Month: June 2020

  • Abşeronda evində silah-sursat, qumbara və narkotik vasitələr gizlədən şəxs saxlanıldı – FOTO

    Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı evdə külli miqdarda narkotik vasitə, odlu silah-sursat gizlədən, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, əməliyyat zamanı Sumqayıt şəhərində qeydiyyatda olan, əvvəllər məhkum olunmuş Eldar Dövlətov tutularaq istintaqa təqdim olunub.

    Onun Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinə baxış zamanı 500 qrama yaxın qurudulmuş marixuana, 15 qramdan artıq tiryək, elektron tərəzi və çətənə toxumları aşkar olunaraq götürülüb. Həyətyanı sahəyə baxış zamanı Eldar Dövlətovun orada əkdiyi əlavə 4 ədəd çətənə bitkisi də aşkar olunub.

    İstintaq tədbirlərinin davamı olaraq müəyən edilib ki, saxlanılan şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat da gizlədib.

    Polislər tərəfindən mənzilə baxış zamanı Eldar Dövlətova məxsus 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” əl qumbarası alışqanı ilə birlikdə, 49 ədəd parton, 3 ədəd patron darağı və 1 ədəd pnevmatik tapança da aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitə və silah-sursatın ona məxsus olduğunu etiraf edib.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Eldar Dövlətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təddbiri seçilib. Onun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.




  • Əsgərlərdən Azərbaycan xalqına SALAM – VİDEO

    Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. Azərbaycan Ordusunun 102 yaşı tamam olur.

    ARB TV bu münasibətlə hərbçilərimizin xalqa salamını əks etdirən videoçarx hazırlayıb.

    Sözügedən videoçarxı təqdim edirik:

  • В Азербайджане выявлено 517 новых случаев инфицирования COVID-19, скончались еще 7 человек

    В Азербайджане выявлено 517 новых случаев инфицирования коронавирусом, еще 305 человек излечились.

    Об этом 26 июня сообщает оперативный штаб при Кабинете министров.

    За последние сутки от COVID-19 скончались еще семь человек.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 15 369 человек, 187 из которых скончались, 8 364 – излечились, 6 818 – продолжают лечение в больницах особого режима.

    В республике на сегодняшний день проведено 456 215 тестов (за последние 24 часа 6 980) на выявление COVID-19.

  • Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 517 yeni yoluxma – RƏSMİ

    Azərbaycanda 517 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

    Hazırda ölkədə aktiv xəstələrin sayı 6818 nəfərdir. Ümumilikdə bu günə qədər koronavirusa yoluxan 15369 nəfərdən 8364-ü sağalıb, 187-si ölüb.

  • Azərbaycanda keçmiş məmur koronavirusdan öldü – FOTO

    Azərbaycanda təhsil şöbəsinin keçmiş müdiri vəfat edib.

    Laçın Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Şahlar Xəlilov koronavirusdan ölüb.

    Onun həyat yoldaşı Səadət Mirzəyevanın da COVID-19 testi müsbət çıxıb.

    S.Mirzəyeva xəstəxanada müalicə alır.


    //oxu.az

  • Bakıda çirkab suları təhlükə saçır – VİDEO

    Binəqədi rayonu Sulutəpə qəsəbəsinin Ruslan Allahverdiyev küçəsi, döngə 15 ünvanında yaşayan sakinlər onlara həm fiziki, həm də maddi zərər verə biləcək bir təhlükə ilə üz-üzə qalıblar.

    Çirkab sularının axıb getdiyi yolda bir neçə il əvvəl tanımadıqları vətəndaş ev tikib.

    Nəticədə, çirkli sular bir yerdə toplanmağa başlayıb. Bu səbəbdən də yağış yağanda və çirkab sularının çoxaldığı vaxt su daşaraq, küçələrə, evlərin zirzəmilərinə dolur.

    Ətraflı Baku TV-nin süjetində:

  • Dövlət Komitəsinin koronavirusa yoluxan əməkdaşları sağaldı

    Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxan ikinci əməkdaşı da sağalıb.

    Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı bildirib.

    “Diasporla İş üzrə Dövlət Komitəsini virusa yoluxan iki əməkdaşından birinin tam sağalaraq, xəstəxanadan evə buraxıldığını yazmışdım. Artıq digər əməkdaşımızın da sağaldığı xəbərini aldıq.

    Bu bəlaya düçar olan hər bir insanla bağlı belə xoş xəbər eşitmək arzusundayıq. Peşəkar həkimlərimizə təşəkkür edirik. Bütün dünyanın bu qlobal problemə qalib gəlməsini arzulayırıq”, – deyə Komitə rəsmisi əlavə edib.

  • AZAL начинает продажу билетов Баку-Стамбул-Баку

    На сайте Национального авиаперевозчика Азербайджана (AZAL) (www.azal.az) открыта продажа билетов Баку-Стамбул-Баку.
     
    Начиная со 2 июля по 29 августа, авиакомпания AZAL дважды в неделю (по четвергам и субботам) будет совершать авиаперелеты между Баку и Стамбулом. Продажа билетов на эти рейсы открыта до конца августа.
     
    Отметим, что помимо AZAL, начиная с 1 июля, авиаперелеты между Баку и Стамбулом будет выполнять и Turkish Airlines. Турецкая авиакомпания также будет осуществлять полеты дважды в неделю (по средам и пятницам).
     
    Таким образом, начиная с 1 июля, количество специальных авиарейсов между Баку и Стамбулом возрастет до четырех раз в неделю, что также позволит вернуться в Азербайджан студентам и другим гражданам транзитом через Стамбул.
     
    Кроме того, на авиабилеты данных рейсов AZAL предоставит 30%-ную скидку для обучающихся за рубежом азербайджанских студентов, у которых это прописано в миграционной карте.
    Во время покупки авиабилета на сайте AZAL студенты должны будут переслать колл-центр авиакомпании копию миграционной карты и им будет выслана ссылка для оплаты стоимости скидочного авиабилета. Важно отметить, что оригинал миграционной карты также необходимо будет предъявить на стойке регистрации в аэропорту. В случае ее отсутствия пассажир не будет допущен к рейсу.


    Согласно новым правилам, к полетам будут допускаться только пассажиры, прошедшие тестирование на коронавирус (COVID-19). Со списком лабораторий, аккредитованных Объединением по управлению медицинскими территориальными подразделениями (TƏBİB), можно ознакомиться ниже:

    – лаборатория İnci. Адрес: проспект Бюльбюля, 40. Контактный номер: +994 51 229 49 80;

    – клинический лабораторный центр Referans. Адрес: ул. Мирзабалы Мамедзаде. Контактный номер: +994 70 653 00 33;

    – Memorial Klinik. Адрес: проспект Гара Гараева, 38a. Контактный номер: +994 12 520 30 40.

    Как сообщалось ранее, при вылете из Стамбула в аэропорту на стойке регистрации необходимо будет показать справку о негативном результате на COVID-19, предоставленную одной из клиник Memorial Sağlık Grubu или других клиник из списка на сайте министерства здравоохранения Турции: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.

    Пассажиры, возвращающиеся из других стран через Стамбул, могут предоставить справку о тестировании из лаборатории, сертифицированной министерством здравоохранения (или другим компетентным органом) этой страны, либо пройдя тестирование в одной из турецких клиник из списка, предоставленного выше.

    Во всех случаях тест должен быть сдан не позднее, чем за 48 часов до вылета рейса.

    В соответствии с решением Кабинета Министров Азербайджана, все прибывшие этими рейсами в Баку пассажиры в течение двух недель должны будут находиться на самоизоляции. С этой целью во время полета они должны будут заполнить декларацию с указанием адреса проживания, где они смогут самоизолироваться. Разрешения, выдаваемые посредством SMS-8103, не будут распространяться на этих лиц.

    Согласно новым правилам AZAL, в качестве ручной клади разрешается иметь при себе только женскую ручную сумку, или мужской портфель, или сумку для портативного компьютера, размеры которой не превышают 30x35x10 см (сумку следует использовать только по назначению). Остальной багаж, включая бумажные и полиэтиленовые пакеты, необходимо зарегистрировать в багажном отделении. Покупки, сделанные в магазинах Duty Free, также в качестве ручной клади на борту запрещены.

    Напомним, что на выполняемых в период пандемии COVID-19 рейсах будут применяться специальные правила как в аэропортах вылета и прилета, так и на борту воздушного судна.

    “Азербайджанскими авиалиниями” была подготовлена видеоинструкция:

  • AZAL Bakı-İstanbul-Bakı reysi üzrə aviabilet satışına başladı – VİDEO

    Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışı başlanıb.

    İyulun 2-dən avqustun 29-dək AZAL aviaşirkəti həftədə iki dəfə (cümə axşamı və şənbə günlər) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək.

    Qeyd edilib ki, “Azərbaycan Hava Yolları”ndan başqa, iyulun 1-dən etibarən “Türk Hava Yolları”da Bakı və İstanbul arasında həftədə iki dəfə (çərşənbə və cümə günlər) uçuşlar yerinə yetirəcək.

    Beləliklə, iyulun 1-dən etibarən Bakı və İstanbul arasında xüsusi aviareyslərin sayı həftədə dörd dəfəyədək artırılacaq. Bunun sayəsində tələbələrin və vətəndaşların digər ölkələrdən İstanbul üzərindən tranzit keçməklə Azərbaycana qayıtması üçün imkan yaranacaq. 

    Bundan əlavə, həmin reyslərdə AZAL xarici ölkələrdə təhsil alan, miqrasiya vəsiqəsində müvafiq qeyd olan azərbaycanlı tələbələrə 30% güzəştlə aviabilet təqdim edəcək. AZAL-ın saytında aviabilet alışı zamanı tələbələr miqrasiya vəsiqəsinin surətini aviaşirkətin çağırış mərkəzinə göndərməlidirlər və onlara güzəştli aviabiletin dəyərinin ödənilməsi üçün link təqdim ediləcək.

    Xüsusilə qeyd etmək lazımdır ki, miqrasiya vəsiqəsinin əsli hava limanında qeydiyyat zamanı təqdim edilməlidir. Miqrasiya vəsiqəsi olmadığı təqdirdə sərnişin reysə buraxılmayacaq.

    Yeni qaydalara uyğun olaraq yalnız  koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı bunlardır:

    – “İnci” laboratoriyası. Ünvan: Bülbül prospekti, 40. Əlaqə telefonu: ‪+994 51 229 49 80‬;

    – “Referans” kliniki laboratoriya mərkəzi. Ünvan: Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: ‪+994 70 653 00 33‬;

    – “Memorial Klinik“. Ünvan: Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: ‪+994 12 520 30 40‬.

    Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən “Memorial Sağlık Grubu” klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi

    İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud  yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.

    İstənilən halda test uçuşdan ən gec 48 saat əvvəl verilməlidir.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslə Bakıya gələn bütün sərnişinlər iki həftəlik özünütəcrid rejiminə keçməli olacaqlar. Bu məqsədlə, uçuş zamanı özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməklə bəyannamə doldurmalı olacaqlar. 8103 nömrəsinə SMS göndərməklə alınan icazə həmin şəxslərə şamil olunmur.

    AZAL-ın yeni qaydalarına əsasən, yalnız qadın əl çantasının və ya kişi portfelinin, yaxud 30x35x10 sm ölçüdən böyük olmayan portativ kompüter üçün çantanın (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. “Duty Free” mağazalarından alınan əşyaların da təyyarədə əl yükü qismində daşınması qadağandır.

    Xatırladaq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur.

    “Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı təqdim edirik:

  • Bakı Apellyasiya Məhkəməsinin hakimi koronavirusdan öldü – FOTO

    Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov koronavirusdan vəfat edib.

    Bu barədə mərhumun tələbə yoldaşı, deputat Fazil Mustafa məlumat verib.

    O qeyd edib ki, N.Məmmədov Astarada müalicə aldığı xəstəxanada vəfat edib.

    55 yaşlı N.Məmmədov 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi idi.