Month: June 2020

  • Baş nazirdən karantin rejiminin pozulmasına görə cərimələrlə bağlı QƏRAR

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edib.
    Oxu.Az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
    Qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatının 1.4.3.1.1.2-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilib:

    Bundan əvvəl isə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idi.Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.

  • Bakıda karantin qaydalarını pozan qəlyanxana aşkarlanıb – VİDEO

    Paytaxtın Nəsimi rayonunda Rayon Polis İdarəsinin əməkdaşları Mərdanov qardaşları küçəsində xüsusi karantin rejimi qaydalarını pozan qəlyanxana aşkarlayıblar.

    Median.Az APA-ya istinadən xəbər verir ki, “Dadaşda” çay evində qaydalara zidd olaraq, qəlyan çəkilməsinə şərait yaradıldığı müəyyənləşib.

    Nəticədə çay evinin sahibi və müştərilər saxlanılıb. Obyektin sahibi Emin Məmmədov 1500 manat, 5 müştərinin hər biri isə 100 manat məbləğində cərimələnib.

  • İki gün evdə qalan vətəndaş vaxtını necə keçirdi? – VİDEO

    Həftəsonu tətbiq olunan sərt karantin rejimi artıq bitdi və insanların çölə çıxma məhdudiyyəti aradan qaldırıldı.

    Eyni zamanda, bağlı olan market və apteklər də fəaliyyətinə başladı.

    Bəs görəsən vətəndaşlar bu iki günü necə keçirdilər? Həmin günlərdə nə kimi çətinlikləri oldu? Ərzaq qıtlığı və səhhətlərində narahat edən nəsə yaşandımı?

    Bütün bunları bilmək üçün Baku TV əhali arasında sorğu keçirib. Videonu təqdim edirik:

  • Abşeronda bir ailənin altı üzvü koronavirusa yoluxdu – VİDEO

    Abşeronun Qobu qəsəbəsində koronavirusa yoluxanların sayı artıb.

    Baku TV xəbər verir ki, qəsəbədə təkcə ötən gün bir ailənin altı üzvü COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Abşeron rayon Səhiyyə şöbəsindən verilən məlumata görə isə, Qobu qəsəbəsində bu günə kimi 24 nəfər koronavirus pandemisyasına yoluxub. Onlardan 18 nəfər müalicə olunaraq sağalıb. Ümumi analizin cavabına əsasən koronavirus xəstəsi sayılan altı nəfərdən üçünün vəziyyəti orta ağır, üçünün isə stabildir.

    Qobu qəsəbə icra nümayəndəsi Eldar Əhmədov Baku TV-yə bildirdi ki, koronavirusa yoluxan ailənin üzvləri qəsəbənin Xəlil Rza küçəsində yaşayan sakinlərdir.

    Hazırda rayonda mövcud vəziyyət tam nəzarətə götürülüb.

  • DİN: “İstər polis, istərsə də vətəndaş tərəfindən yol verilmiş qanunazidd hərəkətlər hüquqi qiymətini alacaq”

    “İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq”.

    Bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov sosial şəbəkələrdə vətəndaşlarla polislər arasında yaşanan mübahisəli məqamlarla bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

    E.Zahidov sosial şəbəkələrdə sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə daxili işlər orqanları tərəfindən görülmüş işlər barədə danışıb: “Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib”.

    O bildirib ki, sosial şəbəkələrdə yayılmış bu cür qanun pozuntularına, eləcə də polislə bağlı yer alan videogörüntülərlə əlaqədar tədbir görüləcək: “Sözsüz ki, həmin görüntülərlə bağlı araşdırmalar aparılır. İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcəkdir”.

  • Azərbaycanda üç yarış rəsmən ləğv olundu

    Azərbaycanda yarımçıq dayandırılan futsal yarışları ilə bağlı qərar verilib.

    Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

    Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılmış Yüksək, I və II liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb.

    Müzakirələr nəticəsində I və II liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019/20 mövsümü başa çatdırılıb.

    Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “Ayaks Baku” (I Liqa) və NTD (II Liqa) qalib elan olunub.

    Yüksək Liqa ilə bağlı məsələyə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.

  • Ceyhun Bayramov rektorlara göstəriş verdi

    İyunun 8-də Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərləri ilə yaz imtahan sessiyasının başlanması ilə bağlı videogörüş keçirib.

    Təhsil Nazirliyindən verilən məlumata görə, videogörüşdə Ceyhun Bayramov yaz imtahan sessiyasının Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarında, eləcə də Təhsil Nazirliyinin müvafiq əmr və təlimat məktublarında göstərilən şərt və tələblərə riayət olunmaqla təşkil edildiyini deyib.

    Nazir vurğulayıb ki, COVID-19 pandemiyası ilə əlaqədar imtahanların texniki vasitələrdən istifadə olunmaqla onlayn rejimdə keçirilməsinə üstünlük verilir, eyni zamanda, canlı imtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə ciddi riayət olunması təmin edilir.

    Qeyd olunub ki, təhsil müəssisələrində imtahan qərargahları yaradılıb və imtahan sessiyası müddətində tələbələrdən daxil olan şikayətlərin operativ araşdırılması, onların yerində həll edilməsi təmin edilir. Yaz imtahan sessiyasında iştirak etməyə hazır olmayan tələbələr üçün isə avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələrin təşkili və sentyabrın 15-dək onlar üçün yenidən imtahanlarda iştirak etmək imkanının yaradılması tapşırılıb.


    Ceyhun Bayramov, həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi ilə bağlı daxil olan müraciətlərin baxılmasının ilkin nəticələrinin bu həftədən etibarən açıqlanması barədə məlumat verib, məsələnin ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən nəzarətdə saxlanmasını tapşırıb.
    Bildirilib ki, ali təhsil müəssisələri imtahan sessiyasının gedişi barədə ictimaiyyəti müntəzəm məlumatlandırmalı və tələbələrlə kommunikasiya işinin səmərəliliyini artırmalıdır.

  • “А что, вирус распространяется только 5 дней в неделю?” – Отвечает глава TƏBİB – ВИДЕО

    Невозможно в начале новой недели, после двух дней жесткого карантина, сразу получить результаты по динамике COVİD-19 и его распространению. Инкубационный период вируса составляет 7-14 дней. Пока мы только минимизировали человеческий контакт.

    Как передает Median.Az, об этом в интервью Qafqazinfo заявил председатель правления TƏBİB Рамин Байрамлы, комментируя вопрос “А что, вирус распространяется только 5 дней в неделю?”, который часто задают люди в социальных сетях.

    Байрамлы отметил, что решение последних двух дней связано с тем, чтобы свести к минимуму активность, а главное – контакты между людьми.

    “Мы еще раз призываем наших граждан не быть равнодушными к здоровью себя и своих близких. Эта болезнь останется с нами надолго. Но мы не хотим терять активность в обществе, экономическую, социальную активность, деловую активность. Наша цель – перейти к процессу нормализации, когда будут найдены вакцина и лекарство от этой болезни, тогда проблема будет решена. Но сегодня мы должны постепенно вернуться к нормализации”, – сказал Байрамлы.

    Председатель TƏBİB призвал граждан использовать медицинские маски во всех общественных местах и закрытых помещениях, соблюдать физическую дистанцию, в том числе и на рабочих местах, а также уделять внимание гигиене и часто мыть руки.

  • Azərbaycanda daha bir kəndin nəzarətə götürülməsi ilə bağlı DİN-dən AÇIQLAMA

    Daxili İşlər Nazirliyi İsmayıllı rayonunun Quşencə kəndinin polis tərəfindən nəzarətə götürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, İsmayıllı rayonunun Quşencə kəndinə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı polis postları qurulmayıb:

    “Sadəcə koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərlə profilaktik söhbətlər aparılıb”.

    “Vətəndaşlara sosial izolyasiya qaydalarına riayət etmələrinin vacibliyi haqqında bəhs olunub, həmçinin tibbi maskadan istifadənin zəruriliyi onların diqqətinə çatdırılıb”, – deyə DİN rəsmisi qeyd edib.

  • В этом году фестиваль “ЖАРА” в Баку не состоится

    “Дорогие друзья, к нашему огромному сожалению, из-за пандемии коронавируса и сложностей, которые она внесла в проведение массово-зрелищных мероприятий по всему миру, мы вынуждены перенести музыкальный фестиваль “ЖАРА” в Баку на 2021 год с 28 июля по 1 августа”.

    Об этом на своей странице в Instagram написал народный артист Азербайджана, певец и композитор Эмин Агаларов (EMIN), который является одним из организаторов данного фестиваля.

    “Концертная программа и приглашённые артисты останутся прежними. Более того, мы добавим множество приятных сюрпризов и неожиданных имён! Вы не пропустите выступления любимых исполнителей, а, напротив, получите ещё больше хитов со сцены “ЖАРЫ”! Мы используем это время по максимуму и прокачаем наш фестиваль до нового уровня! Все билеты, приобретённые в этом году, будут действительны в следующем! Никаких дополнительных оплат не потребуется, даже в случае повышения стоимости в 2021 году.

    Для подробной информации обращайтесь: +994503002862. К тому же, в 2021 году на территории Sea Breeze будут достроены все запланированные объекты: апартаменты, виллы, отель, бассейны и зоны отдыха, чтобы вы смогли в полном объёме насладиться фестивалем и с комфортом пребывать на живописном побережье Каспийского моря! Мы подготовим для вас самую незабываемую ЖАРУ! Спасибо, что всегда с нами!”, – отметил он.