Month: June 2020

  • Maliyyə Nazirliyi dövlət şirkətlərinə xəbərdarlıq etdi

    Nazirlər Kabinetinin 4 iyun 2019-cu il tarixli qərarı ilə “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”, “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” və “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası” təsdiq edilib və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər qarşısında tələblər müəyyən olunub.

    Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

    Məlumatda deyilir ki, “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin səmərəlilik göstəricilərinin illik proqnoz (hədəf) göstəriciləri banklar və digər kredit təşkilatları, sığortaçı və təkrar sığortaçılar, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları və lisenziyalaşdırılan ödəniş sistemlərinə münasibətdə Maliyyə Sabitliyi Şurası ilə, digər hüquqi şəxslərə münasibətdə isə Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli qərarı ilə yaradılmış Komissiya ilə razılaşdırılaraq təsdiq edilməlidir. Həmçinin Qaydanın 4.2-ci bəndinə əsasən, illik səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəriciləri hüquqi şəxsin Müşahidə Şurası (Direktorlar Şurası) tərəfindən təsdiq olunduqdan sonra hesabat ilindən əvvəlki ilin noyabr ayının 1-nə qədər “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli qərarı ilə iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə yaradılmış Komissiyanın Katibliyinə təqdim edilməlidir.

    Komissiyanın Katibliyinin funksiyalarının həyata keçirilməsi Maliyyə Nazirliyinə həvalə edilib. Qərarla Komissiyaya iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının ilkin layihələrinin tərtibi, müzakirəsi, qiymətləndirilməsi və təsdiqi, təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatların Komissiyada müzakirəsi ilə bağlı işlərin həyata keçirilməsi tapşırılıb.

    “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın 5.11-ci bəndinə əsasən, hüquqi şəxslər Səmərəlilik göstəricilərinin, Səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəricilərinin və Fəaliyyətin səmərəlilik əmsalının hesablanması ilə bağlı sənədləri bu Qaydanın 4.1-ci bəndində göstərilən aidiyyəti qurumlara hesabat ilindən sonrakı ay ərzində təqdim edir. Həmin Qaydanın 4.1-ci bəndində göstərilən aidiyyəti qurumlar təqdim olunan sənədlər əsasında ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-nə qədər Səmərəlilik göstəricilərinin, Səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəricilərinin və Fəaliyyətin səmərəlilik əmsalının hesablanmasının monitorinqini həyata keçirir.

    Paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər Nazirlər Kabinetinin 4 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, səmərəlilik göstəricilərinin 2021-ci il üzrə illik proqnoz (hədəf) göstəricilərini razılaşdırılmaq üçün avqust ayının 1-nə qədər Komissiyanın Katibliyi funksiyasını həyata keçirən Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

  • Счетная палата проверяет Минкультуры

    Счетная палата проверяет деятельность Министерства культуры за тот период, когда его возглавлял Абульфас Гараев.

    Об этом сообщает Unikal.org.

    Напомним, Служба государственной безопасности (СГБ) Азербайджана провела операцию в Минкультуры, в результате которой за получение взятки были арестованы замминистра и начальники управлений ведомства.

  • Əbülfəs Qarayevin işlədiyi dövr yoxlanılır

    Mədəniyyət Nazirliyində yoxlama aparılır.

    Unikal.org-un məlumatına görə, Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir.

    Nəzərinizə çatdıraq ki, DTX-nin Mədəniyyət Nazirliyində apardığı əməliyyat tədbirləri nəticəsində nazir müavini və idarə rəisləri rüşvət alarkən həbs olunublar.

    Qeyd edək ki, bir il bundan öncə Hesablama Palatası Nazirlikdə yoxlama aparıb.

  • Президент Ильхам Алиев наградил группу работников морского транспорта орденами и медалями

    Президент Азербайджана Ильхам Алиев 29 июня подписал распоряжение о награждении группы работников морского транспорта орденом “Эмек” 3-й степени и медалью “Терегги”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, за заслуги в развитии морского транспорта в АР награждаются нижеследующие лица:

    орденом “Эмек” 3-й степени:

    Бабаев Абдулла Баласадай оглу

    Дадашов Надир Дарья оглу

    Асадов Адыширин Зейналабдин оглу

    Гахраманов Насиб Бафадар оглу

    Назаров Расим Микаил оглу

    медалью “Терегги”:

    Агабалаев Аликрам Назир оглу

    Фатуллаев Бабек Баба оглу

    Гейдаров Гусейнгулу Новруз оглу

    Гасанова Кюбра Абдулахад гызы

    Керимов Элимдар Гейдар оглу

    Самедов Назим Мухаммед оглу

    Самедов Рагуф Шахвелед оглу

    медалью “За заслуги в области судоходства”:

    Агаев Садыг Малик оглу

    Бабаев Вахид Алимирза оглу

    Гусейнов Афган Гусейн оглу

    Кязимов Гюльага Гасым оглу

    Махмудлу Джебраил Идрис оглу

    Рагимов Эхтирам Башир оглу

    Рагимов Вамик Малик оглу.

  • Prezident dəniz nəqliyyatı işçilərini təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Babayev Abdulla Balasaday oğlu

    Dadaşov Nadir Dərya oğlu

    Əsədov Adışirin Zeynalabdin oğlu

    Qəhrəmanov Nəsib Bafadar oğlu

    Nəzərov Rasim Mikayıl oğlu

    “Tərəqqi” medalı ilə

    Ağabalayev Əlikram Nəzir oğlu

    Fətullayev Babək Baba oğlu

    Heydarov Hüseynqulu Novruz oğlu

    Həsənova Kübra Əbdüləhəd qızı

    Kərimov Elimdar Heydər oğlu

    Səmədov Nazim Məhəmməd oğlu

    Səmədov Raquf Şahvələd oğlu

    “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə

    Ağayev Sadıq Məlik oğlu

    Babayev Vahid Əlimirzə oğlu

    Hüseynov Əfqan Hüseyn oğlu

    Kazımov Gülağa Qasım oğlu

    Mahmudlu Cəbrayıl İdris oğlu

    Rəhimov Ehtiram Bəşir oğlu

    Rəhimov Vamik Malik oğlu.

  • İnzibati Xətalar Məcəlləsində yeni maddə – Cərimələr təsdiqləndi

    Milli Məclisin iclasında telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmamasına görə cərimələr müzakirəyə çıxarılıb.

    Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 370-2-ci maddənin əlavə olunması təklif edilir.

    Nəzərdə tutulan maddənin pozulmasına görə vəzifəli şəxslərin 300 manatdan 500 manatadək, hüquqi şəxslərin 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

    Eyni hal inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar olunarsa, bu zaman cərimə məbləğləri artırılır.

    Bu zaman vəzifəli şəxslərə 500 manatdan 700 manatadək, hüquqi şəxslərə isə 1500 manatdan 2500 manatadək cərimə tətbiq olunacağı təklif edilir.

    “Telekommunikasiya haqqında” qanuna əsasən, telekommunikasiya operatorları və provayderlər müvafiq icra hakimiyyəti orqanının, məhkəmələrin və hüquq-mühafizə orqanlarının sorğularına üç iş günündən gec olmayaraq cavab verməlidir.

    Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

  • Komitə sədrindən həyəcan təbili: “Süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır”

    “Son iki həftə ərzində Azərbaycanda koronavirusa yoluxanların sayı iki dəfə artıb”.

    Bunu Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

    O bildirib ki, yoluxma dinamikasının sürətlənməsi Azərbaycanın səhiyyə sistemini yükləyir.

    Deputat qeyd edib ki, Azərbaycan xəstəxanalarında, bütövlükdə müalicə müəssisələrinin hamısında böyük gərginlik hiss olunur.

    “Bu gün Azərbaycanda səhiyyə müəssisələrinə müraciət edən xəstələrin tam əksəriyyəti ağırlaşmış vəziyyətdə olur. Əvvəllər isə belə deyildi. Reanimasiyaya və süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır”, – deyə Ə.Əmiraslanov əlavə edib.

    Komitə sədri onu da bildirib ki, sosial şəbəkələrdə koronavirusla bağlı şayiə xarakterli məlumatlar yayılır, bu isə karantin rejiminin pozulmasına gətirib çıxarır:

    “Hamı başa düşməlidir ki, biz epidemiya əleyhinə rejimə, karantin rejiminə əməl etməsək, virus hamımızı tutacaq. Qaydalara əməl olunmazsa, biz də süni tənəffüs aparatına qoşulan insanların yerində ola bilərik”.
    //oxu.az

  • Президент Ильхам Алиев присвоил ряду работников морского транспорта почетное звание “Заслуженный инженер”

    Президент Азербайджана Ильхам Алиев 29 июня подписал распоряжение о присвоении ряду работников морского транспорта почетного звания “Заслуженный инженер”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, за заслуги в развитии морского транспорта в АР звания “Заслуженный инженер” удостоены Шамсаддин Мустафа оглу Аббасов и Микаил Идрис оглу Османов.

  • İlham Əliyev onlara fəxri adlar verdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:

    Abbasov Şəmsəddin Mustafa oğlu

    Osmanov Mikayıl İdris oğlu.

  • В Азербайджане увеличены штрафы за нарушение карантинного режима

    В Азербайджане ужесточено наказание за нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в связи с этим на заседании Милли Меджлиса (парламента) 29 июня был обсужден законопроект о внесении изменений в Кодекс об административных проступках.

    Если ранее за нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов физическим лицам назначался штраф в размере от 100 до 200 манатов, то согласно поправкам эта сумма составит от 200 до 400 манатов.

    При этом должностных лиц будут штрафовать не на 1 500 – 2 000 манатов, а на сумму от 3 000 до 4 000 манатов.

    С учетом характера нарушения и личности, совершившей проступок, также применялся административный арест сроком до 1 месяца, юридических лиц штрафовали на сумму от 2 000 до 5 000 манатов.

    Согласно изменениям, срок административного ареста остается неизменным, а юридических лиц будут штрафовать на сумму от 4 000 до 10 000 манатов.

    Законопроект был одобрен в ходе голосования.