Month: June 2020

  • Bakıda 60 yaşlı kişi özünü bıçaqla öldürdü

    Bakıda 60 yaşlı kişi özünə bıçaq xəsarəti yetirib.

    “Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

    4-cü mikrorayonda 1960-cı il təvəllüdlü Niftullayev Eyyub Əliheydər oğlu döş qəfəsinə bıçaq zərbələri endirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    İlkin məlumata görə, E.Niftullayev xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

  • Milli Məclisin sədri beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb

    Milli Məclisin sədri Sahibə Qafarovanın beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə ilk görüşü baş tutub.

    APA-nın məlumatına görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

    O qeyd edib ki, virtual formatda keçirilən görüş beynəlxalq fəaliyyətin daha səmərəli həyata keçirilməsi və heyətlər arasında əlaqələndirmənin daha yaxşı qurulması üçün hərtərəfli fikir mübadiləsi ilə yadda qalan olub:

    “Davamlı xarakter alacaq bu format üzrə ilk görüşdə iştirak edən və dəyərli ideyaları ilə müzakirələrə töhfə verən millət vəkili həmkarlarıma təşəkkür edir, milli maraqlarımızın müdafiəsi naminə göstərəcəkləri fəaliyyətlərində uğurlar arzu edirəm”.

  • Azərbaycanda aparılan koronavirus testlərinin sayı 350 mini ötüb

    Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan koronavirus testlərinin ümumi sayı açıqlanıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, indiyədək 356 032 koronavirus testi aparılıb.

    Son sutkada aparılmış testlərin sayı isə 6832 olub.

  • Azərbaycanda COVID-19-dan ölənlərin sayı 100-ü keçib, indiyədək 8530 nəfər koronavirusa yoluxub, 4720 nəfər sağalıb

    İndiyədək ölkədə ümumilikdə 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

  • Azərbaycanda daha 339 nəfərdə COVID-19 aşkarlanıb, 4 nəfər vəfat edib

    Azərbaycan Respublikasında koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6832, ötən müddət ərzində isə ümumilikdə 356 032 test aparılıb.

  • Türkiyədə COVID-19-a yoluxanların sayı 173 mini ötdü

    Ötən gün ərzində Türkiyədə koronavirusdan 17 nəfər ölüb.

    “Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

    O, qeyd edib ki, bununla da COVID-19-dan ölənlərin sayı 4 746 nəfərə çatıb.

    Son sutka ərzində təhlükəli virusa daha 922 nəfər yoluxub. Bununla da koronavirusa yoluxanların sayı 173 036 nəfərə yüksəlib.

    Bu gün koronavirusla bağlı 36 521 test aparılıb. Beləliklə, yeni növ virusla bağlı aparılan teslərin sayı 2 451 700-ə çatıb.

    Nazir bildirib ki, son gündə 2 241 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 146 839 nəfər təşkil edir.

    Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,3 milyonu ötüb. Bunların 3,6 milyon nəfərdən çoxu sağalıb, 414 mindən çoxu isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • В Грузии коронавирусом заразились 97 медработников

    В Грузии у 97 медработников выявлен коронавирус.

    Как сообщает грузинское бюро Report, об этом сказал руководитель Национального центра по контролю заболеваний и общественного здоровья Грузии Амиран Гамкрелидзе.

    По его словам, данный показатель составляет 13% от общего число заразившихся COVID-19.

    “Помимо врачей, среди инфицированных есть также средний и младший медицинский персонал”, – добавил А.Гамкрелидзе.

  • Gürcüstanda 97 tibb işçisi COVID-19-a yoluxub

    Gürcüstanda tibbi heyət arasında 97 nəfərdə koronavirus aşkarlanıb.

    “Report” xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

    Onun sözlərinə görə, bu göstərici COVID-19-a ümumi yoluxanların 13%-ni təşkil edir.

    Mərkəz rəhbəri qeyd edib ki, yoluxanlar arasında həkimlərlə yanaşı, orta və kiçik tibb işçiləri də var.

  • Şəmkirdə yük maşını aşıb, 2 nəfər xəsarət alıb

    Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Cəyir yolunda qeydə alınıb.

    1996-cı il təvəllüdlü Qəniyev Eltun idarə etdiyi “QAZ 53” markalı yük maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib.

    Nəticədə yük maşını aşıb. Qəza zamanı sürücü və sərnişin, 1982-ci il təvəllüdlü Məmmədov Bakır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

    Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Ukraynada yaşayan azərbaycanlı “Professor”: “Qismət olsa, Azərbaycan pasportu da alaram”

    “Professor” ləqəbli peşəkar kikboksinq üzrə azərbaycanlı idmançı Alim Nəbiyevin oxu.az saytına müsahibəsi

    – Karantin necə keçir?

    – Karantin yaxşı keçir. Evdə otururam. Uşağım olub, oğlandır. Adını hələ heç kimə demirəm, sürpriz saxlayıram. Məşqlərim bir az pis keçdi. Çünki bir ay ailə vəziyyətimlə bağlı olaraq xəstəxanalarda oldum, məşqlərə vaxt edə bilmədim. İndi isə hər şey yaxşıdır.

    – Hazırda fiziki formanız nə yerdədir?

    – Evdə məşqlərə başlamışam. “Glory” turnirindən cavab gözləyirəm. İnşallah, 2-3 həftəyə ordan mənim döyüşümlə bağlı cavab verməlidirlər. Sentyabr-oktyabra döyüş salınsa, zalda məşqlərə başlayacağam. Sərhədlər açılsa, xaricə təlim-məşq toplanışına gedəcəyəm.

    – Ukraynada zalların durumu nə yerdədir? Açıq olanı var?

    – Böyük fitness zalları bağlı idi, yenicə açılıb. Yaşadığım Poltava şəhərində iki kikboksinq zalı var. Bunların birində istənilən vaxt məşq keçə bilərəm. Dediyim kimi, artıq məşqlərə başlamışam. Bir aya əvvəlki fiziki formamı bərpa edəcəyəm. Sərhədlər açıldıqdan sonra da fikrim budur ki, ilk səfərimi Azərbaycana edim. Çünki Bakıda çoxlu dost-tanışlarım var. Bəlkə də təlim-məşq toplanışını orda keçirdim.

    – Bir az özünüz haqda da məlumat verin. Necə oldu ki, Ukraynada yaşayırsınız?

    – Gürcüstanın Telavi rayonunun Qaraçala kəndində anadan olmuşam. Valideynlərim Tbilisidə yaşayır. 3 yaşımda ordan Türkiyəyə köçdük. 5 yaşımda isə Ukraynaya gəldim. Məktəbi Ukraynada bitirmişəm, idmana da burda getmişəm. Mənim həm Ukrayna, həm də Gürcüstan vətəndaşlığım var. Qismət olsa, Azərbaycan pasportu da alaram.

    – “Glory” turnirində növbəti rəqibiniz kim ola bilər?

    – Hələ heç nə bilinmir. Amma Arubadan olan Eyevan Danenberqlə revanş görüşüm ola bilər. Onu iki il əvvəl onun vətəndaşı olduğu Niderlandın paytaxtı Amsterdamda məğlub etmişəm.

    – Bir ara “Qəbələ” klubunun idmançısı idiniz. Hazırda bu klubla müqaviləniz nə yerdədir?

    – “Qəbələ” ilə müqaviləm başa çatıb. Amma klub rəhbərliyi ilə yaxşı münasibətim qalmaqdadır. Rəsmi olaraq isə hazırda məni “Qəbələ” ilə heç nə bağlamır.