Month: June 2020

  • Karantin rejiminin pozulmasına görə cərimələrin artırılması təsdiqləndi

    Milli Məclisin iclasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin iki dəfə artırılması müzakirəyə çıxarılıb.

    Layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi yeni redaksiyada verilir.

    Buna qədər epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilirdi.

    Layihədə onların iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi təklif olunur.

    Vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək deyil, üç min manatdan dörd min manatadək məbləğdə cərimələnməsi təklif edilir.

    Hazırda işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

    Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər dörd min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.

    Layihə səsə qoyularaq qəbul edilib.

    //oxu.az

  • “Tik-Tok” maskalanmış casus servisi adlandırıldı

    “Tik-Tok” sosial şəbəkəsi maskalanmaqda ittiham olunaraq, casus servisi adlandırılıb.

    Bu barədə “Rozetked” portalı yazıb.

    Bu fikirlə özünü sosial şəbəkənin fəaliyyətini araşdıran proqramçı kimi təqdim edən “Reddit” istifadəçilərindən biri çıxış edib.

    Onun sözlərinə görə, “Tik-Tok” cihazda quraşdırılmış tətbiqlərdən məlumat toplayır. Bundan əlavə, iddiaya əsasən, sosial şəbəkə istifadəçinin yeri barədə məlumatları əldə edə bilər.

  • За нарушение карантинного режима наказаны 2 150 участников дорожного движения

    За нарушение правил жесткого карантинного режима, введенного на территории Баку, Сумгайыта, Гянджи, Лянкярана, Евлаха, Масаллы, Джалилабада и Абшеронского района, за минувшие сутки 1 940 человек, находившиеся в транспортных средствах, были привлечены к ответственности по статье 211.1 Кодекса об административных проступках, 205 человек – за неиспользование средств индивидуальной защиты в такси и автобусах, пять человек – за повторное правонарушение (по той же статье).

    В целом к ответственности привлечены 2 150 человек.

    Об этом сообщили в Главном управлении Государственной дорожной полиции.

    За сутки в результате проверок на постах развернули обратно 505 автомобилей, движущихся в направлении Баку, и 560 машин, пытавшихся выехать из столицы.

  • 2150 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi – RƏSMİ

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə son sutka ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1940 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 205 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə beş nəfər olmaqla ümumilikdə 2150 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 55-i rayon, 50-si paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 55-i rayon, 155-si paytaxt istiqamətinə olmaqla 210, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 450-si rayon, 300-ü paytaxt istiqamətinə olmaqla 750 nəqliyyat vasitəsi geri qaytarılıb.

  • Lukaşenko koronavirusla bağlı qorxularından danışdı – VİDEO

    Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusla bağlı keçirdiyi narahatlıq hisslərindən danışıb.

    Bu barədə etiraflarını o, “Belarus-1” televiziya kanalının efirində edib.

    A.Lukaşenkonun sözlərinə görə, son bir neçə ayda o, vətəndaşların etimadını doğrultmayacağından qorxub.

    “Mən axmaq deyiləm, başa düşürəm ki, dünyada yalnız bir ölkə bu virusa qarşı mübarizədə xüsusi yol keçib… Sizcə, bu asandır? Asan deyil. Ancaq biz qalib gəldik”, – deyə Belarus lideri bildirib.

    A.Lukaşenko belaruslulara koronavirus infeksiyasını “traktor, yüz qram və hamamla” müalicə etmək tövsiyəsini verdiyini xatırladıb:

    “Traktorun sağaldacağını deyəndə anlayırdım ki… əkin lazımdır, çünki yeməyə heç bir şey qalmazdı. İnsanları sakitləşdirməyə çalışırdım”.

    Belarusda, əksər ölkələrdən fərqli olaraq, koronavirus pandemiyası səbəbindən sərt məhdudiyyətlər tətbiq edilməyib. A.Lukaşenko qərarını iqtisadi səbəblərlə izah edib və dünyada pandemiya ilə bağlı vəziyyəti dəfələrlə “psixoz” adlandırıb.

  • Водитель Mercedes пытался в багажнике вывезти из Баку в район двух человек – ВИДЕО

    Водитель автомобиля, которому дважды запретили проехать карантинный пост полиции из-за отсутствия разрешений на передвижение у его пассажиров, в третий раз попытался провезти их в багажном отсеке.

    Как сообщили в Главном управлении Государственной дорожной полиции, 28 июня, около 00:40, водитель Mercedes Мушфиг Аскерзаде попытался в багажнике провезти в район двух жителей столицы – Мурада Алиева и Эльшана Шабанова.

    В результате нарушители были задержаны на полицейском посту на автодороге Баку-Шамахы, в отношении них приняты административные меры.

  • Karantin postundan iki dəfə geri qaytarılan sürücüdən qeyri-adi addım – VİDEO

    Ölkədə elan edilən xüsusi karantin rejimi zamanı sərnişinlərə görə iki dəfə geri qaytarılan sürücü üçüncü dəfə onları maşının baqajında keçirməyə cəhd edib.

    Hadisə gecə saat 00:40 radələrində Bakı-Şamaxı yolunda yerləşən xüsusi karantin postunda qeydə alınıb.

    Belə ki, “Mercedes” markalı, 90-GC-773 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu avtomobilin baqaj hissəsində Bakı şəhər sakinləri Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu postdan rayon istiqamətinə keçirməyə cəhd edib.

    Bu zaman Baş Dövlət yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları onları saxlayıb və barələrində inzibati tədbir görüblər.

    //oxu.az

  • COVID-19 peyvəndi vurulmuş könüllülərin vəziyyəti açıqlandı

    Həkimlər Rusiyada COVID-19 peyvəndinin sınaqlarında iştirak edən könüllülərin vəziyyətindən danışıblar.

    Bu barədə “Krasnaya Zvezda” qəzeti yazıb.

    Mütəxəssislər qeyd ediblər ki, peyvənd yeridilməsindən bu ana qədər hər hansı mənfi təsir müşahidə olunmayıb.

    Sınaqlar çərçivəsində könüllülərin COVID-19-a qarşı immuniteti yoxlanılacaq, həmçinin, qanın kliniki və biokimyəvi analizləri aparılacaq.

    Xatırladaq ki, Rusiyada peyvəndin sınaqlarına iyunun 18-də başlanılıb.

  • Məcburi köçkünlər üçün yeni yaşayış kompleksi salınır – VİDEO

    Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, indiyədək 300 mindən çox insanın mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

    Ölkədə 100-dən çox qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış massivləri salınıb. Hazırda Samux rayonunda ilk dəfə olaraq 200 mənzillik yeni yaşayış kompleksi inşa edilir. Bu rayonda 459 ailədən ibarət, ümumilikdə, 1603 nəfər məcburi köçkün məskunlaşıb.

    Ürəkaçan olmayan şəraitdə yaşayanların böyük hissəsi Kəlbəcər rayonundan olan məcburi köçkünlərdir. Onların yaşayış şəraitinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayan ölkə rəhbərliyi Samuxun Seyidlər kəndində yeni yaşayış kompleksinin salınması istiqamətində işlər aparır.

    Dörd hektar ərazidə hər biri dördmərtəbəli olmaqla doqquz yaşayış binası tikilir. Kompleksdəki binalardakı mənzillərin 26-sı bir, 58-i iki, 100-ü üç, 16-sı isə dördotaqlı olacaq.

    Hazırda ərazidə infrastrukturun qurulması ilə bağlı intensiv iş gedir. Bütün binaların beton işləri tam başa çatıb, dam örtüklərinin vurulması isə yekunlaşmaq üzrədir. Bununla yanaşı, ərazidə məcburi köçkünlər üçün poçt, tibb məntəqəsi, inzibati bina, klub-icma mərkəzi, eləcə də ikimərtəbəli 50 yerlik uşaq bağçası tikilir.

    Layihəyə uyğun olaraq, məcburi köçkünlər üçün salınan yaşayış kompleksində orta məktəb də inşa olunacaq. İkimərtəbəli bu təhsil ocağı 144 şagirdi qəbul etmək potensialında olacaq.

    Ərazidə sakinlərin istirahəti və sağlamlığı üçün bütün lazımi şərait yaradılacaq.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Бакметрополитен выпускает на линию два новых поезда

    Сегодня, 29 июня, в эксплуатацию будут введены еще два новых поезда ЗАО “Бакинский метрополитен”.

    Как передаёт Median.Az, об этом oxu.az сказал глава пресс-службы ЗАО Бахтияр Мамедов.

    По его словам, они будут курсировать по линии “Дарнагюль” – “Ази Асланов” после завершения проверок и наладочных работ.

    “Вагоны оборудованы системой кондиционирования, которая позволяет автоматически обеззараживать воздух”, – сказал Б.Мамедов.

    Четыре поезда нового поколения модели B, состоящие из 20 вагонов (по пять в каждом составе), произведены по заказу Бакметрополитена на Мытищинском вагоностроительном заводе АО “Метровагонмаш”. В плане перспективного развития бакинской подземки предусмотрено обновление вагонного парка, пассажиров ждут более современные и удобные вагоны.