Month: June 2020

  • Bakıda mühafizəçinin dəhşətli qətlinin TƏFƏRRÜATI

    İyunun 1-nə keçən gecə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində mağaza mühafizəçisinin qətlinin təfərrüatı məlum olub.

    Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

    Məlum olub ki, cinayətkarlar gözətçinin əl-ayaqlarını, ağzını və burnunu yapışqan lentlə bağlayıblar. Bundan əlavə, H.Əhmədovun bədəninə xəsarət yetirilsə də, o, boğulmadan ölüb. Qeyd edilib ki, içində pul olan seyf açarla açılıb.

    İlkin ehtimala görə, qətldə və soyğunda əli olan şəxslər seyfdə külli miqdarda pul olduğunu biliblər.

    Daha əvvəl xəbər verildiyi kimi, dünən saat 05:45 radələrində Məşədi Adil küçəsində yerləşən “İl” marketdə ticarət mərkəzində mühafizəçi işləyən 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun cəsədi tapılıb.

    Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən naməlum şəxslərin mağazanın seyfindən 40 498 manat oğurladıqları məlum olub.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3 (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

    Hələlik şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilməsə də, bu istiqamətdə işlər davam etdirilir.

  • Tibbi maska taxmamağa görə cərimələr təsdiqləndi

    Milli Məclisin növbədənkənar sessiyasının iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tibbi maska taxmamağa görə cərimələr müəyyənləşir.

    Layihəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyən olunur.

    Həmin tələblərin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

    Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimələnəcək.

    //oxu.az

  • Bakıda bir əsrlik yaşayış binası sökülür – VİDEO

    Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi, ev 27 ünvanındakı bir əsrlik bina sökülür. 1915-ci ildə tikilmiş binanın yerində yeni çoxmərtəbəli tikili ərsəyə gələcək.

    Baku TV xəbər verir ki, binada 29 ailə yaşayıb.

    Onlara kompensasiya olaraq mənzilin hər kvadratmetrinə görə 1000 manat həcmində pul vəsaiti və ya yeni binadan mənzil verilməsi təklif olunub.

    Sakinlərin bir çoxu şərtlərlə razılaşsa da, onlardan biri ona məxsus mənzillərin ölçüsünün səhv hesablandığını iddia edir. Ona görə hələ də mənzilini təhvil verməyib.

    Ətraflı süjeti təqdim edirik:

  • Президент Ильхам Алиев выделил средства на установку современных систем освещения в Сумгайыте

    Президент Азербайджана Ильхам Алиев 2 июня подписал распоряжение о мерах по установке современных систем освещения в городе Сумгайыте.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, с целью установки современных систем освещения в Сумгайыте из предусмотренного в госбюджете на 2020 год Резервного фонда Президента АР Исполнительной власти города выделяется 6 000 000 манатов.

  • İlham Əliyev Sumqayıta altı milyon manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə altı milyon manat ayrılıb.

    Sərəncam Sumqayıt şəhərində ən müasir və qabaqcıl texnologiyaların imkanlarından istifadə etməklə enerjiyə qənaətə imkan verən və enerji səmərəliliyini artıran, fasiləsiz işıqlandırmanı təmin edən müasir işıqlandırma sistemlərinin quraşdırılması məqsədilə imzalanıb.

    Qeyd edək ki, Azərbaycan Respublikasında regionların davamlı inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illərdə uğurla həyata keçirilən dövlət proqramlarının icrası nəticəsində paytaxtda və regionlarda, eləcə də Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət alıb.

    Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də əhalinin elektrik enerjisi ilə təminatında, habelə küçə və prospektlərin işıqlandırılmasında idarəetmə, nəzarət, ölçmə və hesabatlılıq, habelə enerji sərfiyyatına və xidmət xərclərinə qənaət kimi üstünlükləri olan, işıqlandırma səviyyəsini proqramlaşdırmağa imkan verən və intellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması diqqət mərkəzində saxlanılacaq aktual məsələlərdəndir. Yeni və müasir işıqlandırma sistemləri funksionallığı ilə yanaşı, şəhərin estetik görünüşünü də dəyişərək onun simasını müasir çalarlarla daha da zənginləşdirir.

  • Deputat məmurları örüş yerlərini zəbt etməkdə ittiham etdi

    “Təmsil etdiyim İmişli rayonunda örüş yerləri problemi var. Dünən İmişlinin Hacalmuradlı kəndində çəkilmiş bir videoya baxdım. Həmin video məsələnin nə qədər acınacaqlı olduğunu göstərir”.

    Bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib.

    O bildirib ki, həmin videoda döyülənlər, söyülənlər, digər tərəfdə isə pis vəziyyətdə qalan polis zabitləri və vətəndaşlar görünür.

    “Örüş sahəsi olmasa, kəndli necə yaşaya bilər? Kəndli inəyini, qoyununu, keçisini harada saxlasın? İmişlidə kəndlilərin yaxşı bir sözü var. Deyirlər ki, inəyimizi ayağımıza bağlayıb saxlayaq?”, – deyə R.Nurullayev əlavə edib.

    Onun sözlərinə görə, İmişli böyük torpaq sahələri olan rayon olsa da, əhali heyvan saxlamaq üçün örüş yeri tapmır.

    “Bəs kəndlilər nə ilə dolansın? Adına 10-15 sot torpaq, yaxud köhnə bir maşını var, yardım ala bilməz. Kəndli heyvan saxlamaq istəyir ki, dolanışığı olsun, örüş sahəsi isə yoxdur. Niyə yoxdur? Adam var ki, adına beş min, bəzilərinin isə 100, 200, 300, 500, 1000, 2000 hektar torpaq sahəsi var. Elə icarədarlar var ki, onlar həqiqətən də əkin-biçinlə məşğuldurlar. Amma elə sahələr var ki, sadəcə çəpərlənib, nə istifadə edilir, nə də əkilib-becərilir. Özünün beş-on heyvanını saxlayır. Böyük və istifadəsiz torpaq sahələri kimə məxsusdur? Əksəriyyəti Bakıdakı məmurlara, rayonda vəzifə tutanlara”.

    Millət vəkili problemdən çıxış yolu da göstərib.

    O qeyd edib ki, torpaq sahiblərinin və icarədarlarının qeyri-qanuni, rüşvət və vəzifə səlahiyyətlərindən istifadə edib sahib olduqları torpaqların heç olmasa 30-40 faizindən könüllü şəkildə imtina edilməli və həmin ərazilər xalqa qaytarılmalıdır.

    “İmişlinin yeni icra başçısı cənab Elçin Rzayev, yaxud digər rayonlara təyin edilən yeni rəhbər şəxslər təkbaşına işləyə bilməzlər. Onlar Prezidentin tapşırıqlarını yerinə yetirməkdə böyük çətinliklə üzləşəcəklər. Biz torpaqlarla bağlı qanunvericiliyə dəyişiklik etməklə, onlara da kömək etmiş olarıq”.

  • Tanınmış aviaşirkət Bakıdan uçuşları bərpa edir

    Macarıstanın “WizzAir” aviaşirkəti Azərbaycandan reysləri bərpa edir.

    Median.Az şirkətin saytına istinadən xəbər verir ki, ilk uçuş iyun ayının 19-da Bakıdan Budapeştə təyin olunub.

    Uçuş biletinin qiyməti 99,99 avrodur.

    Növbəti uçuş tarixləri iyunun 22-i, 26-sı və 29-u göstərilir.

  • Nyu-Yorkda mağazalar, ticarət mərkəzləri talan edilir – VİDEO

    ABŞ-da afroamerikalı Corc Floydun ölümü ilə bağlı küçələrə çıxan etirazçılar mağazaların şüşələrini sındırır, soyğunçuluq törədirlər.

    “RİA Novosti” xəbər verir ki, nümayişçilər dünyanın ən bahalı küçəsi hesab edilən Nyu-Yorkun Beşinci avenyusunda yerləşən ticarət mərkəzlərinə, ofislərə, mağazalara basqın edir.

    Polis talançılarla qarşı sərt addımların atılacağı barədə xəbərdarlıq edib.

    Daha əvvəl isə Prezident Donald Tramp ştatlara rəhbərlik edən qubernatorlardan iğtişaşlarda iştirak edən insanlara qarşı sərt tədbirlərin görülməsi tələbini irəli sürmüşdü.

  • Назначен помощник главы ИВ Ширвана – ФОТО

    Глава Исполнительной власти (ИВ) Ширвана Ильгар Аббасов назначил Этибара Йолчиева своим помощником.

    Как передает Unikal.org, они являются дальними родственниками.

  • Azərbaycanda yüksək vəzifəli şəxs bacanağına vəzifə verdi – FOTO

    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov işdən çıxarılan müavinə vəzifə verib.

    Unikal.org-un məlumatına görə, İlqar Abbasovun əmri ilə Yolçuyev Etibar Səlim oğlu Şirvan Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi təyin edilib.

    Qeyd edək ki, E.Yolçuyev başçının bacanağıdır və İlqar Abbasov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olarkən müavini olub.