Month: June 2020

  • Kür çayı quruyur, problemlər artır – VİDEO

    Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli azalıb, hətta həyətyanı sahələrdə su quyuları quruyub.

    “Report” xəbər verir ki, 10 gün ərzində Kür çayında suyun səviyyəsi 1-1,5 metr aşağı düşüb.

    Artıq Kürdə də Kürlük qalmayıb. O vahiməli, coşub-daşan Kürə baxdıqda gölməçələr və kiçik adalar görünür. Vəziyyətin belə həddə olması su nasoslarına da öz təsirini göstərib.

    Demək olar ki, su nasosları indiki halda tam gücü ilə işləmir. Bu da Kürun suyundan suvarma üçün istifadə olunan rayonların ərazisində məhsuldarlığı aşağı salıb.

    Çayda suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da quruyub.

    Mütəxəssislərin fikrincə, Mingəçevir Su Anbarında suyun tənzimlənməsi problemi həll olunmayınca vəziyyət kritik olaraq qalacaq.

  • Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub – VİDEO

    Özünü polis əməkdaşı kimi qələmə verən və vətəndaşların etibarından sui-istifadə edərək onlardan müxtəlif məbləğlərdə pul alan əvvəllər məhkum olunmuş Qaradağ rayonunun Ələt qəsəbə sakini Zamiq Əhmədov saxlanılıb.

    Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, saxlanılan şəxs ayrı-ayrı vətəndaşlardan aldatma yolu ilə 50 manat məbləğində pul müqabilində onları şəhərin giriş çıxışlarında quraşdırılmış polis nəzarət postlarından yayındırıb kənar və torpaq yollarla şəhər və bölgələr istiqamətində keçirib. Sonuncu belə əməliyyat zamanı o polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

    Qeyd edək ki, Zamiq Əhmədov bundan əvvəl CM-in 178-ci (dələduzluq) maddəsi ilə həbs edilib.

    Polis əməkdaşlarının keçirdiyi növbəti tədbir nəticəsində Göyçay rayon sakini Nahid Şıxəliyev yaşadığı rayondan öz avtomobili ilə gətirdiyi həmyerlilərini Bakıya, Ələt qəsəbə sakini Şamo Şamilov da ayrı-ayrı şəxslərdən aldığı pul müqabilində onları polis nəzarət postlarından torpaq yolla keçirərkən saxlanılıblar.

    Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə inzibati qaydada həbs qərarı çıxarılıb.

  • Qazaxıstanda futbol klubunun 25 oyunçusu koronavirusa yoluxub

    Qazaxıstanın “Kaysar” futbol klubunda koronavirusun yayılması faktı qeydə alınıb.

    Sport.kz saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stoyço Mladenov məlumat verib.

    Mütəxəssis qeyd edib ki, 10 əsas oyunçu və gənclərdən ibarət komandadan daha 15 nəfərin testinin cavabı müsbət olub.

    İyulun 1-də Qazaxıstan Premyer Liqası çərçivəsində “Kaysar” klubu “Taraz”la qarşılaşmalı idi. Ancaq Mladenovun sözlərinə görə, matçın taleyi hələ də bəlli deyil.

    Görüş çempionatın bərpa olunmasından sonra komanda üçün ilk qarşılaşma olacaqdı.

  • Bəzi dərsliklərin tərtibatı dəyişdiriləcək – VİDEO

    2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrinin birinci, beşinci və doqquzuncu sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq. Bəzi dərsliklərin də tərtibatı dəyişdiriləcək.

    Baku.Tv xəbərinə görə, Təhsil Nazirliyinin baş məsləhətçisi Vüsalə Əliyeva bildirir ki, dərsliklər dövlətin qərarına uyğun olaraq, bir neçə il müddətində istifadə etmək üçün çap olunur. İstifadə müddəti bitdikdən sonra kitabların yararlılıq müddəti başa çatır. Bəzən isə dərsliklər istifadə olunduğu dövr ərzində məzmun baxımından müəyyən köhnəlməyə məruz qalır. Belə olan halda isə dərsliklər ya təkmilləşdirilir, ya da yeniləri ilə əvəz olunurlar.

    Bu ildən etibarən, 1-ci sinifdə təhsil alanlar üçün hazırlanan bütün kağız dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün dörd tədris ili təyin olunurdusa, bu ildən bir tədris ili təyin olunacaq. Bu isə ona əsas verir ki, şagirdlər tapşırıqları yerinə yetirmək üçün əlavə avadanlıqlardan deyil, bütün tapşırıqları elə dərsliyin üzərində işləməklə həyata keçirəcəklər.

    Bundan əlavə, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində birinci siniflər üzrə Azərbaycan dili və Riyaziyyat dərslikləri bu il ilk dəfə olaraq iki hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci yarısını, ikinci hissəsi isə tədris ilinin ikinci yarısını əhatə edəcək. Ümumilikdə 2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin 1-11ci siniflər üçün 339 adda 7 milyon 233 min 214 nüsxə kağız dərslik və metodiki vəsaitin çap edilməsi nəzərdə tutulur.

  • Azərbaycanın heç bir bölgəsində hotellərdə hovuzların fəaliyyətinə icazə verilmir

    Hazırda Azərbaycanın dörd şəhər və beş rayonunda sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. Məhz bu səbəbdən də Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində hotel, istirahət və əyləncə məkrəzlərinin fəaliyyəti dayandırılıb.

    News24.az xəbər verir ki, buna baxmayaraq, karantin rejimi tətbiq edilməyən bölgələrdə yerləşən hotel və istirahət mərkəzlərində də müəyyən qadağalar var.

    Belə ki, Şəki, Şamaxı, Nabran, Şabran kimi bölgələrdə hotellərin əksəriyyəti karantin rejiminə görə bağlıdır, fəaliyyət göstərənlərdə isə hovuzdan istifadəyə icazə verilmir.

    Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bununla bağlı yaxın günlərdə açıqlama olacağını bildirib.

  • Sabah Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü keçiriləcək

    Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüşü baş tutub.

    Bu barədə XİN-dən məlumat verilib.

    Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münsqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma və infrastruktur layihələri daxil olmaqla Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət məsələsini qaldırıb.

    Həmsədrlər imkan olan ilk fürsətdə iki ölkənin Xarici İşlər nazirləri arasında birbaşa təmasların qurulmasının əhəmiyyətini vurğulayıblar.

    Sabah, 30 iyun tarixində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulur.

  • Rusiyada kinoteatrların açılacağı tarix məlum oub

    “Rusiyada koronavirus pandemiyası ilə əlaqədar bağlanmış kinoteatrlar iyulun 15-də açılacaq”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya hökumətinin iclası zamanı baş nazirin müavini Dmitri Çernışenлo deyib.

    Bir müddət əvvəl, ölkənin Mədəniyyət naziri Olqa Lyubimova da kinoteatrların iyulun ortalarında açılmasının mümkünlüyü barədə danışmışdı.

    Qeyd edək ki, Rusiyada kinoteatrlar Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında martın 23-də bağlanmışdı.

  • Koronavirusa görə KT-dan hansı hallarda keçmək lazımdır?

    Covid-19 pandemiyası ilə əlaqədar ağciyərlərini kompüter tomoqrafiyası (KT) etdirən insanların sayı çoxalıb.

    Koronavirus ən çox ağciyərlərə zərər vurur və bu da kompüter tomoqrafiyasında aydın görünür.

    Ancaq məsələ burasındadır ki, özündə koronavirusun simptomlarını hiss etməyən insanlar belə bu müayinədən keçmək istəyirlər.

    Bu barədə həkim-radioloq Səyyarə Hüseynova Azərtac-a bildirib.

    “Bəs, kimlər KT üçün müraciət etməlidir?” sualına S.Hüseynova belə cavab verib:

    “Heç bir simptomu olmayan şəxslər də kompüter tomoqrafiyasından keçmək istəyir. Məsləhət görərdim ki, əslində, heç bir şikayəti olmayan insanlar tələsməsinlər. Buna ehtiyac yoxdur. Bu, ancaq kəskin şikayətləri, temperaturu 38 dərəcədən yüksək olan, özündə nəfəs darlığı, öskürək hiss edən şəxslərə məsləhət görülür”.

  • İlham Əliyev Türkmənistan Prezidentinə zəng edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova telefonla zəng edib.

    Dövlətimizin başçısı Qurbanqulu Berdiməhəmmədovu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və Türkmənistanın firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

    Türkmənistan Prezidenti göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

    Telefon söhbəti zamanı Azərbaycanla Türkmənistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın uğurla davam etdiriləcəyinə əminlik bildirilib.

  • Bakıda sərt karantin olsa da, məşhur kafe açıq imiş…

    Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydlarına zidd olaraq, qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb.

    Səbail RPİ İctimai Təhlükəsizlik şöbəsinin və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Üzeyir Hacıbəyov küçəsində “Marani-gürcü mətbəxi”nin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

    Ümumilikdə 3 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 200 manat cərimə olunublar.
    //azxeber