Month: June 2020

  • Prezident: “Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik”

    “Əlbəttə, “ASAN xidmət”in fəaliyyətinə qayıdarkən, bir daha demək istəyirəm ki, bu xidmətin timsalında bizim müasir yanaşmamız görünür. Onu görürük və sübut edirik ki, korrupsiya ilə, rüşvətxorluqla nəinki mübarizə aparmaq mümkündür, uğur qazanmaq mümkündür. Biz bütün vasitələrdən istifadə edirik”.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında deyib.

    Dövlət başçısı bildirib: “Əlbəttə, hesab edirəm ki, burada əsas rol sistem xarakterli tədbirlərdir. Çünki artıq “ASAN xidmət”in timsalında görürük ki, burada bu, mümkündür. Ona görə, bu sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq. Ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır.

    Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizə sayəsində görülmüş işlərə yüksək qiymət verərək Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bəlkə də başqa ölkələr haqqında oxşar fikirlər səsləndirilib, amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə, Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat ki, dünya miqyasında bütün səhiyyə sahəsində işlərə rəhbərlik edir və işləri koordinasiya edir, Azərbaycanı nümunəvi ölkə adlandırıb.

    Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, – baxmayaraq ki, neftin qiyməti düşüb, – xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir”.

  • Şəmkirdə avtomobil azyaşlını vurdu

    Şəmkirdə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

    Yolu qarşı tərəfə keçmək istəyən azyaşlını avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • В Дашкесане молодому человеку нанесли ножевое ранение

    В Дашкесанском районе произошла поножовщина.

    Как передает Report, молодой человек (личность уточняется – ред.) был госпитализирован с ножевым ранением.

    Обстоятельства произошедшего неизвестны. Ведется расследование.

  • Daşkəsəndə gənc oğlan bıçaqlandı

    Daşkəsən rayon sakini bıçaq xəsarəti alıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, gənc oğlan (şəxsiyyəti araşdırılır – red) bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

    Onun hansı şəraitdə bıçaq xəsarəti aldığı hələ ki, məlum deyil.

    Hadisənin təfərrüatları araşdırılır.

  • В Турции за сутки выявили почти 988 случаев COVID-19

    Число выявленных случаев коронавируса в Турции возросло за сутки на 988, скончался 21 человек.

    Как передает Median.Az, об этом сообщил министр здравоохранения страны Фахреттин Коджа.

    “Сегодня выявлены 988 новых случаев, всего заразившихся – 167 410. Мы потеряли сегодня 21 пациента, всего умерших – 4630. Вылечились сегодня 926 пациентов, всего – 131 778”, – написал Коджа в Twitter.

    Всемирная организация здравоохранения 11 марта объявила вспышку новой коронавирусной инфекции COVID-19 пандемией. По последним данным ВОЗ, в мире выявлены уже более 6,2 миллиона случаев заражения, почти 380 тысяч человек скончались.

  • Türkiyədə koronavirus qurbanlarının sayı 4 630 nəfərə çatıb

    Türkiyədə son sutkada daha 988 nəfərdə koronavirus aşkarlanıb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

    O, qeyd edib ki, bununla da COVID-19-a yoluxanların ümumi sayı 167 40 nəfərə çatıb.

    Son sutkada 21 nəfər kortonavirusdan ölüb. Beləliklə ölkədə koronavirus qurbanlarının ümumi sayı 4 630 nəfərə çatıb.

  • В Сумгайыте 29-летняя женщина пропала без вести

    В Сумгайыте пропала без вести Чинара Хабиль гызы Алиева.

    Как сообщает Сумгайытско-Абшеронское бюро Report, проживающий в частном доме в 76-м квартале Хабиль Агали оглу Алиев обратился с заявлением в 5-ое отделение городского Управления полиции.

    Мужчина заявил, что проживающая вместе с ним по указанному адресу дочь Чинара Алиева 1991 г.р. 27 мая текущего года в 21:00 вышла из дома и не вернулась.

    Ее рост 172 см, волосы черные, глаза карие. На ней были черные брюки, темно-красная блузка, черная обувь. Каких-либо документов при ней не было.

    Лиц, видевших Чинару Алиеву, просят обратиться в Сумгайытское городское управление полиции или связаться по номеру (077) 596 07 33.

  • Sumqayıtda 29 yaşlı qadın itkin düşüb

    Sumqayıt şəhərində 29 yaşlı qadın itkin düşüb.

    “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 76-cı məhəllədəki fərdi tikilidə yaşayan Habil Ağəli oğlu Əliyev Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.

    O bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 1991-ci il təvəllüdlü Çinarə Habil qızı Əliyeva cari il mayın 27-si saat 21:00-da evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Qadının boyu 172 sm, saçları qara, gözləri qonur rəngdədir. Evdən çıxarkən əynində qara rəngli şalvar, tünd qırmızı rəngli köynək və qara rəngli ayaqqabı olub, özü ilə heç bir sənəd götürməyib.

    Qadını görənlər Sumqayıt Şəhər Polis İdarəsinə müracət edə və ya (077) 596 07 33 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

  • DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA

    Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilməklə iyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etməsi qadağan olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bununla əlaqədar həmin şəhər və rayonların sakinlərindən xahiş olunur ki, yaxın qohumun (valideynin, ərin, arvadın, övladın, qardaşın, bacının, babanın, nənənin, nəvənin, qaynatanın, qaynananın) dəfnində iştirak etməyə icazə almaq üçün Daxili İşlər Nazirliyinin 590 – 80 – 20 “qaynar xətt” nömrəsinə, yaxud “102” Xidmətinə müraciət edilsin.

    İyunun 6-dan etibarən 8 iyun tarixinədək qəbul ediləcək müraciətlərə qısa müddətdə baxılaraq hər biri cavablandırılacaq.

    Yaxın qohumluq əlaqələri təsdiqlənəcəyi halda icazə verilmiş şəxs barədə məlumat polisin patrul naryadları tərəfindən və postlarında nəzərə alınacaq.

  • Həftəsonu məhdudlaşdırma qərarından sonra əhali mağazalara axın edir – VİDEO

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu sərt karantin rejimi tətbiq olunacaq.

    Belə ki, bütün iş yerlərinin fəaliyyəti dayandırılacaq. O cümlədən, ərzaq dükanları və marketlərin də.

    Elə ona görə də, əhalinin bu məkanlara, marketlərə xüsusi axını müşahidə olunur.

    Şəhər sakinləri iki günlük ərzaq tədarükünü təmin etmək üçün xüsusən gündəlik istifadə olunan qida məhsullarına üstünlük verir.

    Baku TV əməkdaşları şəhərdəki martketlərdə müşahidələr aparıblar.

    Ətraflı videonu təqdim edirik: