Month: June 2020

  • TƏBİB-dən ofisdə işləyənlərə XƏBƏRDARLIQ

    TƏBİB ofis əməkdaşlarının, sahibkarlar və menecerlərin olduqları məkanlarda COVID-19-la bağlı qaydalarla əlaqədar müraciət ünvanlayıb.

    Müraciətə əsasən, əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir:

    “Xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və onların evdə izolyasiya olunmasına şərait yaradılmalıdır. Ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməlidir.

    Ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalıdır. Ofis əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır”.

  • 10 rayona yeni rəis təyin edildi

    “Azərişıq” ASC-də 2 region və 10 rayona yeni rəis təyin edilib.

    Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq istehlakçılara göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, aparılan yenidənqurma işlərini sürətləndirmək üçün müasir və innovativ düşüncəli, yeni texnologiyaları mənimsəmiş Ağıllı Şəbəkələrin elektron idarəetmə tələblərinə cavab verən peşəkar gənc kadrlar region və rayon elektrik şəbəkələrinə rəis təyin edilmişlər.

    Qərb və Şimal-Qərb Regional Enerji Təhcizatı və Satışı idarələrinə (RETSİ), həmçinin Quba, Şamaxı, Qax, Oğuz, Baləkən, Şəki, Ucar, Ağcəbədi ilə yanaşı paytaxt Bakının Səbail və Nərimanov rayon elektrik şəbəkələrinə yeni rəislər təyin edilib.

  • Prezident Baş Prokurorluğun yeni strukturunu təsdiqləyib

    Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilib.

    Sərəncamla Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılmış, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmış, idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmiş, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılmışdır.

    Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis edilmiş, bundan başqa mərkəzi aparatın yeni Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmışdır.

  • BŞİH: Paytaxtdakı çimərliklər yay mövsümünə hazırdır

    Yayın ilk günlərindən paytaxtdakı çimərliklərdə mövsümə hazırlıqla bağlı son işlərə yekun vurulub. Çimərliklərdə lazımi təmizlik-abadlıq işləri görülüb, karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib.

    Bu barədə “Report”a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən bildirilib.

    Belə ki, keçən il paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılmışdı.

    İlk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazisində, daha sonra isə Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində təşkil edilmişdir. Qeyd edilən hər bir qəsəbədə əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün söhbətgahlar quraşdırılmış, futbol və voleybol meydançaları yaradılmış, dəniz kənarına uzanan yola asfalt çəkilib və hər bir ərazidə avtomobil dayanacağı yaradılıb.

    “Vətəndaşların istirahərinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri, qoruyucu maskaların atılması üçün qutular quraşdırılıb, əlavə işlər görülüb.

    Qeyd olunmalıdır ki, İDEA İctimai Birliyi tərəfindən yaradılan bu ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərir.

    Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılmış, sərinləşdirici içkilər və müxtəlif ərzaq məhsulları təklif edən köşklər quraşdırılmışdır.

    Karantin şəraiti nəzərə alınaraq hər bir çimərlikdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət edilməsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edilir.

    Eyni zamanda paytaxtın sahilyanı qəsəbələrində fəaliyyət göstərən özəl və digər çimərlik və istirahət mərkəzlərində də karantin şəraitinin tələbləri nəzərə alınmaqla mövsümə hazırlıqla bağlı müvafiq hazırlıq işlər görülüb. Aidiyyəti qurumlar tərəfindən bütün çimərliklərdə dəniz suyunun təmizliyinin yoxlanılması üçün bir neçə dəfə laborator nümunələr götürülüb, həmçinin digər məsələlərlə bağlı monitorinqlər keçirilib”, – BŞİH-in məlumatında əlavə olunub.

  • В Баку уволены директора 4 школ

    В этом учебном году расторгнуты контракты с четырьмя директорами школ в Баку и приостановлена деятельность двух школ спецобразования.

    Как сообщили в пятницу Day.Az в Управлении образования города Баку, в 2019-2020 учебном году в общеобразовательные учреждения в подчинении Управления были приняты на работу на должность директора 18 человек.

    В этом году изменено место работы 12 директоров, а срочные контракты с 111 школьными директорами были продлены.

    Контракты с 42 директорами, которые достигли возрастного предела деятельности, были продлены до конца текущего учебного года.

  • Baş Prokurorluğa yeni sözçü təyin olunub

    Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib, Günay Səlimzadəyə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.

    “Report” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

  • Гран-при Азербайджана по “Формуле-1” отменен – ОФИЦИАЛЬНО

    С сожалением сообщаем об отмене из-за пандемии COVID-19 Гран-при Азербайджана по “Формуле-1”.

    Об этом говорится в заявлении операционной компании Baku City Circuit (ВСС).

    “Мы рассмотрели все возможные варианты, чтобы провести в 2020 году любимое вами и нами соревнование. Но несмотря на все усилия, мы осознали невозможность этого. Соответствующее решение было принято ради здоровья и безопасности азербайджанского народа, болельщиков и сотрудников “Формулы-1”, – подчеркивается в сообщении.

    В ВСС также отметили, что подробную информацию о возврате билетов можно получить по ссылке.

    При возникновении каких-либо вопросов команда ВСС окажет помощь.

    “Мы продолжим свою работу, чтобы в 2021 году провести самое лучшее соревнование сезона. Будем рады видеть вас в будущем году, в новом сезоне”, – говорится в заявлении.

    Помимо Гран-при Азербайджана, отменены соревнования в Японии и Сингапуре.

  • Azərbaycandakı “Formula-1” yarışı ləğv edildi – RƏSMİ

    “Formula-1” üzrə dünya çempionatının Azərbaycan mərhələsi ləğv olunub.

    Bu barədə yarış təşkilatçıları – “Formula-1” və Bakı Şəhər Halqası (BŞH) bəyanat yayıb.

    Bildirilib ki, 2020-ci ildə Sinqapur və Yaponiya ilə yanaşı, Azərbaycan Qran-Prisi ləğv edilib. BŞH-nın yaydığı açıqlamada qeyd olunub:

    “Böyük təəssüf hissi ilə bildiririk ki, COVID-19 koronavirus pandemiyası səbəbindən “Formula-1” Azərbaycan Qran-Prisi 2020 ləğv olunur.

    Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq, bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli “Formula-1” azarkeşlərinin, həmçinin “Formula-1” əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq”.


  • Президент Ильхам Алиев выделил средства на строительство дороги в Шабранском районе

    Президент Азербайджана Ильхам Алиев 12 июня подписал распоряжение о мерах по строительству автомобильной дороги Гандоб – Хачмаз – Ялама – госграница с Россией (4 км) – Шахназарли в Шабранском районе.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, с целью строительства автодороги Гандоб – Хачмаз – Ялама – госграница с Россией (4 км) – Шахназарли из средств госбюджета на 2020 год, предусмотренных в распределении основных государственных капиталовложений (инвестиционных расходов) на строительство и реконструкцию дорог, Госагентству автомобильных дорог выделяется 900 000 манатов.

    Министерству финансов поручено обеспечить финансирование в сумме, указанной в распоряжении, а Кабинету министров – решить вытекающие из него вопросы.

  • Prezident Dövlət Agentliyinə vəsait ayırdı

    Prezident İlham Əliyev Şabran rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)-Şahnəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)-Şahnəzərli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 900,0 (doqquz yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.