdular ki, zibili atmaq üçün məsafə qət etsinlər”.

  • Azərbaycan iki aydır yerli avtomobil istehsalını dayandırıb

    Azərbaycanda minik avtomobilinin istehsalı ikinci aydır ki dayanıb anbarlarda avtomobillərin sayı 67 ədədə düşüb.

    Median.Az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Belə ki, cari ilin ilk yanvar-may ayları aralığında 672 ədəd minik avomobilinin istehsal edildiyi qeyd edilir. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 27% azalma deməkdir.

    Lakin, anbarlarda qalan avtomobillər isə satılmaqdadır. Belə ki, istehsal edilmiş avtomobillərdən 218 ədədi anbarda olduğu halda, ondan 151 ədədi satılıb.

    İlin ilk rübündə ölkədə avtomobil istehsalı artmışdı ki, öncəki illə müqayisədə 2.4 dəfə artım idi. “Uğur hekayəsi” isə bununla da bitir. Belə ki, qeyd edilən 672 ədəd avtomobil məhz bu rübdə istehsal edilib. Pandemiya səbəbindən sərt karantin rejiminin tətbiq edildiyi aprel və may aylarında bir avtomobil belə istehsal edilməyib.

    Yanvar ayı ərzində Azərbaycanda istehsal edilən minik avtomobilin sayı 192, fevralda 288 və martda isə 192 ədəd istehsal edilib.

    Bununla belə Azərbaycanda yığılan avotmobillərin aprel ayında anbardan cəmi üçü satışa çıxarlıb.

  • “İmkan verin, işimizi görək” – AzTV-dən cavab

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) istənilən müraciətə, hətta qurum daxilində aparılan islahatlar və kadr siyasəti ilə bağlı istənilən fikirlərə, qeyri-obyektiv və qərəzli olsa belə, hər cür yanaşmaya cavab verməyə hazırdır. Niyə? İlk növbədə ona görə ki, biz ictimaiyyətə və bütün mediaya açığıq və gizli heç nəyimiz yoxdur. Ona görə ki, istər kadr siyasəti, istər texniki yenidənqurma, istərsə də verilişlərin forma və məzmununun yenilənməsi baxımından, tutduğumuz yolun doğru olduğunu dəqiq bilir və bu istiqamətdə sistemli, kompleks addımlar atırıq.

    Yalnız 3 fakt:

    1. AZTV-də əsaslı texniki yenidənqurma siyasəti həyata keçirilir və yeni mövsümdə 64 illik TV-nin nəhayət ki, həqiqətən HD formatına keçəcəyini hər bir tamaşaçı keyfiyyətli yayımda hiss edəcək. Həmçinin, qısa zaman ərzində yaşı, ən pis halda 30-35, ən yaxşı halda isə 15-20 ili ötmüş studiya və çəkiliş kameralarının yeniləri ilə əvəz olunması, ən müasir montaj avadanlıqlarının alınması istiqamətində addımlar atılır və artıq real nəticələr də var. Belə ki, bu gün AZTV-nin siyasi verilişləri (“Həftə” analitik-informasiya proqramı, “Hədəf” analitik proqramı, “Koronavirus İnfo” və s. verilişlər) İMX kassetlərindən deyil, birbaşa serverdən yayımlanır və yaxın gələcəkdə “Xəbərlər”in də HD yayımla serverdən təqdim olunması nəzərdə tutulur.

    2. AZTV-də ciddi kadr islahatları aparılır. Qısa zaman ərzində TV təcrübəsi, müasir düşüncə tərzi və kreativ yanaşması ilə seçilən onlarla peşəkar kadr işə cəlb olunub. Təbii ki, kimlərinsə işə götürülməsi kimlərinsə işdən azad olunması deməkdir və burada təəccüblü heç nə yoxdur. Amma təəssüflər olsun ki, bəzi əməkdaşlar 30, 40, 50 illik əmək təcrübələrini əsas gətirib yeniliklə barışmaq, yeni tələblərlə ayaqlaşmaq istəmir, iş təcrübələrinin çoxluğunu “toxunulmazlıq statusu” kimi qavrayırlar. Anlamaq lazımdır ki, artıq köhnə düşüncə tərzindən, dedi-qodu yaratmaq, sözbazlıqla məşğul olmaq, atılan hər addımın müqabilində rüşvət almaq kimi bayağı, çürümüş və xəstə yanaşmalardan xilas olmaq lazımdır. Nəhayət, onu da anlamaq lazımdır ki, bu gün AZTV-də yalnız vizual deyil, daxildə düşüncə tərzinin dəyişdirilməsi, yaradıcı, səmimi və sağlam ab-havanın yaradılması baxımından sistemli addımlar atılır və bu istiqamətdə həm daxildən, həm də xaricdən ümumi işə maneə olmaq sadəcə ağılsızlıqdır.

    3. AZTV-də yeni, müasir və maraqlı format dəyişikliyinin şahidi olmaq üçün sadəcə 10 dəqiqə ekran qarşısında əyləşmək, düşünürük ki, kifayətdir. Hər gün onlarla tamaşaçı zəngləri, məktublarında əsasən 1 söz qeyd edilir: “AZTV dəyişib, baxımlı və məzmunlu, dinamik olub”. Bəli, AZTV dəyişib. Düşünürük ki, TV daxilində aparılan yenidənqurma işlərinə vicdanla, obyektiv, qərəzsiz yanaşan hər kəs bunu etiraf edə bilər və etiraf etməlidir də. Niyə? Çünki AZTV dövlətin, xalqın kanalıdır. Orada reallaşan müsbətə doğru istənilən dəyişiklik isə kiminsə hünəri və ya zəfəri deyil. Bu, dövlətin və xalqın zəfəridir. Bu, gecə-gündüz bilmədən, yorulmadan çalışan komandanın (komanda deyəndə köhnə və yeni əməkdaşlar nəzərdə tutulur – red.) uğurudur və bir nəfərə, yaxud kiməsə görə əldə olunan uğurları ləkələmək, qaralamaq, yumşaq desək, mədəniyyətsizlikdir.

    Bu siyahını uzatmaq da olar. Lakin lüzum görmürük. Çünki AZTV olaraq həyata keçirilən bütün siyasəti, atılan bütün addımları işimiz, peşə borcumuz və vətəndaş olaraq vəzifəmiz bilirik. Reklama ehtiyacı olmayan VƏZİFƏMİZ…. Əgər qeyd edilən 3 istiqamətin birini belə yalan hesab edən kimsə varsa, buyurub TV-yə gələ, görülən işləri öz gözləri ilə görə bilər. Çünki “danos yazmaq” da köhnəlik əlamətidir, cənablar. Yox, əgər razısınızsa və daxildəki vicdan səsi “doğrudan da dəyişib” deyirsə, o zaman hansı haqla kimsə ümumi işi qaralamağa çalışır? Kimsə öz ağıl və düşüncə səviyyəsindən çıxış edib başqasını rüşvətdə, qeyri-peşəkarlıqda, yalan danışmaqda ittiham edir? “Bizi bizdən çox istəyən” həmin şəxslərə demək istərdik ki, ayıbdır.

    Tanınmış diktor Gülşən Əkbərovanın müraciətinə gəlincə…

    1. İlk növbədə onu demək istərdik ki, özünü peşəkar hesab edən kəs başqası haqqında fikir bildirəndə ümumi etik qaydaları aşmaz, ən azından, ƏDƏB, TƏRBİYƏ və MƏRİFƏT normalarına riayət edər, təhqirə yol verməz. Təəssüflər olsun ki, yaşının bu çağında peşəkar diktorumuzdan bunu görmədik.

    2. Müraciətdə çəkilən adların və deyilən sözlərin heç biri həqiqəti əks etdirmir. Veteran diktorun işdən azad olunması barədə qərarı sədr şəxsən özü verib və bu zaman kollektiv, konkret G.Əkbərova ilə çalışan əməkdaşların fikri əsas götürülüb və bu barədə həmin şəxsə ünvanlanan məktubda da yetərincə məlumat verilib.

    3. Hazırda AZTV-də 170-dən artıq təqaüd yaşını ötmüş şəxs çalışır və bu günə kimi onlardan 60 nəfəri ilə (yalnız G.Əkbərova ilə deyil – red.) əməkdaşlıq müqaviləsinə xitam verilib. Digərləri isə hər gün işinin başındadır.

    4. AZTV-də əməkdaşlara yalnız yaşına görə deyil, həm də peşəkarlığına və ortaya qoyduğu real, keyfiyyətli işlərə görə qiymət verilir. Əgər kimsə 30-40 illik əmək təcrübəsinə güvənib öz işinin söz aparıb-gətirmək və ya intriqa yaratmaqdan ibarət olduğunu düşünürsə, işdən azad olunur.

    5. G.Əkbərovanın diqqətinə çatdırmaq istərdik ki, AZTV-də rəhbərlik dəyişəndən sonra ilk iclas məhz veteranlarla keçirildi və veteranlara müddətsiz xidməti vəsiqələr verildi, onların bəziləri işə cəlb olundu və bu gün veteranlarımız əsasən QSC-nin Teleradio Akademiyasında müəllim, kafedra müdiri vəzifəsində çalışırlar.

    6. Konkret G.Əkbərovaya gəlincə, onun videomüraciətdə özünün də etiraf etdiyi kimi, bütün baş verənlərə rəğmən TV-də fəaliyyətini bərpa etmək üçün lazımi şərait yaradılıb, sədr müavini Rafiq Həşimov onunla görüşüb və bir neçə dəfə telefon əlaqəsi saxlayaraq sədrin sözlərini, iş təklifini ona çatdırıb. Lakin G. Əkbərova həmin təklifin müqabilində “Mədəniyyət” kanalının direktor müavini olmalıyam” və “1500 manat məvacib almalıyam” kimi konkret şərtlər irəli sürüb. Düşünürük ki, bütün bunlardan sonra xanım diktorun AZTV rəhbərliyini nədəsə ittiham etməsi sadəcə gülüncdür və onun doğma ocaq hesab etdiyi TV-yə konkret şərtlər daxilində qayıtması da müraciətdə yer alan fikirlərin “səmimiliyinə” yetərincə aydınlıq gətirir.

    7. Üstəlik, hazırda G. Əkbərovanın qızı AZTV-də proqram direktorluğunda şöbə müdiri vəzifəsindədir və hər hansı qərəzdən söhbət gedirsə, yəqin ki, bu müddət ərzində həmin adamın vəzifədə qalması da mümkünsüz olardı.

    Sonda isə AZTV-ni və ya sədri, eləcə də konkret əməkdaşları rüşvətdə, haqsızlıqda, qanunları pozmaqda, dövlət vəsaitini yeməkdə ittiham edənlərin nəzərinə! Sizdən artıq dərəcədə xahiş edirik, əgər əlinizdə tutarlı faktlar varsa, özünüzü haqlı hesab edirsinizsə, hüquqlarınız pozulubsa, birbaşa məhkəməyə müraciət edin. Bunu biz sizdən XAHİŞ EDİRİK. Yox əgər gücünüz yalnız boş, mənasız, cəfəng və məntiqsiz, qərəzli fikirlərə çatırsa, həyatda başlıca missiyanızı maşa obrazında görürsünüzsə, ünvanı səhv seçmisiniz. Çünki bizim bu ittihamlara, qarayaxma kampaniyasına cavab verməyə nə vaxtımız, nə də həvəsimiz var. İmkan verin İŞİMİZİ GÖRƏK…
    //aztv.az

  • Злоупотребляющие разрешениями граждане будут удалены из системы и оштрафованы – Оперативный штаб

    14-16 июня в дни ужесточенного особого карантинного режима только сотрудники государственных и частных учреждений, чья деятельность разрешена Оперативным штабом, смогут получить разрешение через портал icaze.gov.az.

    Об этом на брифинге Оперштаба при Кабинете министров заявил председатель Государственного агентства по услугам и социальным инновациям Ульви Мехтиев.

    По его словам, согласно последним данным, разрешения через портал получили 210 тысяч человек.

    “Отмечу, что учреждения, деятельность которых разрешена, должны привлекать к работе минимальное количество сотрудников”, – сказал он.

    Мехтиев добавил, что имена граждан, злоупотребляющих разрешениями, будут удалены из системы разрешений. Также такие нарушители будут оштрафованы.

  • Rəhim Qazıyevi döydülər – FOTOLAR

    Azərbaycanın keçmiş Müdafiə Naziri Rəhim Qazıyev döyülüb.

    “MediaPost” xəbər verir ki, Sabiq qurum rəhbəri küçədə kimliyi bilinməyən şəxs tərəfindən döyülərək hadisə yerindən qaçıb. Şahidlərin bildirdiyinə görə, Rəhim Qazıyev başından ağır xəsarət alıb.

    Hazırda hadisə yerinə polis və Təcili Tibbi Yardım çağrılıb.



  • Жена Владимира Зеленского заразилась коронавирусом

    У супруги президента Украины Владимира Зеленского – Елены положительный результат теста на COVID-19. Об этом говорится в сообщении офиса главы государства, передает Корреспондент.net.

    При этом первая леди чувствует себя хорошо и не имеет никаких симптомов болезни. Сейчас Елена Зеленская находится на амбулаторном лечении, изолирована от других членов семьи.

    Президент Владимир Зеленский и дети также прошли тестирование, их результаты отрицательные.

    Во время рабочих встреч и в быту первая леди постоянно придерживалась правил карантина и рекомендаций Минздрава, а также, в соответствии с требованиями протокола безопасности, регулярно проходила тестирование на COVID-19. Результаты предварительного теста, сделанного в начале июня, были отрицательные.

    Где и когда именно могло произойти заражение – пока неизвестно, проводится эпидемиологическое расследование.

  • Ukrayna prezidentinin xanımında koronavirus aşkarlandı

    Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya koronavirusa yoluxub.

    Bu barədə Y.Zelenskaya “Instagram” hesabında paylaşım edib.

    “Karantinin yumşaldılması COVID-19-un yox olması demək deyil. Təhlükə keçməyib, yaxındır. Bizə görünəndən daha yaxındır. Bu gün mənim koronavirus testim pozitiv çıxdı. Gözlənilməz xəbər oldu. Xüsusilə, mən və ailəm bütün qaydalara riayət etməyə davam edirik – maska, əlcəklərdən istifadə, minimum əlaqə…

    Demək istəyirəm ki, özümü yaxşı hiss edirəm, amma təhlükə yaratmamaq üçün digər ailə üzvlərindən təcrid olunmuş şəkildə ambulator müalicə alıram”,- deyə o, qeyd edib.

    Pravda.com.ua-nın xəbərinə görə, Zelenski və uşaqları da koronavirus testindən keçiblər. Onların analizlərinin nəticələri mənfi olub.

    Prezidentin xanımı ukraynalıları diqqətli olmağa çağırıb.

    View this post on Instagram

    ❗️❗️❗️Послаблення карантину не означає, що COVID-19 зник. Небезпека не минула, вона близько. Ближче, ніж нам може здаватися. ⠀ Сьогодні я отримала позитивний результат тесту на коронавірус. Неочікувана новина. Особливо враховуючи те, що я та моя родина продовжуємо дотримуватись усіх правил – маски, рукавички, мінімум контактів… ⠀ Одразу скажу, що почуваюся добре, але перебуваю на амбулаторному лікуванні, ізольовано від інших членів сім’ї, щоб не наражати їх на небезпеку. ⠀ Володимир і діти теж пройшли тестування, їхні результати негативні. ⠀ ❓

  • Azərbaycanda beynəlxalq axtarışa verilən terrorçu Rusiyadan ekstradisiya ediləcək

    Dörd il əvvəl Azərbaycan vətəndaşı xarici ölkədə terror təşkilatına qoşulub, sonra isə Rusiyada gizlənib. İndi həmin şəxs ölkəmizə təhvil veriləcək.

    Azərbaycan dövləti tərəfindən bu şəxs beynəlxalq axtarışa verilib.

    Permnews.ru xəbər verir ki, terrorçu ötən ilin oktyabr ayında Perm hava limanında tutulub.

    Onu Azərbaycana təhvil vermək qərarına gəlsələr də, saxlanılan şəxs bu qərarla razılaşmayıb və Perm Regional Məhkəməsinə müraciət edib. Hakim prokurorluğun nümayəndələri ilə razılaşıb və onun şikayətini rədd edib.

    Hazırda saxlanılan şəxs istintaq təcridxanasındadır, yaxın vaxtlarda Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil veriləcək.

    Ural Nəqliyyat Prokurorluğundan verilən məlumata görə, o, İran və Suriyada fəaliyyət göstərən terrorçu qruplaşmalarda iştirak edib. Həmin şəxs İrana 2016-cı ilin martında gedib və orada odlu silahdan, partlayıcı maddələrdən, cihazlardan istifadə üzrə təlim keçib.

  • Allahşükür Paşazadənin qızı ilk dəfə efirdə – VİDEO

    Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin qızı Vəfa Paşazadə ilk dəfə canlı efirə çıxıb.

    Qafqazinfo xəbər verir ki, o, Nanə Ağamalıyevanın aparıcılıq etdiyi “Şou ATV” proqramında qonaq olub.

    Cərrah olan V.Paşazadə Xalq artisti Elmira Rəhimovaya həsr olunan verilişdə iştirak edib.

    “Şou ATV”nin digər qonağı olan aparıcı Hacı Nuran Hüseynov V.Paşazadənin xeyriyyəçi olduğunu vurğulayıb.

  • Bu il Azərbaycanda 4 287 cütlük boşanıb – STATİSTİKA

    Azərbaycanda 2020-ci ilin yanvar-aprel ayları ərzində qeydiyyat şöbələri tərəfindən nikaha daxiloma və boşanmaların statistikası açıqlanıb.

    Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

    Müvafiq dövrdə 13 738 nikaha daxilolma və 4 287 boşanma qeydə alınıb. Beləliklə, orta hesabla hər gün 114 yeni ailə yaranır və 35 cütlük boşanır.

    Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,3 olub.