Month: June 2020

  • Qərbi Azərbaycan silkələndi

    İranın şimal-qərb hissəsində, Türkiyə ilə sərhəddə zəlzələ baş verib.

    “RİA Novosti” bu barədə İran Seysmoloji Mərkəzinın məlumatına əsasən xəbər yayır.

    Seysmoloqların bildirdiyinə görə, 5,3 bal gücündə olan zəlzələnin episentri Qərbi Azərbaycan əyalətində, Katur kəndindən 22 kilometr məsafədə olub.

    Yeraltı təkanların vilayətin ən böyük şəhəri və inzibati mərkəzi olan Təbrizdən 139 kilometr aralı, 10 kilometr dərinlikdə baş verdiyi bildirilir.

    Zəlzələ yerli vaxtla 14.33-də qeydə alınıb.

  • Кямран Алиев назначил прокурора еще одного района

    В органах прокуратуры Азербайджана произведено еще одно назначение.

    Приказом генпрокурора Кямрана Алиева Вели Мустафаев назначен прокурором Масаллинского района.

    Ранее сегодня Насиф Наджафов был назначен исполняющим обязанности прокурора Нефтчалинского района.

  • Kamran Əliyev daha bir rayona prokuror təyin etdi

    Baş prokurorluqda kadr dəyişikliyi olub.

    Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Əmrə əsasən, Vəli Mustafayev Masallı rayon prokuroru vəzifəsinə təyinat alıb.

  • Polşa Azərbaycana humanitar yardım göndərdi

    “Bu gün şəxsi mühafizə vasitələrini Bakıya göndəririk. Bu, Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdəki tərəfdaşlarımıza həmrəylik yardımı aksiyasının davamıdır”.

    Bu sözləri Vroslav hava limanında Polşanın Xarici İşlər nazirinin müavini Pavel Yablonski deyib.

    O bildirib ki, yardım kampaniyası çərçivəsində Polşa Azərbaycana təyyarə ilə ümumi dəyəri təqribən 87 min zlotı (37,3 min AZN – red.) olan tibbi maskalar, dəbilqə və dezinfeksiyaedici vasitələr göndərir:

    “Yardımı qəbuledən tərəf Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Agentliyidir. Məhz bunun sayəsində yardım vasitələri ən çox ehtiyac duyulan yerlərə və beləliklə, Azərbaycan cəmiyyətinə yönəldiləcək”.

  • Оглашаются последние данные по COVID-19 в Азербайджане – ПРЯМОЙ ЭФИР

    Оперативный штаб при Кабинете министров 25 июня проводит очередной брифинг для представителей СМИ.

    В пресс-конференции участвуют заведующая отделом Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Ягут Гараева, глава представительства Всемирной организации здравоохранения (ВОЗ) в Азербайджане Ханде Харманджи и резидент-координатор ООН Гулам Исакзаи.

    На брифинге обсуждаются детали особого карантинного режима в республике.

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai iştirak edir.

  • Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri – ANBAAN VİDEO

    Xəbər verdiyimiz kimi, bu gün Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayev rüşvət alarkən cinayət başında yaxalanıb.

    O, Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

    AzTV C.Babayevin saxlanılma görüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Кямран Алиев назначил и. о. прокурора Нефтчалинского района

    В органах прокуратуры Азербайджана произведено новое назначение.

    Приказом генпрокурора Кямрана Алиева Насиф Наджафов назначен исполняющим обязанности прокурора Нефтчалинского района.

    До этого он занимал должность заместителя прокурора Гянджи.

  • Baş prokuror Kamran Əliyevdən yeni TƏYİNAT

    Azərbaycanın prokurorluq orqanlarında yeni təyinat olub.

    Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Həmin əmrə əsasən, Neftçala rayon prokuroru vəzifəsinin icrası Nəsif Nəcəfova həvalə edilib.

    Bu təyinata qədər N.Nəcəfov Gəncə şəhər prokurorunun müavini vəzifəsində çalışıb.

  • Azərbaycanda hərbi xidmət keçmiş gənc yenidən əsgərliyə çağırıldı – FOTO

    Hərbi xidməti illər əvvəl başa vursa da, hər üç aydan bir ona yenidən çağırış gəlir.

    Baku TV xəbər verir ki, maraqlı hadisə Cəlilabadda baş verib.

    Belə ki, rayonun Adnalı kənd sakini, 28 yaşlı Emil Əmirli 2011-ci ildə Beyləqan rayonundakı hərbi hissələrin birində 1 il 6 ay xidmət edərək, ordu sıralarından tərxis edilib. Lakin 2018-ci ildən etibarən onun yaşadığı evə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsi tərəfindən hərbi xidmətə yollanması üçün ilkin tibbi müayinədən keçməsi tələbi gəlib.

    Bu azmış kimi ona xəbərdarlıq olunub ki, müayinədən keçmədiyi halda cərimə olunacaq. Ən maraqlısı odur ki, Emil mövcud məsələ ilə bağlı hələ bir il əvvəl adıçəkilən quruma hərbi xidmət keçməsi ilə bağlı hərbi bilet təqdim edib. Lakin analoji hadisə bir neçə aydan bir yenidən təkrarlanır.

    Artıq Emil Əmirli mövcud faktın hüquqi çərçivədə həll olunması üçün məhkəməyə müraciət etməyə hazırlaşır.