Month: June 2020

  • Bakıda yaşayış binasının həyətində yanğın – CANLI YAYIM

    Bakıda yaşayış binasının həyətində yanğın qeydə alınıb.


    Hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, hündürmərtəbəli yaşayış binasının yaxınlığında 70 m2 sahəsi olan ərazidə taxta tullantıları yanıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından mühafizə idarəsinin müvafiq qüvvələri cəlb edilib. Yanğın qısa zamanda söndürülüb

  • 139 obyektdə sanitar-epidemioloji tələblər pozulub – RƏSMİ

    Sahibkarlıq subyektlərində aparılan monitorinqlər davam edir.

    Bununla bağlı İqtisadiyyat Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, qurumun əməkdaşlarının xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 25-də keçirdikləri növbəti monitorinqlər zamanı Binəqədi rayonunda Əli Səmədova məxsus “Ət mağazası”nda, Elçin Qaracayevə məxsus “İsti çörək” pərakəndə ticarət obyektində, Yasamal rayonunda Çapay Quliyevə məxsus “Quru meyvə” mağazasında, Elşən Şirinova məxsus “Market”də, Xətai rayonunda “İlkin market”də, Akif Hüseynova məxsus “Ərzaq mağazası”nda, Vüsal İmanova məxsus “Gül dükanı”nda, Səbail rayonunda “Səki Market”də, Murad Əzimova məxsus “Quru meyvə” mağazasında, “Azəri Med” MMC-yə məxsus “Aptek”də, Nərimanov rayonunda “Boya dünyası”, “Combi plas”, “Ariston” mağazalarında, Xəyyam Xəlilova, Elşad Məmmədova, Nailə Bağırovaya məxsus “İstilik sistemləri” pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində Vəfa Hüseynovaya məxsus ərzaq mağazasında, Xaliq Hüseynova məxsus avtomobillərin ehtiyat hissələrinin satışı mağazasında, Astara rayonunda “Rəşad Market”də, Aygül Əliyevaya məxsus “Ərzaq Mağazası”nda, Bəxtiyar Şahmuradova məxsus “Dəftərxana ləvazimatları” mağazasında, İsmayıllı rayonunda “Xan Market”də, “Fərid Market”də, “Kakao Şirniyyat Evi”ndə, Natiq Rüstəmova məxsus “Kafe”də, Balakən rayonunda Sara Hacıyevaya məxsus dərzi sexində, Füzuli rayonunda Teymur Süleymanova məxsus “Market”də, Zaur Baxışova məxsus “Kafe”də, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Bərdə rayonunda “Avropa qapıları”, “Polad oboy aləmi”, “Papatya mebel” mağazalarında, “Fəxri market”də, “Qarabağ telecom” və “Orxan telecom”da, Quba rayonunda “Şahdağ kursları” təhsil xidməti obyektində, “Mahir Fast Food” ictimai iaşə xidməti obyektində, “Sərin restoranı”nda, ümumilikdə monitorinq keçirilmiş 314 obyektdən 139-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

    Nazirliyin əməkdaşları monitorinqlərdə sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

    Qeyd edək ki, mayın 22-dən iyunun 29-dək monitorinq aparılmış 8 484 sahibkarlıq subyektindən 3 715-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

  • 190 manat iyul ayında veriləcək? – RƏSMİ

    Aprel-iyun aylarında 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi həyata keçirilib.

    İnsanları daha çox növbəti ay üçün də 190 manat məbləğində birdəfəlik ödəmələrin verilib-verilməyəcəyi maraqlandırır.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Qazet.az-a açıqlama verib.

    Onun sözlərinə görə, 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi hələ gündəmdə deyil.

    Xatırladaq ki, iyun ayı üçün ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunur.

  • Mədəniyyət Nazirliyinin müəssisələrində vergidənyayınma halları aşkarlandı – RƏSMİ

    Mədəniyyət Nazirliyinin strukturuna daxil olan bir sıra müəssisələrdə vergidənyayınma halları aşkar edilib.

    Bu barədə məlumat Hesablama Palatasının 2020-ci il audit hesabatında yer alıb.

    Azərbaycan Dövlət Filarmoniyası tərəfindən 2017-ci il maliyyə hesabatlarında illik xərcləri 59 min 759 manat, 2018-ci ildə isə 64 min 259 manat artıq göstərməklə mənfəət vergisi müvafiq olaraq, 11 min 951 manat 80 qəpik və 12 min 848 manat 20 qəpik məbləğində büdcəyə az ödənilib.

    “Sosial sığorta haqqında” qanununun 14-cü maddəsinin (14.5.4. müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında) tələblərinə düzgün əməl edilməyərək, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası və “Salnamə” Sənədli filmlər studiyası üzrə müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün müvafiq olaraq 5865 manat və 2895 manat məcburi dövlət sosial sığorta haqqı qonorar məbləğindən deyil (ödəmə mənbəyindən), büdcə vəsaiti hesabına ödənilib.

    Eyni zamanda, Kinostudiya tərəfindən 2017-ci ildə 2760 manat, 2018-ci ildə 14 min 580 manat, ümumilikdə 17 min 340 manat məbləğində mənfəət vergisi az ödənilib.

    Masallı Rayon Mədəniyyət İdarəsinə əvəzsiz olaraq verilmiş 202 min 551 manat 20 qəpik məbləğində mal-material qiymətlilərindən 21 min 532 manat 90 qəpik maliyyə hesabatında uçota alınmayıb.

    “Azanfilm Studiyası”nın mühasibatlığı tərəfindən “Balaca şahzadə” sənədli filminin istehsalı ilə əlaqədar icarə haqqı üzrə firmalara 3340 manat artıq vəsait ödənilib.

    “Mozalanfilm Studiyası” tərəfindən “Əlvida, Şmit” bədii filminin çəkilişi üçün yerin icarəsi adı ilə firmalara 1500 manat artıq vəsait ödənilib.

    //oxu.az

  • Azərbaycanda koronavirus xəstələrinin qabları küçəyə atıldı – VİDEO

    Koronavirusdan müalicə alanların yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığın təhlükə yaradacaq fakt qeydə alınıb.

    Unikal.org-un məlumatına görə, xəstəxanada yemək verilməsi üçün nəzərdə tutulan qablar və əşyalar sellofan kisələrə yığılaraq həyətə boşaldılıb.

    Xəstəxana əməkdaşlarının hansı səbəbdən bu addımı atdığı dəqiq bilinmir.

  • Azərbaycanda zirehli texnika avtomobillə toqquşdu – ANBAAN VİDEO

    Azərbaycanda zirehli transportyor (ZTR) qəza törədib.

    Hadisə Yevlax rayonu ərazisində baş verib.

    Belə ki, bu gün səhər saatlarında ZTR dönmə əməliyyatını yerinə yetirən zaman qarşıdan gələn “Niva” markalı avtomobillə toqquşub.

    Qəzanın görüntülərini təqdim edirik:

  • Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır – RƏSMİ

    Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır.

    Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

    Bildirilib ki, sərnişin sayının azalması ilə əlaqədar iyunun 30-dan etibarən bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

    Hərəkəti dayandırılacaq qatarların siyahısı aşağıdakılardır:

    – Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt qatarı;

    – Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt qatarı;

    – Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı qatarı;

    – Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarı.

  • Misir Rusiyadan 500 döyüş tankı alacaq

    Misir Rusiyadan 500 ədəd T-90MS tankı alacaq.

    Bununla bağlı Misir mətbuatı məlumat yayıb.

    Xəbəri Misir ordusunun generalı Kamil əl-Vəzir də təsdiq edib.

    Müqavilənin ümumi dəyəri 156 milyard rubl (2 milyard) qiymətləndirilir.

    General Kamil əl-Vəzir əlavə edib ki, sözügedən tankların yığılması üçün Misirdə zavod qurulacaq.

  • ANS-in 2013-cü ildə koronavirus barədə hazırladığı süjet və gerçəkliklər – VİDEO

    Sosial şəbəkələrdə “ANS” kanalının koronavirusla bağlı illər əvvəl hazırladığı sujet yayılaraq bunun oyun olduğu iddia edilib və bu da insanların virusa qarşı şübhələrinin artmasına səbəb olub.

    Sözügedən video 2013-cü ildə, hazırda fəaliyyəti dayandırılmış “ANS” telekanlında yayımlanıb. Sujetdə koronavirusun iki nəfərə yoluxmasından və təhlükəli olmasından danışılıb.

    Qeyd edək ki, koronavirusun müxtəlif növləri var. ANS-də bəhs olunan koronavirus onun MERS ( Middle East respiratory syndrome) növüdür. Mers növündən əvvəl isə SARS ( Severe acute respiratory syndrome ) növü olub.

    SARS virusu 2002-04-cü illərdə yayılıb və bu virusdan 774 ölüm qeydə alınıb. MERS növü isə 2012-2013-cü illərdə yayılıb və 282 nəfər bu virus səbəbindən dünyasını dəyişib.

    Hazırda yayılan isə koronavirusun yeni növüdür və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

    Məlumat üçün bildirək ki, bugünkü statistikaya əsasən dünyaüzrə koronavirusa yoluxanların sayı 10 milyonu keçib, 500 mindən çox insan yeni növ koronavirus səbəbindən dünyasını dəyişib.

  • İnsanların çölə çıxmasına 5 günlük qadağa qoyulur? – Baş infeksionistdən AÇIQLAMA

    Xəbər verdiyimiz kimi iyunun 28-də 534 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq edilsə də, gündəlik yoluxmaların sayı 500-dən çox olur. Yoluxanların sayını azaltmaq üçün 5 gün müddətinə insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

    Median.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan baş infeksionist Cəlal İsayev bildirib ki, iyulun 5-nə kimi 8 rayon və şəhərdə sərt karantin rejimi elan edilib:

    “Sərt karantin rejimin bitməsinə hələ bir neçə gün var. O müddət tamam olduqdan sonra nəticələrin təhlilinə görə bu barədə qərar verilə bilər. Qaldı ki, sərt karantin rejimi elan olunmasına baxmayaraq gündəlik yoluxmaların sayının 500-dən çox olmasına, virusun kliniki epidemoloji gedişatı bu cür olur. Gah azalır, gah artır. Əlbəttə bu məsələdə insanların məsuliyyətli olması vacibdir. İnsanlarımız qoruyucu tibbi maskalardan istifadə etməli, sosial məsafəni qorumalıdır.Təəssüf ki, bəzi insanlarımız Operativ Qərargahın qoyduğu qərarlara və verdiyi tövsiyələrə barmaqrası baxır. Əgər biz karantin rejiminin müsbət nəticəsini görmək istəyiriksə, o zaman qoyulan qaydalara verilən tövsiyələrə əməl etməliyik”.