Month: June 2020

  • Azərbaycanda koronavirusa yoluxan hamilə qadın öldü: Körpəsi xilas edilsə də…

    Azərbaycanda hamilə qadın koronavirusdan (COVID-19) vəfat edib.

    Körpənin həyatı xilas edilib, amma vəziyyəti hazırda ilk günlərdəki kimi çox ağırdır.

    Azərbaycan Tibb Universitetinin mətbuat xidməti məlumatı oxu.az-a təsdiq edib.

    Bildirilib ki, ananın vəziyyəti ilə bağlı körpə oksigen azlığı keçirib:

    “Bu səbəbdən baş beyində ciddi zədələnmələr var. Aparılan müayinə zamanı beyində qanama, işemik zədələnmə aşkarlanıb. Körpə doğulan zamandan ağciyərlərin süni tənəffüsü cihazına bağlıdır. Hələlik cihazdan ayırmaq mümkün deyil”.

    Qeyd edilib ki, vaxtından erkən doğulmanın əlamətləri uşağın vəziyyətini daha da ağırlaşdırır:

    “Uşaqdan götürülmüş COVID-19 RP-PCR testi neqativdir. Sonrakı vəziyyəti ilə bağlı proqnoz vermək mümkün deyil. Biz körpəni hər an itirə bilərik”.

  • DSMF-nin vəzifəli şəxsləri həbs edildi – Rəsmi açıqlama

    Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri aşkar edilib.

    Bu barədə Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə Məlumat yayıb.

    Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmanın aparılmasıdır.

    Keçirilmiş istintaq tədbirləri nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərovun həmin fondun müdir müavini Bəyəli Xəlilov və 2010-2016-cı il tarixlərində DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək vasitəçi kimi tanışı Şahin Məmmədovun köməkliyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilib.

    Həmçinin, Elçin Ələkbərovun pensiya təyin etdirmək imkanına malik olduğunu yalandan bildirərək ümumilikdə 21 nəfər şəxsi təkrarən aldadıb 70 min manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə və vasitəçi kimi iştirak etmiş cinayətkar qrupun üzvü Əbülfəz İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, habelə həmin qanunsuz hərəkətinə görə vətəndaşları pul vəsaitini rüşvət qismində verməyə təkrar təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd olunan qanunsuz əməllərə görə Elçin Ələkbərov, Bəyəli Xəlilov və Arif Qənbərova Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

    Şahin Məmmədov Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət almağa kömək etmə) və Əbülfəz İbrahimov CM-nin 178.2.4 (qabaqcadan əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda təkrar dələduzluq) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Bundan başqa, istintaqla 2016-2018-ci illərdə DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Nizami Əhmədov və həmin şöbənin pensiya sektorunun müdiri işləmiş Səmayə Eminovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz pensiyanın təyin edilməsinə və ödənilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

    Həmin hərəkətlərə görə Səmayə Eminova və Nizami Əhmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Sərt karantin rejimi uzadılacaq? – RƏSMİ AÇIQLAMA

    8 rayon və şəhərdə tətbiq edilən sərt karantin rejiminin uzadılıb-uzadılmaması situasiyadan asılı olacaq, bu, hələlik müzakirə olunmur.

    Median.Az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

    İ.Məmmədov qeyd edib ki, hələ qarşıda 1 həftə var:

    “Situasiyadan asılı olaraq, vəziyyətə müvafiq qərar veriləcək. Bu barədə də ictimaiyyət məlumatlandırılacaq”.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

  • Bakıda karantin vaxtı restorana gedən müştəri polisi görüb özünü 3-cü mərtəbədən atdı

    Bakının Xəzər rayonunda polis qeyri-qanuni fəaliyyət göstərən restoranda reyd aparan zaman bədbəxt hadisə baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb.

    Bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə edilib.

    Xəzər Rayon Polis İdarəsinin əməkdaşları həmin iaşə obyektini aşkarlayan zaman restoranda olan müştəri, 1977-ci il təvəllüdlü Tağıyev Azad Cəbrayıl oğlu məsuliyyətdən azad olmaq üçün özünü pəncərədən yerə atıb.

    O, ağır vəziyyətdə – boyun və ayaq sümüklərinin sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

  • Изменена дата вступления в силу закона «О медиации»

    В Азербайджане изменена дата вступления в силу закона «О медиации».

    В связи с этим Президент Азербайджана Ильхам Алиев 29 июня подписал соответствующий документ.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно поправке, в 39-й статье закона слова “с 1 июля 2020 года” заменены на “с 1 января 2021 года”.

  • Prezident “Mediasiya haqqında” qanunda dəyişikliyi təsdiqlədi

    Prezident İlham Əliyev “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliyi təsdiqləyib. 

    Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

    Dəyişikliyə əsasən, qanunun 39-cu maddəsində “2020-ci il iyulun 1-dən” sözləri “2021-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilib. 

  • У Джейранбатанского водохранилища начался пожар

    На короткий номер 112 горячей линии МЧС поступила информация о возгорании сухой травы и кустарника у Джейранбатанского водохранилища на территории Абшеронского района.

    Об этом сообщили в ведомстве.

    К тушению привлечены соответствующие подразделения Государственной службы противопожарной охраны МЧС.

  • Ceyranbatan su anbarı yaxınlığındakı yanğın söndürüldü – YENİLƏNİB

    Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Bununla bağlı FHN-dən məlumat verilib.

    * * * * *

    Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın nəzarətə alınıb.

    Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

    O bildirilib ki, ərazidə quru ot və kol-kos yanır:

    “Nazirliyin çağrı mərkəzinə yanğınla bağlı müraciət daxil olub. Daxil olan müraciət əsasında əraziyə dərhal FHN-nin müvafiq qüvvələri cəlb olunub. Qısa müddətdə yanğın nəzarətə götürülüb”.

    Qeyd edək ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

    * * * *

    Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.

    Hazırda yanğınsöndürmə işləri aparılır.

  • Gün ərzində 8103-ə ikinci icazə üçün müraciət etmək mümkündür? – RƏSMİ AÇIQLAMA

    Azərbaycanda SMS icazə ilə bağlı yenilik olub.

    Artıq 8103 SMS icazə sistemi vasitəsilə yalnız bir kodla yaşayış yerini tərk etmək mümkündür.

    Əhali bir gün ərzində 1 rəqəmi ilə təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün icazə alırdısa, 2 rəqəmini yollamaqla ərzaq və digər gündəlik tələbatını yerinə yetirə bilərdi. Artıq icazə üçün SMS limiti var: yalnız bir dəfə müraciət etmək olar.

    Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sui-istifadə hallarına yol verildiyi üçün artıq SMS-icazə sisteminə limit qoyulub:

    “Vətəndaşlarımıza dəfələrlə müraciət edərək sui-istifadə hallarına yol verməmələrini xahiş etmişdik. Amma bu hallar çox yaşandığından SMS icazəyə limit qoyulub və bundan gündə yalnız bir dəfə istifadə etmək olar”.

  • Ильхам Алиев и Мехрибан Алиева ознакомились с реставрационно-консервационными работами в Ичеришехер – ФОТО

    Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева 29 июня ознакомились с реставрационно-консервационными работами, проводимыми в части Государственного историко-архитектурного заповедника “Ичеришехер”.

    Как сообщает АЗЕРТАДЖ, работы проводятся по инициативе Первого вице-президента Мехрибан Алиевой и при поддержке Фонда Гейдара Алиева.