Month: June 2020

  • Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlanıb

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Azərbaycanda bu gün koronavirusla bağlı aparılan test sayını açıqlayıb.

    “Report”un məlumatına görə, bu gün 7 047 test aparıldığı bildirilir.

    Ölkədə indiyədək 322 574 test aparılıb.

    Qeyd edək ki, Azərbaycanda 262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkədə 6 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib, 2 707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

  • “Qaçqınkom” cinayət işi ilə bağlı məsələyə aydınlıq gətirdi

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) qurumun əməkdaşlarının yol verdikləri qanunsuzluqlarla bağlı məsələyə aydınlıq gətirib.

    Dövlət Komitəsindən bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan hallar 2017-ci ildə baş verib.

    “Paytaxtın Binəqədi rayonundakı Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında məskunlaşmış qaçqın və məcburi köçkün ailələr yeni mənzillərə 2017-ci ildə köçürülüb”, – “Qaçqınkom”dan bildirilib.

  • ÜST: Azərbaycan bütün hallarda digər ölkələr üçün nümunədir

    “Azərbaycan bütün hallarda digər ölkələr üçün nümunədir. Qərargahın yaradılması da müsbət addımdır. Bütün bunlar nümunəvidir”.

    Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

    ÜST rəsmisi qeyd edib ki, yoluxmaların qarşısını almaq üçün yenidən qabaqlayıcı tədbirlərin görülməsi də nümunəvi addımdır.

  • Masallıdan Bakıya avtomobilin yük yerində gələn şəxs saxlanıldı

    Koronavirus pandemiyası ilə mübarizədə bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq Bakı şəhərinə avtomobilin yük yerində keçmək istəyən şəxs və nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən tədbir zamanı qaydalara əməl etməyən Masallı rayon sakinləri Mircəlal Ağayev və Kərim Mustafayev tutulub.

    Araşdırma zamanı müəyyən edilib ki, K.Mustafayev tanışı M.Ağayevlə əvvəlcədən razılaşaraq onu idarə etdiyi “Opel” markalı avtomobilin yük yerində gizli olaraq Bakı-Ələt yolundakı xüsusi polis postundan keçirərək paytaxta gətirəcəyinə söz verib. K.Mustafayev həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
    Mircəlal Ağayev və Kərim Mustafayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan qaydada ciddi şəkildə cəzalandırılaraq inzibati qaydada həbs ediliblər.

    Daxili İşlər Nazirliyi əhalini koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən qaydalara əməl etməyə çağırır.

  • Bu gündən Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı

    Bakıda sərnişin avtobuslarında kondisionerlərin qoşulmasına başlanıldı

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

    O bildirib ki, “Baku Bus”a məxsus bütün avtobuslarda kondisionerlər işə salınıb: “Hazırda bununla bağlı daşıyıcılara göstəriş verilib: “Yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, müntəzəm sərnişin avtobuslarında sərinləndirmə sistemlərinin işə salınmasına göstəriş verilib. Sərnişinlərin rahatlığı baxımından qəbul olunan qərarla bağlı daşıyıcılara da xəbərdarlıq edilib”.

    M.Ağayevin sözlərinə görə, artıq bu gündən mərhələli şəkildə avtobuslarda sərinləndirmə sistemləri işə salınır: “Qeyd edim ki, bundan əvvəlki illərdə də məhz sərnişinlərin rahatlığı nəzərə alınaraq sərinləndirmə sistemləri vaxtından əvvəl işə salınıb”.

  • Jurnalistlər həftə sonları necə işləyəcək? – RƏSMİ AÇIQLAMA

    Xəbər saytlarının işçilərinin evdə çalışması tövsiyə edilir.

    Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

    Onun sözlərinə görə, həftə sonunda televiziya qurumları məhdud sayda işçi dəvət etsinlər. Verilişlərə dəvət ediləcək şəxslərdən müsahibələr isə onlayn qaydada alınsın.

  • Qapanma günlərində xəstələrə necə xidmət göstəriləcəyi bilindi – RƏSMİ

    “Bütün xroniki xəstəliyi olan şəxslərin müalicəsi ilə məşğul olan müvafiq tibb müəssisələri üçün tibbi göstərişlər verilib”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    O qeyd edib ki, qapanma olan dövrdə xəstələrin qəbulunun həmin gündən əvvəlki günə keçirilməsi tövsiyə edilib:

    “Əgər lazım olarsa, təcili tibbi yardım vasitəsilə yardım göstərilə bilər”.

  • Karantin qaydalarının pozulması halları ilə bağlı AÇIQLAMA

    “Karantin qaydalarının pozulması qanunla tənzimlənir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Sədr qeyd edib ki, qaydaları pozanlar barədə qanunamüvafiq olaraq, qərar qəbul olunacaq.

  • Metroda polisə tabe olmayan şəxslər həbs edildilər – VİDEO

    Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Qeyd edək ki, Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onlara qarşı müqavimət göstərməyə cəhd edərək, ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov, Taleh Baxşıyev və Sərvan Kərimov saxlanılıblar.

    Faktla bağlı Cinayət Məcəlləsinin 139-1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

    Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Глава TƏBİB о возможности продления практики единовременной выплаты

    Единовременная выплата в размере 190 манатов гражданам Азербайджана была связана с закрытием рабочих мест во время пандемии.

    Об этом на брифинге оперативного штаба при Кабинете министров 4 июня сказал председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    По его словам, в настоящее время предприятия открылись, и после выходных граждане вновь выйдут на работу.

    “В настоящее время вопрос единовременной выплаты не стоит на повестке дня”, – сказал Р.Байрамлы.