Month: June 2020

  • Bakıda iki qız anası qonşusunu pedofillikdə ittiham etdi

    Bakının Xəzər rayonunun istintaq orqanı Binə qəsəbəsində pedofiliya (uşaqbazlıq) faktını araşdırır.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    37 yaşlı iki qız anası (adlar etik səbəblərə görə çəkilmir) 3-cü Polis Bölməsinə yetkinlik yaşına çatmayanlara münasibətdə cinsi xarakterli hərəkətlər barədə məlumat verib.

    Qadının sözlərinə görə, iyunun 21-də yaşadığı evin həyətində qonşularından biri onun 12 və 11 yaşlı qızlarına qarşı seksual hərəkətlər edib. Uşaqlar bu barədə analarına xəbər veriblər.

    Hüquq-mühafizə orqanlarının əməkdaşlarının qeyd etdiyinə görə, kişinin şəxsiyyəti müəyyənləşdirilib, lakin o, hələlik saxlanılmayıb. Hazırda şübhəlinin göstərilən cinayətdə iştirakının müəyyən edilməsi üçün yoxlama aparılır.

  • İrandan həyəcan təbili: Ermənistanın axıtdığı tullantılar kütləvi şəkildə xərçəng xəstəliyi yayır

    İranın Ali Vilayətlər Şurasında Ərdəbilin nümayəndəsi bildirib ki, Ermənistanın sənaye zavodlarından axıdılan kimyəvi tullantıların bölgənin içməli suyuna qarışması səbəbindən burada yaşayan insanların əksəriyyəti xərçəng xəstəliyinə tutulub.

    ILNA agentliyi xəbər verir ki, bunu Ali Vilayətlər Şurasında Ərdəbili təmsil edən Puya Mucərrəd deyib.

    “Ermənistanın sənaye zavodlarının tullantı sularının yaratdığı xərçəng xəstəliyi Parsabad əhalisinin canına bəla olub və Ərdəbil vilayətində mədə-bağırsaq xərçəngi ilə bağlı statistikanın rekord həddə çatmasına gətirib çıxarıb”, – deyə o həyəcan təbili çalıb.

    Qeyd olunub ki, Ermənistan tərəfi ötən ilin 19-21 noyabr tarixlərində Təbrizdə keçirilən Araz çayının təmizlənməsi və çirklənməsinin qarşısının alınması üzrə İran-Ermənistan Birgə İşçi Qrupunun iclasında buna görə məsuliyyəti qəbul edərək, 2021-ci ilədək kimyəvi tullantıların axıdılmasını tamamilə aradan qaldırmaq məqsədilə öz müəssisələrini təmir və bərpa edəcəyinə söz verib.

    Eyni zamanda, Ermənistan rəsmiləri 2015-ci ildə Araz çayının təmizlənməsi üzrə dövlət proqramını 2017-ci ilə qədər başa çatdıracaqlarını vəd etmişdilər.

    Xatırladaq ki, ətraf mühit fəalları dəfələrlə Ermənistanın “Metsamor” atom elektrik stansiyasının tullantılarının Araz çayına axıdılması ilə bağlı xəbərdarlıq ediblər.

  • Rayonlara getmək istəyən yüzlərlə nəqliyyat vasitəsi geri qaytarıldı – RƏSMİ

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 26.06.2020-ci il saat 00:00-dan 27.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1768 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 325 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 2094 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 80-i rayon, 320-i paytaxt istiqamətinə olmaqla 400, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 500-ü rayon, 250-i paytaxt istiqamətinə olmaqla 750 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 1255 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

  • Bakıda poçt əməkdaşları yanlış anlaşılmaya görə üzr istədi – VİDEO

    Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və iki rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb və geniş müzakirələrə səbəb olub.

    Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, həmin görüntülər dərhal araşdırılıb və məlum olub ki, həmin sürücü İranə Əhmədova və iki rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir:

    “Araşdırma zamanı o da məlum olub ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi olmayıb. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyırlar və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Bu səbəbdən də onları saxlamayıblar. Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilib və profilaktik söhbət aparılıb. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirib və əməllərindən peşman olduqlarını qeyd ediblər”.

  • ÜST: Dünyada koronavirusa daha 177 min yoluxma aşkarlanıb

    Dünyada COVID-19 xəstələrinin ümumi sayı 9,4 milyon nəfəri ötüb.

    “Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Təşkilatın məlumatına görə, dünyada ötən gün ərzində COVID-a 177 min yeni yoluxma aşkarlanıb.

    Bildirilir ki, son sutkada daha 5 116 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, dünyada koronavirusdan ölən pasiyentlərin ümumi sayı 484 249 nəfər təşkil edib.

    ÜST-ün məlumatına görə, epidemiyanın başlanğıcından koronavirusa yoluxanların sayı 9 473 214 nəfərə çatıb.

  • AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib

    Xəbər verildiyi kimi, bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb.

    AZAL-dan “Report”a verilən məlumata görə, sosial şəbəkələrdə bəzi saytlar tərəfindən biletlərin baha qiymətinin əks olunduğu şəkillərin yayılmasına təəssüf ifadə edilib:

    “Rəsmi olaraq bildiririk ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.

    Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir.

    AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilmişdir.

    Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır”.

  • Рейд в Гахе: Лица без масок, такси без перегородок… – ВИДЕО

    Сотрудники Гахского районного управления полиции (РУП) и Государственной дорожно-патрульной службы продолжают принимать меры с целью соблюдения правил социальной изоляции на территории района.

    Во время профилактических бесед с водителями и пассажирами в такси и других транспортных средствах, их призвали к соблюдению правил карантинного и санитарного режима, также была отмечена необходимость использования медицинской маски.

    Хотя большинство людей использовали защитные средства, во время наблюдений было установлено, что некоторые водители и пассажиры в такси не соблюдают правила.

    Кроме того, были оштрафованы водители, которые не устанавливали прозрачную перегородку в транспортном средстве. В отношении тех, кто не надел медицинские маски, несмотря на предупреждения, были приняты административные меры.

  • DİN: Sürücü qadının və rəfiqələrinin polis postu ilə bağlı görüntülər araşdırılıb

    Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb.

    “Report”un məlumatına görə, Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin görüntülər dərhal araşdırılıb və məlum olub ki, sürücü İranə Əhmədova və 2 rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir.

    “O da müəyyən edilmişdir ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi deyil. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyır və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Odur ki, saxlamayıblar.

    Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilib və profilaktik söhbət aparılıb. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirib və əməllərindən peşman olduqlarını qeyd esiblər”, – deyə xəbərdə bildirilib.

  • Bakıda yaşayış binasında yanğın olub

    Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

    “Report”un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi bildirib.

    Qeyd edilir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda 32 yaşlı kişi tanışı tərəfindən bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

    Belə ki, 1988-ci il təvəllüdlü Hacıyev Ceyhun Cabir oğlu mübahisə zamanı tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.