Month: June 2020

  • Yer çatışmazlığı olarsa, xəstələr şadlıq saraylarında müayinə olunacaq? – VİDEO

    Son günlər ölkəmizdə COVID-19 virusuna yoluxanların sayının artması, xəstəxanalarda yer azlığı, çarpayı çatışmazlığı məsələsini güdəmə gətirib.

    Mütəxəssislər deyirlər ki, əgər belə vəziyyət yaranarsa, dünyanın əksər ölkələrində olduğu kimi, bizdə də əlavə məkanlardan istifadə etmək olar.

    Ekspertlər hazırda mövcud pandemiya səbəbindən fəaliyyət göstərməyən müxtəlif ictimai-iaşə obyektlərinin, olimpiya komplekslərinin, hətta şadlıq sarayların bu məqsədlə ayrılmasını tövsiyə edirlər.

    Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramı maraqlı süjet hazırlayıb.

  • Nazirlik: “Görüntüləri çəkən əməkdaş ciddi cəzalandırılacaq” – VİDEO

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin əməkdaşlarının karantin rejimi ilə bağlı Bakıda qurulan postdan keçərkən çəkdiyi görüntülərə münasibət bildirib.

    Bununla bağlı nazirlikdən Oxu.Az-ın sorğusuna cavab verilib:

    “İranə Əhmədova MMC-nin Xəzər rayonu, 4 saylı Poçt Filialının, 61 saylı Poçt Şöbəsinin əməkdaşıdır. Video iş vaxtı qeydə alınmayıb. O, ölkədə elan edilən karantin rejimini kobud şəkildə pozduğuna, eyni zamanda, bunu ictimailəşdirərək cəmiyyət arasında yanlış fikir formalaşdırdığı üçün ciddi cəzalandırılacaq”.

    Qeyd edək ki, dünən sosial şəbəkələrdə avtomobil idarə edən qadının və iki rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb. Həmin görüntülər Daxili İşlər Nazirliyi tərəfindən araşdırılıb və məlum olub ki, həmin sürücü İranə Əhmədova və iki rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyırlar və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib.

  • Bakıda silahlı şəxs ələ keçdi – FOTO

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib.

    Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Baş İdarəyə Şamil adlı şəxsin Binəqədi rayonunda yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs – paytaxt sakini Şamil Həsənov tutulub. Onun Binəqədi rayonunda qeydiyyatda olduğu evə baxış keçirilərkən bir ədəd “Makarov” tipli tapança, bir ədəd daraq və dörd ədəd patron aşkar olunaraq götürülüb.

    Şamil Həsənov ifadəsində bildirib ki, silah-sursatı bir müddət əvvəl yaşadığı evin yaxınlığında tapıb və polisə təhvil verməyərək, qanunsuz olaraq üzərində gəzdirib.

    Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir.


  • Anar Süleymanov ATV-də verilişə başlayır – VİDEO

    Kikboksinq məşqçisi, vaxtı ilə idmançı kimi bir neçə beynəlxalq yarışların qalibi olmuş Anar Süleymanov TV-də veriliş açıb.

    Veriliş “Mix Fight” adlanır.

    Layihənin rəhbəri Süleymanovun özüdür.

    Artıq verilişin ilk çəkilişi bağ evlərindən birində olub. İlk qonaq digər kikboksinq məşqçisi Fuad Zeynalov olub.

    Anar Süleymanovun saytımıza verdiyi xəbərə görə, ilk buraxılış iyulun əvvəllərində ATV telekanalında efir üzü görəcək. Veriliş hələlik sponsorsuzdur.

  • Завтра в Азербайджане будет дождливо

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 28 июня.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, пасмурная погода без осадков, в первой половине дня прогнозируются непродолжительные дожди, северо-восточный ветер.

    Температура воздуха на Абшероне составит ночью 19-22, днем – 25-28, в Баку ночью – 19-21, днем – 25-27 градусов тепла.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 21-22, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 23-24 градуса тепла.

    Атмосферное давление будет на уровне 761 мм ртутного столба, относительная влажность ночью – 65-75%, днем – 45-55%.

    В районах Азербайджана завтра прогнозируются грозы, дожди, в отдельных северных и западных районах – ливни, град, порывистый восточный ветер.

    Температура воздуха составит ночью 17-22, днем – 30-35, в горах ночью – 10-15, днем – 19-24 градуса тепла.

  • İstirahət gününün havası: Külək, yağış, şimşək

    Azərbaycan ərazisindı iyunun 28-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-28, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində şimal- şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti təşkil edəcək.

    İyunun 28-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda hava yağmursuz keçəcək, şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

    Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

  • Buraxılış imtahanlarının nəticələri açıqlandı

    İyunun 24-25-də keçirilən doqquzuncu sinif buraxılış, doqquz illik təhsil bazasında kolleclərə qəbul, doqquz və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının nəticələri elan olunub.

    Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

    – 9-cu sinif üzrə buraxılış imtahanları;

    – Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

    – Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanları.

    İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Doqquzuncu sinif üzrə buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 9314 nəfərdən 356 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 642 nəfərdən 149 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 890 nəfərdən 53 nəfər imtahana gəlməyib. İki nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

    İmtahanın nəticələri 27 iyun saat 12:34-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

    Xatırladaq ki, buraxılış imtahanlarında (o cümlədən Azərbaycan dili) iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün  imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

    Qeyd edək ki, 24 və 25 iyun tarixlərində keçirilən 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

  • Бакинский бульвар задолжал государству более 160 000 манатов

    ООО “Приморский национальный парк”, подведомственное Управлению Приморским бульваром, имеет налоговую задолженность перед госбюджетом.

    Как сообщает Report, она составляет 160 254 маната.

    ООО функционирует с 2008 года.

  • Bakı bulvarının 160 min manatdan çox vergi borcu var

    Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC-nin dövlət büdcəsinə borcunun məbləği məlum olub.

    Report xəbər verir ki, bu günə Bakı bulvarının 160 254 manat vergi borcu var.

    Xatırladaq ki, sözügedən kommersiya qurumu 2008-ci ildən fəaliyyət göstərir.

  • В Азербайджане у восьми медработников выявлен коронавирус

    У восьми медработников Сумгайытской больницы скорой помощи выявлена коронавирусная инфекция.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил главврач медучреждения Рауф Садыхов.

    По его словам, некоторые из них госпитализированы, другие лечатся в домашних условиях.

    “Заведующий отделением реанимации Сарван Гаджиев находится на лечении в бакинской больнице. Некоторые утверждают, что он подключен к аппарату искусственной вентиляции легких, но это не так. Состояние С.Гаджиева оценивается как стабильное”, – сказал главврач.

    Он также затруднился назвать точное число заболевших коронавирусом в Сумгайыте.