Month: June 2020

  • Oksanadan qalmaqallı etiraf: “Elşadın adını eşitmək istəmirəm, Nura ilə dostluq etmərəm” – VİDEO

    Hind rəqslərinin mahir ifaçısı, aktrisa Oksana Rəsulovanın sənət yoldaşları ilə bağlı verdiyi yeni açıqlamalar maraqla qarşılanıb.

    ATV telekanalında yayımlanan “7 canlı” proqramında qonaq olan sənətçi verilişin yaradıcı heyəti tərəfindən hazırlanan və zərflərə yerləşdirilmiş suallara cavab verib.

    Zərfdən çıxan “Onunla bağlı heç nə eşitmək istəmirəm” sözlərinə cavab olaraq, Oksana monitorda fotosu əks olunan keçmiş həyat yoldaşı, repçi Elşad Xosenin adını çəkib.

    Növbəti zərfdə yazılan “Onunla bir də dostluq etmərəm” ifadəsini şərh edən aktrisa müğənni Nura Surinin adını səsləndirib.

    Verilişin aparıcısı Vüsalə Əlizadənin “Niyə?” sualını O.Rəsulova belə cavablandırıb:

    “Mən Nura ilə heç vaxt dost olmamışam. Heç vaxt da istəmərəm ki, onunla dostluq edim.

    Şou-biznesdə yaxın dostum varsa, o da müğənni İlhamə Qasımovadır”.
    //oxu.az

  • Bakıda iki azyaşlı köməksiz qaldı

    Bakıda dörd nəfər köməksiz qalıb.

    Bu barədə ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı iki müraciət daxil olub.

    Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən ikisi azyaşlı olmaqla, dörd nəfərin liftdən çıxarılması təmin edilib.

  • Koronavirusa yoluxanların sayı 7,5 milyonu keçdi – SON STATİSTİKA

    Dünyada 7 597 347 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 423 846 nəfər ölüb, 3 841 939 nəfər sağalıb.

    Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (2 392 063 nəfər), ölkə isə ABŞ-dır (2 089 701 nəfər).

    Sərhəd qonşumuz Rusiya koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında üçüncüdür (502 436 nəfər).

    Digər qonşularımız – İranda 180 156 (10-cu yer), Türkiyədə 174 023 (11-ci yer), Ermənistanda 14 669, Gürcüstanda 831 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanda 8 882 nəfərdə koronavirus aşkar edilib, 108 nəfər ölüb, 4 930 nəfər sağalıb.

  • Сотрудник ГТК внезапно умер в кафе

    В одном из кафе Газахского района скончался Аббас Аббасов (1994 г.р.), являющийся сотрудником Государственного таможенного комитета (ГТК).

    Как передает Report, причина смерти пока не установлена.

    В связи с этим назначена судебно-медицинская экспертиза.

  • Gömrük Komitəsinin əməkdaşı kafedə qəflətən öldü

    Qazax rayonunda kafedə ölüm faktı qeydə alınıb.

    Report-un məlumatına görə, rayon ərazisində yerləşən kafelərin birində 1994-cü il təvəllüdlü Abbas Adil oğlu Abbasov qəflətən ölüb.

    Meyit tibbi ekspertizaya aparılıb.

    Onun ölüm səbəbi araşdırılır.

    Qeyd edək ki, A.Abbasov Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı olub.

  • В Гахе мужчина свел счеты с жизнью

    В селе Алмалы Гахского района произошло самоубийство.

    Как передает Sputnik Азербайджан, местный житель Нофель Юсифов был найден матерью повешенным на дереве во дворе собственного дома.

    Мотивы поступка мужчины пока неизвестны.

    Отметим, что это не первая попытка Н.Юсифова покончить с собой. Три года назад за несколько дней до своей свадьбы он попытался наложить на себя руки, выпив уксусную кислоту, однако его спасло своевременное вмешательство матери.

    По словам родных, до суицида мужчина надел новую одежду, а затем совершил намаз.

    Н.Юсифов был женат, у него остался ребенок.

    По данному факту в Гахской районной прокуратуре проводится расследование.

  • Azərbaycanda kişi təzə paltar geyindi, 20 rükət namaz qıldı və özünü asdı: Toyundan əvvəl…

    Qax rayonunda intihar hadisəsi qeydə alınıb.

    “Sputnik Azərbaycan”ın məlumatına görə, hadisə rayonun Almalı kəndində baş verib.

    Kənd sakini Nofəl Məzahir oğlu Yusifov özünü yaşadığı evin həyətyanı sahəsində gavalı ağacından asaraq intihar edib. Mərhumun meyitini anası aşkar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

    Qeyd edək ki, N.Yusifov üç il öncə, toyuna bir neçə gün qalmış sirkə turşusu içərək, intihara cəhd etmişdi. Həmin vaxt anasının müdaxiləsi ilə özünəqəsdin qarşısı alınmışdı.

    Mərhumun qohumlarının sözlərinə görə, N.Yusifov intihardan əvvəl özünə aldığı təzə paltarları geyinib, 20 rükət namaz qılıb.

    Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

    Mərhum ailəli idi, bir övladı var.

  • Şagird müəllim tərəfindən hipnoz edildi, təcavüzə uğradı

    Türkiyənin İstanbul şəhərində fərdi inkişaf təlimini keçmək istəyən qadına müəllimi tərəfindən təcavüz edilib.

    Sondakika.com xəbər verir ki, Gizem Y. Şişli rayonunda özəl akademiyaya dərsə gedib.

    Elə ilk dərsdə müəllim qadını hipnoz edərək zorlayıb.

    Təcavüz qurbanı başına gələnləri yalnız hipnozdan ayılandan sonra anlayıb.

    Faktla bağlı cinayət işinə başlanılıb. Prokuror təqsirləndirilən şəxsin 10 il müddətinə həbs olunmasını istəyib.

  • Некоторые районы Баку остались без газа

    Утром 12 июня начались работы по подключению к газовой сети новой подземной линии диаметром 315 мм, проложенной в связи со строительством пешеходного перехода перед Chiraq Plaza на Тбилисском проспекте в Ясамальском районе Баку.

    Как сообщили Report в ПО “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR), в связи с этим временно прекращено газоснабжение некоторых территорий в Ясамальском и Насиминском районах.

    Временно остались без газа жители домов 47 и 49 на Тбилисском проспекте, 95, 97, 97a – на улице Ш.Мехтиева, MTK Tamam, MTK Grand Həyat, в поселке Алатава-1 в Ясамальском районе и на улицах Саламзаде и А.Алиева в Насиминском районе. Газоснабжение приостановлено также на улицах А.Топчибашева, Г.Алескеровой, Э.Гасымзаде, Дж. Джаббарлы в 1-м микрорайоне.

    Подача газа будет возобновлена сегодня днем.

  • Bakının iki rayonunda qaz olmayacaq

    Bu gün səhər saatlarından etibarən Yasamal rayonu ərazisində təbii qazın verilişi dayandırılıb.

    Bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər məlumat verib.

    O bildirib ki, rayonun bir sıra ərazilərində qaz təchizatı dayandırılıb:

    “Yasamal rayonu, Tbilisi prospekti 47, 49, Ş.Mehdiyev küçəsi 95, 97, 97a, “Tamam” MTK, “Grand Həyat” MTK, 1-ci Alatava qəsəbəsində, o cümlədən Nəsimi rayonu, Salamzadə, A.Əliyev küçələrində bir qrup istehlakçının qaz təchizatında fasilə yaranıb. Əlavə olaraq Ə.Topçubaşov, 1 ci mikrorayon H.Ələsgərova, E.Qasımzadə, C.Cabbarlı küçələrində də qaz təchizatı məhdudlaşdırılıb.

    Buna səbəb Tbilisi prospekti, “Çıraq Plaza”nın qarşısında yol keçidinin tikintisi ilə əlaqədar yeni çəkilmiş diametri 315 mm olan polietilen yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulmasıdır. Bu işin icrası üçün müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. İşlər yekunlaşdırıldıqdan sonra təbi qazın verilişi bərpa ediləcək”.