Month: June 2020

  • AzTV-dən 50-dən çox əməkdaşda koronavirusun aşkarlanması xəbəri ilə bağlı AÇIQLAMA

    AzTV 50-dən çox əməkdaşının koronavirusa yoluxması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

    Kanalın sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Qafqazinfo-ya məsələ ilə bağlı açıqlamasında məlumatı təkzib edib:

    “50-dən çox əməkdaşımızda koronavirusa yoluxma halının qeydə alınması ilə bağlı yayılmış məlumat düzgün deyil. Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimovanın yoluxması ilə bağlı məlumat mediada bir müddət öncə işıqlandırılmışdı. Onlar müalicə alırlar və artıq vəziyyətləri də yaxşıdır.

    Ancaq sədr müavini Rafiq Həşimovun yoluxması ilə bağlı yayılmış xəbər doğru deyil”.

  • Azərbaycanda daha bir vəzifəli şəxs cinayət başında yaxalandı, həbs edildi – RƏSMİ

    Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

    Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsindən birgə verilən məlumatda qeyd olunub.

    Məlumatda qeyd olunub ki, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədi ilə öz qanunazidd şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və yüksək etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən silsilə tədbirlər davam etdirilməkdədir.

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan “Gate Est Group” MMC və “İnterlogistics” MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi ümumilikdə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında yaxalanıb.

    Faktla bağlı cinayət işi başlanılaraq, Ceyhun Babayev tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə dörd ay müddətə həbs-qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Завтра в Азербайджане будет ветрено и дождливо

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 26 июня.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, пасмурная погода, порывистый северо-западный ветер, утром – местами непродолжительные дожди, грозы.

    Температура воздуха на Абшероне составит ночью 21-24, днем – 25-28, в Баку ночью – 21-23, днем – 25-27 градусов тепла.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 21-22, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 23-24 градуса тепла.

    Атмосферное давление повысится с 758 до 762 мм ртутного столба, относительная влажность – 65-75%.

    В районах Азербайджана завтра прогнозируются грозы, дожди, на севере и западе страны – ливни, град, порывистый восточный ветер.

    Температура воздуха составит ночью 20-25, днем – 30-34, в горах ночью – 10-15, днем – 18-23 градуса тепла.

  • Sabahın havası: Güclü külək, leysan

    26 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 25-28, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

    26 iyunda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 30-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

    İyunun 26-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Новый глава ИВ Имишлинского района уволил помощника

    Приказом главы Исполнительной власти (ИВ) Имишлинского района Эльчина Рзаева его помощник Эмиль Сулейманов освобожден от занимаемой должности, передает Unikal.org.

    На его место пока никто не назначен.

    Отметим, что Э.Сулейманов был помощником бывшего главы ИВ Вильяма Гаджиева, арестованного в ходе спецоперации Службы государственной безопасности.

  • Yeni başçı Vilyam Hacıyevin kadrını işdən çıxardı

    İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev köməkçisini işdən çıxarıb.

    Unikal.org-un məlumatına görə, E.Rzayevin əmri ilə köməkçisi Emil Süleymanov tutduğu vəzifədən azad olunub.

    Hələlik onun yerinə təyinat yoxdur.

    Qeyd edək ki, E.Süleymanov DTX əməkdaşları tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin köməkçisi olub.

  • İlham Əliyev onları təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş aşağıdakı şəxslər təltif edilib:

    “Azərbaycan Bayrağı” ordeni ilə

    Hüseynov Rövşən Səməd oğlu – istefada olan polkovnik-leytenant

    Çaybasarlı Elçin Rəhman oğlu – istefada olan mayor

    Həsənov Zahir Şamxal oğlu – istefada olan leytenant

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Babayev Elşad Çingiz oğlu – general-leytenant

    Ağalarov Fazil Köçəri oğlu – general-mayor

    Eminov Məmməd Şəmil oğlu – general-mayor

    Xəlilov Elçin Xəzənağa oğlu – general-mayor

    Nəsibov Qədir Əşrəf oğlu – general-mayor

    “Vətən uğrunda” medalı ilə

    Əlibəyov Elxan Əlibəy oğlu – general-mayor

    Əliverdiyev Vüqar Əfqan oğlu – general-mayor

    Rzayev Mübariz Balağa oğlu – general-mayor

    Əsgərov Vüqar Feyruz oğlu – polkovnik

    Əzimzadə Emin Rauf oğlu – ədliyyə polkovniki

    Hüseynov Anar Tofiq oğlu – polkovnik

    İslamzadə Namiq Sərəfruz oğlu – polkovnik

    Mirzəyev Fikrət Ərəstun oğlu – polkovnik

    Ramazanov Nəsif Məmmədəli oğlu – polkovnik

    Seyidov İlham İsrayıl oğlu – polkovnik

    Şirvanov Mahir Məhərrəm oğlu – polkovnik

    Əliyev Ramiq Sirac oğlu – polkovnik-leytenant

    Həziyev İbrahim Əsəd oğlu – polkovnik-leytenant

    Mirzəyev Anar Mehman oğlu – polkovnik-leytenant

    Şıxalıyev Nəsimi Yarməmməd oğlu – polkovnik-leytenant

    Zeynalov Zahir Səlamət oğlu – mayor

    İsmayılov Ceyhun İsaxan oğlu – kapitan

    “İgidliyə görə” medalı ilə

    Həsənov Ayaz Binyat oğlu – general-leytenant

    Cəfərov Zaur Hüseyn oğlu – polkovnik-leytenant

    Əliyev Əli Mikayıl oğlu – polkovnik-leytenant

    Əmirov Teymur Abbas oğlu – polkovnik-leytenant

    Əfkərov Ramin Əhməd oğlu – mayor

    Hümbətov Ramal Səlim oğlu – mayor

    Mehdiyev Elmar Adil oğlu – mayor

    Təhməzov Ceyhun Mirzəbaba oğlu – kapitan

    Əliyev İlkin Məhəmməd oğlu – baş gizir

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Əliyev İkram Zülfü oğlu – general-mayor

    İsmayılov Rauf Arif oğlu – general-mayor

    Mahmudov Hüseyn Pənah oğlu – general-mayor

    Babayev Aqşin Azad oğlu – polkovnik

    Cəfərov Ceyhun Sədulla oğlu – polkovnik

    Cəfərov Rövşən Məmmədcəfər oğlu – tibb xidməti polkovniki

    Ərəblinski Şərif Ramazan oğlu – polkovnik

    İsayev Vüqar İsa oğlu – ədliyyə polkovniki

    Məmmədov İlqar Kazım oğlu – polkovnik

    Şirinov Habil Sabir oğlu – istefada olan tibb xidməti polkovnik-leytenantı

    Baxşəliyev Mehman Asdan oğlu – istefada olan mayor

    İsayev Hənifə Hüseyn oğlu – istefada olan mayor

    Sedov Sergey Yakovleviç – istefada olan mayor

    Aslanov Ərşad Xasay oğlu – istefada olan baş leytenant

    Bayramov Siyavuş Rəhim oğlu – ehtiyatda olan baş gizir

    Rəhimova Gülnaz Xasay qızı – baş gizir

    Mehdiyev İlqar Mirzə oğlu – istefada olan gizir

    Müzəffərov Eynulla Feyzulla oğlu – ehtiyatda olan baş çavuş

    Abbasov Basir Ağaəli oğlu – çavuş (ölümündən sonra)

    Həsənov Aftandil Məmməd oğlu – ehtiyatda olan kiçik çavuş

    Salmanov Məhərrəm Hüseyn oğlu – ehtiyatda olan kiçik çavuş

    Həsənov Amil Vəli oğlu – ehtiyatda olan əsgər

    Hüseynov Bilal Ətraf oğlu – ehtiyatda olan əsgər

    Novruzov Eyvaz Əli oğlu – ehtiyatda olan əsgər

    Rəhimov Xudaverən Yaqub oğlu – istefada olan əsgər.

  • Ряду военнослужащих Минобороны Азербайджана присвоены высшие воинские звания

    Президент Азербайджана Ильхам Алиев 25 июня подписал распоряжение о присвоении ряду военнослужащих Министерства обороны высших воинских званий.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, генерал-лейтенанту Керему Нариман оглу Мустафаеву присовено воинское звание генерал-полковника, полковникам Низами Агаоглан оглу Мамедову и Рамилю Алимран оглу Аскерову – генерал-майора, капитану 1-го ранга Субхану Камал оглу Бакирову – воинское звание контр-адмирала.

  • Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

    “general-polkovnik” hərbi rütbəsi

    general-leytenant Kərəm Nəriman oğlu Mustafayevə

    “general-mayor” hərbi rütbəsi

    polkovnik Nizami Ağoğlan oğlu Məmmədova

    polkovnik Ramil Əlimran oğlu Əsgərova

    “kontr-admiral” hərbi rütbəsi

    1-ci dərəcəli kapitan Sübhan Kamal oğlu Bəkirova.

  • Эльману Самедову присвоено звание генерал-майора

    Президент Азербайджана Ильхам Алиев 25 июня подписал распоряжение о присвоении заведующему отделом по вопросам военной безопасности Службы секретаря Совета безопасности АР Эльману Мухъяддин оглу Самедову высшего воинского звания генерал-майора.

    Текст документа опубликован АЗЕРТАДЖ.