Month: June 2020

  • За последние сутки оштрафованы 1248 нарушителей карантинного режима – ВИДЕО

    С целью предотвращения массового распространения коронавирусной инфекции, сотрудники полиции провели очередной рейд в общественном транспорте, в том числе автобусах, Бакинском метрополитене, а также в людных местах.

    Во время рейда лицам, не соблюдающим социальную дистанцию, не пользующимся медицинскими масками и покинувшим место жительства без соответствующего решения, были сделаны предупреждения, а некоторые были привлечены к административной ответственности.

    Начальник Отдела общественной безопасности Наримановского районного управления полиции Эльчин Мирзали призвал всех граждан соблюдать правила карантина, в частности пользоваться защитными средствами в общественных местах.

    За последние сутки за нарушение жесткого карантинного режима, введенного на территории Баку, Сумгайыта, Гянджи, Лянкярана, Евлаха, Масаллы, Джалилабада и Абшеронского района с целью предотвращения распространения коронавирусной инфекции (COVID-19), к административной ответственности были привлечены 1248 участников дорожного движения.

  • İcra hakimiyyətindən Şamaxı sakininin şərlənməsi iddiası ilə bağlı AÇIQLAMA

    “Son günlər Şamaxı rayonunda dövlət qurumları ilə vətəndaşlar arasında yaranmış sağlam münasibətləri pozmaq üçün ayrı-ayrı internet resurslarında həqiqəti əks etdirməyən videomateriallar paylaşılır”.

    Oxu.Az xəbər verir ki, bu sözlər Şamaxı Rayon İcra Hakimiyyətinin açıqlamasında yer alıb.

    Bildirilib ki, sözügedən videomaterialda Xaliq Xudaverdiyev qardaşının şərlənərək tutulduğunu iddia edib:

    “Halbuki, Xaliq Xudaverdiyevin qardaşı Aslan Xudaverdiyev törətdiyi ayrı-ayrı cinayət əməllərinə, o cümlədən çoxsaylı dələduzluq faktlarına görə, Azərbaycan Respublikası CM-nin 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Qobustan rayon məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə Aslan Xudaverdiyev barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qüvvədə saxlanılmışdır.

    Hal-Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

    Qeyd edək ki, Aslan Xudaverdiyev heç vaxt rayon icra hakimiyyəti başçısının qəbulunda olmamış və hər hansı formatda heç bir mövzunu müzakirə etməmişdir. Rayon icra hakimiyyətinin başçısı və əməkdaşları tərəfindən cəmiyyətdə ayrıseçkiliyə, yerlibazlığa səbəb olan istənilən ifadə və davranış qətiyyətlə rədd edilir və yalnız bir prinsip – Azərbaycançılıq prinsipi üstün tutulur.

    Bildiririk ki, Xaliq Xudaverdiyevin bu məzmunlu heç bir fakta söykənməyən və əsassız iddiaları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət olunacaqdır”.

  • В Фонд поддержки борьбы с коронавирусом в Азербайджане переведены более 114 млн. манатов

    Обнародована сумма пожертвований, переведенных в Фонд поддержки борьбы с коронавирусом в Азербайджане.

    Как сообщает Trend, до сегодняшнего дня в Фонд перечислены 114 072 570 манатов.

    Среди перечисливших пожертвования 3 372 – юридические, 12 099 – физические лица.

    Напомним, что Фонд был создан согласно указу Президента Азербайджана Ильхама Алиева от 19 марта 2020 года.

  • Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlandı

    UEFA Millətlər Liqasının 2020/2021 mövsümü üçün təqvimi müəyyənləşib.

    Median.Az qitənin ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə birgə qərarlaşıb.

    I tur

    5 sentyabr

    20:00. Azərbaycan – Lüksemburq

    20:00. Kipr – Monteneqro

    II tur

    8 sentyabr

    22:45. Kipr – Azərbaycan

    22:45. Lüksemburq – Monteneqro

    III tur

    10 oktyabr

    17:00. Monteneqro – Azərbaycan

    17:00. Lüksemburq – Kipr

    IV tur

    13 oktyabr

    20:00. Azərbaycan – Kipr

    22:45. Monteneqro – Lüksemburq

    V tur

    14 noyabr

    21:00. Azərbaycan – Monteneqro

    21:00. Kipr – Lüksemburq

    VI tur

    17 noyabr

    22:45. Lüksemburq – Azərbaycan

    22:45. Monteneqro – Kipr

    Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

  • Microsoft закрывает оффлайн магазины

    Корпорация Microsoft приняла решение о закрытии своих оффлайн магазинов и переходе на новую стратегию розничной торговли.

    Как сообщает Lenta.ru, за последнее время выросли онлайн-продажи из-за перехода компании на цифровые предложения. При этом все сотрудники, ранее занятые в розничной торговле в физических магазинах, продолжат работать в офисах или дистанционно.

    В марте текущего года физические магазины Microsoft приостановили работу из-за опасности распространения новой коронавирусной инфекции.

  • Qaxda koronavirus reydi: Maska taxmayanlar, taksilərdə arakəsmə quraşdırmayanlar… – VİDEO

    Qax Rayon Polis Şöbəsi, Dövlət Yol Patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində sosial izolyasiya qaydalarına riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir.

    Yol Patrul Xidmətinin əməkdaşları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, taksilərdə sürücü və sərnişinlərlə maariflədirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar.

    Sürücülərlə söhbətlər zamanı tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.

    Müşahidələr zamanı tibbi maskadan istifadə edənlər çoxluq təşkil etsə də, taksilərdə bəzi sürücü və sərnişinlərin qaydalara əməl etmədiyi də məlum olub.

    Həmçinin nəqliyyat vasitəsində şəffa arakəsmə quraşdırmayan sürücülər də cərimələnib. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

  • Bu da koronavirusdan sağalanlar – Video

    Onlar üçün çətin mərhələ artıq geridə qalıb.
     
    Bir müddət əvvəl koronavirus diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya gətirilən şəxslər həkimlərin müdaxiləsi ilə yenidən sağlamlıqlarına qovuşaraq bu gün evlərinə yola salınıblar.

    Xəzər TV-nin həmin vətəndaşlarla bağlı hazırladığı sujeti təqdim edirik:

  • Üçüncü mərtəbədən yıxılan Şirvan sakininin hər iki ayağı qırıldı

    Şirvan sakini 3-cü mərtəbədən yıxılıb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1981-ci il təvəllüdlü Dəmirov Famil Ramin oğlu yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.

    Yaralı hər iki ayağının topuğunun çoxsaylı qəlpəli sınığı ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda dəhşətli qəza: ata ölüb, 15 yaşlı oğlu xəsarət alıb

    Tovuzda qəzada ölən və xəsarət alanların kimliyi müəyyənləşib.

    Median.Az APA-ya istinadən bildirir ki, ölən şəxs minik avtomobilinin sürücünü, 1974-cü il təvəllüdlü Həsənov Haqverdi Qurban oğludur. Xəsarət alan isə onun övladı, 2005-ci il təvəllüdlü Həsənov Murad Haqverdi oğludur.

    ———-

    Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən bildirir ki, rayonun Məşədilər kəndində “VAZ-21011” markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

  • COVID-19-a yoluxmamaq üçün ən sadə üsul açıqlandı

    Boğazı qarqara etmək koronavirusun profilaktikasına və müalicəsinə kömək edə bilər.

    REN TV-nin məlumatına görə, tayvanlı alimlər belə bir iddia ilə çıxış ediblər.

    Boğazı yaxalamaq üçün krandan gələn adi sudan, həmçinin, fizioloji məhlul və ya süfrə duzları olan qatqıdan istifadə etmək tövsiyə olunur.

    Alimlər xəstəliyin ilk günlərində virusun məhz boğazda daha çox aktiv olduğunu, ən yüksək konsentrasiyanın burada toplandığını vurğulayırlar.

    Tayvanlı elm adamlarına görə, boğazı yaxalamaq xəstəliyin erkən mərhələdə qarşısını ala bilər.

    Mütəxəssislər qarqara etməyin maska və əlcək taxmaq qədər təsirli və zəruri olduğunu vurğulayıblar.