Month: June 2020

  • Дорожная полиция: Запрещено передвижение на личном транспорте в период ужесточения карантина

    На период ужесточения карантинного режима в эти выходные на дорогах Баку, Сумгайыта, Гянджи, Лянкярана и Абшеронского района не будет полицейских постов, однако дорожная полиция перейдет на усиленный режим работы. Об этом сказал Trend начальник отдела по связям с общественностью Главного управления государственной дорожной полиции Кямран Алиев.

    По его словам, в эти дни возможность свободного передвижения получат сотрудники учреждений, которым разрешено работать.

    “Они могут передвигаться только на служебных автомобилях. То есть использование личного транспорта лицом, которому разрешено выходить на работу, запрещено. Во время действия ограничений установлен запрет на движение такси, автобусов, частного автотранспорта”, – сказал К.Алиев.

    Он отметил, что лицо, пользующееся в период ограничений личным автомобилем, будет привлечено к ответственности в соответствии с действующим законодательством.

    Напомним, что с 00:00 6-го по 06:00 8 июня в Баку, Сумгайыте, Гяндже, Лянкяране и Абшеронском районе будет ужесточен карантинный режим.

  • Sabahdan şəxsi avtomobillərlə hərəkət tam qadağan edilir – RƏSMİ

    Sabahdan iki gün müddətində Azərbaycanda şəxsi avtomobillərlə hərəkət tam qadağan edilir.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah qərar verib.

    Bildirilib ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

    Qeyd edilib ki, icazəsi olan şəxslər xidməti avtomobillə işə gedə biləcək.

    Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, ehtiyac olduğu halda işləməsi üçün icazə verilən fəaliyyət sahələrinin rəhbərləri əməkdaşlarının çalışması üçün şəraitin yaradılmasını Bakı Nəqliyyat Agentliyi ilə müzakirə edə bilər.

  • Bakıda xəstəxanada daha iki ölüm – Koronavirus şübhəsi

    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki xəstə ölümü qeydə alınıb.

    Oxu.Az xəbər verir ki, 1950-cı il təvəllüdlü xəstə iyunun 3-də saat 15:20-də ETACXİ-yə daxil olub.

    Ağır vəziyyətdə xəstəxanaya daxil olmuş pasiyent dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən ona zəruri müalicə tədbirləri təyin olunub.

    Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək çatışmazlığı, kəskin respirator distres sindrom, ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz, ikitərəfli pnevmoniya, ağır gedişli beyin qan dövranının pozulması, ensefalopatiya diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

    Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölüm faktını Oxu.Az-a təsdiq edib.

    Qeyd edək ki, İnstitutda bundan başqa daha bir ölüm faktı qeydə alınıb. Ölənlərdən digərinin COVID-19-a yoluxan xəstələrdən biri olduğu deyilir.

  • Koronavirusa qarşı effektli dərmanın faydasız olduğu sübut edildi

    Hidroksixloroxin COVID-19-un sonrakı profilaktikasında təsir göstərməyib.

    Bu barədə təcrübənin nəticələri “New England Medicine Journal”da dərc edilib.

    ABŞ-da Minnesota Universitetinin alimləri koronavirus xəstələri ilə 10 dəqiqə və ya daha uzun müddət əlaqə saxlayan 821 xəstənin iştirak etdiyi təcrübəyə əsasən araşdırma aparıblar. Onların 719 nəfərinin qoruyucu maskalar və əlcəklərdən istifadə etmədikləri üçün “yüksək risk” altında olduğu güman edilir. Tədqiqatın bütün iştirakçılarına təsadüfi qayda ilə – hidroksixloroxin və ya plasebo – müalicəvi faydası olmayan maddə verilib.

    Məlum olub ki, məşhur dərmanı qəbul edən 414 nəfərdən 49-u koronavirus xəstəliyinə yoluxub. Plasebo qrupunda 407 xəstədən 58-nə COVID-19 diaqnozu qoyulub. Hidroksixloroxin qəbul edənlər arasında koronavirusa yoluxanların nisbəti plasebo qəbul edən tədqiqat iştirakçılarının 14,25 faizinə qarşı 11,83 faiz təşkil edib. Bu dərman və plasebo ilə qrupdakı yan təsirlər müvafiq olaraq 40,1 və 18,6 faiz təşkil edib. Lakin hər iki qrupda ciddi nəticələr əldə edilməyib. Beləliklə, alimlər hidroksixloroxinin xəstəliyin qarşısının alınmasında faydasız olduğunu sübut ediblər.

  • Parlament Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin etdi

    Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına Milli Məclis tərəfindən yeni üzvlər təyin olunub.

    Bununla bağlı məsələ parlamentin iclasında səsə qoyulub.

    Parlament sədrinin müavini Adil Əliyev, deputatlardan Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyev Komissiyaya üzv təyin olunublar.

    Həmçinin, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də quruma üzv olub.

    Parlamentin sədri Sahibə Qafarova həmin şəxsləri təbrik edib.

    Xatırladaq ki, 2004-cü il martın 3-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Onun səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.

    Komissiya 15 üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

    Hazırda Komissiyanın Milli Məclis tərəfindən təyin edilən üzvləri aşağıdakı şəxslərdir: parlament sədrinin birinci müavini Əli Hüseynli, deputatlar Bəxtiyar Əliyev, Ziyafət Əsgərov, Baş nazirin müavini Əli Əhmədov (deputat olarkən təyin olunub) və Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov.

  • В Сумгайыте женщина скончалась через 25 дней после родов

    В Сумгайыте скончалась 44-летняя женщина.

    Как сообщает АПА, состояние Лалы Алиевой (1976 г.р.) внезапно ухудшилось. Несмотря на усилия врачей, спасти ее жизнь не удалось.

    25 дней назад она родила ребенка.

    Причину смерти женщины установят судмедэксперты.

    По данному факту ведется расследование.

  • Sumqayıtda yeni ana olan qadın qəflətən öldü

    Sumqayıtda 44 yaşlı qadın qəflətən ölüb.

    APA-nın məlumatına görə, 1976-cı il təvəllüdlü Əliyeva Lalə Mirsahid qızının yaşadığı evdə qəflətən vəziyyəti pisləşib.

    Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

    L.Əliyeva 25 gün bundan öncə ana olubmuş. 44 yaşlı qadının ölüm səbəbləri aparılan ekspertizanın nəticəsindən sonra məlum olacaq.

    Faktla bağlı araşdırma aparılır.

  • Təhsil nazirindən ƏMR – Yeni şura yaradıldı

    Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb.

    Bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

    Əmrə əsasən, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılması təşkil edilir.

    Şuranın sədri Təhsil nazirinin müavini Məhəbbət Vəliyevadır.

    Şuranın üzvləri Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Fərzəli Qədirov, Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Elnur Məmmədov, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Murad Camalzadə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovdur.

    İnsan resursları şöbəsi (E.Bağırov) və Hüquq şöbəsi (A.Cəfərov) 30 gün müddətində Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının Əsasnaməsini hazırlayıb təsdiq edilməsi üçün təqdim etməlidirlər.

  • Нефть марки Brent вновь дорожает

    Нефть Brent дорожает 5 июня, WTI колеблется между ростом и снижением, передает “Интерфакс”.

    Цены обоих сортов нефти завершают ростом шестую неделю подряд на сигналах о готовности крупнейших производителей сырья продлить сокращение добычи.

    Стоимость августовских фьючерсов на нефть Brent на лондонской бирже ICE Futures к 09:10 составляла 40,12 доллара за баррель, что на 0,13 доллара (0,33%) выше цены на закрытие предыдущей сессии. По итогам торгов в четверг эти контракты подорожали на 0,2 доллара (0,5%), до 39,99 доллара за баррель.

    Фьючерсы на нефть WTI на июль на электронных торгах нью-йоркской товарной биржи (NYMEX) к этому времени опустились в цене на 0,02 доллара (0,05%) – до 37,39 доллара за баррель. К закрытию рынка в четверг цена этих контрактов увеличилась на 0,12 доллара (0,3%), до 37,41 доллара за баррель.

  • Neft yenə bahalaşdı

    Dünya bazarında neftin qiyməti artıb.

    RT xəbər verir ki, WTI markalı neftin iyul fyuçersləri 0,24% artaraq, bir barel üçün 37,50 dollar təşkil edib.

    “Brent” markalı neftin avqust fyuçersləri 0,55 faiz bahalaşaraq, bir bareli 40,21 dollara satılıb.