Month: June 2020

  • Армяне нарушили режим прекращения огня 25 раз

    Подразделения вооруженных сил Армении, используя снайперские винтовки, в течение суток 25 раз нарушили режим прекращения огня в различных направлениях фронта.

    Об этом 5 июня сообщает Минобороны Азербайджана.

    С позиций на безымянных высотах в Красносельском районе Армении подверглись обстрелу расположения азербайджанской армии в селе Заманлы и на безымянных высотах в Гедабейском районе.

    Оборонное ведомство отмечает, что обстрел также велся с позиций близ оккупированных сел Гейарх – Тертерского, Тагыбейли, Юсифджанлы – Агдамского, Горган и Горадиз – Физулинского районов, а также с безымянных высот в Геранбойском и Тертерском районах.

  • Ermənilər atəşkəsi snayper tüfəngləri ilə pozdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin, Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Bakıda yük avtomobili yandı

    Bakı şəhərinin Xətai rayonunda “KamАZ” markalı yük avtomobilinin mühərrik və kabinə hissələri yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, avtomobilin yerdə qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Обнародована последняя мировая статистика по COVID-19

    Число инфицированных коронавирусом в мире достигло 6 702 767.

    От COVID-19 в мире скончались 393 212, излечились – 3 252 308 человек.

    Больше всего инфицированных в США (1 924 051), Бразилии (615 870) и России (441 108).

    Турция по этому показателю находится на 10-м месте (167, 410), Иран – на 11-м (164 270).

    В Азербайджане на сегодняшний день выявлено 6 522 случая инфицирования коронавирусом. 78 человек скончались, 3 737 – вылечились.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada koronavirusa 6 702 767 nəfər yoluxub.

    Bu barədə onlayn statistikasında xəbər verilir.

    Virusdan indiyə qədər 393 212 nəfər ölüb, 3 252 308 yoluxmuş şəxs sağalıb.

    Dünyada koronavirusa yoluxanların sayına görə ilk üçlükdə ABŞ (1 924 051), Braziliya (615 870 nəfər) və Rusiyadır (441 108 nəfər).

    Türkiyə 167 410 yoluxma ilə 10-cu, İran 164 270 yoluxma ilə 11-cidir. Koronavirusun ilk yayıldığı Çin virusun əvvəlki mərhələsində ön sıralarda olsa da, hazırda 83 027 yoluxma ilə 18-ci sıradadır.

    Azərbaycanda koronavirus 6 522 nəfərdə aşkar edilib. Virusa yoluxanlardan 78 nəfəri ölüb, 3 737-si sağalıb.

  • Vahid Əhmədov baş nazirə müraciət etdi

    “Rayonlarda örüş yerləri yerli əhalidən alınıb, kənar adamlara verilir. Buna son qoyulmalıdır”.

    Bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.

    O bildirib ki, örüş yerlərini ələ keçirən şəxslərin arxasında məmurlar dayanır.

    “Bu yaxınlarda Qubada örüş yerləri ilə bağlı ciddi narazılıq yaranmışdı. Biz çox çətinliklə həmin etirazı yatızdırdıq”, – deyə V.Əhmədov əlavə edib.

    Millət vəkili təklif edib ki, Baş nazir Əli Əsədov örüş yerləri ilə bağlı qərar imzalasın.

  • Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı

    Prezident İlham Əliyev Zərdab rayonunun Ucar-Zərdab-Ağcabədi (32 km)-Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Ucar-Zərdab-Ağcabədi (32 km)-Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 3,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • Azərbaycan və Serbiyanın XİN başçıları bir sıra məsələləri müzakirə ediblər

    Xarici işlər naziri Elmar Məmmədyarovun Serbiya Baş Nazirinin birinci müavini və Xarici İşlər naziri İvitsa Daçiç ilə telefon söhbəti olub.

    Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, mövcud qlobal sağlamlıq böhranı ətrafında fikir mübadiləsi aparan nazirlər yeni koronavirusla mübarizədə dövlətlərin həmrəyliyinin və qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.

    Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə məlumat mübadiləsi edərək, Azərbaycan və Serbiya arasındakı siyasi münasibətlərin cari vəziyyətini məmnunluqla qeyd ediblər.

    Hər iki ölkənin dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qəti mövqeyi nazirlər tərəfindən bir daha səsləndirilib. Bu xüsusda ikitərəfli sənədlərdə əks olunduğu kimi, hər iki ölkənin prinsipial mövqeyi vurğulanıb.

    Tərəflər həmçinin ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə ediblər, gələcəkdə bu münasibətlərin genişləndirilməsi imkanlarının araşdırılması qeyd olunub.

    Nazirlər təmasların saxlanılmasına razılaşıblar və pandemiya bitdikdən sonra ölkələrə səfərlərin həyata keçirilməsi ilə bağlı qarşılıqlı dəvət mübadiləsini həyata keçiriblər.

  • DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA

    Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilməklə iyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etməsi qadağan olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bununla əlaqədar həmin şəhər və rayonların sakinlərindən xahiş olunur ki, yaxın qohumun (valideynin, ərin, arvadın, övladın, qardaşın, bacının, babanın, nənənin, nəvənin, qaynatanın, qaynananın) dəfnində iştirak etməyə icazə almaq üçün Daxili İşlər Nazirliyinin 590 – 80 – 20 “qaynar xətt” nömrəsinə, yaxud “102” Xidmətinə müraciət edilsin.

    İyunun 6-dan etibarən 8 iyun tarixinədək qəbul ediləcək müraciətlərə qısa müddətdə baxılaraq hər biri cavablandırılacaq.

    Yaxın qohumluq əlaqələri təsdiqlənəcəyi halda icazə verilmiş şəxs barədə məlumat polisin patrul naryadları tərəfindən və postlarında nəzərə alınacaq.

  • Bakıda tələbə qız intihar etdi

    Bakıda intihar hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

    Belə ki, 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir. Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Nərimanov Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.