Month: June 2020

  • Портал icaze.gov.az вновь активирован – ОФИЦИАЛЬНО + ВИДЕО

    В связи с ужесточением особого карантинного режима в выходные дни на территории Баку, Сумгайыта, Гянджи, Лянкярана и Абшеронского района вновь активирован портал icaze.gov.az.

    Как сообщили в Госагентстве по услугам гражданам и социальным инновациям при Президенте Азербайджана, с 00:00 6-го до 06:00 8 июня на указанной территории будут приостановлены оказание услуг и торговля, движение общественного и личного транспорта.

    Лица, деятельность которых разрешена, могут передвигаться только на служебном транспорте после внесения данных о них работодателями на портал icaze.e-gov.az с использованием электронной подписи (подробную информацию можно получить по короткому номеру 108 “горячей линии”).

    Представляем вниманию читателей видеоинструкцию о правилах пользования порталом.

  • İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi – RƏSMİ + VİDEO

    Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib.

    Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir.

    Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların portaldan istifadə rahatlığının, vaxt və resurslara qənaətinin təmin edilməsi məqsədi ilə icaze.e-gov.az portalında fəaliyyətinə icazə verilmiş qurumların əməkdaşlarının icazələri ləğv edilməyib.

    Belə ki, dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsləri portala daxil olaraq sistemdə qeyd edilmiş əməkdaşın adının qarşısında “Aktivləşdir” düyməsini sıxaraq icazəsini yenidən aktivləşdirə bilərlər. Adları sistemdə olmayan əməkdaşların məlumatları isə icazə alınması üçün portala daxil edilməlidir.

    Yalnız Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin əməkdaşlarının icazələri aktivləşdirilə bilər. Bu səbəbdən dövlət və özəl təşkilatlara əməkdaşlarının icazələrini aktivləşdirməmişdən öncə fəaliyyət sahələrinə Nazirlər Kabineti tərəfindən icazə verildiyinə əmin olmaları tövsiyə olunur.

    Vətəndaşlar mövcud icazələrinin statusuna “myGov” portalında baxa bilərlər. Bunun üçün vətəndaş “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçə, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxaraq öz icazəsinə baxa və ya elektron formasını yükləyə bilər.

    Portaldan istifadə qaydaları ilə bağlı videotəlimat:

    Ətraflı məlumat üçün 108 “Çağrı” Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

  • Tələbə qızın intiharı ilə bağlı TƏFƏRRÜAT: İstəmədiyi adamla evlənməyə məcbur edildiyi üçün…

    Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü kurs tələbəsi olub.

    Bu barədə Qafqazinfo-ya məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib.

    O bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı:

    “Heç bir kəsiri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu. Tələbə yoldaşlarının sözlərinə görə, istəmədiyi adamla ailə həyatı qurmağa məcbur edildiyi üçün təəssüf ki, çıxış yolunu bu addımda görüb”.

    Qeyd edək ki, G.Nağıyeva özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Обвиняемые в убийстве сторожа магазина участвуют в следственном эксперименте – ВИДЕО

    Министерство внутренних дел распространило видео со следственного эксперимента по уголовному делу об убийстве сторожа магазина, сопряженном с разбоем.

    Преступление было совершено в поселке Кюрдаханы в ночь на 1 июня. В маркете İl, расположенном на улице Мешеди Адиля, в 05:45 было обнаружено тело Гусейна Ахмедова (1955 г.р.).

    В ходе осмотра места происшествия сотрудниками полиции и прокуратуры было установлено, что из сейфа магазина неизвестные похитили свыше 50 000 манатов. Преступники связали руки и ноги сторожа скотчем, а также заклеили ему рот и нос. Кроме того, Г.Ахмедову были нанесены телесные повреждения, но мужчина скончался от удушья. По полученным данным, сейф, в котором лежали деньги, был открыт ключом.

    По данному факту было возбуждено уголовное дело по статьям 120.2.11 (умышленное убийство, сопряженное с разбоем и вымогательством путем угроз) и 181.3.3 (разбой) УК АР. Задержаны уроженцы Тертерского района Фуад Юсифли (1993 г.р.) и Кюрдамирского района Садиг Джалалов (1992 г.р.).

    В качестве вещественного доказательства разбойного нападения оперативники изъяли блок памяти камеры видеонаблюдения, установленной недалеко от магазина.

  • Bakıda gözətçini marketdə qətlə yetirənlərin görüntüləri yayıldı – VİDEO

    Bakıda mağaza gözətçisini qətlə yetirən şəxslərin görüntüləri yayılıb.

    İyunun 1-də, səhər saat 6:00 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən mağazanın anbarında orada işləyən Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işinə başlanılıb.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə ilə bağlı Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Fuad Yusifli və Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Sadiq Cəlalov tutulublar.

    Faktla bağlı Daxili İşlər Nazirliyinin yaydığı videonu təqdim edirik:

  • В Азербайджане приостанавливается работа ряда почтовых отделений

    В соответствии с решением Кабинета министров от 4 июня о дополнительных мерах по ужесточению особого карантинного режима на территории городов Баку, Сумгайыта, Гянджи, Лянкярана и Абшеронского района, работа ряда отделений ООО “Азерпочт” будет приостановлена.

    Об этом сообщили в пресс-службе Министерства транспорта, связи и высоких технологий.

    Отмечается, что все почтовые отделения на территории указанных городов и района, а также центры обслуживания Şəbəkə в Баку и Сумгайыте с 14:00 5-го по 08:00 8 июня работать не будут.

  • “Azərpoçt”un şöbələrinin fəaliyyəti məhdudlaşdırılır – RƏSMİ

    Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə iyunun 4-də elan edilən qərara uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, qeyd edilən ərazilərdə yerləşən bütün poçt şöbələri, eyni zamanda Bakı və Sumqayıt şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri 5 iyun saat 14:00-dan 8 iyun saat 08:00-dək xidmət göstərməyəcək.

    Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Cəlilabad, Zaqatala və Ağdaş şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri əvvəlki iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.

  • Agentlik Azərbaycan mahnısının oğurlanması ilə bağlı iddia qaldırdı

    Əqli Mülkiyyət Agentliyi “youtube” portalında “Küçələrə su səpmişəm” xalq mahnısının fars mahnısı kimi təqdim edilməsi ilə bağlı məlumat yayıb.

    Agentlikdən “Report”a bildirilib ki, “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının fars mahnısı kimi verilməsi ilə bağlı məlumatlar yayılandan sonra bu məsələ nəzarətə götürüb və müvafiq araşdırma aparılıb.

    Müəyyən edilib ki, bir sıra “YouTube” kanallarında, o cümlədən, chekhabar1234 və Persian Song adlı kanallarda İranlı musiqiçi Fereydoun Asraeinin ifasında “Dooset daram” adlı mahnı yerləşdirilib və həmin mahnının Azərbaycan xalq mahnısı olması barədə məlumat qeyd edilməyib.

    Agentlik bununla bağlı bildirib ki, qeyd edilən mahnının musiqisi Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm” mahnısının musiqisidir. Burada mahnının sözləri dəyişdirilmiş və musiqinin mənşəyi barədə məlumat göstərilməyib:

    “Mahnının musiqisinin bu cür mənimsənilməsi və dolayısı yolla fars musiqisi kimi təqdim olunması kobud hüquq pozuntusudur. Bu həm də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və fonoqramlara dair Müqaviləsinin müddəalarına ziddir. Mahnının Azərbaycan xalqının mədəni irsinə məxsusluğu çoxlu sübutlarla təsdiqlənir. “Küçələrə su səpmişəm” mahnısı XX əsrin əvvəllərindən başlayaraq bir sıra Azərbaycan xalq mahnıları toplularına daxil edilmişdir. Misal üçün, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin 1927-ci ildə nəşr olunan “Azərbaycan türk el nəğmələri”, Bülbül Məmmədovun 1956-cı ildə nəşr olunan “Azərbaycan Xalq Melodiyaları” (I cild Səid Rüstəmov), görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1952-ci ildə nəşr olunan “Azərbaycan xalq mahnıları”, Davud Məmmədbəyovun 1965-ci ildə nəşr olunan “Azərbaycan lirik xalq mahnıları”, Salih Turhanın 1991-ci ildə Türkiyənin Ankara şəhərində nəşr olunan “Azerbaycan halk mahnıları” kitablarında “Küçələrə su səpmişəm” mahnısının notları və sözləri birlikdə çap olunub.

    Mahnı eyni zamanda 1954-cü ildə çəkilmiş “Doğma xalqıma” adlı filmdə səsləndirilib.

    Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında onun tərəfindən “Küçələrə su səpmişəm” xalq mahnısını yenidən işlənmiş variantı Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) kataloqa daxil edilib və qeydə alınıb. Mahnının yenidən işlənmiş variantı Azərbaycanlı müğənni Rəşid Behbudov tərəfindən 1963-cü ildə ifa olunmuş variantı YouTube kanalına yüklənib.

    “Küçələrə su səpmişəm” xalq mahnısını həmçinin Azərbaycanın məşhur ifaçılarından Bülbül, Şövkət Ələkbərova və başqaları tərəfindən də səsləndirilmiş, maddi daşıyıcılara yazılaraq “YouTube” səhifələrinə yüklənib”.

    “Xüsusi olaraq vurğulamaq istəyirik ki, “Küçələrə su səpmişəm” xalq mahnısı İranlı musiqiçi Fereydoun Asraei tərəfindən Azərbaycan və fars dillərində ifa olunaraq “Khuneh be Dush” adlı albomda “Dustat daram” adı ilə 8-ci sırada yer alıb, həmin albom onun razılığı ilə www.amazon.com saytında yerləşdirilib və ən əsası Azərbaycan folklor nümunəsi (by Azeri Folk) kimi qeyd edilib. Agentlik tərəfindən sadalanan faktlar və mənbələr əsasında araşdırmanın nəticələrini əhatə edən təfsilatlı müraciət hazırlanıb və “Youtube” portalının müvafiq bölməsinə ünvanlanaraq, chekhabar1234 və Persian Song adlı kanallarında, eləcə də digər kanallarda “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının adı və mənşəyi barədə məlumatların əlavə olunması, əks təqdirdə isə həmin kanalların bağlanılması xahiş edilib”, – deyə Əqli Mülkiyyət Agentliyinin yaydığı məlumatda bildirilib.

  • İcra başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarıldı

    Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işdən çıxarılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, RPŞ-nın rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

    Məlumata görə, Daxili İşlər naziri Vilayət Eyvazov bu barədə müvafiq əmr imzalayıb. İşdən çıxarılan polis rəisinin yerinə hələlik təyinat olmayıb.

    Qeyd edək ki, E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun qardaşıdır.

    Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.

  • Bakıda 18 mərtəbəli binada yanğın

    Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

    Oxu.Az xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 13 C ünvanında qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə idarəsinin əməkdaşları cəlb olunub.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva faktı redaksiyamıza təsdiq edib.

    O bildirilib ki, yanğın artıq söndürülüb:

    “Ərazidə qeydə alınan yanğınla bağlı “qaynar xətt”ə müraciət daxil olub. Müraciət əsasında əraziyə Nazirliyin yanğından mühafizə idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

    Yanğın söndürülüb və ətrafa yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülüb. Yanğının hansı səbəbdən baş verməsi araşdırılır”.