Month: June 2020

  • Millət vəkili: “Ehtiyac olarsa, karantin rejimi uzadıla və sərtləşdirilə bilər”

    “Koronavirusa yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaq məqsədilə karantin qaydalarına birmənalı şəkildə riayət olunmalıdır”.

    Bu sözləri Oxu.Az-a açıqlamasında ixtisasca həkim olan millət vəkili İlham Məmmədov deyib. O bildirib ki, bu gün koronavirus infeksiyasının kliniki gedişatında bir qədər ağırlaşma müşahidə edilir:

    “İlkin mərhələdə xəstəlik özünü nisbətən yüngül büruzə verirdisə, bu gün təəssüf olsun ki, xəstəliyin gedişatı kifayət qədər ağır, kəskin və fəsadlaşmış şəkildə davam edir. Qısa zaman kəsiyində quru öskürək, yüksək hərarət, baş ağrıları və digər ağır simptomlar vətəndaşları çətin vəziyyətə salır. Azərbaycanda pandemiyanın ilk başladığı gündən apardığı preventiv tədbirlər, operativ qərargahın yaradılması, qərargah üzvlərinin vəziyyətə uyğun şəkildə qəbul etdiyi qərarlar bu gün ölkə daxilində yoluxma hallarını nisbətən də olsa, nəzarətdə saxlamağa kömək edir.

    Prezident İlham Əliyev pandemiya ilə mübarizə çərçivəsində bir sıra sərəncam və tapşırıqlar verib. Həmin tapşırıqlar əsasında ölkədə modul tipli xəstəxanaların inşasına başlanılıb. Bununla paralel olaraq isə vətəndaşların sosial durumunu nəzərə alaraq, onlara sosial yardım paketlərinin ayrılması istiqamətində müvafiq tapşırıqlar verib. Təəssüf osun ki, may ayına qədər müşahidə edilən stabil vəziyyət karantin yumşaldıqdan sonra nisbətən artmağa başladı. Bu isə mövcud vəziyyətə tam nəzarət etməyi nisbətən çətinləşdirir. Bu səbəbdən də karantin rejimi yenidən sərtləşdirildi. Karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayandı və gündəlik yoluxmaların orta sayı 520-550 arasında müəyyənləşdi”.

    Millət vəkili onu da əlavə edib ki, karantin rejiminin sərtləşdirilməsi yoluxma dinamikasının aşağı düşməsində ciddi dəyişiklik yaradırsa, yeri gələrsə onun uzadılması, eləcə də əlavə tədbirlərin görülməsi zəruri hal ala bilər:

    “Təbii ki, bu qərar operativ qərargah nümayəndələri tərəfindən müəyyən proseslər nəzərdən keçirildikdən sonra alına bilər. Əslində birmənalı olaraq bu yoluxma dinamikasından asılıdır. Ehtiyac olarsa, zərurət yaranarsa, karantin rejimi uzadıla bilər. İnsanlarımız da bunu anlayışla qarşılamalıdır. Daha əvvəl bu xəstəliyə inanmayanlar olurdu. Lakin bu gün hər kəs “mənim yaxınlarım arasında koronavirusa yoluxan var” cümləsini qurur. Bu təəssüf doğuran məqamdır, lakin vətəndaşlarımız bizdən inciməsin. Daha əvvəl onlar karantin rejiminə ciddi riayət etsəydi, yoluxma halları artmazdı.

    İctimai nəqliyyatdan istifadə etdikdə, mağazaya getdikdə, küçəyə çıxdıqda tibbi maskalardan istifadə etmək, insanlar arasında sosial məsafəni gözləmək ilkin mərhələlərdə vacib idi.

    Biz sanki müharibədəyik. Hər birimiz vətənimiz uğrunda müharibəyə gedib, canımızdan keçməyə hazırıq. Bu da bir müharibədir. Yalnız burada vətən uğrunda ölmək yox, vətən uğrunda yaşamaq və yaşatmaq lazımdır. Bunun üçün isə qaydalara riayət etmək şərtdir. Lakin vətəndaşlarımız buna hələ indi, yavaş-yavaş riayət etməyə başlayıb. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayının aşağı düşmə ehtimalı çox böyükdür”.

    İ.Məmmədov sərt karantin rejimi qaydalarının pozulmasına görə tətbiq edilən cərimə tədbirlərinə edilən dəyişikliklərə də toxunub. O bildirib ki, bu gün Milli Məclisdə müzakirəyə çıxarılan karantin rejimini pozan şəxslərə tətbiq edilən cərimə miqdarının artırılması ilə bağlı məsələyə müsbət rəy verildi və qərar qəbul edildi:

    “Burada söhbət cərimələri artırıb hər hansı bir formada cərimələməkdən getmir. Dövlətin məqsədi bu deyil. Sadəcə, bu gün atılan bütün addımlar insanları həm özlərinin, həm də ətrafdakı insanların təhlükəsizliyinə biganə yanaşmamaqları üçün qanuni çərçivəyə salmaqdır. Bu bəzi məsuliyyətsiz insanlara xatırlatmadır. Yaşayış yerini tərk edən insan tibbi maska taxmırsa, qapalı məkanlarda yoluxma riskini artıracaq davranışlara yol verirsə, o artıq özünü deyil, ətrafdakı insanların sağlamlıqlarını da bilə-bilə riskə atır. Hər bir vətəndaş bizim millətimizin üzvüdür. Bu gün biz özümüz-özümüzə irad bildirməliyik. İctimai qınaq mütləq şəkildə olmalıdır.

    Tutduğu vəzifəsindən, ictimai-siyasi görüşündən asılı olmayaraq, hər kəs bu istiqamətdə təbliğat aparmalı və insanları birlik olaraq qaydalara riayət etməyə çağırmalıdır. Bu tək dövlətimizin deyil, bizim hər birimizin vətən, millət qarşısında borcudur.

    Bütün sosial media bu gün qaydaların ayrı ayrı vətəndaşlar tərəfindən pozulması hallarını göstərib, bunun yolverilməz olduğunu diqqətə çatdırmalıdır. Əks təqdirdə karantin rejiminin sərtləşdirilməsinə, cərimə tətbiqlərinin digər ölkələrdəki kimi daha da artırılmasına zərurət yaranacaq. Axı bizə bu lazım deyil, elə deyilmi? İnsanın öz sağlamlığının qeydinə qalması üçün bu qədər cərimə tədbirlərinə ehtiyac varmı? Dövlət əlindən gələni edir ki, məsuliyyətsiz vətəndaşlara bu işin ciddiyyətini başa salsın. Mən xahiş edirəm ki, pandemiya dövründən ən az zərərlə çıxmaq üçün birlik olaq, qalib gələk”.

  • Koronavirusdan ölən müəllim beynəlxalq fənn olimpiadalar qrupunun rəhbəri olub

    Təhsil Nazirliyi dünən koronavirusdan həyatını itirmiş Bakı Dövlət Universitetinin müəllimi Naqif Nəbiyev haqqında məlumat yayıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin təhsil ictimaiyyətinə ağır itkinin üz verdiyini qeyd edən qurum mərhumun ailəsinə başsağlığı verib:

    “Bakı Dövlət Universitetinin fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Naqif Nəbiyev ötən gün vəfat edib. 60 yaşında dünyasını dəyişən Naqif Nəbiyev 1977-1982-ci illərdə BDU-nun fizika fakültəsində təhsil alıb, 1986-cı ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. 2015-ci ildən fizika üzrə respublika və beynəlxalq fənn olimpiadalar qrupunun rəhbəri olub.

    Naqif Nəbiyev nanostrukturların kvant kimyəvi hesablamaları sahəsində dünya səviyyəli tanınmış mütəxəssis, Azərbaycan olimpiada hərəkatının bayraqdarlarından biri olub. Naqif Nəbiyevin saysız istedadlı gənclərin yetişməsində böyük rolu olub. Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi mərhumun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”

  • Yunanıstanın bütün hava limanları İyulun 1-dən beynəlxalq reysləri qəbul edəcək

    İyulun 1-dən etibarən Yunanıstanın bütün hava limanları beynəlxalq reysləri qəbul edəcək.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu hökumətin rəsmi nümayəndəsi Stelios Petsas deyib.

    O bildirib ki, həmin tarixdən Yunanıstanın bütün dəniz limanları da beynəlxalq dəniz reyslərini qəbul etməyə başlayacaq.

    İyunun 15-dən yalnız Afina və Saloniki hava limanları beynəlxalq reysləri qəbul edirdi.

  • Bakıda keçmiş məhkum sevgilisinin anasını döyüb qarət etdi

    Bakıda keçmiş məhkum sevgilisinin anasını qarət edib.

    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları əvvəllər xuliqanlığa və qəsdən sağlamlığa yüngül xəsarət yetirməyə görə məhkumluq həyatı yaşamış 1985-ci il təvəllüdlü Asif Abbasovun yerinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər görürlər.

    Həmin şəxs iyunun 27-də, saat 15:00 radələrində Binə qəsəbəsində birlikdə yaşadığı qadının anası – 1962-ci il təvəllüdlü Dostubəyim Seyfullayevanı döyüb, onun pulqabından 200 manat götürərək, hadisə yerindən qaçıb.

    Faktla bağlı cinayət işinə başlanılıb.

    Ayın əvvəlindən bəri paytaxtda polis tərəfindən doqquz qarət hadisəsi qeydə alınıb. Koronavirus infeksiyasının yayılması ilə əlaqədar mart ayının sonunda tətbiq olunan xüsusi karantin rejimi zamanı bu cinayətlərin sayı kəskin azalıb. Müqayisə üçün qeyd edək ki, bu ilin mart ayında Bakıda 19 qarət hadisəsi qeydə alınmışdı.

  • Fransanın sabiq Baş naziri azadlıqdan məhrum edildi

    Fransanın sabiq Baş naziri Fransua Fiyon beş il müddətinə azadlıqdan məhrum edilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, Baş nazir dövlət vəsaitini əsassız xərcləməkdə, o cümlədən deputat olarkən öz həyat yoldaşı Penelopa Fiyonu köməkçi olaraq saxta şəkildə işə götürməkdə təqsirli bilinib.

    Sabiq nazirin cəzasının 3 ili şərti olaraq verilib. Eyni zamanda, P.Fiyon da 3 il müddətinə şərti azadlıqdan məhrum etmə və 375 min avro məbləğində cərimə ilə cəzalanıb.

    Hər iki şəxs qərardan apellyasiya şikayəti verəcəyini deyib.

    Qeyd edək, Fransua Fiyon Nikolya Sarkozinin hökumətində 2007-2012-ci illərdə Fransanın Baş naziri olub.

  • АПБА получило новые полномочия

    Агентство пищевой безопасности Азербайджана(АПБА) получило новые полномочия

    Это отражено в соответствующих поправках к решению Кабинета министров “Об утверждении некоторых нормативных правовых актов, связанных с ветеринарством в Азербайджанской Республике”.

    Согласно поправке, согласие на сохранение штаммов любых микроорганизмов и паразитарных заболеваний в Национальной коллекции будет даваться АПБА. Согласно действующему решению, полномочия в этой области находились у Государственной службы ветеринарного контроля при Министерстве сельского хозяйства.

    В то же время Агентство назначит высококвалифицированного специалиста для организации сохранения патогенных свойств всех штаммов микроорганизмов из Национальной коллекции и для ведения документации при получении входящих штаммов.

    Согласно действующему закону, эти полномочия были переданы Азербайджанскому государственному институту научного контроля над ветеринарными препаратами.

  • AQTA-ya yeni səlahiyyət verildi

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə yeni səlahiyyət verilib.

    Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.

    Dəyişikliyə əsasən, hər hansı bir mikroorqanizm və parazitar xəstəliklər törədiciləri ştamlarının Milli Kolleksiyada saxlanmasına Qida Təhlükəsizliyi Agentliyi razılıq verəcək. Qüvvədə olan qərara əsasən, bu sahədə səlahiyyət Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində olub.

    Eyni zamanda, Agentlik tərəfindən Milli Kolleksiyanın bütün mikroorqanizm ştamlarının patogen xüsusiyyətlərinin qorunub saxlanmasını təşkil etmək və daxil olan ştamları qəbul edərkən sənədləşmələri aparmaq məqsədilə yüksək ixtisas hazırlığı olan məsul şəxs təyin ediləcək.

    Qüvvədə olan qanuna əsasən, bu səlahiyyət Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunda olub.

  • Bu gün Azərbaycanda 343 nəfər koronavirusdan sağalıb

    Bu gün Azərbaycanda 343 nəfər koronavirusdan sağalaraq evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir.
    Bununla da ümumi sağalanların sayı 9369 nəfərə çatıb.

    Hazırda aktiv xəstə sayı 7393 nəfərdir.

  • В Азербайджане выявлено 544 новых случая инфицирования COVID-19, скончались еще восемь человек

    В Азербайджане выявлено 544 новых случая инфицирования коронавирусом, еще 343 человека излечились.

    Об этом 29 июня сообщает оперативный штаб при Кабинете министров.

    За последние сутки от COVID-19 скончались еще восемь человек.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 16 968 человек, 206 из которых скончались, 9 369 – излечились, 7 393 – продолжают лечение в больницах особого режима.

    В республике на сегодняшний день проведено 475 525 тестов (за последние 24 часа 6 558) на выявление COVID-19.

  • Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu, səkkiz nəfər vəfat etdi

    Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.