Month: June 2020

  • İşğalçı Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

  • Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

    Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə I müavin təyin edilməsi barədə sərəncam imzalayıb.

    Report xəbər verir ki, sərəncamla bu vəzifəyə Namiq Hümmətov gətirilib.

    O, indiyə qədər Komitənin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

  • Rusiyada COVID-19-a qarşı immunitet araşdırılacaq

    Rusiyada COVID-19-a qarşı immunitetin tədqiqi Sankt-Peterburq şəhərində, Tümen vilayətində və Xabarovsk diyarında aparılacaq.

    Bu barədə “RİA Novosti” agentliyi “Rospotrebnadzor”a istinadla məlumat yayıb. Tədqiqatın iyulda keçiriləcəyi planlaşdırılır.

    Mənbəyə görə, bu məlumatlar ayrı-ayrı bölgələrdə və bütövlükdə ölkədə epidemioloji vəziyyətin inkişafını proqnozlaşdırmaq üçün zəruridir. Əldə ediləcək nəticələrə əsaslanaraq, COVID-19-dan zəruri qoruyucu tədbirləri təyin etmək, epidemiya prosesinin xüsusiyyətlərini anlamaq mümkün olacaq.

  • Bakının daha bir rayonunda su problemi həllini tapdı – AÇIQLAMA

    Bakının Xətai rayonu ərazisində sakinlər su problemindən şikayət edir.

    Bu barədə redaksiyamıza sakinlər tərəfindən məlumat verilib.

    Söhbət rayonun Nəsirəddin Tusi 31, Kənd Əhmədli ərazilərindən gedir.

    Ərazidə dünəndən suyun verilişində məhdudiyyətlər olduğu bildirilib.

    “Azərsu” ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazilərdə hazırda heç bir problem yoxdur:

    “Sözügedən ərazilərə rejimlə içməli suyun verilməsi təmin edilir. Su anbarında nasoslar səhər saat 06:00-da işə salınır. Ola bilər ki, bəzi binalara suyun qalxması zaman alsın, amma bu dəqiqə həmin ərazilərə normal təzyiqlə su verilir”.

  • В Азербайджане выявлено еще 339 случаев заражения коронавирусом, умерли 4 человека

    В Азербайджане выявлено еще 339 случаев заражения коронавирусом, 114 человек вылечились, 4 человека скончались.

    Как передает АПА, об этом говорится в сообщении Оперативного штаба при Кабмине.

    На сегодняшний день в нашей стране выявлено 8530 фактов заражения коронавирусной инфекцией. 4720 человек вылечились, 102 человека умерли, 3708 человек продолжают лечение в больницах особого режима.

    За истекший период было проведено 356032 теста на выявление новых случаев заражения.

  • Xırdalanda mənzildə qadın meyiti aşkarlandı

    Abşeron rayonunda mənzildə 85 yaşlı qadının meyiti aşkarlanıb.

    Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Ədilova Gülçöhrə Vurğun qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • AMEA-da iki yeni mərkəz yaradıldı

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağı keçirilib.

    “Report” xəbər verir ki, iclasda bir sıra elmi-təşkilati məsələlərə də baxılıb.

    İclasda AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin yaradılması, akademiyanın Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması, AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

  • “Sumqayıt”ın hücumçusu zədələnib

    “Sumqayıt” klubu ciddi itki ilə üzləşib.

    “Report”un məlumatına görə, “gənclik şəhəri” təmsilçisinin futbolçusu Peyman Babayi sıradan çıxıb.

    Dünənki məşqdə ayağından zədələnən iranlı hücumçunun zədəsinin ciddi olduğu güman edilir.

    Qeyd edək ki, P.Babayi həmin səbəbdən bu gün “Kapital Bank Arena”da “Qəbələ” ilə keçirilən yoxlama matçında meydana çıxmayıb.

  • Названо количество сотрудников НАНА

    Объявлено число сотрудников Национальной Академии Наук Азербайджана (НАНА).

    Как передает Median.Az, об этом на онлайн-собрании Академии заявил академик-секретарь НАНА, член-корреспондент Аминага Садыгов.

    По его словам, общая численность работников, работающих в научных учреждениях, отделах и организациях НАНА, составляет 10 036 человек.

    Отмечается, что количество исследователей составляет 4 700, в том числе 581 доктор наук и 1 925 докторов философии.

    Было отмечено, что НАНА состоит из 168 членов (67 полноправных членов, 101 член-корреспондент).

  • AMEA əməkdaşlarının sayı açıqlandı

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının sayı açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə akademiyanın onlayn ümumi yığıncağında AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov məlumat verib.

    O bildirib ki, AMEA-nın elmi müəssisə, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 10 036 nəfərdir.

    Elmi işçilərin ümumi sayı 4 700, o cümlədən 581 nəfəri elmlər doktoru, 1 925 nəfəri fəlsəfə doktorudur.

    Bildirilib ki, AMEA-nın tərkibi 168 üzvdən (67 həqiqi üzv, 101 müxbir üzv) ibarətdir. Akademiyanın doktoranturasına fəlsəfə doktoru hazırlığı proqramı üzrə 100 nəfər, elmlər doktoru hazırlığı üzrə 31 nəfər (12 əyani, 19 qiyabi), AMEA-nın dissertanturasına fəlsəfə doktoru hazırlığı üzrə 68, elmlər doktoru hazırlığı üzrə 107 nəfər qəbul olub.