Month: June 2020

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 9 909 965 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxan 496 991 xəstə ölüb, 5 360 766 nəfər sağalıb.

    Qitələr arasında koronavirusa ən çox yoluxma (2 976 481 nəfər) Şimali Amerikada, ölkələr arasında ABŞ-da (2 552 956 nəfər) müşahidə edilir.

    Azərbaycanın sərhəd qonşusu olan Rusiya 620 794 yoluxma halı ilə ölkələr arasında üçüncü, İran 217 724 yoluxma ilə 10-cu, Türkiyə 194 511 yoluxma ilə 13-cü, Ermənistan 23 247 yoluxma ilə 49-cu, Gürcüstan 919 yoluxma ilə 134-cü sıradadır.

    Azərbaycan bu siyahıda 15 369 yoluxma sayı ilə 58-cidir. Ölkəmizdə koronavirusa yoluxanların 8 364 nəfəri sağalıb, 187 nəfəri vəfat edib.

  • Азербайджанская община Нагорного Карабаха обратилась к Анджелине Джоли

    По случаю Всемирного дня беженцев, который отмечается ежегодно 20 июня, заведующая отделом международных связей азербайджанской общины Нагорно-Карабахского региона АР Айбениз Исмаилова от имени женщин общины направила обращение специальному посланнику Управления Верховного комиссара ООН по делам беженцев Анджелине Джоли.

    В нем говорится:

    “Мы в течение многих лет наблюдаем за вашей деятельностью как гуманиста, филантропа и посла доброй воли. Следим за вашими визитами в различные регионы, где происходят экологические катастрофы, видим, как вы оказываете помощь беженцам, людям, страдающим от войн и голода. Ваш имидж как человека, посла доброй воли, активиста дал надежду и воодушевил нас написать это письмо.

    Около 30 лет Азербайджанская Республика страдает от оккупационной политики Армении. Несмотря на то, что 25 лет назад был объявлен режим прекращения огня, периодически на линии фронта происходят перестрелки, гибнут военные, а иногда – даже проживающие в зоне конфликта мирные граждане. За пять лет с начала войны около миллиона человек вынуждены были покинуть оккупированные Арменией территории Азербайджана и поселиться в безопасных районах АР.

    Эта кочевая жизнь, которая продолжалась в течение последних 30 лет, сломала судьбы четырех поколений. Старики, покинувшие родные земли в преклонном возрасте, жили в палаточных лагерях, в других городах. С надеждой ждали того дня, когда смогут вернуться на родные земли и умереть там. <…>

    Мы, женщины – вынужденные переселенцы из Карабаха, приглашаем вас в Азербайджан. Хотим поделиться с вами своими воспоминаниями, рассказать о детстве, юности, домах, родных землях, где остались могилы родственников. Хотим донести до мира правду о трагедии, пережитом нами горе”.

  • Dağlıq Qarabağın Azərbaycanlı İcması Ancelina Colini ölkəmizə dəvət etdi

    Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova İcmanın qadınları adından Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Coliyə müraciət edib.

    Müraciətdə deyilir:

    “Biz illərdir, sizin bir humanist insan, bir xeyriyyəçi və xoşməramlı səfir kimi fəaliyyətinizi izləyirik. Sizin konflikt, aclıq, ekoloji fəlakət yaşayan müxtəlif bölgələrə səfəriniz, o yerlərdə müharibədən, köçkünlükdən, aclıqdan əzab çəkən insanlara yardım əlinizi uzatmağınızı, onların dərdlərini dinləyib, kömək etdiyinizi görürük. Sizin bir insan, bir xoşməramlı səfir, bir aktivist kimi insanpərvər imiciniz bizi sizə bu məktubu yazmağa ürəkləndirdi və ümid verdi.

    Biz sizə 96 yaşlı Sarabəyim nənədən danışmaq istərdik. 38 yaşında dul qalmış, beş uşağını tək böyütmüş Sarabəyim nənə 67 yaşında doğma kəndindən qaçmalı olub. Böyük şəhərə, övladlarının yanına sığınmağa məcbur qalıb. Alışdığı həyətindən, bağından, evindən uzaq qalan Sarabəyim nənə şəhər evlərinə uyğunlaşa bilməyib, övladları onun üçün həyət evi tikməyə məcbur qalıblar.

    Düz 27 ildir ki, Sarabəyim nənə bu evdə qonaq kimi yaşayır, doğma kəndinə gedəcəyi günü gözləyir. O, hər gün xəbər proqramlarını izləyir, ümid edir ki, bir gün mütləq gözlədiyi xəbəri alacaq. Bu xəbər onun doğma kəndinə qayıda biləcəyi xəbəri olacaq. O, özünü yaşadığı yerdə müvəqqəti, hətta məhbus kimi hiss edir. Çünki getmək istədiyi tək məkana, tək evə getmək imkanı yoxdur.

    Bu pandemiya günlərindəki hərəkət məhdudiyyəti, insanların evlərə, kəndlərə, şəhərlərə vəziyyətə uyğun olaraq, öz sağlamlıqlarını qorumaq üçün qapanıb qalması bizə çox şeyi öyrətməlidir. İnsanın getmək istədiyi, arzusunda olduğu yerlərə gedə bilməmək imkanının olmaması necə də böyük məhrumiyyət, necə də ağır sınaqdır. İndi təsəvvür edin ki, Sarabəyim nənənin yaşıdları 27 ildir ki, bu məhrumiyyəti yaşayır, 27 ildir ki, öz evlərinə qayıda bilmirlər.

    Onun yaşıdları bu pandemiya ərəfəsində risk qrupundadırlar. Kim bilir, bəlkə də, onlar bu virusa yoluxsalar, sağala bilməyəcəklər. 27 ildir bəslədikləri doğma yurda qayıtmaq ümidini özləri ilə məzara aparacaqlar. Kaş belə olmayaydı…

    Sarabəyim nənə tək deyil. Onun taleyini bu və ya digər şəkildə yaşayan bir milyondan çox insan var ölkəmizdə. Bu insanları bir tale birləşdirir – Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi…

    30 ilə yaxındır ki, Azərbaycan Respublikası Ermənistanın təcavüzkar və işğalçılıq siyasətindən əziyyət çəkir. 25 ildir ki, atəşkəs elan edilsə də, zaman-zaman cəbhə xəttində qısamüddətli savaşlar baş tutur, əsgərlər həlak olur, yaralanır, bəzən konflikt zonalarda yaşayan dinc insanlar da bu savaşlarda həyatlarını itirir.

    Müharibənin ilk beş ili boyunca Azərbaycanın Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərindən bir milyona yaxın insan köçkün düşdü. Şəhərləri, rayonları, kəndləri işğal edilən bir milyon insan Azərbaycanın təhlükəsiz rayonlarında yerləşməyə məcbur oldu.

    Bir milyona yaxın insan on ildən artıq çadırdan, vaqonlardan, taxta komalardan ibarət düşərgələrdə yaşadı. Şəraitsizlik, qeyri-insani həyat şərtləri altında körpələr doğuldu, qocalar öldü, cavanlar vaxtsız qocaldı, iki nəsil böyüdü. Bu şərtlər altında yüz minlərlə uşaq normal təhsildən, rahat uşaqlıqdan məhrum oldu. Normal tibbi yardımı olmayan düşərgələrdə insanlar müxtəlif xəstəliklərə yoluxdu, günvurmadan, soyuqdan öldü…

    Biz qaçqın düşdüyümüz ildə ölkəmizdə hər səkkiz nəfərdən biri qaçqın idi. Bütün bu faciələrə baxmayaraq, bizim dərdimiz, ağrılarımız sanki dünyanın diqqətini cəlb edə bilmədi. Bəli, dünya elə bu günümüzdə də dəhşətli savaşlar, faciələr, problemlər yaşayır və bizləri üzür.

    Harada olmasından asılı olmayaraq, ağrı ağrıdır, faciə faciədir, aclıq aclıqdır, ölüm ölümdür. Bir ölkədə milyonlarla uşağın normal qidalana bilməməsi də faciədir, başqa bir ölkədə cəmi bir uşağın aclıq çəkməsi də! Dünyada 250 milyon uşağın təhsil ala bilməməsi bizi ağrıdır.

    Son 30 ildir davam edən bu köçkünlük həyatı düz dörd nəslin taleyini sındırdı. Yaşının ahıl çağında doğma yurdundan qaçan qocalar çadır düşərgələrdə, şəhərlərdə sığındıqları evlərdə qürbətdə öləcəklərindən qorxa-qorxa yaşadılar, yurdlarından qoyunlarında gizlədib, gətirdikləri torpaqla ovundular.

    Heç olmasa, ölmək üçün doğma evlərinə qayıdacaqları günlərin həsrəti ilə xəstə düşdülər, vətən, yurd nisgili ilə həyatlarını itirdilər. Ölkəmizin hər tərəfini köçkün, qərib məzarlıqlar bürüdü.

    Köçkün düşən cavanların taleyi bütün nəsillərdən daha ağır oldu. Onlar həm yaşlı ata-analarına təskinlik verməli, onların qayğısına qalmalı, həm də müharibə şəraitində övladlarını yedirtməli, yaşatmalı idilər. Onların dərd çəkməyə belə vaxtları, imkanları yox idi. Köçkünlərimizin bu nəslini köçkünlük dərdi, şəraitsizlik, həm valideyn həm övlad qayğısı vaxtından əvvəl qocaltdı, əldən saldı. Bu nəsil ancaq bütün gəncliyini qayğılara, problemlərə xərclədi.

    Daha bir nəsil köçkün uşaqlar oldu. Uşaqlığı savaş illərinə, köçkünlük günlərinə düşən uşaqlar. Düşərgələrdə, yarıac-yarıtox yaşamağa məcbur olan uşaqlar. Təkcə özləri deyil, məktəbləri, təhsilləri də köçkün düşmüş uşaqlar.

    O uşaqlar dondurmanın dadını vaxtında bilmədi, doyunca yeməyin nə olduğunu bilmədi, bəziləri düşərgələrdə ən sadə insani şərtlərdən məhrum böyüdü. Bu nəsil bazarlarda, tikintilərdə, ən ağır işlərdə itib-batdı, onlardan cüzi bir hissəsi təhsil ala bildi, özünü təsdiqləyə, həyatdakı yerini tuta bildi. Çoxunun taleyinə isə ömürlük ağır iş, fiziki zəhmət, çətin bir həyat düşdü.

    Qeyri-insani şərtlər altında böyüdüklərindən, doyunca qidalanmadıqlarından, vaxtında tibbi yardım görə bilmədiklərindən, bu nəslin səhhətində ömürlük problemlər yarandı.

    Bu müharibənin son zərbəni vurduğu nəsil düşərgələrdə, köçkünlük illərində dünyaya gələn körpələr oldu. O körpələr ki, nə müharibəni, nə də köçkünlüyü öz gözləri ilə görməsə də, evlərində, ailələrində daim bu mövzuları eşidərək böyüdü.

    Kimliklərinə bir şəhər, bir kənd yazıldı, amma özlərini həmişə ata-babalarının köçməyə məcbur olduğu yerlərə aid hiss etdilər. Buna görə yarımçıq, nisgilli, zədəli böyüyürlər. Özlərini yaşadıqları yerlərə aid hiss etmirlər.

    Gördüyünüz kimi, müharibə, köçkünlük nəsillərin həyatını dağıdıb, psixologiyasını pozub, taleyini dəyişib. Bəli, hansısa daha irimiqyaslı müharibələr, daha çoxsaylı köçkünlər, daha ağrılı proseslərlə müqayisə ediləndə, bəlkə də, o qədər də faciəvi görünməz, amma bütün sadaladıqlarımız insan həyatında silinməz ağrılar, zədələr buraxmaq üçün kifayətdir.

    Hazırda bu savaşın bir gün sülhlə bitəcəyinə, doğma yurdlarına qayıtmağı ümidlə gözləyən dörd nəsil yaşayır ölkəmizdə. Bu insanların öz torpaqlarına qayıtmaq hüquqları bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Buna baxmayaraq, onlar illərdir, vətən həsrəti ilə yaşamağa məcburdur.

    Biz, Qarabağın məcburi köçkün qadınları, sizi Azərbaycana dəvət edirik. Uşaqlığımızı, gəncliyimizi, evimizi və xatirələrimizi, doğmalarımızın məzarlarını və nəhayət, könül rahatlığımızı qoyub gəldiyimiz doğma torpaqlarımız barədə sizinlə söhbət etmək istəyirik. Bizim faciəmizi, həqiqətləri dünyaya çatdırmağınızı istəyirik.

    Ölümlərini doğma yurdlarına saxlamağa çalışan nənə-babalarımız, heç olmasa ömrünün qalanını doğma evində keçirmək istəyən ata-analarımız, uşaqlığımıza, dinc həyatımıza qayıtmaq istəyən bizlər, tarixi vətənini görmək istəyi ilə çırpınan övladlarımızın sizdən gözləntisi budur”.

  • Koronavirusun təsvirinə üç yeni simptom əlavə edildi

    Koronavirusun təsvirinə üç yeni simptom əlavə edilib.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin saytında bildirilib.

    COVID-19 əlamətlərinə burun tutulması, ürəkbulanma və ishal əlavə olunub.

    Əvvəllər koronavirusun simptomu kimi yüksək temperatur, öskürək və nəfəs darlığı göstərilirdi.

    Daha sonra titrətmə, əzələ ağrısı, boğaz ağrısı, dad və qoxu hissinin itirilməsi də koronavirusun əsas simptomlarından sayıldı.

  • В Гахе повесилась мать троих детей

    В ночь на 27 июня в селе Гаратала Гахского района произошло самоубийство.

    Как сообщает АПА, повесилась местная жительница Фатма Аббасова (1992 г.р.).

    Ее тело обнаружили родственники.

    Выясняются причины суицида.

    Ф.Аббасова воспитывала троих детей.

  • Azərbaycanda üç uşaq anası intihar etdi

    Bu gecə Qax rayonunun Qaratala kəndində intihar hadisəsi baş verib.

    APA-nın məlumatına görə, kənd sakini, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.

    Üç uşaq anası olan F.Abbasovanın intihar etməsinin səbəbi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bill Qeyts: “Koronavirus peyvəndi effektiv olmaya da bilər”

    “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts bildirib ki, koronavirus peyvəndi infeksiyanın yayılmasına qarşı sədd kimi effektiv olmaya bilər.

    Bu barədə CNN məlumat yayıb.

    Onun sözlərinə görə, peyvəndi hazırlayarkən alimlər iki amilə – peyvənd edilmiş şəxsin xəstəliyə yoluxmasının və koronavirusun digər insanlara ötürülməsinin qarşısının alınmasına əsaslanırlar.

    B.Qeyts qeyd edib ki, peyvəndin koronavirusa qarşı ideal bloklayıcı olacağına dair zəmanət yoxdur.

  • Təhlükəli əyləncə: Uçurumun kənarı ilə 12 kilometrlik yolu 15 dəqiqəyə qət etdilər – VİDEO

    Sosial şəbəkələrdə dağıstanlıların təhlükəli əyləncəsi barədə kadrlar yayımlanıb.

    Belə ki, gənclər əldəqayırma arabaları ilə dağın zirvəsindən aşağı çəkilmiş asfalt yolda yarış keçiriblər.

    REN TV-nin məlumatına görə, onlar 12 kilometrlik yolu 15 dəqiqəyə qət ediblər.

  • 35 ölkədən yüzlərlə fanatın oxuduğu mahnı klip oldu – VİDEO

    35 ölkədən yüzlərlə fanat “Linkin Park” qrupunun mahnısını ifa edib.

    REN TV məlumat verir ki, 35 ölkədən 266 musiqiçi qrupun ən tanınan mahnılarından biri olan “In The End”i ifa ediblər.

    Karantin müddətində musiqiçilərin cəkdiyi videolar, nəticədə, vahid klip halına gəlib.

    Bu, internetdə təşkil edilən ilk “Rock-n-mob” hesab edilir.

  • Azərbaycanda işəgötürmə ilə bağlı DƏYİŞİKLİK

    Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək müqaviləsinin forması ilə bağlı təkmilləşdirmənin aparılması nəzərdə tutulub.

    Nazirlikdən bildirilib ki, Məcəlləyə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunmaqla, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılmalıdır.

    Lakin işçinin əmək müqaviləsinin bir nüsxəsini alması faktını müəyyən edən qayda yoxdur. Həmçinin əmək müqaviləsinin həcmi böyük olduğu üçün bu müqavilə bir vərəqə yerləşmir və bir neçə səhifədən ibarət olur. İşəgötürən və işçi əmək müqaviləsinin yalnız sonuncu səhifəsini imzalayırlar.

    Belə olan halda, təcrübədə müqavilənin bir nüsxəsinin işçiyə verilmədiyi zaman işəgötürən tərəfindən bundan sui-istifadə edilməklə müqavilənin əvvəlki səhifələrində dəyişiklik (məsələn, müqavilənin müddəti ilə bağlı) edilə bilməsinə şərait yaranır.

    Belə sui-istifadə hallarına imkan yaranmaması üçün layihədə Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.

    Yəni həmin hissədə əmək müqaviləsinin iki nüsxədən az olmayaraq tərtib olunması, işçi və işəgötürən tərəfindən müqavilənin sonuncu deyil, bütün səhifələrinin imzalanması, son səhifənin işəgötürənin möhürü (möhür olmadıqda imzası, VÖEN-i qeyd edilməklə) ilə təsdiqlənməsi, müqavilənin bir nüsxəsinin işçidə, digər nüsxəsinin işəgötürəndə saxlanılması, işçinin əmək müqaviləsinin nüsxəsini aldığını işəgötürəndə saxlanılan nüsxədə bu barədə müvafiq qeydi imzalaması ilə təsdiq etməli olduğunun qeyd edilməsi təklif olunur.