Month: June 2020

  • Azərbaycanda hərəkətinə icazə verilən işçi sayına məhdudiyyət qoyulur

    Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən bir çox iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

    “Report” xəbərt verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilib.

    Aşağıdakı sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır:

    – gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

    – tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

    – mühəndislik və layihələndirmə xidmətləri;

    – qablaşdırma məhsullarının istehsalı;

    – zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

    – tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

    – onlayn satışlar.

    – kimyəvi təmizləmə;

    – mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

    – avtomobillərin təmiri;

    – avtomobil yuyulma məntəqələri;

    – heyvan sığınacaqları.

    – tərcümə xidmətləri.

    İş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən dən çox olmamalıdır.

  • “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib

    26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib.

    Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-a bildirib ki, tədbirdə Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov, “Narkotiklərə qarşı təbliğat” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti, Dövlət Komissiyasının üzvü Rauf Zeyni, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və digər şəxslər iştirak ediblər.

    Bildirilib ki, bu sosial bəlanın aradan qaldırılması məqsədilə üç Dövlət Proqramı icra olunub, 2019-cu ildən etibarən isə dördüncü Dövlət Proqramı həyata keçirilməkdədir.

    Azad Rəhimov qeyd edib ki, gənclərin layiqli vətəndaş kimi tərbiyə olunması, onlar arasında sağlam həyat tərzinin təbliği Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin əsas vəzifələrindən biridir. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərə dövlət dəstəyi sahəsində tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bildirilib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi vəzifə kimi aidiyyəti orqanlara tapşırılıb. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilməli olan kompleks tədbirləri müəyyən edib.

    O bildirib ki, Nazirlik tərəfindən ilk dəfə “Həyatla oyun” adlı tamaşa 2012-ci ildə səhnələşdirilib. Tamaşa ictimaiyyət tərəfindən hədsiz maraqla qarşılanıb. 2012-2019-cu illər ərzində Bakı şəhəri və respublikanın digər rayon və şəhərlərində 19-dan çox Gənclərin Fiziki Aktivlik və Sağlamlıq Festivalı keçirilib. Festivallar çərçivəsində məktəblilər arasında yarışlar baş tutub, bir sıra idman növləri üzrə fəaliyyətlər nümayiş etdirilib.

    2017-2019-cu il ərzində respublikanın 16 rayonunda “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında maarifləndirici tədbirlər keçirilib. Bu tədbirlərdə üç minə yaxın yeniyetmə və gənc iştirak edib.

    Bununla yanaşı, nazirliyin Bakı şəhəri və ölkəmizin digər rayon və şəhərlərdəki yerli idarələri, eyni zamanda gənclərin qeyri-hökumət təşkilatları tərəfindən də gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı tədbirlər mütəmadi olaraq həyata keçirilir. 2016-cı ildə “Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda konfrans və sərgi, 2018-ci il də isə “Narkomanlığa qarşı mübarizə mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları müsabiqəsi”si Komissiya ilə birgə təşkil olunub.”

    Videokonfransda qeyd edildi ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Gənclər və İdman Nazirliyinin və digər dövlət qurumlarının narkomaniyaya qarşı mübarizə işinə öz töhfəsini vermək üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcək, bu istiqamətdə fəaliyyətini məqsədyönlü şəkildə davam etdirəcək.

  • Pandemiya dövründə iqtisadi itkilərimiz – VİDEO

    Hələ altı ay bundan əvvəl Beynəlxalq Valyuta Fondunun prezidenti Kristalina Georgiyeva 2020-ci ilin iqtisadi proqnozlarını açıqlayan zaman bir çox ölkədən gələn məlumatların gözləntilərdən daha pis olduğunu bildirib.

    Bu gün Aərbaycan da daxil Dünya iqtisadiyyatında yaranan durğunluq və böhranın səbəbi bəllidir. Mövcud vəziyyət isə ölkə iqtisadiyyatının hansı sahədə daha zəif olduğunu və bu sektorların böhran hadisələrinə qarşı immunitetlərini necə gücləndirməsi məsələsini aktuallaşdırdı.

    Mövzu ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:

  • Yaqut Qarayevadan beynəlxalq uçuşlarla bağlı MÜHÜM AÇIQLAMA

    “Beynəlxalq uçuş üçün xaricə səfər edənlərin laborator müayinəsini TƏBİB aparmır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib

    Y.Qarayeva deyib ki, bununla bağlı məlumatlar AZAL-ın rəsmi saytında yerləşdirilib:

    “Bu məsələ AZAL və labaratoriyalar arasında razılaşdırılmış şəkildə həyata keçirilir. Testlərin qiyməti barədə isə TƏBİB-də məlumat yoxdur”.

  • ВОЗ: Число случаев инфицирования коронавирусом стремительно растет

    В последние две недели выросло число случаев инфицирования коронавирусом.

    Об этом на брифинге оперативного штаба при Кабинете министров 25 июня сказала представитель ВОЗ в Азербайджане Ханде Харманджи.

    По ее словам, главная причина этого кроется в несоблюдении социальной дистанции.

    “Станьте примером для других. Соблюдайте правила”, – сказала Х.Харманджи.

  • Son 14 gün ərzində virusa yoluxma halları artıb – RƏSMİ

    “Son 14 gün ərzində virusa yoluxma halları artıb”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

    O bildirib ki, bunun əsas səbəbi fiziki məsafənin gözlənilməməsidir:

    “Digərlərinə nümunə olun və qaydalara həm özünüz riayət edin, həm də ətrafdakıların riayət etməsinə şərait yaradın”.

  • BMT rəsmisi: “Azərbaycanda iqtisadiyyatın bərpası istiqamətində danışıqlar aparırıq”

    “BMT TƏBİB-ə zəruri tibbi avadanlıqlarla bağlı dəstək olub”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.

    O bildirib ki, tibbi ləvazimatlarla yanaşı, qoruyucu vasitələr, xüsusən tibbi maska ilə bağlı da dəstək göstərilib.

    “Azərbaycanın İqtisadiyyat Nazirliyi və operativ qərargahla sıx əməkdaşlıq edirik. İqtisadiyyatın bərpası istiqamətində danışıqlar aparırıq”, – deyə o əlavə edib.

  • ÜST rəsmisindən koronavirus peyvəndi ilə bağlı MÜHÜM AÇIQLAMA – VİDEO

    “Bir peyvənd artıq sınağın son mərhələsindədir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

    O bildirib ki, 2020-ci ilin sonuna qədər sınaqdan keçirilən peyvəndin tam olaraq istifadəyə verilməsi və viruslara qarşı güclü vasitə olacağı gözlənilir.

  • В Азербайджане выявлено 547 новых случаев инфицирования COVID-19, шесть человек скончались

    В Азербайджане выявлено 547 новых случаев инфицирования коронавирусом (COVID-19).

    Об этом 25 июня на брифинге оперативного штаба при Кабинете министров сказала заведующая отделом Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Ягут Гараева.

    От коронавируса за сутки вылечился 291 человек, еще шесть пациентов скончались, отметила Я.Гараева.

  • Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 547 yeni yoluxma

    “Bu gün Azərbaycanda 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

    O bildirib ki, koronavirusa yoluxanlardan 291 nəfər sağalıb, altısı isə vəfat edib.

    Y.Qarayeva əlavə edib ki, bu gün 7274 test icra olunub.