Month: June 2020

  • Bakının mərkəzində binalar uçmaq təhlükəsi qarşısındadır- VİDEO

    Təxminən bir əsrdən çox yaşı olan tikililərdə hazırkı vəziyyət heç də ürəkaçan deyil.

    Mənzillər yaşayış yerindən çox, viranəni xatırladır. Çatlamış divarlar, sökülmək üzrə olan pilləkənlər və tavanlar…

    Söhbət hər kəsin “Sovetski” kimi tanıdığı yaşayış massivindən gedir.

    Məsələ ilə bağlı Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildiriblər ki, sakinlərin narahatlığına əsas yoxdur. Təmir-bərpa davam etdikcə növbəli şəkildə binaların içində də yenidənqurma işləri aparılacaq:

    “Bakı şəhərində Vidadi, Bəşir Səfəroğlu küçələrində təmir-bərpa işləri görüləcək. Bu küçələrdə binaların xarici, daxili fasadı, pilləkənləri, həyətləri, dam örtükləri yüksək səviyyədə təmir olunacaq”.

  • Region qeydiyyatında olanlar rayonlara getsə, Bakıya qayıda bilməyəcəklər – RƏSMİ AÇIQLAMA

    Baş Nazir Əli Əsədovun “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

    Hazırda bir çox insan sözügedən şəhərlərdə çalışsa da başqa rayon qeydiyyatındadırlar. Sərt karantin rejimində regionlara getmək istəyənlər qayıda bilməyəcəklərindən narahatdır.

    Milli.Az xəbər verir ki, Qazet.az-ın suallarını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirir ki, həmin şəxslər növbəti həftədə paytaxt Bakıya və qeyd edilən şəhər və rayonlara qayıda bilməyəcəklər.

    “Onlar regionlara gedə bilməzlər. Regionlardan da paytaxta gələ bilməzlər”, – deyə İ.Məmmədov qeyd edib.

  • Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

    Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 4 iyun 2020-ci il tarixli qərarına görə, iyunun 6-ı saat 00.00-dan 8 iyun saat 06.00-dək Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti sitisna olmaqla). Qeyd olunan tarixdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

    Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, cəmiyyətin informasiya ilə təminatı son dərəcə mühüm məsələdir. Mövcud istiqamətdə hər hansı ləngimələrin, geriləmələrin olması yolverilməzdir. KİV-lərin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması eyni zamanda ictimaiyyətdə ruh yüksəkliyinin sabit saxlanılması baxımından mühüm əhəmiyyət daşımaqdadır.

    2020-ci il 6 iyun saat 00.00-dan 8 iyun saat 06.00-dək fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri kimi yalnız televiziya və radio kanalları, kabel televiziyaları yer alır.

    Nəzərə alınmalıdır ki, Operativ Qərargahın xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərarı COVID-19 virusunun yayılma sürətinin azaldılmasından, onun törədə biləcəyi fəsadların minimuma endirilməsindən irəli gəlib. Buna görə də göstərilən tarixlərdə digər media qurumlarında çalışan jurnalistlərin, habelə blogerlərin və frilanserlərin fəaliyyətlərini onlayn şəkildə – yaşayış yerlərindən və olduqları yerlərdən uzaqlaşmamaq şərtilə həyata keçirmələri, müəyyənləşdirilmiş qaydaya əməl etmələri zəruridir.

    Operativ Qərargahın qərarındakı məhdudlaşdırıcı mahiyyət ümumi xarakterli olmaqla, təhlükəli virusdan müdafiədə effektivliyi artırmaq, əhalini qorumaq, mümkün qədər çox insanın evdə qalmasını təmin etmək məqsədi daşıyır. Nəzərə alınmalıdır ki, bir qayda olaraq KİV-lərin əksəriyyəti həftənin şənbə və bazar günləri öz işlərini məhdudlaşdırırlar, bəziləri ümumiyyətlə işləmirlər.

    Onu da qeyd etmək lazımdır ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın bir çox ölkələrində müxtəlif sahələr kimi, mediaya münasibətdə də məhdudiyyətlər tətbiq edilib və edilməkdədir. Ancaq Azərbaycanda fərqli yanaşmanın şahidi olduq. Belə ki, xüsusi karantin rejiminin əvvəlki mərhələlərində bütün növ media orqanlarının, o cümlədən müstəqil jurnalistlərin sərbəst fəaliyyətləri təmin edildi, bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargahla Azərbaycan Mətbuat Şurasının müştərək əməkdaşlığı faydalı oldu, müəyyən anlaşılmazlıqların aradan qaldırılması təmin edildi. Bu istiqamətdəki əməkdaşlıq bundan sonra da davamlı olacaqdır.

    Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əməl etməyə, məhdudiyyətləri nəzərə alaraq fəaliyyət göstərməyə çağırır. Əsas olan koronavirus pandemiyası ilə mübarizənin aparılması, vətəndaş mövqeyinin və məsuliyyətinin ortaya qoyulmasıdır. Şura əmindir ki, jurnalistlər bu mərhələdə də nümunəvi davranışları ilə yadda qalacaqlar.

  • DİN-dən marketlər və ticarət obyektləri ilə bağlı RƏSMİ AÇIQLAMA

    Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində yerləşən marketlər və ticarət obyektləri bu gecə 00:00-dək fəaliyyət göstərə bilər.

    Bunu APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

    O bildirib ki, hazırda marketlərin və digər ticarət obyektlərinin fəaliyyətində hər hansı bir məhdudiyyət yoxdur: “Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həmin obyektlərin fəaliyyəti iyunun 6-sı gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək dayandırılacaq”.

    E. Zahidov həmçinin qeyd edib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları karantin rejiminə nəzarəti mütəmadi və gücləndirilmiş formada həyata keçirəcəklər:

    “Qərarın tətbiq edildiyi rayon və şəhərlərdə yalnız mərkəzi hissələr deyil, hər yerdə, məhəllələrdə də polis nəzarəti olacaq. Vətəndaşları iki gün evdə oturmağa, küçəyə çıxmamağa çağırırıq. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda şənbə və bazar günləri müvafiq icazəsi olan vətəndaşlardan başqa digər vətəndaşlara yaşayış yerini və olduğu yeri tərk etmək qadağan olunub. Həmin qaydanı pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 manat cərimə ediləcəklər”.

    Qeyd edək ki, sosial şəbəkələrdə polisin mağazalara və digər ticarət obyektlərinə bu gün saat 14:00-dan sonra fəaliyyət göstərməsinə icazə vermədiyi haqda məlumatlar yayılıb.

  • Həftəsonu iki günlük qadağada zibil də atmaq olmaz – RƏSMİ

    Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa, vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. Bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək.

    Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, qeyd edilən rayon və şəhərlərdə şənbə və bazar günləri müvafiq icazəsi olan vətəndaşlardan başqa digər vətəndaşlara yaşayış yeri və olduğu yeri tərk etmək qadağan olunacaq: “Bu tələbləri pozan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 manat cərimə ediləcəklər. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları karantin rejiminə nəzarəti mütəmadi və gücləndirilmiş formada həyata keçirəcəklər.

    Qərarın tətbiq edildiyi rayon və şəhərlərdə yalnız mərkəzi hissələr deyil, hər yerdə, məhəllələrdə də polis nəzarəti olacaq. Vətəndaşları həftənin iki günü evdə olmağa, küçəyə çıxmamağa çağırırıq. Çünki bizim məqsədimiz vətəndaşları cərimələmək deyil, onların sağlamlığının qorunması üçün atılan addımdır. Buna görə də inanırıq ki, vətəndaşlarımız bu tələbləri anlayışla qarşılayıb cəmi iki gün evdə qalacaqlar”.

    E.Zahidov əlavə edib ki, vətəndaşlar qeyd olunan iki gün ərzində zibil atmağa da gedə bilməzlər: “Buna icazə verilmir. Nazirlər Kabineti yanında operativ qərargah bu iki gün ərzində evdən çıxmaq üçün iki hal müəyyən edib. Birincisi, vətəndaşın həyatı üçün real təhlükə yaradarsa, onda evi tərk edə bilər. İkincisi, yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxs Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzinə, yaxud 012 590 80 20 Qaynar xəttinə müraciət edib məlumat verəcək.

    Qısa müddət ərzində həmin şəxsin müraciəti araşdırılacaq. Verilən məlumat həqiqətə uyğun olarsa, onun evdən çıxmasına, dəfndə iştirakına icazə veriləcək. Bu barədə həmin şəxsə və onun getdiyi istiqamətdə xidmət aparan polis əməkdaşlarına məlumat veriləcək. Həmçinin, bu barədə polislərin istifadəsində olan planşetlərə qeyd göndəriləcək. Yalnız bu iki halda evdən çıxmağa icazə verilir. Vətəndaşlar digər hallarda evdə oturub istirahət etməlidir. Həftənin birinci günündən etibarən isə vətəndaşlar qoruyucu maskalardan istifadə edərək sərbəst işə gedib-gələ biləcəklər”.

  • Среди умерших от COVID-19 за рубежом есть активисты азербайджанской диаспоры – ОФИЦИАЛЬНО

    Среди умерших от COVID-19 за рубежом есть и активисты азербайджанской диаспоры.

    Об этом в ответ на запрос Oxu.Az сообщила пресс-секретарь Госкомитета по работе с диаспорой Василя Вахидгызы.

    По ее словам, среди представителей диаспоры есть и те, у кого коронавирусом инфицированы все члены семьи.

    “Такие семьи есть в Украине, Дагестане (Россия). Точной информации о заразившихся и скончавшихся нет”, – сказала пресс-секретарь.

    В.Вахидгызы сообщила, что от коронавируса умерли два наших соотечественника в Швеции и США.

  • Diaspor fəallarımız arasında koronavirusdan ölənlər var – RƏSMİ

    “Xaricdə yaşayan diaspor fəalları arasında koronavirusdan vəfat edənlər də var”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.

    Onun sözlərinə görə, xaricdə yaşayan diaspor fəalları arasında ailəlikcə koronavirusa yoluxanlar var:

    “Ukrayna, Dağıstanda ailəlikcə virusa yoluxanlar var. Yoluxanlar və ölənlər barədə dəqiq məlumat vermək mümkün deyil. Bəzi diaspor fəalları bir-birini tanımır. Bir-birini tanıyanlar koronavirusa yoluxma ilə bağlı məlumat verirlər”.

    V.Vahidqızı qeyd edib ki, İsveç Krallığının paytaxtı Stokholm şəhərində və ABŞ-da yaşayan iki soydaşımız koronavirusdan ölüb.

  • Завтра в Азербайджане будет ветрено и дождливо

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 6 июня.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, пасмурная погода, утром – местами дожди, порывистый северо-западный ветер.

    Температура воздуха на Абшероне составит ночью 17-20, днем – 24-28, в Баку ночью – 18-20, днем – 26-28 градусов тепла.

    Атмосферное давление повысится с 761 до 764 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 50-60%.

    В некоторых районах Азербайджана завтра прогнозируются грозы, дожди, местами ливни, град, утром в некоторых местах ожидается туман, порывистый западный ветер.

    Температура воздуха составит ночью 15-20, днем – 27-32, в горах ночью – 8-13, днем – 16-21 градус тепла.

  • Sabah yağış yağacaq

    Azərbaycanda iyunun 6-da müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

    Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə olacaq.

    Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa qədər yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

    İyunun 6-da Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə olacaq.

    Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında arabir güclənən xəzri əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • Deputat qaz limitinin artırılmasını təklif etdi

    “Qazın istehlakına dair limit 2500 kubmetrə qaldırılsın”.

    Bunu parlamentin iclasında deputat Tahir Kərimli deyib.

    Onun fikrincə, qazın istehlak qiymətinə də baxılmalıdır.

    Qeyd edək ki, 2019-cu ilin aprelin 30-da Tarif Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxıb. Mayın 1-dən 2200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib.

    Nəticədə, əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, limitdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.