Month: June 2020

  • Rusiyanın Xalq artisti koronavirusdan öldü

    Rusiyalı Xalq artisti, teatr aktyoru Yulen Balmusov 80 yaşında vəfat edib.

    Median.Az xəbər verir ki, aktyor koronavirusdan dünyasını dəyişib.

    Qeyd edək ki, Yulen Balmusov 1940-cı ildə anadan olub. O, teatrda 100-dən çox tamaşada rol alıb. Aktyor film və kompüter oyunlarının səsləndirilməsi ilə də məşğul olub.//sabah.az

  • Xuraman Şuşalı: “Nə qayınanamdan, nə də ki baldızımdan kömək gözləyirəm” – FOTO/VİDEO

    “Diş həkimimin yanına gedəndə mənə söylədi ki, muncuq kimi dişlərin var idi, onları uşaqlarına qurban verdin”.

    Median.Az xəbər verir ki, bu sözləri dörd uşaq anası müğənni Xuraman Şuşalı ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olarkən deyib.

    Verilişin aparıcısı Vüsalə Əlizadənin “Nələri övladların üçün qurban verirsən?” sualına sənətçi belə cavab verib:

    “Övlad dünyaya gəlirsə, mütləq şəkildə ana südü ilə böyüməlidir. Bu, uşağın sağlamlığı üçün çox önəmlidir. Çalışıram ki, zamanımın çox hissəsini övladıma ayırım. Özüm üçün heç bir şey istəmirəm. Mənim üçün əsas övladlarımdır. Onları böyütmürəm ki, gələcəkdə mənə baxsınlar. Allahdan istəyim odur ki, gələcəkdə buna möhtac olmayım. Heç kimdən kömək gözləmirəm. Nə qayınanamdan, nə də ki baldızımdan. Yükün altına özüm girirəm. Onda həm yükü daşıya bilirəm, həm də bunu bacarıram”.

    Daha sonra X.Şuşalı rejissor həyat yoldaşı Elçindən gileylənib:

    “Həyat yoldaşım şənbə və bazar günləri evdə olur. Ümidli oluram ki, Elçin uşaqların yeməyini verəcək, Elçin də ümidli olur ki, bunu mən edəcəyəm. Baxıram ki, övladlarım ac qalıb. Məhz bu səbəbdən yükün altına özüm girirəm”.

    Qeyd edək ki, Xuraman Şuşalı və Elçin Məmmədov 2010-cu ilin avqustun 10-da ailə həyatı qurublar. Onların dörd övladı var.//oxu.az

  • В Баку возникла огромная очередь перед входом в метро – ВИДЕО

    Чтобы не нарушать карантинный режим на станции метро “28 мая”, пассажирам не разрешается массово заходить на станцию.

    Об этом в заявлении Oxu.Az сказал глава пресс-службы ЗАО “Бакинский метрополитен” Бахтияр Мамедов.

    “В часы пик плотность пассажиров наблюдается, как на станции метро 28 мая, так и на других. Для предотвращения массового входа пассажиров принимаются меры в соответствии с требованиями карантинного режима. Фотографии также были сделаны в часы пик. Все пассажиры пропускаются в рамках мер социальной дистанции. Информация о том, что пассажиры не допускаются на станцию, не соответствует действительности”, – отметил глава пресс-службы.

    ***

    Сегодня приблизительно в 18:30 в Баку возникла очередь перед входом метростанции “28 мая”.

    Как сообщает Oxu.Az, в результате образовавшейся очереди сотни людей на протяжении долгого времени не могли зайти в метро.

  • Bakı metrosunda müşahidə olunan sıxlığın səbəbi açıqlandı – VİDEO + YENİLƏNİB

    “Metronun “28 May” stansiyasında karantin rejiminin pozulmaması üçün sərnişinlər stansiyaya kütləvi şəkildə buraxılmır”.

    Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, metroda heç bir hadisə baş verməyib:

    “İstər metronun “28 May” stansiyasında, istərsə də digər stansiyalarda pik saatlarda sərnişin sıxlığı müşahidə edilir. Sərnişinlərin stansiyaya kütləvi şəkildə daxil olmaması üçün karantin rejiminin tələblərinə uyğun tədbirlər görülür. Fotolar da pik saatda çəkilib.

    Bütün sərnişinlər sosial məsafənin qorunması çərçivəsində stansiyaya daxil olurlar. Sərnişinlərin stansiyalara buraxılmamasına dair məlumatlar həqiqəti əks etdirmir”.

    ***

    Bu gün axşam saatlarında metroda sıxlıq yaranıb.

    Oxu.Az xəbər verir ki, sıxlıq metronun “28 May” stansiyasında müşahidə edilib. Yüzlərlə adam metroya daxil olmaqda çətinlik çəkib.

    Sıxlıqdan xeyli sayda sərnişin metronun giriş qapısından içəri daxil ola bilməyib.

  • Bakıda motosiklet yük maşını ilə toqquşdu, xəsarət alan var

    Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Belə ki, motosikletlə yük maşını toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü, 1980-ci il təvəllüdlü Mirzəyev Zaur Rafiq oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bud sümüyünün açıq sınığı diaqnozu qoyulub.

  • İlham Əliyev: “ÜST vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik”

    “Əvvəla qeyd etmək istərdim ki, koronavirusla mübarizədə və dünya miqyasında göstərdiyimiz təşəbbüslərlə bağlı yaxşı məlumatlı olmağınız məni çox sevindirir. Belə təsadüf edib ki, Azərbaycan hazırda sizin də qeyd etdiyiniz kimi, iki təşkilata – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. Ötən il bizim çox uğurlu Zirvə görüşümüz olmuşdur və Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bu təşkilata sədr seçilmişdir. Buna görə düşündük ki, bütün dünya üçün bu önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatını yaratmaq bizim öhdəliyimizdir”.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda deyib.

    Dövlət başçısı bildirib: “Hər iki Zirvə görüşü uğurla keçdi. Sizə deyə bilərəm ki, biz nəinki təkcə koronavirusla mübarizə sahəsində fikir mübadiləsi apardıq, eyni zamanda, qarşılıqlı dəstək göstərdik. Zirvə görüşündən sonra üzv ölkələrin müvafiq nazirlərinin iştirakı ilə koronavirusla mübarizə sahəsində birgə səylərlə bağlı çox mühüm məsələlərə həsr olunan bir sıra konfranslar keçirilmişdir.

    Həmçinin bizim Ümumdünya Səhiyyə Təşkilatına ianəmiz haqqında da sizin yaxşı məlumatınız var. Düşünürəm ki, biz ilk dəfə beş milyon dollar ayıran ölkələr arasında birinci ölkələrdən idik, sonra isə Qoşulmama Hərəkatının sədri qismində əlavə beş milyon dollar ayırdıq. Biz Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik.

    Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər.

    Əməkdaşlığımızla bağlı yeni ideyalara gəlincə, biz bunda çox maraqlıyıq. Çünki mən xatırlayıram ki, 5-6 il bundan əvvəl bizim maliyyə dəstəyinə ehtiyacımız olanda Asiya İnkişaf Bankı çox tez reaksiya göstərdi. Həqiqətən də bu, mənə çox xoş təsir bağışladı və mən bir daha çox vaxtında göstərilmiş dostcasına yanaşmaya görə minnətdarlığımı ifadə etmək istəyirəm. Biz bunun əməkdaşlığın çox yaxşı əlaməti olduğunu nəzərə aldıq. Əvvəl qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi layihəsini ilk dəstəkləyən siz oldunuz. Yeri gəlmişkən, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantılarını təşkil edirik.

    Mən xatırlayıram, bəzi başqa banklar layihəyə maliyyə öhdəliyini nəzərdən keçirdiyi vaxtda qeyd etdim ki, “Şahdəniz”dən hasil olunan qaz Avropaya nəql ediləcək. Lakin Avropa banklarında hələ proses getdiyi halda, Asiya İnkişaf Bankı artıq maliyyələşməni təmin etdi. Düşünürəm ki, sizin çox dostcasına verdiyiniz dəstək böyük bir qrupun birləşməsində mühüm rol oynadı”.

  • İlham Əliyev: “Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpası prosesindəyik”

    “Bu gün toxunmaq istədiyim digər bir məsələ, – siz artıq onu qeyd etdiniz, – enerji səmərəliliyi məsələsidir. Biz indi iki şirkətdə Azərenerji və Azərişıqda bu işləri aparırıq. Bu il və ötən il yatırılmış müəyyən investisiyalara görə Azərenerji minimum 600 meqavat səviyyəsində mövcud elektrik enerjisi stansiyalarının məhsuldarlığını artıra bilmişdir və bu proses davam edir. Bizim ən böyük və Qafqazda ən böyük olan Mingəçevir elektrik stansiyamız tamamilə bərpa edilmişdir və ola bilsin ki, 1 və ya 2 ay müddətində bərpa işlərindən sonra açılacaqdır”. 
    “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda deyib.
    Dövlət başçısı bildirib: “Bundan əlavə, biz hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işləyirik və bu sahədə fəaliyyət göstərən iki böyük şirkətlə bu ilin yanvar ayında artıq iki ilkin müqavilə imzalanmışdır. Ümumi enerji hasilatının həcmi 400 meqavat olacaqdır. İnvestisiya tamamilə xaricdən gələcəkdir və Günəş və küləklə işləyən iki elektrik stansiyası olacaqdır. Buna görə də kifayət qədər Günəş və külək mənbəyinə malik olduğumuzu nəzərə alaraq enerjinin bu sektorunu inkişaf etdirmək üçün bizim planlarımız var. Ona görə də sizdən bu variantı da nəzərdən keçirməyi xahiş edərdim.
    Həmçinin sizin də düzgün qeyd etdiyiniz kimi, Davos Dünya İqtisadi Forumu ilə bizim münasibətlərimiz indi yeni mərhələyə qədəm qoyub. Yanvar ayında cənab Börge Brende və mən Davosda Azərbaycanda region üzrə Dördüncü Sənaye İnqilabının regional habının yaradılması üzrə sənədi imzaladıq. Hesab edirəm ki, bu, bizim sənaye inkişafında gördüyümüz səylərin yaxşı qiymətləndirilməsinin bir nümunəsidir. Biz nəinki təkcə Azərbaycan üçün, eyni zamanda, region üçün çox güclü platformanın necə inkişaf etdirilməsi ilə bağlı sizinlə işləməyə hazırıq ki, çox imkanlar yaratmaq məqsədilə mövcud infrastrukturumuzdan, bağlılıqdan və Azərbaycanın coğrafi mövqeyindən istifadə etmək mümkün olsun.
    Toxunmaq istədiyim digər bir məsələ budur ki, biz dəmir yolu layihəsi ilə bağlı artıq birlikdə işləmişik. Lakin biz indi Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpa edilməsi prosesindəyik. Azərbaycan artıq bu dəhlizə böyük həcmdə sərmayə yatırmışdır. Onun çox böyük potensialı var. Biz artıq şimaldan – Rusiyadan daxil olan, Azərbaycan ərazisindən qərb və cənub istiqamətində yükləri qəbul edirik. Lakin İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq. Çünki belə ola bilər ki, bütün yüklərin öhdəsindən gəlmək üçün bizim mövcud infrastrukturumuz kifayət etməyə bilər. Bu gün artıq bizim Rusiya ilə sərhədimizdə tıxaclar var. Çünki Azərbaycandan, həm də İrandan artan ixrac malların artıq yük maşınları ilə gətirilməsini mümkünsüz edir. Buna görə də bizə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır. Mən sizdən bu layihəni də nəzərdən keçirməyi xahiş etmək istərdim. Gələcək kommunikasiya prosesində ola bilsin sizə hansı işlərin görüldüyü və bizim planlarımız ilə bağlı daha ətraflı məlumat veriləcəkdir”.

  • İnfeksionist: “Koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq”

    “Hazırda koronavirusa yoluxma sayının artması ilk növbədə karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Çünki yumşalmalar nəticəsində insanlar arasında təmas riski də artır”.
    Bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
    O bildirib ki, hər kəs evində qapalı şəraitdə qaldığı müddətdə yoluxma sayı az olub:
    “İndi yumşalmalar var. Hər kəs şəhərə çıxır, rahat hərəkət edir. Gündən-günə karantin rejimi yumşaldılır, məhdudiyyətlər aradan qaldırılır. Yoluxmanın artmasının ikinci səbəbi isə insanların məsuliyyətsiz davranışlarıdır. İnsanlar verilən tövsiyələrə, qadağalara məhəl qoymurlar. Təbii ki, məsuliyyətli olanlar da var. Amma məsuliyyətsiz olanlar yetəri qədər olduğuna görə qurunun oduna yaş da yanır. Şəhərə çıxanda müşahidə edin, görün nə qədər insan maska taxır, nə qədər insan sosial məsafəni qoruyur?
    Bəzi qanunsuzluqlar baş verir. Əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən yaxşı ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı iki metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması – bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır”.
    V.Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik:
    “Bir müddət keçməsi lazımdır. Xəstəliyin inkubasiya dövrünü nəzərə alsaq, yoluxma sayının azalıb-azalmayacağını ən azı iki həftədən sonra görə bilərik”.
    İnfeksionist maska taxılmasının vacibliyi məsələsinə də aydınlıq gətirib:
    “Əslində, maskaların sağlam adam üçün qoruyuculuğu zəifdir. Maskanı xəstə insanlar taxmalıdır. Biz hamıya maska taxmasını tövsiyə edərkən yüngül formada xəstəlik keçirən, eyni zamanda asimptomatik, hər hansı klinik əlaməti olmayan insanları da nəzərə alırıq. Həmin şəxslərdə xəstəlik əlaməti olmasa da, onlar aktiv virus daşıyıcısıdırlar. Bu insan digərinə virusu yoluxdura bilər. Maskanın taxılması ilə xəstə və sağlam insanı ayırd etmədən xəstəliyin ötürücülüyünün qarşısını alınır. Bu, eyni zamanda sosial mesajdır. Hər kəs maska taxdığı zaman ortamda olan digər insanlar da bunu özünütənqid bilərək maska taxmağa məcbur olur. Hər kəs maska taxıb sosial məsafəni qorusa, yenə də yoluxma olacaq. Maskanın qoruyuculuğu 100 faiz deyil. Ancaq yoluxma sayı xeyli azalacaq, indiki vəziyyətdə olmayacaq”.
    V.Əliyev bildirib ki, havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur. Onun sözlərinə görə, isti ölkələrdə də bu virus yayılıb:
    “COVID-19 yeni virus olduğuna görə hansı temperaturda, yay mövsümündə nə qədər davam edəcəyi də bəlli deyil. Hazırda ölkədə yoluxma sayını pik saymaq olmaz. Yoluxma yüksəlməyə doğru gedir. Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq. Bir az gecikə də bilər. Düşünürəm ki, iyunun 15-20-si arası yoluxma sayı artacaq. Tətbiq olunan cərimələrin təsirini iki həftə sonra görəcəyik. O vaxta qədər pik həddi keçə bilərik. Çünki cərimələr tətbiq olunana qədər yoluxmalar olacaq. Artıq xeyli müddətdir ki, insanlar qaydalara əməl etmirlər. Cərimələr yoluxmanın sürətini azalda bilər, amma pik həddin qarşısını almaq olmaz”.
    V.Əliyev vurğulayıb ki, koronavirusa qarşı peyvəndlə bağlı yeni məlumat yoxdur:
    “Uzun müddətdir, peyvəndlə bağlı araşdırmalar davam edir. Hələ ki tam təsdiq olunmuş peyvənd yoxdur. Qısa müddətdə peyvəndin hazırlanması mümkün deyil. Peyvəndin nə qədər etibarlı, qoruyuculuğunun nə qədər, hansı müddətdə olduğu təsdiqini tapmayıb. Çalışmalar bitməlidir ki, sonra sağlam, könüllü insanlar arasında təcrübədən keçirilsin.
    Hər gün virusa yoluxan insanları görürük. Onlarla hər gün təmasda oluruq. Onlar xəstəxanalarda müalicə alırlar. Ön cəbhədə vuruşan həkimlərdən biri olaraq demək istəyirəm ki, virus çoxdur və yayılmaqda davam edir. Bəzi insanlar bunu ağır formada keçirir. Heç kim o insanların yerində olmaq istəməz. Bunu bir xəbərdarlıq və ya tövsiyə kimi qəbul edə bilərsiniz. İnsanlara virusa yoluxmadan bu bəladan qurtulmağı tövsiyə edirəm. Bunun üçün sadəcə, bəsit qaydalara əməl etmək lazımdır. Virus olsun, ya olmasın, gigiyena qaydalarına hər zaman əməl etmək lazımdır. Qapalı mühitdə maska taxmağın, qaydalara əməl etməyin, sosial məsafəni qorumağın hər hansı zərəri yoxdur, ancaq faydası var. Yəni bu faydalı olan əməlləri bir az məsuliyyətli şəkildə anlayıb əməl etməyi tövsiyə edirəm. Çünki virusa yoluxma halı hazırda daha yüksəkdir. Biz artıq karantin rejiminin yumşadılmasına doğru gedirik. İndiki vaxtda yoluxma riski daha yüksəkdir. Qaydalara əməl etməsək, gec ola bilər. Qaydalara əməl etməklə, eyni zamanda digər insanlar arasında bunu təşviq etməklə həm özümüzü, həm də ailəmizi  qoruya bilərik. Başqa insanları da buna cəlb etməliyik. Bununla yoluxmanın sürətini xeyli azaltmış olarıq”.

  • Türkiyədə COVID-19 qurbanlarının sayı 4 500-ü ötdü

    Bu gün Türkiyədə daha 23 nəfər koronavirusdan ölüb.

    “Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

    Nazirin sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 563 nəfərə çatıb.

    Son 24 saat qonşu ölkədə təhlükəli virusa 827 yoluxma qeydə alınıb. Bununla da koronavirusa yoluxanların sayı 164 769 nəfərə çatıb.

    Bu gün daha 974 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Beləliklə, koronavirusdan sağalanların ümumi sayı 128 947 nəfərə çatıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu ötüb. Bunların 2,8 milyon nəfərdən çoxu sağalıb, 374 mindən çoxu isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Azərbaycan Premyer Liqasında komanda sayı artırılmayacaq

    Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümündə komanda sayı artırılmayacaq.

    “Report”un məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində deyib.

    O bildirib ki, koronavirus pandemiyası aşağı dəstədən iki klubun elitaya qalxmasına mənfi təsir göstərəcək: “Lisenziya ilə bağlı əsas meyarlar infrastruktur və maliyyə məsələləridir. Əvvəlki təcrübə göstərdi ki, maliyyə meyarlarına göz yumsaq, çempionat gedə-gedə onların sayı azala bilər. Planda 10 komanda var idi. Amma indiki vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, növbəti mövsümdə yüksək dəstədə 10 komanda olmayacaq. Stabilliyi qorumalıyıq. 8 komandalı çempionat keçiriləcək”.

    Qeyd edək ki, “Kəpəz” və “Turan Tovuz” klublarının yeni mövsümdən Premyer Liqada iştirak edəcəyi gözlənilirdi.