Month: June 2020

  • Beş saat döyüldüyünü deyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA: “O, sifətindəki xırda xəsarətləri…”

    İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarına zibil torbaları atanlardan biri olan Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

    O bildirib ki, vətəndaşın iddiaları həqiqəti əks etdirmir:

    “O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb.

    İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.

    Qeyd edək ki, K.Süleymanlı dünən sosial şəbəkə vasitəsilə məlumat yayaraq, polis bölməsində beş saat döyüldüyünü iddia edib.

  • В Баку ресторан функционировал в нарушение правил карантина – ФОТО

    В Бинагадинском районе Баку выявлен ресторан, функционирующий в нарушение правил особого карантинного режима. В частности, объект общепита работал дольше положенного времени, и его клиенты не соблюдали социальную дистанцию.

    Как сообщает Trend, в результате проведенных сотрудниками патрульно-постовой службы и 40-го отделения Бинагадинского РУП оперативных мероприятий арендатор и клиенты ресторана Ailəvi привлечены к административной ответственности.

    В отношении пяти задержанных были приняты меры в соответствии со статьей 211 Кодекса об административных проступках: арендатор объекта Б.Мирзоев оштрафован на 200 манатов, остальные – на 100.




  • Bakıda karantin qaydalarını pozan restoran aşkarlandı, beş nəfər saxlanıldı – FOTO

    Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbir şərtlərinin pozulması ilə fəaliyyət göstərən restoran aşkarlanıb.

    Trend-in məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti və 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində iyunun 9-da Sulutəpə dairəsində “Ailəvi” restoranın icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

    Beş nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq, obyektin icarədarı B.Mirzəyev 200, digərləri isə hərəyə 100 manat cərimə olunublar.




  • В ИВ Сумгайыта сообщили о планируемом переселении жильцов из частично обрушившегося дома

    Выписан из больницы пострадавший в результате частичного обрушения в Сумгайыте жилого дома, где размещены вынужденные переселенцы.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Исполнительной власти (ИВ) города.

    Отмечается, что в подъезде двухэтажного недостроенного здания, расположенного в 12-м микрорайоне на пересечении улиц Черкасской и Кероглу, обрушилась лестница.

    “В результате инцидента один человек получил легкие травмы. Ему была оказана медицинская помощь. Пострадавшего выписали из больницы.

    В настоящее время в подъезде указанного дома проводятся ремонтно-восстановительные работы”, – говорится в сообщении ИВ.

    Также отмечается, что в Сумгайыте ведется строительство новых жилых домов для вынужденных переселенцев.

    “Уже переселено около 2 000 семей, данный процесс продолжается. Жильцы этого здания также будут переселены в этом году”, – отметили в Исполнительной власти.

    Как сообщалось ранее, из-под завалов в частично обрушившемся жилом доме в Сумгайыте извлекли пять человек, в том числе четырех детей.

  • Sumqayıtda uçqun olan binadakı məcburi köçkünlər yeni evlərə köçürüləcək – RƏSMİ

    Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verən uçqunda xəsarət alanlar evə buraxılıb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

    Bildirilib ki, şəhərin 12-ci mikrorayon ərazisində Çerkassı və Koroğlu küçələrinin kəsişməsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən sınıb:

    “Belə ki, beş ailənin məskunlaşdığı yarımçıq tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir.

    Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Artıq iki minə yaxın ailə köçürülüb və proses davam edir. Həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər”.

    Xatırladaq ki, ötən gün Sumqayıtda binanın giriş hissəsinin uçması nəticəsində dağıntılar altında qalanların olduğu bildirilib. Ərazidən dördü azyaşlı olmaqla, beş nəfərin təxliyyə olunduğuna dair məlumatlar qeyd olunub.

  • Azərbaycanda üç aydan sonra ilk futbol matçı keçirildi

    Karantindən sonra Azərbaycanda ilk futbol qarşılaşması keçirilib.

    Görüş Masazırda yerləşən stadionda baş tutub.

    Burada meydan sahibi “Sabah” klubu yoxlama görüşündə “Qarabağ”la gücünü sınayıb.

    Matç Ağdam komandasının rəqibini darmadağın etməsi ilə nəticələnib – 5:0. Artıq üçüncü dəqiqədə hesabın açıldığı matçda qolları Mahir Emreli (2), ispaniyalı Xayme Romero, xorvatiyalı Filip Ozobiç və qanalı Ovusu Kvabena vurub.

    Oyuna əlavə olunmuş dəqiqədə “Sabah”ın xorvat əsilli bosniyalı yarımmüdafiəçisi qırmızı vərəqə ilə meydandan qovulub.

    Qeyd edək ki, Azərbaycanda futbol yarışları martın 13-dən dayandırılıb. İyunun 21-də Azərbaycan Premyer Liqasının bərpasına qərar verilib.

  • Bakı polisindən beş saat döyüldüyünü deyən şəxslə bağlı AÇIQLAMA

    Главное управление полиции Баку (ГУПБ) прокомментировало информацию о том, что задержанного в ходе операции в Ясамальском районе столицы Керима Сулейманлы избивали на протяжении пяти часов.

    Как сообщил Oxu.Az начальник пресс-службы ГУПБ майор Эльшад Гаджиев, на основании информации об оказании давления на задержанного проводится служебная проверка.

    Отметим, что вчера К.Сулейманлы сообщил в соцсетях, что в отделении полиции его избивали пять часов.

  • Bakı polisindən beş saat döyüldüyünü deyən şəxslə bağlı AÇIQLAMA

    Bakı Şəhər Baş Polis İdarəsi Kərim Süleymanlının Yasamaldakı əməliyyat zamanı saxlanılaraq təzyiqə məruz qalması ilə bağlı iddialarına münasibət bildirilib.

    Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verib.

    O bildirib ki, K.Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları ilə bağlı xidməti yoxlama aparılır.

    Qeyd edək ki, K.Süleymanlı dünən sosial şəbəkə vasitəsilə məlumat yayaraq, polis bölməsində beş saat döyüldüyünü iddia edib.

  • AzTV-nin bir neçə əməkdaşı koronavirusa yoluxub? – AÇIQLAMA

    AzTV-nin əməkdaşları arasında koronavirusa yoluxanların olduğu deyilir.

    Televiziyanın “Xəbərlər” departamentinin işçiləri arasında koronavirus şübhəsi ilə bağlı karantinə alınanlar var.

    Onlardan bəzilərində COVID-19-la bağlı götürülən test nümunələrinin cavabı müsbət (pozitiv), bəzilərində isə mənfi (neqativ) olub.

    Ehtiyat məqsədilə televiziyanın digər əməkdaşlarından da test nümunələri götürülüb. Onların cavabları hələlik bəlli deyil.

    AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məsələ ilə bağlı redaksiyamıza açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib:

    “Bu mövzu ilə bağlı bir neçə media nümayəndəsi mənimlə əlaqə saxlayıb. Onlara da bildirmişəm ki, AzTV-nin əməkdaşlarından bir operator koronavirusla bağlı karantinə alınıb.

    Ümumiyyətlə, əməkdaşlarımızdan çəkilişə getməzdən əvvəl analizlər götürülüb, müvafiq yoxlamalar aparılıb. Karantinə alınan operatorumuzdan başqa, digər əməkdaşların koronavirusa yoluxması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

    //oxu.az

  • BNA-dan avtobuslarda kondisionerlərin söndürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparır.

    Baku.ws-ə bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    Qeyd edilib ki, TƏBİB-in tövsiyəsinə əsasən avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan onların işə salınmasına məhdudiyyət qoyulub:

    “Bildirilib ki, havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskini artırır. Həmçinin bildiririk ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək.

    Buna qədər isə avtobuslarda pəncərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib. Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik.