Month: June 2020

  • Bakı metrosunda daha bir YENİLİK

    “Bakı Metropoliteni”ndə iki yeni qatar xəttə buraxılacaq.

    Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

    O bildirib ki, son illər ərzində yeni, ən müasir standartlara cavab verən qatarlar alınıb:

    “Rusiyanın “Metrovaqonmaş” ASC-dən innovasiya baxımından ən müasir dördüncü nəslə aid 20 metro vaqonu alınıb və son üç il ərzində vaqonların inventar parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

    Hazırda vaqonların inventar parkı 280 vaqondan ibarətdir. Alınan qatarlardan ikisi bu gün xəttə buraxılacaq. Qatarlar “Dərnəgül” – “Həzi Aslanov” xətti üzrə hərəkət edəcək. Yaxın günlərdə sazlama sınaq testlərindən sonra daha iki qatar da xəttə buraxılacaq”.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 29 июня, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 10 249 377.

    За весь период пандемии скончались 504 466 человек, выздоровели – 5 556 634.

    Наиболее пострадавшая от коронавируса страна – США (2 637 077 инфицированных). На 2-м месте – Бразилия (1 345 254), на 3-м – Россия (634 437). В первую пятерку также входят Индия (549 197) и Великобритания (311 151).

    Больше всего жертв инфекции зафиксировано в Соединенных Штатах – 128 437, вылечились 1 093 456 человек.

    Соседний Иран с 222 669 заболевшими занимает 10-е место, Турция (197 239) – 13-е.

    В Армении коронавирусом заразились 24 645 человек, в Грузии – 924.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 10 508 летальных исходов.

    На сегодняшний день в Азербайджане подтверждены 16 424 случая инфицирования коронавирусом, 9 026 человек вылечились, 198 – скончались.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 10 249 377 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 504 466 nəfərin öldüyü, 5 556 634 nəfərin sağaldığı məlumdur.

    Ölkələr arasında virusa yoluxma sayına görə ilk üç yeri ABŞ (2 637 077 nəfər), Braziliya (1 345 254 nəfər) və Rusiya (634 437 nəfər) tutur.

    İran 222 669 yoluxma ilə 10-cu yerdədir. Azərbaycanın sərhəd qonşuları arasında virusdan ən çox ölüm (10 508 nəfər) bu dövlətdə müşahidə olunur.

    Türkiyədə 197 239, Ermənistanda 24 645, Gürcüstanda 924 nəfərdə koronavirus aşkarlanıb.

    Azərbaycanda koronavirusa yoluxan 16 424 nəfərin 9 026-sı sağalıb, 198-i ölüb.

  • В абшеронском поселке отец сбил своего 4-летнего сына

    В поселке Гобу Абшеронского района произошел несчастный случай.

    Как передаёт Median.Az со ссылкой на Report, Турал Акберли, сдавая назад автомобиль, случайно наехал на своего сына Али (2016 г.р.).

    В результате несчастного случая ребенок получил закрытую черепно-мозговую травму и сотрясение мозга, а также множественные ссадины и ушибы.

    Мальчика в тяжелом состоянии срочно доставили в отделение интенсивной терапии, где он был прооперирован.

  • Abşeronda dörd yaşlı uşaq atasının maşınının altında qaldı


    Abşeronda bədbəxt hadisə baş verib.

    Report-un məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

    Belə ki, qəsəbə sakini Tural Əkbərli idarə etdiyi şəxsi avtomobilini yaşadığı evin həyətində arxaya verərkən övladı, 2016-cı il təvəllüdlü Əkbərli Əli Tural oğlu ehtiyatsızlıqdan avtomobilin təkərinin altında qalaraq ağır bədən xəsarətləri alıb.

    Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

    Müayinə zamanı ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı sınıqları və əzikləri diaqnozları qoyulub.

    Azyaşlı cərrahi əməliyyat olunub. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

  • Житель Баку решил поменять место линии и оставил без газа 1 200 абонентов – ФОТО

    Вчера около 12:00 один из жителей Садового массива в поселке Новханы пытался поменять место газовой линии без уведомления Управление по эксплуатации газа Сумгайыта.

    Как сообщили Day.Az в ОО “Азеригаз”, для установки дверного прохода он приостановил подачу газа, оставив без оного около 1 200 абонентов.

    “К месту происшествия незамедлительно были привлечены сотрудники соответствующей инстанции. Они также проинформировали об этом органы полиции. Также восстановлена подача газа на данной территории”, – говорится в заявлении.

  • Çində bir şəhər karantinə bağlandı: COVID-19-un ikinci dalğası başladı

    Çinin paytaxtı Pekindən 140 kilometr aralıda yerləşən və 11 milyon nəfər əhalisi olan Baodin şəhəri karantinə bağlanıb.

    Yerli mətbuatın verdiyi məlumata görə, şəhərdə koronavirus infeksiyasının ikinci dalğası başlanıb.

    Virusun bura paytaxtdan gətirildiyi iddia olunur.

    Hazırda Baodinə bütün giriş-çıxışlar bağlıdır, kütləvi dezinfeksiya işləri aparılır, sakinlər koronavirus testindən keçirilir.

  • Bakıda 32 yaşlı kişi bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

    1988-ci il təvəllüdlü İbrahimov Afiq Malik oğlu mübahisə zəminində bıçaqlanıb.

    Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarnının ön divarında bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. A.İbrahimov cərrahi əməliyyat olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Fransada baş nazir şəhər meri seçildi

    Fransanın baş naziri şəhər meri seçilib.

    TASS xəbər verir ki, Eduard Flipp rəqibini üstələyərək, Qavr şəhərinə başçı təyin edilib.

    Beşinci hökumətin başçısı yerli sakinlərin səslərinin 58,83 faizini toplayıb. Onun rəqibi, Fransa Kommunist Partiyasının təmsilçisi Jan Pol Lekok 41,17 faiz səs yığıb.

    Yeni mer baş nazır postundan imtina etməsi ilə bağlı planlarını açıqlamayıb. Bundan əvvəl, o qeyd etmişdi ki, mer seçilərsə, Fransa prezidentinin müvafiq qərarı verdiyi halda hökumət başçısı postunda qalmayacaq.

    Fransa prezidentinin artıq yeni meri qələbə münasibətilə təbrik etdiyi bildirilir.

  • İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb

    İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Yeniyol kəndi ərazisində hərəkətdə olan 31-BA-008 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

    Hadisə zamanı sürücü, İsmayıllı sakini, 1993-cü il təvəllüdlü Cəfərli Elçin Nizami oğlu və sərnişini, Bakı sakini, 2001-ci il təvəllüdlü Ələkbərli Zeynəb Ceyhun qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.