Month: June 2020

  • Bakıda intihara cəhdin qarşısı alınıb

    Bakıda intihara cəhdin qarşısı alınıb.

    Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

  • Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edildi

    Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

    “Report”un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni rəis müavini təyin edilib.

    Qeyd edək ki, V.Ələkbərov sonuncu təyinatına qədər BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.

    Xatırladaq ki, ilk xəbəri strateq.az saytı yazıb.

  • İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb

    İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Yeniyol kəndi ərazisində hərəkətdə olan 31-BA-008 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

    Hadisə zamanı sürücü, İsmayıllı sakini, 1993-cü il təvəllüdlü Cəfərli Elçin Nizami oğlu və sərnişini, Bakı sakini, 2001-ci il təvəllüdlü Ələkbərli Zeynəb Ceyhun qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Ağstafada kanaldan kişi meyiti tapılıb

    Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən su kanalında kişi meyiti tapılıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, su kanalında tapılan meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə aparılıb.

    Hazırda mərhumun şəxsiyyətinin müəyyən olunması istiqamətində işlər görülür.

    İlkin məlumata görə, 60 yaşlarında olan kişi Qazax rayon sakinidir və rayon ərazisində ehtiyatsızlıqdan su kanalına düşüb. Nəticədə boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Молдове еще 304 человека заболели COVID-19

    Число выявленных случаев коронавируса в Молдове за сутки выросло на 304, до 16 080, всего умер 521 человек.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщила пресс-служба минздрава республики.

    ” Всего 8 963 человека были вылечены, а 521 скончался из-за COVID-19″, – говорится в сообщении на сайте минздрава.

    Отметим, что в Молдове до 15 июля действует режим ЧП в области здравоохранения, запрещены массовые культурные мероприятия, отменены занятия в учебных заведениях. Жители страны обязаны носить маски в общественном транспорте и закрытых общественных местах.

  • Moldovada daha 304 nəfər koronavirusa yoluxdu

    Moldovada koronavirus infeksiyasından ölənlərin sayı 521 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, son sutkada ölkədə 304 nəfər koronavirus infeksiyasına yoluxub, müalicə alan 6 nəfər vəfat edib.

    Artıq Moldovada bu virusa yoluxanların sayı 16 080 nəfərdir. Pandemiya dövründə 8 963 nəfər tam sağalaraq evə buraxılıb.

    Qeyd edək ki, Moldovada ictimai nəqliyyatda və qapalı yerlərdə tibbi maska taxmaq məcburidir.

  • Kərəm Mustafayev: “Naxçıvanda hərbi infrastruktur müasirləşdirilir”

    26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan hərbi şəhərciyində zabit-gizir ailələrinə yeni xidməti mənzillər təqdim edilib.

    Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən “Report”a bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Silahlı Qüvvələr Günü və yeni xidməti mənzillərin təqdim edilməsi münasibətilə hərbi qulluqçuları və onların ailə üzvlərini təbrik edib.

    General-polkovnik Kərəm Mustafayev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.


    Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, zabit-gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və səmərəli istirahətinin təşkilinə xüsusi diqqət yetirilir. Hərbçi ailələrinə yeni xidməti mənzillərin təqdim edilməsi də növbəti qayğının ifadəsidir.

    Mənzillə təmin olunan zabit Emil Hüseynov 8 ildir ki, muxtar respublikada xidmət etdiyini bildirərək bu müddətdə hərbi qulluqçuların sosial-məişət şəraitinin daim diqqətdə saxlanıldığının şahidi olduğunu deyib. O vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərbi hissələrdə xidmətin vəziyyəti, əsgərlərin məişət şəraiti və zabit-gizir ailələrinin sosial təminatı ilə maraqlanması şəxsi heyətdə vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur. Göstərilən qayğının hərbi qulluqçuları daim həvəsləndirdiyini qeyd edən zabit Emil Hüseynov bundan sonra da nümunəvi xidmət edəcəklərinə söz verib.


    Cəlilabad rayonundan olan hərbçi ailəsinin üzvü Zəhra Quluzadə Naxçıvanda yaşadıqları müddətdə onlara göstərilən dövlət qayğısından danışıb. “İstifadəmizə verilən tam təmirli mənzillər rahat yaşayışımız üçündür”, – deyən Zəhra Quluzadə yaradılan şəraitə görə hərbçi ailələri adından dövlətimizə minnətdarlıq edib.

    Çıxışların ardından binaya baxış olub. Zirzəmi ilə birlikdə 4 mərtəbəli binanın birinci mərtəbəsində dərzi, ayaqqabı təmiri sexi, hərbi və qarışıq mallar mağazaları fəaliyyət göstərəcək. Fərdi qazanxana sistemi quraşdırılan binada Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsinin bölmələri üçün iş otaqları da yaradılıb.


    Binanın 2-ci, 3-cü və 4-cü mərtəbələrinin hər birində 13 mənzil olmaqla, ümumilikdə, 39 mənzilin hər biri müasir mebel dəstləri və lazımi məişət əşyaları ilə təmin olunub. Həmin mərtəbələrdə lazımi avadanlıqlarla tam təmin edilmiş mətbəx və camaşırxana yerləşir.

    Mənzillərə baxış zamanı hərbi qulluqçuların və ailə üzvlərinin təəssüratları ilə maraqlanan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev yeni mənzillərin sakinlərinə uğurlar arzulayıb.

    Qeyd edək ki, binada əsaslı təmir işləri aparılan zaman hərbi qulluqçuların və ailə üzvlərinin səmərəli istirahəti nəzərə alınaraq hərbi şəhərcikdə yeni istirahət parkı da salınıb. Ərazidə abadlıq işləri aparılıb, istirahət guşələri və oturacaqlar quraşdırılıb, dekorativ ağac və gül kolları əkilib.

  • Bundesliqada 2019/20 mövsümü başa çatıb

    Almaniya Bundesliqasında 2019/20 mövsümünə yekun vurulub.

    Apasport.az saytının məlumatına görə, sonuncu turun qarşılaşmaları eyni gündə və eyni saatda baş tutub.

    Bol qollu keçən son turun 5 matçında böyükhesablı nəticə qeydə alınıb.

    Keçirilən oyunlarla “Bavariya” və Dortmund “Borussiya”sından sonra “Leypsiq” və Mönhenqladbax “Borussiya”sı müvafiq olaraq 3-4-cü yerləri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıblar.

    “Bayer” və “Hoffenhaym” Avropa Liqasının qrup, “Volfsburq” isə təsnifat mərhələsində iştirak hüququ əldə edib.

    “Paderborn”la yanaşı, “Fortuna” da elitanı tərk edib. “Verder” isə Bundesliqada qalmaq uğrunda pley-off oyunları keçirəcək.

    Son turda bir dəfə fərqlənən “Bavariya”nın hücumçusu Robert Levandovski 34 qolla mövsümü bombardir kimi tamamlayıb.

    Almaniya Bundesliqası
    XXXIV tur
    27 iyun
    “Auqsburq” – “Leypsiq” – 1:2
    Varqas, 72 – Verner, 28, 82
    “Borussiya” M. – “Herta” – 2:1
    Hofmann, 7; Embolo, 78 – İbişeviç, 90+1
    “Bayer” – “Mayns” – 1:0
    Volland, 2
    “Borussiya” D. – “Hoffenhaym” – 0:4
    Kramariç, 8, 30, 48, 50 (pen.)
    “Ayntraxt” – “Paderborn” – 3:2
    Rode, 9; Silva, 33; Dost, 52 – Draqer, 55; Miçel, 75
    “Frayburq” – “Şalke” – 4:0
    Valdşmidt, 20, 57; Şmidt, 38; Holer, 46
    “Union” – “Fortuna” – 3:0
    Uya, 26; Gentner, 54; Abdullahi, 90
    “Verder” – “Köln” – 6:1
    Osaka, 22; Raşika, 27; Fullkruq, 29; Klaassen, 55; Osaka, 58; Sargent, 68 – Dreksler, 62
    “Volfsburq” – “Bavariya” – 0:4
    Koman, 4; Kuysanke, 37; Levandovski, 72 (pen.); Müller, 79

    1  Bavariya 34 26 4 4 100-32 82
    2  Borussiya D. 34 21 6 7 84-41 69
    3  Leypsiq 34 18 12 4 81-37 66
    4  Borussiya M. 34 20 5 9 66-40 65
    5  Bayer 34 19 6 9 61-44 63
    6  Hoffenhaym 34 15 7 12 53-53 52
    7  Volfsburq 34 13 10 11 48-46 49
    8  Frayburq 34 13 9 12 48-47 48
    9  Ayntraxt 34 13 6 15 59-60 45
    10  Herta 34 11 8 15 48-59 41
    11  Union 34 12 5 17 41-58 41
    12  Şalke 34 9 12 13 38-58 39
    13  Mayns 34 11 4 19 44-65 37
    14  Köln 34 10 6 18 51-69 36
    15  Auqsburq 34 9 9 16 45-63 36
    16  Verder 34 8 7 19 42-69 31
    17  Fortuna 34 6 12 16 36-67 30
    18  Paderborn 34 4 8 22 37-74 20

  • Körpələrlə bağlı ən aktual suallar: Nəyi etmək olar, nəyi yox? – Pediatrdan CAVAB

    Uşağın doğulması ilə bəzən ailədə təbəddülatlar da yaşanır. Yaşlı nəsil olan və çoxlu uşaq yetişdirmək təcrübəsi olan nənələr, xalalar ənənəni davam etdirmək məqsədi ilə gənc anaya müxtəlif məsləhətlər verir. Ana həkimlərlə ailənin arasında qalır: Nəyi etsin,nəyi etməsin?

    Bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb. Həkim yeni doğulanlarla bağlı bir çox aktual suallara cavab verib.

    Median.Az e-tibb.az-a istinadən onları təqdim edir:

    Uşaq doğulanda ağız südü (kolostrum) verilsinmi? Bəzi yerlərdə bu süd sağılıb atılır. Əslində çox faydalı, zülal, mineral, anticisimlərlə zəngin bir mayedir, yəni verilməsi məsləhətdir.

    Bəzi yerlərdə uşaqları xüsusən qız uşaqlarını şirindil, dilli-ağızlı olsun deyə bal və ya xurma əzib damağına sürtürlər. Bu, müsəlmanlarda “təhnik” adlanır. Əslində isə 12 aya qədər uşaqlara bal vermək olmaz. Clostridium ilə zəhərlənmə ola bilər. Bəzən şiddətli allergik reaksiyalar da baş verdiyi üçün tövsiyyə edilmir.

    Uşağın kirpikləri bərkisin və rahat yatsın deyə sürmə sürtmək doğrudurmu? Əslində əsl təmiz, təbii sürmənin heç bir ziyanı yoxdur, ancaq o ad altında satılan kimyəvi vasitələr gözdə infeksiya yarada bilər.

    Körpəyə su vermək olarmı? Ana südünün 85 % sudan ibarətdir və ana südü alan uşağa əlavə su və çay verilməsinə lüzum yoxdur. qdan sonra əmizdirmək üçün gözləmək lazımdır? Əslində doğumdan sonra ən geci bir saat ərzində döşə qoyulmalıdır ki, südyaranma və əmizdirmə normal və rəvan keçsin.

    Uşağı bələyəkmi? Bir çoxları buna keçmişin qalığı kimi baxır. Bud-çanaq oynağı displaziyası səbəbi, uşağa əziyyət kimi qiymətləndirilir.

    Uşağı ayaqda yırğalamaq olarmı? Əvvəllər nənni, beşik, yüyrük vardı. İndi çox vaxt körpə yuxuya getsin deyə ayaqda yırğalayırlar. Amma bu, vaxtından əvvəl doğulmuş, yəni prematür uşaqlarda beyin qansızmasına səbəb ola bilər.

    Saçlarını qırxmaq düzgündürmü? Bəzi yerlərdə “əqiqə” olaraq 40-cı gün saçları qırxıb ağırlığı qədərində qızıl (gümüş) sədəqə verirlər. Uşağın saçı istənilən vaxt qırxıla bilər. Seyrək saçın qırxıldıqdan sonra gur gəlməsi fikrinin elmi əsası yoxdur.

    Uşağı nə vaxt çimdirmək olar? Uşağın anadan olan kimi çimdirilməsi yalnız ananın hepatit B, C, HİV kimi xəstəlikləri olduqda vacibdir. Başqa vaxtı çağanın erkən çimizdirilməsi məsləhət deyil. Ona görə ki, uşağın üzərindəki “vernix caseosa” deyilən yapışqan maddə zərif dərini mikroblardan çox gözəl müdafiə edir. 10-15 gün qalması vacibdir.

    Uşağı massaj etmək lazımdırmı? Hər uşağın massaja ehtiyacı yoxdur. Kontrakturalı, serebral iflicli, spastik, tortikollis (əyriboyunluq) və s. Bu kimi izafi xərclərə düşməyə ehtiyac yoxdur…

  • Britaniyada bir gündə 100 nəfər koronavirusdan öldü

    Böyük Britaniyada koronovirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı yenidən artıb.

    Median.Az xəbər verir ki, son 24 saat ərzində ölkədə 100 pasiyent həyatını itirib, 890 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

    Hazırkı dövrədək ölkədə ümumilikdə 310 250 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 43 514 nəfər vəfat edib.