Month: June 2020

  • Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

    İki avtomobilin toqquşması zamanı 2005-ci il təvəllüdlü Pirverdiyev Elgün Elşən oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ pəncənin kəsilmiş yarası diaqnozu qoyulub.

  • Samir Şərifov: “Büdcə xərclərinin təyinatını prioritetlər üzrə dəyişdirmişik”


    “Son aylar həm Dövlət Gömrük Komitəsi, həm də Dövlət Vergi Xidməti öz proqnozlarını artıqlaması ilə yerinə yetirib”.

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

    Onun sözlərinə görə, I rübdə neftin orta çəkili qiymətinin yüksək olduğu üçün, bu qurumlarda bəzi artıq ehtiyatlar yaranıb. Yəni həmin qurumlar proqnozdan artıq vəsait toplayıb, büdcəyə köçürüblər.

    “Belə hallar müsbət olsa da, nəzərə almalıyıq ki, pandemiya dünya iqtisadiyyatına çox böyük zərbələr vurub və iqtisadi fəallığı zəiflədib, dünya miqyasında istehlak daralıb və bir çox sahələr ümumiyyətlə iflic olub. Bunun nəticəsi olaraq beynəlxalq qurumlar tərəfindən müəyyən təhlillər aparılır”, – deyə S.Şərifov bildirib.

    O vurğulayıb ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında hələlik müsbət artım var. Belə ki, ilk 5 ayda dövlət büdcəsində 500 mln manatlıq profisit yaranıb. Buraya Dövlət Neft Fondunun vaxtından tez ödənilmiş köçürmələri daxil deyil: “Bu bizim üçün kifayət qədər yaxşı yastıq yaradır. Prinsip etibarı ilə bütün sosial xərclərimiz və sair hamısı icra olunub. Ölkə başçısının tapşırığına əsasən bir sıra xərclərə yenidən baxmışıq, yəni prioritetlər üzrə bu xərclərin təyinatını dəyişdirmişik.

    Əsas xərclər səhiyyə sahəsinə yönəldilib ki, bu da başa düşüləndir. Hazırda bu sahədə dövlət tərəfindən böyük addımlar atılır. Belə ki, karantin rejimin həyata keçirilməsi, həkimlərin bu məsələlərə hazırlanması, xəstələrin müalicəsi, müvafiq dərmanların, ləvazimatların alınması, o cümlədən karantinə camaatın yerləşdirilməsi və onların karantində saxlanılması xərc tələb edir. Bu xərclər heç şübhəsiz dövlət büdcəsində nəzərə alınmamışdı. Amma xərclərin prioritetliyinə yenidən baxaraq biz bu xərclərin maliyyə təminatını artıq təmin etmişik.

    Digər tərəfdən ölkə Prezidentinin imzaladığı sərəncama əsasən 1 milyard manat məbləğində vəsait pandemiyanın iqtisadiyyata göstərdiyi mənfi təsirin aradan qaldırılmasına yönəldilib. O cümlədən, bu yaxınlarda 533 milyon manat vəsait iqtisadiyyatın müxtəlif sektorlarına verilib. Bu vəsaitlər ilk növbədə kiçik, orta və mikro sahibkarlara təmənnasız yardıma yönəldilib. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də yardımların həyata keçirilməsi üçün müəyyən vəsait köçürülüb”.

  • Türkiyədə daha 22 nəfər koronavirusdan ölüb

    Son 24 saatda Türkiyədə daha 974 nəfər koronavirusdan sağalıb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

    O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan sağalanların ümumi sayı 129 921 nəfərə çatıb.

    Son bir gündə daha 22 nəfər koronavirusdan ölüb. Beləliklə, pandemiya qurbanlarının ümumi sayı 4 585 nəfərə çatıb.

    Bu gün koronavirusla bağlı 32 325 test aparılıb. Pandemiya ərzində bu rəqəm 2 103 044 təşkil edib.//report.az

  • Qərb bölgəsinə dolu düşüb

    Azərbaycanın qərb bölgəsində – Daşkəsən, Gədəbəy, Şəmkir və Göygöl rayonlarında leysan xarakterli intensiv yağış müşahidə olunub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, həmçinin bir çox dağ kəndlərinə və rayon mərkəzlərinə dolu düşüb.

    Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, əkin sahələrinə və meyvə ağaclarına zərər dəyib. Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir, güclü şimşək çaxır.

  • Maska tələb olunan yerlərin – Siyahısı

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununu imzalayıb. Qanuna əsasən, maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər.

    Median.Az bu məqamda maska taxılması tələb edilən məkanların siyahısını təqdim edir:

    1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

    1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

    1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

    1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

    1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

    1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

    1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

    1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

    Qeyd edək ki, maska taxılması ilə bağlı tələbləri pozan fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Bir il ərzində bu tələblər təkrar pozularsa, fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir”.//azxeber.com

  • Kəbirə Məmmədova satıcılardan işləmədikləri ayların pullarını tələb edir

    Karantin rejimi dövründə qoyulan məhdudiyyətlərin bir qisminin aradan götürülməsi ilə ticarət mərkəzlərinin və “MALL”ların fəaliyyəti bərpa edildi.
    Musavat.com-un əməkdaşı iyunun 1-də Bakının ən böyük ticarət mərkəzlərindən olan “Binə” Ticarət Mərkəzində olub.

    Jurnalist karantin rejimindən sonra bazardakı vəziyyəti öyrənib, sahibkarların problemlərini dinləyib, koronavirusla mübarizə çərçivəsində ticarət mərkəzinin necə fəaliyyət göstərdiyini müşahidə edib.

    “Binə” əvvəlki vəziyyətinə qayıtmağa başlayır…

    Bazarın dayanacaqlarında maşın saxlamağa yer tapmaq çətin məsələdir.

    Düzdür, avtomobillərin əksəriyyəti bazarda çalışanların olsa da, artıq müştərilər də bazara üz tutmağa başlayıb.

    Ticarət mərkəzinin girişlərindəki yeməkxanaların əksəriyyətinin işləmədiyi görürük. Tək-tük dönərxananın fəaliyyəti gözə çarpır və qarşısında insan sıxlığı müşahidə etmək olur. Bir çox yeməkxanalarda isə təmizlik işlərinə başlanıb.

    Bazar ətrafındakı sanitar qovşaqların hamısı istifadəyə verilib.

    Lakin heç birində gigiyena qaydalarına əməl edilmir. Natəmizlikdir və ödənişi 30 qəpik olan sanitar qovşaqların heç birində dezinfeksiya mayeləri yoxdur.


    Artıq mağazalardan ödənişlər tələb edilir…

    Bazarın ilk sıralarında qoltuğunda dəftər olan şəxsin satıcıdan ödəniş tələb etdiyini eşidirik.

    Satıcı isə “saat 10-da Bismillah eləmişik, imkan verin”, – deyə, cavab verir. Ödəniş tələb edən şəxs isə “özümə yığıram ki…” deyə satıcıya minnət edir və mübahisə böyüyür. Daha sonra satıcı “iki aydır evdəyik, aman verin başlayaq” deyərək ödəniş etməyəcəyini deyir.

    “Çəkiliş var, maska taxın…”

    Müşahidələrimizi davam etdirmək üçün ticarət mərkəzinin geyim satılan sıralarına üz tuturuq. 5-ci sıraya addımımızı atan kimi televiziya kanallarından birinin çəkiliş apardığını görürük.

    Bazar rəhbərliyindən olduğunu hər hərəkəti ilə hiss etdirən kostyumlu şəxs həm çəkiliş aparanlara, həm satıcılara, həm də bazarda olan digər şəxslərə məsləhətlərini verir.

    Bir satıcı kamera qarşısına keçir və ticarət mərkəzinin karantin rejiminə uyğun olaraq, bütün qaydalara əməl etmək şərti ilə fəaliyyət göstərdiyini danışmağa başlayır.

    Bu zaman ticarət mərkəzinin vəzifəli şəxsi kamera qarşısından keçənlərə nəzarət edir və maskasız müştəri və satıcılara xəbərdarlıq edir. Anidən xadimələrdən biri təmizlik işlərini davam etdirərkən kameranın görüntü ərazisinə daxil olur.

    Elə bu vaxt ticarət mərkəzinin kostyumlu rəsmisi hay-həşir salır:

    “Ay arvad, ay arvad, hara gedirsən? Heç yeridi? Çıx burdan…”.

    Çəkiliş davam edir və kostyumlu şəxs mağazalara baxaraq hamının maska taxıb-taxmadığını yoxlayır və çəkiliş üçün daha bir mağaza axtarır. Yaxınlaşdığı ilk mağazanın qapısını açaraq soruşur:

    “Hamınızda maska var? Taxın, indi buranı da çəkəcəklər”.

    Beləliklə ticarət mərkəzində görüntü xətrinə çəkiliş davam edir. Amma mənzərə heç də axşam efirdə göstəriləcək kimi deyil. Çünki nadir hallarda müştərilərin və satıcıların maska taxdığını görmək olur. Düzdür, bir ara satıcılar dünəndən maska ilə bağlı xəbərdarlıq aldıqlarını, bu gün isə pulsuz maskaların paylandığını deyirlər, amma…


    Mağazalar bu gün açılıb, pul yığanlar gəlib…

    Satıcılarla söhbət edərkən öyrəndik ki, artıq iyun ayının elektrik enerjisinə görə ödənişlər tələb edilir.

    “Bu gün işə çıxmışıq, bu gün də gəliblər ki, işıq pulu verilməlidir. Aylıq 130 manatı indidən tələb edirlər. İşləməyən adam pulu hardan alıb versin?” – deyə, satıcılar söyləyir.

    Kimdən kimə şikayət edəsən?

    Satıcılar deyir ki, şikayətə baxan da yoxdur:

    “5-10 nəfər yığışsa, şikayət eləsə, həmin adamlara problem yaradacaqlar. Bu adamlar allahsızdır. Elə deyirlər ki, pul ver”.

    Ticarət mərkəzi son 10 gündə də işləyirmiş. Amma elektrik enerjisi olmadan. İşləyən mağazalar da topdan satış edənlər imiş.

    “Səhər gəlib günortaya qədər malları paylayırdıq. Şəhərdəki mağazalara işləməyə icazə veriblər. Bəs onlar malı hardan almalı idilər? İşıqsız işləyib, getmişik. O da cəmi 10 gün”, – deyə, satıcılar bildirir.

    Kəbirə deyir ki, pulu özüm yığacam…

    Mağaza sahibləri mart ayının 20-dən sonra işləmirlər. Ancaq onlardan aprel və may aylarına görə icarə haqları tələb edilir. Bu barədə bazarın rəhbəri Kəbirə Məmmədova (“Binə Kəbirə”) mağaza sahiblərinə xəbərdarlıq göndərib.

    Ticarət Mərkəzinin həndəvərində belə mühafizəçilərlə gəzən Kəbirə Məmmədova deyib ki, kim ödənişi etməsə, mağazasına özüm gələcəm…

    “Bazarın böyüklüyünü görürsünüz. Amma ancaq 6-7 sıra işləyir. Əksər mağazalar boşaldıb. Kim imkan eləsə, “Sədərək”də yer tapsa, malını yığıb ora gedir. Çünki orada adamın halını başa düşürlər. Amma burda deyirlər ki, ver, ver, ver… Burada yalan yoxdur. Baxın, nə qədər mağazalar, sıralar boş qalıb. Hamısı da camaata edilən zülmün nəticəsidir…”, – satıcılardan eşitdiyimiz son sözlər belədir…

  • Oqtay Abdullayev: “Qalib gələndə də deyirlər ki, oyunu satmışam”

    “Çempionat yarımçıq saxlanılmasa belə, biz onsuz da çempionluğa gedirdik. Bu, düzgün infrastruktur qurmağın nəticəsidir. Ətrafımda işləyən tovuzlu işçilər və azarkeşlərimiz sağ olsunlar. Onların sayəsində biz bu çempionluğa nail olduq”.

    Bunu oxu.az-a “Turan Tovuz” klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.

    AFFA-nın İcraiyyə Komitəsinin dünənki iclasından sonra I divizion və 19 yaşadək komandaların (U-19) çempionatında cari mövsüm ləğv olunub. Hər iki çempionatda region komandalar qalib elan olunub. I divizionda “Turan Tovuz”, U-19 liqasında isə “Qəbələ” birinci sırada olduğu üçün çempion sayılıb.

    “Bizə medalların nə vaxt veriləcəyi barədə heç nə deyilməyib. Çünki qərar yenicə verilib. Açığı, birinci sırada olmağımıza baxmayaraq, çempionatın bərpa olunmasını istərdim. Futbolu nə üçün oynayırlar?! Kiminsə, nəyinsə hesabına çempion olmaq istəməzdim. Neyləyək ki, bu vəziyyət bütün dünyada oldu”, – deyə O.Abdullayev bildirib.

    Böyük ehtimalla, I divizionun çempionu növbəti mövsüm də Premyer Liqada təmsil olunmayacaq. Buna səbəb kimi isə Premyer Liqada komandaların sayının artırılmamasını göstərmək olar. O.Abdullayev bu haqda narazılığını gizlətmədi:

    “İkinci ildir ki, çempion olsaq da, Premyer Liqada oynaya bilməyəcəyik. Əgər çempion olub, Premyer Liqada oynamayacağıqsa, bu I divizion niyə keçirilir?! Səkkiz komanda olsun da. Amma Premyer Liqada sonuncu yeri tutan komanda düşsün, yerinə biz oynayaq. AFFA onsuz da Premyer Liqada beş komandaya baxır, onlardan birini çıxarın, yerinə biz gələk. Həmin komandaya verilən pul da bizə verilsin.

    Nəinki Tovuz, bütün regionlarımızın komandaları Premyer Liqada olmalıdır. Əgər futbolun səviyyəsini yüksəltmək istəyiriksə, bunu etməliyik. Mingəçevirdə, Qubada, Lənkəranda, Şəmkirdə, Masallıda futbol olmalıdır. Premyer Liqada komandaların bir-birləri ilə dörd dəfə görüşməsindən adam bezir”.

    Futbol Veteranları İttifaqının sədri də olan Oqtay Abdullayev Tovuzda bəzi adamların onların işini gözü götürmədiyini və onu oyun alqı-satqısında günahlandırdığını da bildirib:

    “Uğurlarımıza baxmayaraq, 2-3 nəfər var ki, Tovuz futbolunun düşmənidir. Tovuzdan olan bu insanlar əziyyətimizə kölgə salır. Qalib gələn komanda oyunu necə sata bilər? İki mövsüm əvvəl çempion olanda oyunda qalib gəlirəm, deyirlər ki, Oqtay oyunu satıb. Deyirlər ki, Oqtay pul “yeyir”. Bizdə AFFA-nın ayırdığı 5 manatı belə səhv yerə xərcləməyə qoymurlar, bunu hara xərclədiyimizin hesabatını istəyirlər. Dörd ildir, hər ay gəlib yoxlayırlar.

    AFFA-nın ayırdığı pul heç bizə tam çatır ki, yeyə bilim?! Bəhram adında audit hər ay gəlib yoxlayır. O da hər şeyə baxır. Hansı hotelə nə qədər pul xərclənməsinə kimi maraqlanır.

    AFFA 2-3 il əvvələdək bir mövsümə bizə 250 min manat ayırırdı. Amma sonradan bu məbləği 350 minə qədər artırdı. Təbii ki, bu pul da azdır. İndi hər şeyin qiyməti qalxıb. Məsələn, əvvəllər əti 6-7 manata alırdınsa, indi 14 manatadır.

    Bu pula xaricdə təlim-məşq toplanışı keçirmək olmur, futbolçular üçün dərman almaq mümkün deyil. Ona görə də öz cibindən, ordan-burdan tapıb həll edirik. AFFA bu pulu ayırmasa, heç Tovuzda futbol da olmayacaq, batıb gedəcəkdi. Məni yandıran odur ki, imkanlı adamlar kömək etmək istəmir. Hərəsi aya 500-1000 manat versə, kluba nə qədər kömək olar. Halbuki, azarkeşlər yazır ki, evimizi sataq, onun pulu ilə komanda oynasın Premyer Liqada”.

  • Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

    Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.

    Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

    Vergi Məcəlləsinə yeni – XVIII fəsil (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) əlavə edilib. Qanuna əsasən, pandemiyanın bilavasitə təsir etdiyi aşağıdakı fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştləri verilir:

    – avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

    – yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;

    – turoperator və turagent fəaliyyəti;

    – sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması fəaliyyəti;

    – ictimai iaşə fəaliyyəti;

    – sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

    – idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

    – hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti;

    – əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri.

    Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilir.

    Göstərilənlərlə yanaşı pandemiyasının mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə aşağıdakı güzəştlər verilir:

    – fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi.

    – 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son vergini ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması.

    – mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması;

    – ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixdən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması.

    Mikro sahibkarlıq subyektlərinə:

    – sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi;

    – 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdəcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

    Bütün sahibkarlıq subyektlərini əhatə edən aşağıdakı vergi güzəştləri verilir:

    – epidemiyanın qarışının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması;

    – əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi

  • Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

    Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.
    APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
    Vergi Məcəlləsinə yeni – XVIII fəsil (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) əlavə edilib. Qanuna əsasən, pandemiyanın bilavasitə təsir etdiyi aşağıdakı fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştləri verilir:
    – avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;
    – yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;
    – turoperator və turagent fəaliyyəti;
    – sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması fəaliyyəti;
    – ictimai iaşə fəaliyyəti;
    – sərgilərin təşkili, səhnə, istirahət  və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
    – idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
    – hazırlıq (tədris) və ixtisasartıma  kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti;
    – əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri.
    Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilir.
    Göstərilənlərlə yanaşı pandemiyasının mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə aşağıdakı güzəştlər verilir:
    – fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi.
    – 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son vergini ödənilməsi müddətinin 1 sentyabr  2020-ci il tarixinədək uzadılması.
    – mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması;
    – ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixdən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması.
    Mikro sahibkarlıq subyektlərinə:
    – sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi;
    – 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdəcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.
    Bütün sahibkarlıq subyektlərini əhatə edən aşağıdakı vergi güzəştləri verilir:
    – epidemiyanın qarışının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması;
    – əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi.

  • Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.

    “Report”un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

    Əmrə əsasən, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri, polis polkovniki Malik İbrahimov tutduğu vəzifədən azad edilərək İdarə rəisinin birinci müavini təyin edilib.

    Nazirin digər əmri ilə Alay komandirinin müavini, polkovnik-leytenant Raif Süleymanov YPX Alayının komandiri təyin olunub.