Month: June 2020

  • Eldar Sultanov vəzifəsindən azad edildi

    Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov vəzifəsindən azad olunub.

    News24.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    E.Sultanov K.Əliyevin əmri ilə Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinə rəis təyin olunub.

    Həmin idarənin rəisi Anar Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəis müavini, sözügedən idarənin rəis müavini Heydər Məmmədov isə baş prokurorun müavini təyin edilib.

  • Azərbaycan əlavə borclanmaya gedib – RƏSMİ

    “Qeyri-neft sənayesinin istehsalının 14 faiz, kənd təsərrüfatı istehsalının 7,3 faiz, əhalinin real gəlirlərinin 4,7 faiz, orta aylıq əməkhaqqının 14 faiz artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olub”.

    Bunu Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

    Onun sözlərinə görə, ötən il dünya üzrə həm məcmu tələb, həm də ticarətin artım templərində azalma müşahidə olunub:

    “Belə ki, qlobal iqtisadi artım 2018-ci ildəki 3,6 faizdən 2019-cu ildə 2,9 faizə enib. Azərbaycanda isə əksinə, 2018-ci ilə nisbətən iqtisadi artım 0,7 faiz sürətlənərk 2019-cu ildə 2,2 faizə çatıb. Qeyri-neft sektoru üzrə iqtisadi artım isə 3,5 faiz təşkil edib. Xüsusi vurğulamaq istərdim ki, 2019-cu ildəki iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib. Artımda energetika sahəsinin rolu minimuma enib. Ümumiyyətlə, qeyri-neft sektorunun ümumi daxili məhsulda 2018-ci ildəki 58,3 faizdən 2019-cu ildə 61,7 faizə qalxıb. ÜDM-in xərclər üsulu ilə tərkibinin təhlili göstərir ki, 2018-ci ildən fərqli olaraq, 2019-cu ildə iqtisadi artıma daxili tələbi artması vasitəsilə nail olunub. Bu da iqtisadiyyatda ən effektiv üsul sayılır”.

    Millət vəkili söyləyib ki, inflyasiya səviyyəsi hesabat ili üçün proqnozlaşdırılmış göstəricilərdən az olub. Manatın məzənnəsində müşahidə olunan sabitlik də bu nəticəyə mühüm təsir edib.

    2019-cu ildə ölkənin strateji valyuta ehtiyatları artaraq 51,4 milyard dollar təşkil edib ki, bu da ÜDM-in həcmindən çoxdur. 2019-cu ildə tədiyyə balansının cari əməliyyatlar balansında 4,3 milyard manat həcmində profisit qeydə alınıb.

    Hesabat ilində “Azəri Layt” markalı xam neftin dünya bazarlarında bir barelinin satış qiymətinin orta hesabla 66,9 dollar olması büdcə gəlirlərinin icra edilməsi üçün münbit iqtisadi zəmin yaradıb.

    Halbuki, 2019-cu ilin büdcə layihəsinin tərtibi zamanı xam neftin bir barelinin qiyməti 60 dollar həcmində nəzərdə tutulmuşdu.

    T.Mirkişililin sözlərinə görə, 2019-cu il üçün icmal büdcənin gəlirləri 34 milyard manat və ya proqnoza nisbətən 4,8 milyard manat çox, xərcləri isə 26,5 milyard manat icra olunub.

    “İcmal büdcədə proqnoza nisbətən 5,6 milyard manat və ya dörd dəfə çox, yəni 7,5 milyard manat profisit yaranıb.

    2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon manat olmaqla, proqnoza qarşı 1 milyard 50 milyon manat və ya 4,5 faiz çox icra edilib.

    Ötən il dövlət büdcəsinin xərcləri 97 faiz icra edilməklə, 24 milyard 426 milyon manat təşkil edib.

    Proqnoza nisbətən büdcə xərclərinin az icra olunmasına baxmayaraq, heç bir sosial layihənin, prioritet xərclərin və tədbirlərin ixtisar olunmaması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir”, – deyə komitə sədri əlavə edib.

    O, dövlət borcunun idarə olunmasında səmərəliliyin və çevikliyin artırılmasından da danışıb.

    Deputat bildirib ki, dövlət borcu, zəmanət üzrə öhdəliklərin Təminat Fondununun vəsaitlərindən daha düzgün istifadəsi hesabına 2019-cu ildə əlavə borclanmaya gedilib. Lakin ilin sonuna ölkənin dövlət borcunun həcmi 164 milyon ABŞ dolları məbləğində azalıb.

  • İsti havada suyu düzgün qəbul etməyin QAYDALARI

    Gün ərzində iki litr su içməyin vacibliyi barədə fikirlər səslənsə də, orqanizmi bu qədər maye qəbuluna məcbur etmək olmaz.

    “İzvestiya” bu barədə rusiyalı həkim-terapevt Olqa Kaşubinanın açıqlamasına istinadla xəbər yayıb.

    Onun sözlərinə görə, orqanizmə “su əzabı” vermək lazım deyil. Bədən özü nə qədər su tələbatı olduğunu hiss etdirəcək.

    Bununla yanaşı, həkim uşaqların su tələbatına diqqət yetirməyin zəruriliyini də vurğulayıb. O qeyd edib ki, uşaqları isti havada susuz qoymaq olmaz, onlara hər yarım saatdan bir su təklif edilməlidir.

  • Bu il Bakıda 124 nəfər məktəbin 12-ci sinifini bitirib

    2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə 440 426 şagirdin təlim-tərbiyəsi ilə 27 786 müəllim məşğul olub.

    Bu barədə qurumdan məlumat verilib.

    İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərini 45 573, doqquzuncu siniflərini 30 888, 11-ci siniflərini 19 612, 12-ci siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 124 nəfər bitirib.

    Eyni zamanda, paytaxt üzrə lisey və gimnaziyaların birinci siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 43 395 müraciət olunub.

  • Ali məktəblərə qəbulun müsabiqə şərtləri ilə bağlı AÇIQLAMA

    Ali məktəblərə qəbulun müsabiqə şərtləri yaxın günlərdə açıqlanacaq.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

    Bildirilir ki, “Abituriyent” jurnalının 2‑ci nömrəsi bu günlərdə nəşr olunacaq. Nömrədə 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc ediləcək.

    Jurnalda, həmçinin 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan (situasiya, mətn və mənbə əsasında hazırlanan) tapşırıqların izahı, qiymətləndirmə meyarları, elmi-metodiki təhlili və statistik göstəri­ciləri də olacaq.

    Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olacaq.

  • Bakıda ev yanır – FOTO

    Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində fərdi evdə yanğın başlayıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

  • Европа готова облегчить визовый режим с Азербайджаном

    Европейский союз готов рассмотреть вопросы либерализации визового режима с Азербайджаном.

    Об этом, как передает Median.Az со ссылкой на Trend, сказал Комиссар ЕС по политике соседства и переговорам по расширению Оливер Вархели.

    Вархели сделал заявление во время пресс-конференции по итогам видеоконференции министров иностранных дел стран Восточного партнерства, состоявшейся 11 июня 2020 года.

    В рамках видеоконференции стороны отметили важность солидарности во время кризиса COVID-19, включая существенную поддержку ЕС в борьбе с последствиями вспышки вируса в странах Восточного партнерства. В пресс-конференции наряду с Вархели участие также принял верховный представитель Европейского союза по иностранным делам и политике безопасности Жозеп Боррель.

    “Сегодня мы четко донесли до наших восточных партнеров, что даже в трудные времена, и в основном потому, что эти времена трудные, они могут рассчитывать на нас, мы их поддерживаем. Но в то же время, мы должны вместе смотреть в будущее и думать о том, как наилучшим образом сформировать наши взаимные отношения и предстоящие результаты партнерства в будущем”, – сказал Боррель.

    Боррель отметил, что ЕС всегда был рядом со своими восточными партнерами и готов предпринять необходимые шаги на пути к полному восстановлению после COVID-19.

    “Восточное партнерство – это история успеха, и мы хотим, чтобы эта история продолжалась на благо всех наших граждан. Это 11 лет успешной политики, но нам еще многое предстоит сделать, мы многое можем достичь вместе”, – он сказал.

    Вархели в свою очередь отметил, что Восточное партнерство для Европы по-прежнему является ключевым приоритетом и будет оставаться таковым и в будущем.

    Комментируя вопрос о возможной либерализации визового режима между ЕС и восточными партнерами, с которыми он еще налажен, в том числе и с Азербайджаном, Вархели отметил, что данный вопрос может быть рассмотрен.

    “Я думаю, что наши требования и условия хорошо известны. Если к нам обратятся с такой просьбой, мы, конечно же, не оставим ее без внимания”, – сказал он.

  • Qanunu pozan polis cəzalandırıldı, vətəndaş Prezidentə təşəkkür etdi – VİDEO

    İyunun 7-də Bakının Yasamal rayonunda polisin keçirdiyi əməliyyat zamanı təhqir olunan qadın videomüraciət yayıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, vətəndaş hadisə baş verəndən sonra Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladığını deyib: “Yasamaldakı hadisədən sonra mən ölkə başçımıza, əziz Mehriban xanım Əliyevaya müraciət etdim. Mənim müraciətimə baxıldı, lazımi orqanlara çağrıldım. Məni dinlədilər və məlumat verdilər ki, orada iştirak edən əməkdaşlar cəzalandırılıb. Çox təşəkkür edirəm, minnətdarlığımı bildirirəm ki, mənim bu işimə baxıldı”.

    Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirmişdi ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib: “Qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib”.

  • Koronavirusdan vəfat edən xalq artistinin dəfn görüntüləri yayıldı: Karantin qaydaları pozuldu – VİDEO

    Bu gün Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

    Xalq artisti dəfn olunan zaman kütləvi toplaşma qeydə alınıb.

    Bu barədə görüntülər yayılıb. Dəfndə sosial məsafənin qorunmayıb və COVID-19-dan ölənlərin torpağa tapşırılması proseduru pozulub.

    O, Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında – həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev saytımıza açıqlamasında bildirib ki, dəfnin izdihamlı keçirilməməsi üçün polis tərəfindən tədbirlər görülüb:

    “Orada 15-20 nəfərə yaxın şəxs iştirak edib. Onlar Xalq artistinin cənazəsinin məzara qoyulan zaman orada olublar”.

  • Bakıda direktor vəfat etdi – FOTO

    Bakıda məktəb direktoru vəfat edib.

    Laçın rayon 10 nömrəli tam orta məktəbin direktoru Gülşən Tağıyeva həyatını itirib.

    O, Prezident İlham Əliyevin 2013-cü ilin oktyabrın 3-də imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif edilib.

    Mərhumun iki qızı, iki oğlu var.