Month: June 2020

  • В центре Баку мужчина облил себя бензином и поджег

    В центре Баку мужчина облил себя бензином и поджег.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    Инцидент произошел 1 июня, в 16:00, на улице Гадирли у дома №3, что на границе Ясамальского и Сабаильского районов.

    Таким образом житель столицы Гусейн Нуриев (1985 г.р.) пытался совершить суицид.

    Мужчина госпитализирован в Ожоговый центр при бакинской клинической больнице №5. Врачи оценивают его состояние как критическое.

    О причинах, толкнувших Г.Нуриева на самоубийство, пока не сообщается. По данному факту ведется расследование.

  • Bakının mərkəzində kişi benzin tökərək özünü yandırdı

    Bakının mərkəzində bir kişi özünə benzin tökərək od vurub.

    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Hadisə iyunun 1-də saat 16:00 radələrində Yasamal və Səbail rayonlarının sərhədində, Qədirli küçəsində yerləşən 3 nömrəli evin yaxınlığında baş verib.

    Belə ki, 1985-ci il təvəllüdlü paytaxt sakini Hüseyn Nuriyev intihara cəhd edib.

    O, 5 saylı Kliniki Xəstəxananın Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

    H.Nuriyevi intihara vadar edən səbəblər barədə hələlik məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü – RƏSMİ

    Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, son bir neçə gün ərzində Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində sakinlər arasında qeyd olunan virusa yenidən yoluxma halları müşahidə olunub.

    Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupu məlumat yayıb.

    Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları pandemiyanın rayon ərazisində aşkarlanmasına operativ reaksiya verərək, adıçəkilən kənd ərazisini xüsusi nəzarətə götürüblər. Polis əməkdaşları tərəfindən dərhal qabaqlayıcı tədbirlər görülüb, digər dövlət orqanlarının nümayəndələri ilə birlikdə dezinfeksiya işləri həyata keçirilib.

    Bundan əlavə, şöbə əməkdaşları tərəfindən kənd sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparılıb, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirilib. Həmçinin marşrut xətləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib, maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylanılıb.

  • Məmurlardan aşkarlanan milyonlar büdcəyə verilsin – Deputatdan TƏKLİF

    “Hansı məmuru vəzifəsindən azad edirlər, onun milyonları ortaya çıxır”.

    Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli komitənin iclasında deyib.

    Deputat bildirib ki, həmin vəsaitlər büdcəyə yönəldilməlidir:

    “Məhkəmə yolu ilə məmurlardan aşkar edilən pullar büdcəyə getməlidir. Bu prosesin icra edilməsi büdcəyə xeyirdir”, – deyə Ə.Məsimli əlavə edib.

  • İlham Əliyev onlara fəxri adlar verdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Əməkdar mühəndis”

    Səfərov Emin Nadir oğlu

    “Əməkdar pilot”

    Əliyev Hacıağa Muxtar oğlu

    Əlizadə Sadıx Pərviz oğlu

    Hidayətov Ramiz Rasim oğlu

    Novruzov Əkbər Mühüddin oğlu

    Sadıxov Vaqif Fazil oğlu

    Truxanov Vasiliy Pavloviç.

  • Bakıda xanım sürücü “Niva”nı təpiklədi – VİDEO

    Sosial şəbəkədə Bakıda sürücülər arasında baş verən insidentin görüntüləri yayılıb.

    Videoda “Mitsubishi” markalı avtomobilin xanım sürücüsünün “Niva”nın qarşısını kəsdiyi və maşını təpiklədiyi görünür. Hadisə dünən Nərimanov rayonu Təbriz küçəsində qeydə alınıb.

    Qəzəbli xanımın hərəkətlərinin səbəbi məlum deyil. “Niva”nın sürücüsü isə insident zamanı avtomobildən düşməyib.

    Həmin görüntüləri təqdim edirik:

  • “Formula 1” üzrə dünya çempionatının təqvimi açıqlandı: Azərbaycanın adı yoxdur

    “Formula 1” üzrə dünya çempionatının cari mövsüm üçün cədvəli açıqlanıb.

    Bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-Prisinin adı siyahıda yoxdur.

    Avstriya və Böyük Britaniyada iki yarış keçiriləcək. Azarkeşsiz baş tutacaq rəsmi təsdiqlənmiş səkkiz yarış bunlardır:

    Avstriya Qran-Priləri (3-5, 10-12 iyul), Macarıstan Qran-Prisi (17-19 iyul), Böyük Britaniya Qran-Priləri (31 iyul-2 avqust, 7-9 avqust), İspaniya Qran-Prisi (14-16 avqust), Belçika Qran-Prisi (28-30 avqust), İtaliya Qran-Prisi (4-6 sentyabr).

    Qalan yarışların cədvəli daha sonra açıqlanacaq.

    Qeyd edək ki, Azərbaycan Qran-Prisinin sentyabrın sonlarında keçiriləcəyi ehtimal edilir. Lakin Bakı Şəhər Halqası yarışı azarkeşsiz keçirmək istəmir. Bu səbəbdən də bu il Bakıda yarış keçirilməyə bilər.

  • Dərslər tədris ilinin sonunadək dayandırıldı – SƏRƏNCAM

    Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

    Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmələri tapşırılıb.

    Sərəncam imzalandığı gündən (mayın 30-dan) qüvvəyə minir.

  • В Минтруда внесли ясность в вопрос единовременной выплаты в 190 манатов в июне

    В июне единовременная выплата в размере 190 манатов предоставляться не будет. Об этом Azvision.az заявил заведующий отделом по связям с общественностью Министерства труда и социальной защиты населения Фазиль Талыбов.

    По его словам, смягчение карантинного режима и оживление рынка труда дали возможность людям вернуться на свои рабочие места.

    “В мае с гражданами было заключено более трех тысяч трудовых договоров. При этом они уже не считаются безработными, следовательно, им не полагается единовременная выплата в 190 манатов”, – сказал Ф.Талыбов.

  • İyunda 190 manat verilməyəcək – RƏSMİ

    İyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur.

    Bunu Azvision.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

    O bildirib ki, karantin rejiminin yumşaldılması, əmək bazarının canlanması insanlara yenidən öz iş yerlərinə dönməyə imkan verir:

    “İnsanlar artıq öz gəlirlərini formalaşdırır və qazanclarını əldə edirlər. Vətəndaşlar göndərilən imtina cavablarından haqlı və haqsız narazılıqlarını bildirə bilərlər. Ərizələrə baxılma müddəti var, bir ay müddətində cavab verilir. Biz bunu daha operativ həyata keçiririk. Bəzi hallarda vətəndaşlar özləri haqqında olan məlumatlardan məlumatsız idilər. Məsələn, insanlar var idi, boşanıb, lakin şəxsiyyət vəsiqəsini dəyişməyib. Aktiv VÖEN-i olub, amma onu bağlatmayıb. Maşını olub, satıb, adından çıxarmayıb. Bu, şəxslərin data məlumatları düzəlsə də, lakin onlara yenidən 190 manat verilməyəcək. Çünki birdəfəlik ödənişin olduğu 600 min şəxsə artıq bütün ödənişlər edilib”.

    F.Talıbov həmçinin qeyd edib ki, may ayında üç mindən çox vətəndaş əmək müqaviləsi bağlayıb: “Əmək müqaviləsi bağlayarkən həmin şəxslərin işsiz statusu ləğv edilir və 190 manat almır. Vətəndaş 190 manat almaqdansa, daha çox işləmək marağındadır”.