Month: June 2020

  • Qazaxıstandan Azərbaycanla uçuşların bərpası ilə əlaqədar RƏSMİ AÇIQLAMA

    Qazaxıstanla Azərbaycan arasında aviareyslərin bərpasına iyulun 1-dən sonra baxılacaq.

    Median.Az bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

    “Azərbaycan epidemioloji vəziyyətlə bağlı beynəlxalq uçuşlara 2020-ci ilin 1 iyuluna qədər məhdudiyyət qoyub.

    Bununla əlaqədar olaraq, Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına göstərilən tarixdən sonra baxılacaq”, – açıqlamada qeyd olunur.

  • Naxçıvanın baş nazirindən karantin rejiminə götürülmə ilə bağlı QƏRAR

    “Naxçıvan Muxtar Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları” təsdiqlənib.

    Bununla bağlı Naxçıvanın Baş naziri Səbuhi Məmmədov qərar imzalayıb.

    Qərar Naxçıvan ərazisində yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman yoluxma riski olan və ya yoluxduğu güman edilən, eləcə də yoluxucu xəstəlik faktı təsdiq edilmiş insanlarla təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydalarını müəyyən edir.

    Bu qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Naxçıvan Muxtar Respublikasının ərazisinə gələnlərə, yoluxma faktı təsdiq edilmiş insanlarla təmasda olan şəxslərə şamil olunur.

    Qaydalar xüsusi sanitar rejim müddətində tətbiq edilir.

    Qərarda bildirilir ki, karantinə götürülmüş şəxslərə qanunvericiliyə uyğun olaraq psixoloji yardım göstərilir.

  • Azərbaycanlı sabiq deputat DTX-yə çağırıldı

    Gürcüstan parlamentinin keçmiş deputatı, “Qeyrət” qeyri-hökumət təşkilatının təsisçisi Zümrüd Qurbanlı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

    Report xəbər verir ki, o, DTX-nin irqi diskriminasiya üzrə apardığı istintaq çərçivəsində sorğu-sual olunacaq.

    Z.Qurbanlı bildirib ki, bəzi insanlar Kvemo Kartli bölgəsində qeyri-sabitlik yaratmağa cəhd edirlər: “Biz, Gürcüstan azərbaycanlıları kiməsə siyasi maraqlarını dövlətin maraqlarından üstün tutmağa imkan verə bilmərik”.

    DTX-yə dindirilmə üçün bir neçə azərbaycanlı ictimai fəal və din xadimi də dəvət olunub.

    Qeyd edək ki, DTX mayın 30-da Kvemo Kartli və Kaxeti bölgələrində azərbaycanlılara qarşı ayrı-seçkiliklə bağlı istintaqa başlayıb.

    Z.Qurbanlı 2000-2004-cü illərdə Gürcüstan parlamentinin üzvü olub.

  • Sabah 34 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında sabah hava günəşli olacaq, cənub küləyi əsəcək.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35, Bakıda gecə 19-21, gündüz 32-34 dərəcə olacaq.

    Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında iyunun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 9-10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Не съеденный в дни жесткого карантина хлеб оказался в мусорных баках – ВИДЕО

    Из-за ужесточения карантинного режима в конце прошлой недели большая часть населения спешно раскупила весь хлеб в магазинах.

    К сожалению, спустя два дня граждане начали оставлять несъеденные буханки у мусорных баков.

    Подробнее об этом смотрите в сюжете Baku TV.

  • Sərt karantinə görə üstündə dava salınan çörəklər zibil yeşiklərində – VİDEO

    Çörək müqəddəs və dəyərli nemət kimi qəbul olunur.

    Təəssüf ki, həftəsonu evdən çıxmaqla bağlı qoyulan qadağaya görə insanların əksəriyyəti marketlərdə çörək qoymadılar.

    Yersiz çörək tədarükü isə israfa səbəb oldu. Mənzərə acınacaqlıdır.

    Ətraflı Baku TV-nin süjetində:

  • В Азербайджане мужчинам разрешат уходить в декретный отпуск

    Министерство труда и социальной защиты Азербайджанской Республики подготовило новый законопроект, в рамках которого планируется внести изменения в Трудовой кодекс страны. Проект также содержит новые предложения по поводу отпусков.

    Одним из таких предложений является изменение статьи 125 Трудового кодекса, которое на основании справки из медицинского учреждения предоставит мужчинам возможность брать 14-дневный оплачиваемый отпуск, если их супруги находятся в декретном отпуске. Отмечается, что таким “декретом” мужчины смогут воспользоваться ближе к предполагаемой дате рождения ребенка.

    Министерство сообщает, что на практике в некоторых случаях сотрудники не используют свой трудовой отпуск. Накопленные за несколько лет неиспользованные отпуска должны затем компенсироваться сотруднику в денежном выражении, что может создать определенные финансовые трудности для работодателя.

    Поэтому в поправках к Кодексу, которые предлагается принять, также появилось предложение обязать сотрудников брать трудовой отпуск в течение года.

  • Сиявуш Новрузов анонсирует новые аресты чиновников

    Заместитель исполнительного секретаря правящей партии «Ени Азербайджан», депутат Сиявуш Новрузов анонсировал новые аресты глав районов.

    В интервью местным СМИ Сиявуш Новрузов заявил, что в настоящее время идут проверки деятельности ИВ районов.

    «Никто не должен расслабляться. Это будет долгий процесс. Чиновники не должны брать взяток, а достойно служить народу», – сказал он.

    Напомним, это не первое подобное заявление Сиявуша Новрузова. Ранее он заявлял, что в высших эшелонах центральной исполнительной власти есть люди, которые целенаправленно выступают против политики президента Ильхама Алиева. При этом среди них есть некоторые министры и главы госкомитетов.

  • Azərbaycanda baş həkim karantin qaydalarını pozduğuna görə işdən çıxarıldı

    Bərdə rayon müalicə diaqnostika mərkəzinin direktoru (baş həkimi) tutduğu vəzifədən azad edilib.

    Bununla bağlı müvafiq əmr imzalanıb.

    Belə ki, Həsən Fərman oğlu Hüseynov direktor vəzifəsindən azad edilib. H.Hüseynovun yerinə hələ ki, təyinat olmayıb.

    Qeyd edək ki, onun işdən çıxarılmasına səbəb karantin qaydalarına əməl etməməsi olub. Diaqnostika mərkəzində bir neçə tibb işçisi COVID-19-a yoluxub.

    (Report)

  • В Кабмине прокомментировали утверждения о повторном ужесточении карантина на выходные

    В Азербайджане некоторые СМИ распространили информацию от имени премьер-министра Али Асадова о том, что в связи с резким ростом количества случаев инфицирования коронавирусом 13, 14 и 15 июня на территории городов Баку, Сумгайыта, Гянджи, Лянкярана и Абшеронского района якобы в очередной раз будет ужесточен карантинный режим.

    Как заявил Trend глава пресс-службы Кабмина Ибрагим Мамедов, эти сообщения не соответствуют действительности.

    По его словам, в обращении премьер-министра от 4 июня об этом не говорилось, и по данному вопросу решение не принято.

    И.Мамедов отметил, что общественность будет проинформирована обо всех шагах в этой сфере.