Month: June 2020

  • Kürdə batan şəxsin meyiti tapılıb

    Kür çayının Sabirabad rayonu, Ulacalı kəndi ərazisindən keçən hissəsində 1957-ci il təvəllüdlü Soltanov Teymur Əhmədrza oğlunun axtarışları başa çatıb.

    Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, T.Soltanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

  • 3 gündən artıq öskürək varsa, test verilməlidir – Qızdırmanı gözləməyin

    Dünya miqyasında koronavirusun diaqnozu, müalicəsi metodları ilə bağlı bilgilər daim dəyişir və yenilənir.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, hazırda mütəxəssislər gəldiyimiz nöqtədə qızdırma ölçülərinin infeksiyanı müəyyən edən əlamət olmadığını, öskürək və tənəffüs çatışmazlığının daha nəzərəçarpan simptom olduğunu bildirir.

    Son elmi araşdırmalara görə, qızdırması 37,3 dərəcədən çox olan hər kəsdə infeksiya aşkarlanıb. Lakin 38-dən yuxarı olan zaman reanimasiyaya gedən xəstələrdə qızdırma cavabının olmadığı müəyyən edilib.

    Buna görə də koronavirusun müalicəsi ilə məşğul olanlar artıq yeni xəstələri təkcə qızdırmaya görə yox, öskürək və tənəffüs çatışmazlığı ilə bağlı testdən keçirir.

    Xüsusilə, yaşlı insanların immun sistemləri zəif olduğua görə, onlarda infeksiyaya yoluxma olsa belə, qızdırmaya rast gəlinməyə bilər. Onlarda boğaz ağrısı, yorğunluq və öskürək daha nəzərəçarpan ola bilər.

    Müxtəlif ölkələrin Səhiyyə Nazirlikləri xəstəxanaya müraciət edən şəxslərin 80%-dən çoxunun heç bir simptom olmadan gəldiklərini bildirir. Bu da o deməkdir ki, koronavirus artıq asimptomatik – yəni ən təhlükəli mərhələsindədir.

  • “Keşlə”də iki yeni müqavilə

    “Keşlə” klubu iki futbolçusunun müqaviləsinin müddətini artırıb.

    Bakı təmsilçisi Rəşad Əzizli və İlkin Qırtımovun müqaviləsinin müddətini artırıb.

    Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu növbəti mövsümün sonuna qədər “Keşlə”nin şərəfini qoruyacaq.

  • При ДТП в Геранбое пострадали сестры

    В Геранбойском районе произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, инцидент зафиксирован в селе Агджакенд.

    Отмечается, что в результате столкновения двух автомобилей пострадали четыре человека: Гюнель Ширинова, 1989 года рождения, ее сестра Гюнай Ширинова, 1985 года рождения, Эльшан Исмайлов, 1985 года рождения и Бахтияр Казымов, 1984 года рождения.

    Все они были доставлены в больницу. Состояние пострадавших удовлетворительное, в настоящее время им оказывается амбулаторная помощь.

    По факту начато расследование.

  • Göygöldə gecəyarısı dəhşətli qətl: Mühafizəçi qadının boğazını kəsdi – Təfərrüat

    Göygöl rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Orxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Median.Az Teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

    Yaxın günlərdə məhkəmə iclası başlanacaq.

    İttihama görə, ötən il sentyabrın 8-dəGöygöl rayonunun Üçtəpə kəndində təqribən yaşı 30 yaşlı Günay Cəlilili yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

    Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

    Gunay Cəlili Beynəlxalq Bankın Gəncə şəhər filialının əməkdaşıdır. Qətli törədən Orxan Məmmədov da həmin bankda mühafizəçi işləyib. Qadının iki övladı qalıb.

    Onun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib və qadın atası və ovladları (bir oğlu və qızı -red) ilə birlikdə Üçtəpə kəndindəki ər evində (yarıtikili -red) yaşayırmış. Hadisə zamanı evdə qadınla birlikdə bibisi və övladları olub. Qətlin gecə saat 4 radələrində törədildiyi deyilir.

    Günay Cəlilinin qaldığı ev kəndin kənarında yerləşir və bu günə kimi onun haqqında heç bir pis söz, şayiə eşidilməyib.

    İstintaq orqanı tərəfindən Orxan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Cinayət Məcəlləsini 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

  • “Bona Dea”dan 22 yaşlı pasiyentin meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı AÇIQLAMA

    “Bona Dea” Beynəlxalq Hospitalı 22 yaşlı pasiyentin meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.

    Tibb müəssisəsinin yaydığı açıqlamada qeyd olunub ki, 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızı iyunun 5-də qanhayxırma və son 20 gündə səkkiz kiloqram arıqlama şikayəti ilə tibb müəssisəsinə müraciət edib.

    Bildirilib ki, o, onkoloq tərəfindən müayinə olunub. Müayinə zamanı digər xəstəxanalarda aparılan radioloji müayinələr (torakoabdominal KT) araşdırılıb, ağciyər, qaraciyər və yumurtalıqlarda yayılmış şəkildə metastatik ocaqlar aşkarlanmışdı. Xəstə yaxınlarına mövcud vəziyyət barədə ətraflı məlumat verilmiş və dəqiq diaqnoz üçün biopsiya tövsiyə olunub:

    “Xəstə və yaxınlarının yazılı razılığı əsasında qaraciyərdəki ocaqdan invaziv həkim radioloq tərəfindən biosiya götürülüb. Nəticədə xəstəyə “koriokarsinoma, uzaq orqanların metastazı, mərhələ 4” diaqnozu qoyulub.

    Tibbi onkologiyada bu durum təcili vəziyyət sayıldığından xəstənin yaşı nəzərə alınaraq zaman itirmədən kimyəvi müalicə başlandı. Xəstənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində xüsusi izolyasiya olunan otağa yatırılıb və ona intensiv müalicə göstərilib.

    Təqib zamanı qaraciyərdəki metastaz ocaqlarından qanaxma aşkarlandı və dayandırıldı. Kimyəvi terapiya davam etdirildi. Məlum olduğu kimi, kimyəvi terapiyanın ən geniş yayılmış yan təsirlərindən biri neutropeniadır. Xəstədə də neutropenia və sepsis aşkarlandı. Geniş spektrumlu antibiotik müalicəsi və intensiv müalicəyə baxmayaraq xəstə ağciyər çatışmazlığından iyunun 25-də vəfat edib.

    Prosedurun izahı və qeydiyyat zamanı xəstə yaxınlarının “maddi problemimiz yoxdur, nə lazımdır olunsun” deməsi və yazılı razılıq verməsinə baxmayaraq, xəstənin və ailənin vəziyyəti nəzərə alınaraq mənfəət düşünülmədən sadəcə tibbi sərfiyyat və xərclər tələb olunub”.

  • В Турции за сутки коронавирус подтвердился у 1396 человек

    В течение текущего дня в Турции коронавирус подтвердился у 1396 человек.

    Как сообщает Median.Az, об этом написал министр здравоохранения республики Фахреттин Коджа в Twitter.

    Отмечается, что всего заразились 194 тысячи, вылечились 167 тысяч, погибли больше пяти тысяч человек.

  • Taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanlarını alması üçün onlayn müraciət platforması hazırlanıb

    Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi layihəsi çərçivəsində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanlarının alması üçün onlayn müraciət platforması hazırlanıb.

    BNA-dan Milli.Az-a verilən məlumata görə, məqsəd Bakının inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin rahatlığının təmin edilməsi, pandemiya dövründə sosial məsafəni qoruyaraq fiziki təmasların azaldılması və vahid taksi sürücü məlumat bazasını yaratmaqla taksi fəaliyyətində dövlət tərəfindən sahibkarlıq fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının aradan qaldırılmasıdır.

    Vahid taksi sürücü məlumat bazasının yaradılması həmçinin, taksi fəaliyyəti ilə bağlı hesabatlılığın dəqiq və şəffaf aparılmasına, taksi fəaliyyətinin iqtisadi səmərəliliyinin düzgün müəyyən edilməsinə və bu sahənin inkişafına investisiya qoyuluşlarının artırılmasına imkan verəcəkdir. Eyni zamanda, fərqlənmə nişanlarının verilməsinin elektronlaşdırılması ölkəmizdə onlayn xidmətlərin artırılması proseslərinə dəstək olacaqdır.

    Onlayn müraciət forması Alo141.az saytında yerləşdirilib https://fr.alo141.az/login. Fərqlənmə nişanını almaq istəyən şəxslər müvafiq olaraq qeydiyyatdan keçərək müracitələrini tamamlaya bilərlər. Həmçinin, onlayn müraciət üzrə video-təlimat da hazırlanaraq sayta yerləşdirilib.

    Bir daha taksi fəaliyyəti ilə məşğul olan şəxslərin diqqətinə çatdırırıq ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə və onlayn taksi xidməti göstərən fiziki şəxslərə verilir. İctimai nəqliyyatda Koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək.

    Həmçinin, Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli 73 nömrəli Qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişindaşımalarını yerinə yetirən taksi minik avtomobilləri müəyyən edilmiş standartlara və normativlərə uyğun olmalıdır.

    Taksi xidmətinin göstərilməsi üçün fərqlənmə nişanlarının verilməsi üzrə onlayn müraciət platforması bu sahədə ümumiləşdirilmiş məlumat bazasının yaradılması məqsədilə digər məlumat bazalarına, o cümlədən, ASAN məlumat bazasına inteqrasiya olunacaqdır.

  • Son sutka ərzində sərt karantin rejimini pozan 1248 nəfər cərimələnib – VİDEO

    Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda, o cümlədən marşurut avtobuslarında, Bakı metropolitenində, habelə insanların sıx toplaşdığı ərazilərdə növbəti reyd keçirilib.

    Reyd zamanı sosial məsafəni gözləməyən, tibbi maskalardan istifadə etməyən, icazəsiz yaşayış yerini tərk edən şəxslərə qanunvericiliyə uyğun olaraq xəbərdarlıq edilib, bəziləri isə inzibati məsuliyyətə cəlb olunublar.

    Nərimanov Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Elçin Mirzəli bütün vətəndaşları karantin qaydalarına əməl etməyə, xüsusən ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə etməyə çağırıb.

    Son sutka ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə nəqliyyat vasitələri ilə hərəkətdə olan 1248 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

  • Водители такси смогут получать отличительный знак посредством онлайн-платформы

    В рамках проекта по регулированию деятельности такси для водителей разработана платформа онлайн-обращения для получения отличительных знаков.

    Согласно сообщению Бакинского транспортного агентства (БТА), этот шаг был предпринят с целью обеспечения комфорта водителей такси на административной территории Баку, уменьшения физических контактов, сохраняя социальную дистанцию во время пандемии, а также для устранения злоупотребления условиями, созданными государством для предпринимательской деятельности в сфере такси путем создания единой базы данных водителей такси.

    “Создание этой базы также позволит получать точные и прозрачные отчеты о деятельности такси, правильно определять экономическую эффективность операций и увеличивать инвестиции в развитие этой области. В то же время, электронная выдача отличительных знаков окажет поддержку процессу увеличения предоставления онлайн-услуг в нашей стране.

    Онлайн-форма заявки размещена на сайте Alo141.az (https://fr.alo141.az/login). Желающие получить знак могут заполнить заявку, зарегистрировавшись соответствующим образом. Также на сайте размещена видео-инструкция.

    Еще раз хотим напомнить лицам, занимающимся деятельностью в данной сфере, что отличительный знак выдается только юридическим и физическим лицам, которые предоставляют онлайн-услуги. В соответствии с инструкциями по профилактике коронавирусной инфекции в общественном транспорте, в легковом автомобиле необходимо установить прозрачную перегородку. Транспортным средствам без перегородок знак выдаваться не будет”, – говорится в сообщении.

    Также, согласно Постановлению Кабинета министров № 73 от 4 марта 2019 года, такси, работающие на административной территории Баку, должны соответствовать установленным стандартам и нормам.