Month: June 2020

  • Qırğızıstanda Prezident Aparatının 26 əməkdaşı virusa yoluxdu

    Qırğızıstanda Prezident Aparatının daha 15 əməkdaşı COVID-19-a yoluxub.

    Median.Az RİA “Novosti”yə isinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunub ki, bununla da Prezident Aparatının koronavirusa yoluxan əməkdaşlarının sayı 26-ya çatıb.

    Onların arasında baş nazirin müşavirlərindən biri Artyom Novikov və Prezident Aparatının rəhbəri Dosalı Esenaliyev də var

    Xatırladırıq ki, bir neçə gün əvvəl dövlət başçısı Sooronbay Jeenbekovu Moskvaya səfər zamanı müşayiət edən nümayəndə heyətinin iki üzvündə – Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkovda və mühafizə xidmətinin bir əməkdaşında koronavirus aşkarlanmışdı.

  • Mingəçevirdə kafedə ölüm hadisəsi baş verib

    Mingəçevirdə kafedə bədbəxt hadisə baş verib.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhər sakini, 1972-ci il təvəllüdlü Ruslan Kamandar oğlu Əsgərov kafedə olarkən özünü pis hiss edib. Təcili tibbi yardım gələnədək R.Əsgərov keçinib.

    Onun hansı səbəbdən öldüyü bəlli deyil. Meyit məhkəmə tibbi ekspertizası üçün morqa aparılıb.

    Faktla bağla araşdırma aparılır.

  • Azərbaycanda 5G texnologiyası tətbiq olunmur – RƏSMİ

    “COVID-19” pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir.

    Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

    Qeyd edək ki, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya istifadəçiləri super sürətli və kəsintisiz internetlə təmin edir.

    Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.

    Bildirlib ki, Azərbaycan Respublikasında 5G texnologiyası tətbiq olunmur.

    Sadəcə bir müddət öncə, “Bakutel-2019” çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib.

  • Prezidentin köməkçisi: Azərbaycan 30-dan artıq dövlətə humanitar yardım verib

    Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb.

    “Report”un məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    Onun sözlərinə görə, dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var.


    Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım verib.

  • Azərbaycanda COVID-19 testi verməyən şəxsə koronavirusa yoluxduğuna dair SMS gəlib – FOTO

    Azərbaycanda COVID-19 testi verməyən vətəndaşa koronavirusa yoluxduğuna dair SMS göndərilib.

    Median.Az xəbər verir ki, bu barədə Fəxri Ağayev məlumat paylaşıb. O bildirib ki, koronavirus yoxlaması üçün heç bir test vermədiyi halda onun COVİD-19-a yoluxduğuna dair SMS göndərilib:

    “Operativ Qərargahdan şəxsi nömrəmə bir mesaj gəldi: “Hörmətli vətəndaş, Siz, COVID-19 diaqnozu ilə karantin nəzarətindəsiniz. Yaşayış yerinizi tərk etdiyiniz halda cinayət məsuliyyətinə cəlb ediləcəksiniz! Tel : 184″.

    Məsələnin maraqlı tərəfi odur ki, mən heç bir test verməmişəm. Buna ehtiyac da görməmişəm. SMS-də qeyd edilən “184” çağrı mərkəzinə zəng etdim”.

    İki dəqiqə həzin musiqi dinlədiyini qeyd edən Fəxri Ağayev nəticədə aldığı cavabın onu daha da təəccübləndirdiyini deyib:

    “Təsəvvür edin, belə bir mesaj alan insanın səbirsizliyini, gərginliyini, və iki dəqiqə uvertüra… Operativ olduqlarına görə, iki dəqiqə sonra cavab oldu. Cavan oğlana məsələni başa saldım. Qeydiyyatda olduğum rayonu soruşdu və məni oradakı poliklinikaya yönləndirdi. Telefondakı xanım dinlədi, və belə bir halın necə baş verdiyini məndən soruşdu. Dedim ki, mən sizdən niyə belə olduğunu soruşmaq üçün zəng etmişəm. Cavab olaraq bildirdi ki, adım siyahıda yoxdur. Mesajı mənə kim göndəribsə, ona müraciət edim.

    Ümumi olaraq başa düşürəm ki, səhv olub. Amma düşünün, bu mesaj mənə deyil, 65 yaşlı test verən insanlardan birinə göndərilsəydi, necə olardı? O anda infrakt olsa..?!”//oxu.az

  • ÜST: COVID-19 testi, müalicəsi və peyvəndi üçün 31.3 milyard dollara ehtiyacımız var

    ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) rəhbərlik etdiyi yeni tip koronavirus epidemiyası ilə mübarizə koalisiyası gələcək 12 ay ərzində COVID-19 test, müalicə və peyvəndi üçün 31.3 milyard dollara ehtiyac olduğunu açıqlayıb.

    Bu barədə “Hürriyet” yazıb.

    Bu məbləğin sadəcə 3.4 milyard dollarlıq hissəsi indiyə qədər toplana bilib.

    “COVID-19-u nəzarət altına almaq və həyatları xilas etmək üçün bənzərsiz miqdarda və təsirli peyvəndə, diaqnostikaya və terapevtlərə ehtiyacımız var”, – ÜST-ün Baş katibi Tedros Adhanom Qebreyesus bildirib.

  • Qırğızıstanın Prezident Administrasiyasının 17 əməkdaşı virusa yoluxub

    Qırğız Respublikası Prezident Administrasiyasının 17 əməkdaşı və rəhbərində koronavirus aşkarlanıb.

    Bu barədə Qırğız Respublikası dövlət başçısı aparatının İnformasiya siyasəti şöbəsi bildirib.

    Qeyd olunub ki, son sutkada aparatın başçısı Dosalı Esenaliyev və daha 8 əməkdaş koronavirusa yoluxub. Bununla prezident aparatının virusa yoluxan əməkdaşlarının sayı 17-yə çatıb. (report.az)

  • Yeni virus ortaya çıxdı: Bu dəfə Fransada

    Fransada yeni virus aşkarlanıb.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, 58 yaşlı qadın “kristoli” adlı virusa yoluxub və həyatını itirib.

    Məsələ ilə bağlı açıqlama verən Henri-Mondor xəstəxanasının professoru Jan-Maykl Pavlotski bildirib ki, qadının immun sistemi zəif olub:

    “Qadın bir neçə xəstəlikdən əziyyət çəkib. Bu virusun COVİD-19 kimi böyük problemə yol açacağından şübhələnmək hələ tezdir. Ölən şəxsin bu virusa necə yoluxduğunu da bilmirik. Bunun həşəratlardan keçməsindən şübhələnsək də, dəqiq sübutumuz yoxdur”.

  • “Telegram” istifadəçilərinin milyonlarla məlumatları şəbəkəyə sızıb

    “Telegram” messencerinin istifadəçilərinin milyonlarla məlumatları şəbəkəyə sızıb.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 900 Meqabayt (Mbyte) tutan baza darknet forumlarından birinə çevrilib. Bu, istifadəçi niki vasitəsilə telefon nömrələrini öyrənməyə imkan verir və messencer istifadəçilərinin unikal identifikatoruna çevrilib. Hal-hazırda məlumatları intruderlərdən gələn istifadəçilərin dəqiq sayı məlum deyil.

    “Belə bazalar (…) istifadəçinin qeydiyyatı zamanı kontaktların idxal xüsusiyyətindən sui-istifadə vasitəsilə toplanır. Təəssüf ki, istifadəçilərə öz telefon kitabındakı kontaktlarla ünsiyyət qurmağa imkan verən heç bir xidmət bu cür müdaxiləni tam istisna edə bilməz”, – deyə messencerin mətbuat xidmətindən bildiriblər.

    Bundan başqa, şirkət nümayəndələri əlavə ediblər ki, 2019-cu ildə həyata keçirilən tədbirlər istifadəçilərə artıq öz nömrələrini “işıqlandırmamağa” imkan verib. “Honqkonqdan gələn mesajdan sonra, biz “Telefon nömrəsi ilə məni kontaktlara kim əlavə edə bilər?” ayarını əlavə etdik. Bu konfiqurasiya, müntəzəm istifadəçilər üçün Telegram-dan ciddi şəkildə istifadəni çətinləşdirsə də (hətta onların nömrələrini bilənlər üçün “görünməz” olurlar), dissidentlərə və etiraz hərəkatının fəallarına onların hesabları və telefon nömrələri arasındakı əlaqəni tamamilə gizlətməyə imkan verir”, – Telegram qeyd edib.

    Verilənlər bazasındakı hesabların təxminən 70 faizi İrandan olan istifadəçilərə, qalanları isə Rusiyadan olanlara aiddir. Buna baxmayaraq, şirkət əmin edir ki, hesabların əksəriyyəti (ən azı 60 faiz) artıq əhəmiyyətli deyil. “Bu bizə imkan verir ki, ötən il olan bu cür sui-istifadə hallarının miqyasını və sürətini əhəmiyyətli dərəcədə azalda bildiyimiz barədə danışaq”, – şirkətin mətbuat xidmətindən bildiriblər.

    2019-cu ilin avqust ayında Honqkonqdan olan İT mütəxəssisləri “Telegram”da istənilən istifadəçini deanonimləşdirə biləcək bir boşluğun olması barədə məlumat veriblər. Onlar əlavə ediblər ki, səhvin harada olduğunu artıq çoxdan bilirlər. Onlar Çin tərəfdarı olan fəalların Honqkonqdakı etirazçıların şəxsiyyətini müəyyənləşdirmək üçün bu boşluqdan istifadə etdiklərindən şübhələniblər.

  • Azərbaycanda 5G texnologiyası tətbiq olunur? – Nazirlik açıqladı

    “Covid-19” pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir.

    Median.Az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya bizi super sürətli və kəsintisiz internetlə təmin edir.

    Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.

    Nazirlikdən bildirilib ki,Azərbaycanda 5G texnologiyası tətbiq olunmur. Sadəcə bir müddət öncə, “Bakutel-2019” çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib.