Month: June 2020

  • Qadına “dovşan” deyən polis işdən çıxarılıb – Vətəndaşdan üzr istənilib – VİDEO

    İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılmış və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilmişdir ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilmişdir.

    Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

    Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmiş və ondan üzr istənilmişdir.

    Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilmişdir.

  • Jurnalistika üzrə magistraturaya qeydiyyat uzadıldı

    Magistraturaya 44 saylı proqram üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatın müddəti iyunun 10-u, saat 10:00-dək uzadılır.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və bu ilin qəbul imtahanındakı nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl mərkəzin internet saytında qeydiyyatdan keçməli və qabiliyyət imtahanı verməlidirlər.

    Xatırladaq ki, qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin “Hesab”ından çıxılır.

  • Bakıda koronavirusa yoluxma üzrə lider rayon dəyişdi – STATİSTİKA

    Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı statistika açıqlanıb.

    Median.Az-ın məlumatına görə, yeni statistika koronavirusinfo.az saytında yerləşdirilib.

    Belə ki, COVID-19-a yoluxmanın yeni statistikasında paytaxtın Sabunçu rayonu ilk yerdədir. Burada yoluxma 12,8 faiz təşkil edir.

    Əvvəllər ilk sıranı Yasamal rayonu tuturdu. Hazırda həmin rayonda yoluxma 12,7 faizdir.

    Binəqədi rayonunda koronavirusa yoluxma 12 faiz, Xətai rayonunda 11,3 faizdir.

    Eyni zamanda, Nəsimi rayonu üzrə yoluxma 11,2 faiz, Nərimanovda 9,6 faiz, Suraxanıda 9,1 faiz, Nizamidə 6,9, Qaradağda 6,8 faiz, Xəzərdə 4,5 faiz, Səbaildə 2,8 faiz və Pirallahıda 0,4 faiz təşkil edir.

    Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377-si müalicə olunaraq sağalıb, 93-ü vəfat edib, 3406-sının xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 391 test aparılıb.

  • ABŞ-da koronavirusla bağlı qorxulu proqnoz: Ölüm hallarının sayı 145 mini keçəcək

    ABŞ-da 2020-ci ilin avqustunda koronavirusdan ölənlərin sayı 145 000-i keçə bilər.

    Bu barədə “İnterfaks” Vaşinqton Universitetinin mütəxəssislərinin proqnozlarına əsasən məlumat yayıb.

    Yeni proqnoz ölkədə koronavirus infeksiyasının yayılma dinamikası əsasında hazırlanıb. Əvvəlki məlumatlarda eyni göstəricinin 5 000 nəfər daha az olacağı bildirilirdi.

    Xatırladaq ki, hazırda ABŞ-da koronavirus qurbanlarının sayı 113 055-ə bərabərdir.

  • Qaxda üç ton narkotik vasitə məhv edildi

    Qax Rayon Polis Şöbəsi əməkdaşları və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Almalı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, ümumi çəkisi üç ton olan 6200 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

  • Ağstafa sakini ehtiyatsızlıqdan elektrik mişarı ilə özünü doğradı

    Ağstafa rayonunda yerli sakin ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb. 
    Belə ki, 1988-ci il təvəllüdlü Baloğlan Əbduloğlu elektrik mişarla iş görən zaman ehtiyatsızlıq nəticəsində hər iki ayağından xəsarət alıb.
    O, dərhal xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralının vəziyyətinin kafi olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır. 

  • В Баку выявлена кальянная, нарушавшая правила карантин

    В Насиминском районе Баку, на улице братьев Мардановых сотрудниками РУП выявлена кальянная, нарушавшая особый карантинный режим. 
    Как передает АПА, было установлено, что в заведении Dadaşda в нарушение правил допускалось курение кальяна. 
    В результате лица, находившиеся в заведении, были задержаны.
    Владелец объекта Эмин Мамедов был оштрафован на 1500 манатов, а пять клиентов – на 100 манатов каждый.

  • Али Асадов подписал решение по штрафам о нарушении карантинного режима

    Кабмин внес изменения в решение правительства Азербайджана от 11 октября 2018 года за №440 “Об утверждении единой бюджетной классификации АР”.
    Как передает Median.Az, документ подписан премьер-министром Али Асадовым.
    В соответствии с ним, подпункт 1.4.3.1.1.2 классификации доходов бюджета приводится в следующей редакции:
    1.4.3.1.1.2 – За нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов.
    Так, эти штрафы включены в классификацию доходов бюджета Азербайджанской Республики.
    Ранее сюда были включены штрафы за нарушения санитарно-гигиенического и противоэпидемического режимов.

  • Direktor Bakıdakı yeni zooparkın açılışından danışdı: “Giriş bahalaşacaq”

    Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi bir çox sahələr kimi, Bakı zooparkının işinə də təsir edib.
    Hazırda zooparkda ümumi vəziyyət necədir? İşə çıxan əməkdaşların sayına məhdudiyyət varmı? Yeni zoopark nə vaxt vətəndaşların ixtiyarına veriləcək?
    Məsələ ilə bağlı Bakı Zooloji Parkının direktoru Azər Hüseynov Modern.az-a danışıb.
    O bildirib ki, artıq il yarımdan çoxdur, heyvanlar Qaradağda saxlanılır: “Hər birinin vəziyyəti normaldır. Hətta bəziləri var ki, onlardan bala da almışıq. Məsələn Afrika şiri, meymun, canavar və s. heyvanların balaları doğulub. Dəvəquşu, qırqovul da bala verib. Bizim zooparka vaxtilə Qarabağ atı hədiyyə edilib, indi onun da balası var. Fikrimiz var ki, yeni zooparkın açılışında bu atı nümayiş etdirək. Baxmayaraq ki, xüsusi karantin dövrünü yaşayırıq, nəticələrimiz, çox şükür, yaxşıdır”.
    Azər Hüseynov zooparkda çalışan işçilərin sayında məhdudiyyətlərin olduğunu da söyləyib:
    “Gün ərzində maksimum 5-6 nəfər işçi zooparkda heyvanlara baxır. Məqsəd həm insanların, həm də heyvanların sağlamlığını təmin etməkdir. Bildirmək istəyirəm ki, indiyə qədər heç bir heyvanın sağlamlığında problem olmayıb. Ancaq yeni zooparkın nə vaxt açılacağı ilə bağlı konkret məlumat verə bilməyəcəyəm. Çünki mən özüm də bilmirəm, nə vaxt açılacaq. Çox istərdim ki, açılışı ilə bağlı mənə 20 gün əvvəlcədən xəbər versinlər, biz də öz işimizi bilək. Hesab edirəm ki, yaxın aylarda, yəni bu ilin sonlarında heyvanlar öz yeni evlərinə köçürüləcək”.
    Direktor yeni zooparka giriş qiymətlərindən də danışıb:
    “Düşünürəm ki, yeni zooparkda biletlərin qiyməti hər kəsi maraqlandırır. Çünki əvvəlki zooparkda 10 yaşından yuxarı uşaqlar üçün 1 manat, böyüklər üçün isə 2 manat nəzərdə tutulurdu. Bildirmək istəyirəm ki, yeni zooparkda qiymətlər nisbətən baha olacaq. Çünki yeni zooparkın saxlanılması üçün xərc üçqat artıq olacaq. Düzdür, qiymət məsələsi bizim səlahiyyətimizdə olmasa da, çalışacağam ki, biletlər çox baha olmasın”.
    “Zooparkımıza yeni heyvanların gətirilməsi gözlənilir” deyən A.Hüseynovun sözlərinə görə, bir çox ölkələrlə müqavilələr bağlanılıb:
    “Məlum vəziyyətə görə, hələ ki, o müqavilələr havada qalıb. Sərhədlər açılsa, yaxın zamanlarda ölkəmizə təzə heyvanlar gətiriləcək”.
    Qeyd edək ki, Bakı Zooloji Parkı 2019-cu il fevral ayının 2-dən etibarən təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq ziyarətçilərinin üzünə bağlanılıb.

  • Sumqayıtda qadın keçmiş əri tərəfindən bıçaqlandı

    Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

    Belə ki, 1986-cı il təvəllüdlü Sumqayıt sakini Aygün Şıxkərimova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Keçmiş ər 34 yaşlı qadının kürək nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib.

    Ağır bədən xəsarətləri alan A.Şıxkərimova xəstəxanaya yerləşdirilib.

    Hadisəni törədən keçmiş ər isə polisə təslim olub.

    Faktla bağlı araşdırma aparılır.