Month: June 2020

  • Bakı metrosunda polislə sərnişin arasında dava düşdü – YENİLƏNİB + VİDEO

    Bakı metrosunda polislə sərnişin arasında mübahisənin təfərrüatı bilinib.

    Hadisə ötən gün axşam saatlarında baş verib.

    Sərnişinlə polis arasında yaşanan dava səbəbindən qatarın stansiyadan hərəkətinə icazə verilməyib. Ümumilikdə, qatarların intervalında üç dəqiqəyə qədər gecikmə olub.

    Polis əməkdaşları tərəfindən qatardan çıxarılan şəxs barəsində isə İnzibati Məhkəmə tərəfindən qərar çıxarılıb.

    * * * *

    Bakı metrosunda polislə sərnişin arasında mübahisə yaranıb.

    Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

    Paylaşım edən şəxs hadisənin ötən gün “Qara Qarayev” stansiyasında baş verdiyini qeyd edib.

    İddiaya görə, metronun “Qara Qarayev” stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaranıb.

    Videogörüntüdə iki polis əməkdaşının sərnişinlərdən birini qatardan çıxarmağa çalışdığı əks olunub. Polisin hansı səbəbdən sərnişinlə mübahisə etməsi və onu qatardan çıxarmağa çalışması məlum deyil.

    İlkin məlumata görə, sərnişin platformada olarkən tibbi maskadan istifadə etməyib. Polis əməkdaşı ona yaxınlaşaraq, profilaktik söhbət aparıb, onun karantin qaydalarına riayət etməsini xahiş edib.

    //oxu.az

  • Обнародована последняя мировая статистика по COVID-19

    Число инфицированных коронавирусом в мире достигло 6 371 661.

    От COVID-19 в мире до сегодняшнего дня скончались 377 552, излечились – 2 904 922 человека.

    Больше всего инфицированных в Северной Америке – 2 097 299.

    Среди стран по числу заразившихся лидируют США (1 859 323), Бразилия (529 405), Россия (414 878).

    В ТОР-10 государств по этому показателю входят Испания (286 718), Великобритания (276 332), Италия (233 197), Индия (198 706), Франция (189 220), Германия (183 765), Перу (170 039).

    Соседняя Турция находится на 11-м месте (164 769), Иран – на 12-м (154 445).

    В Азербайджане до сегодняшнего дня коронавирусом заразились 5 662 человека, 68 из них скончались, 3 508 – вылечились.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 6 371 661 nəfərdə koronavirus aşkar edilib.

    Virusdan 377 552 nəfər ölüb, 2 904 922 nəfər sağalıb.

    Qitələr üzrə virus ən çox Şimali Amerikada (2 097 299 nəfər) yayılıb.

    Ölkələr üzrə koronavirusa yoluxma ardıcıl olaraq ən çox ABŞ-da (1 859 323 nəfər), Braziliyada (529 405 nəfər), Rusiyada (414 878 nəfər) müşahidə olunur.

    İlk onluğa daxil olan digər ölkələr İspaniya (286 718 nəfər), Böyük Britaniya (276 332 nəfər), İtaliya (233 197 nəfər), Hindistan (198 706 nəfər), Fransa (189 220 nəfər), Almaniya (183 765 nəfər), Perudur (170 039 nəfər).

    Türkiyə 164 769 nəfərlə 11-ci, İran isə 154 445 yoluxma ilə 12-ci yerdədir.

    Azərbaycanda koronavirus indiyə qədər 5662 nəfərdə aşkar edilib. 68 nəfər virusdan həyatını itirib, 3508 nəfər isə sağlığına qovuşub.

  • В Шеки в драке пострадали два человека

    Вечером 1 июня между четырьмя жителями поселка Челебихан Шекинского района произошла драка.

    Как передает АПА, Гаджай Мамедов (1991 г.р.) и Эльман Рагимов (1977 г.р.) с различными травмами были госпитализированы в центральную районную больницу.

    По данному факту проводится расследование.

  • Şəkidə kütləvi dava: Xəsarət alanlar var

    Şəkidə kütləvi dava olub, iki nəfər xəsarət alıb.

    APA-nın məlumatına görə, iyunun 1-də axşam saat 22:00 radələrində rayonun Çələbixan qəsəbə sakinləri olan 1991-ci il təvəllüdlü Qacay Mürşüd oğlu Məmmədov başın təpə nahiyəsinin kəsilmiş-cırılmış yarası, 1977-ci il təvəllüdlü Elman Kərəm oğlu Rəhimov isə sağ əlin ovucunun kəsilmiş yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

    Məlum olub ki, Q.Məmmədov, E.Rəhimov və daha iki qəsəbə sakini arasında dava baş verib və bu zaman onlar xəsarət alıb. Q.Məmmədova lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Əsəb xəstəlikləri şöbəsində aparılır. E.Rəhimovun xəsarəti yüngül olduğundan ona lazımi yardım göstərildikdən sonra evə buraxılıb.

    Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Xalq artistinə ağır itki üz verib – FOTO

    Xalq artisti Könül Xasıyevaya ağır itki üz verib.

    Sənətçinin anası vəfat edib.

    Bu barədə xanəndə sosial media hesabındakı paylaşımında bildirib.

    “Nurlar içində yat, canım anam. Allah cənnətdəki yerini peyğəmbər əfəndimizə qonşu eləsin”, – deyə K.Xasıyeva yazıb.

    Qeyd edək ki, K.Xasıyevanın anası uzun zaman idi ki, yaddaşını itirmişdi.

  • Hakerlər xüsusi proqramla yanacaqdoldurma məntəqələrindən benzin oğurlayıb

    Rusiyanın Sankt-Peterburq şəhərində hakerlər xüsusi proqramla yanacaqdoldurma məntəqələrindən benzin oğurlayıblar.

    REN TV Rusiya Daxili İşlər Nazirliyinin regional qərargahına istinadən xəbər verir ki, hakerlər qrupu hazırladığı xüsusi proqram vasitəsilə şəhərin müxtəlif yanacaqdoldurma məntəqələrindən 2 milyon rubl dəyərində (47 min manat) benzin oğurlayıblar.

    Hadisəni törətməkdə şübhəli bilinən 31 və 40 yaşlarında iki kişi saxlanılıb.

    Araşdırma nəticəsində məlum olub ki, hakerlər avtomobillərinə benzin vurduqdan sonra bank kartı ilə ödədikləri pulu dərhal öz hesablarına geri qaytarıblar.

    Saxlanılanlar barəsində cinayət işi açılıb, istintaq davam etdirilir.

  • Vahid Ələkbərov ilin ilk beş ayında beş milyard dollara yaxın pul itirib

    2020-ci ilin yanvar-may aylarında dünyanın ən zəngin rusiyalılarının sərvəti 31,48 milyard dollar azalıb.

    Bu barədə “Bloomberg Billionaires Index”in göstəricilərinə əsasən məlum olub.

    Reytinqə görə, hamıdan çox sərvət itirənlər “Novatek”in sahiblərindən biri Leonid Mixelson və “Novatek”lə “Sibur” şirkətlərində pay sahibi olan Gennadi Timçenkodur.

    “Nornikel” şirkətinin sahiblərindən biri Vladimir Potanin isə bu dövrdə sərvətini 317 milyon dollar artıra bilib. Beləliklə o, sözügedən reytinqdə 28,4 milyard dollar sərvətə sahib olmaqla ən varlı rusiyalıya çevrilib.

    İkinci ən zəngin rusiyalı olan Leonid Mixelson 5,74 milyard dollar itirərək, hazırda 18,8 milyard dollarlıq sərvətin sahibidir.

    Milyarder Vladimir Lisinin sərvəti ilin ilk beş ayında 3,11 milyard dollar azalıb və 18,3 milyard dollara bərabər olub.

    İlin əvvəlindən indiyə qədər 4,79 milyard dollar itirən Vahid Ələkbərovun sərvəti isə reytinqə əsasən, 17,5 milyard dollar təşkil edib.

  • Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar – RİSK QRUPU

    Siqaret və spirtli içki aludəçıləri özlərini yeni növ koronavirusa yoluxma riskinə məruz qoyurlar.

    Bu barədə Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Dyomin “Parlamentskaya Gazeta”ya müsahibə verib.

    Mütəxəssisin sözlərinə görə, alkoqol bədənin təhlükəli infeksiyaya qarşı mübarizəsində “ağırlaşdırıcı” rol oynayır. Alkoqolun virusdan qorunma qabiliyyəti barədə təsdiqlənmiş məlumatlar mövcud deyil. Ümumdünya Səhiyyə Təşkilatı siqaretlə bağlı eyni fikirdədir.

    “Bir çox siqaret çəkənlərin immun ehtiyatları infeksiyaya yoluxmazdan əvvəl tükənmiş olur. Buna görə də, xroniki xəstələr, yaşlılarla birlikdə siqaret çəkənlər və spirtli içki içənlər də koronavirusa yoluxma baxımından risk qrupuna aid edilə bilər”, – deyə, professor qeyd edib.

    Eyni zamanda, mütəxəssis pandemiyanın başlanğıcında siqaret və alkoqolu “qurtuluş və virusdan qorunma” olaraq tövsiyə edənləri kəskin şəkildə tənqid edib:

    “İstənilən alkoqol qəbulu ağciyərlərə zərər verir, qaraciyərdə zəruri maddələrin sintezini pozur. Bunlar isə bədəndəki zərərli maddələri zərərsizləşdirməli olan iki “sistem”dir”.

  • “Mall”lar açıldı, amma satıcılar narazıdır – VİDEO

    Xüsusi karantin rejiminin yumşaldılması səbəbi ilə artıq iki gündür etibarən iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub.

    İki aydan çoxdur ki, qapıları alıcıların üzünə bağlı qalan ticarət mərkəzlərində az da olsa, canlanma hiss olunur. Satıcılar isə qiymətlərin ucuz olmasına baxmayaraq, alıcıların sayının az olmasından narazıdır.

    Ətraflı Baku.tv-nin reportajını təqdim edirik :