Month: June 2020

  • Azərbaycanda sabiq millət vəkili koronavirusa yoluxdu

    Milli Məclisin sabiq deputatı Yusif Bağırzadə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

    Axeber.az-ın əldə etdiyi məlumata görə, Y.Bağırzadənin koronavirus testinin nəticəsi müsbət çıxıb. O, müalicə üçün xəstəxanaya aparılacaq.

    Hazırda Y. Bağırzadənin səhhəti qənaətbəxşdir.

  • Oqtay Gülalıyev yenidən əməliyyata alınıb

    Hüquq müdafiəçisi Oqtay Gülalıyev növbəti dəfə əməliyyata alınıb.

    “Report”un xəbərinə görə, bu barədə onun ailə üzvləri məlumat veriblər.

    “İlk əməliyyatı zamanı götürülmüş kəllə sümüyünün yerinə qoyulması üçün əməliyyat olunmasının vacib olduğu bildirildi. Ümid edirik ki, son əməliyyat onun üçün müsbət dəyişiklərə doğru yol açacaq”, – ailə üzvləri bildirib.

    Xatırladaq ki, O.Gülalıyev daha əvvəl üç dəfə əməliyyat olunub.

    Qeyd edək ki, ötən il oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

    Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.

    Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyəyə aparılıb və İstanbul şəhərindəki Avrasiya Xəstəxanasına yerləşdirilib.

    O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Heydər Əliyev Fonduna təşəkkür edib.

    Bir neçə gün öncə ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edib. O.Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir.

  • Tokayev koronavirusa yoluxan səhiyyə nazirini istefaya göndərdi

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Səhiyyə naziri Elcan Birtanovu istefaya göndərib.

    “RİA Novosti”nin məlumatına görə, buna səbəb Səhiyyə nazirinin koronavirusa yoluxması olub.

    Vəzifədən azad edilən nazir hazırda infeksion stasionarlardan birində müalicə alır.

  • Nazirlər Kabineti xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarında dəyişiklikləri izah edib

    Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarına əsasın 19 iyun tarixli 208 – saylı Qərara dəyişikliklər edilib.

    Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, dəyişikliklər 3 hissədən ibarətdir.

    Birinci dəyişiklik ondan ibarətdir ki, vətəndaşlar evdən çıxmaq üçün təkcə SMS vasitəsi ilə deyil, həm də E-TƏBİB mobil tətbiqindən istifadə edərək icazə ala biləcəklər.

    İkinci dəyişiklik ondan ibarətdir ki, Nazirlər Kabinetinin 208 nömrəli Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş aşağıdakı sahələrdə işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. Bunlar (208 saylı Qərarın əlavəsindəki sıralamaya əsasən):

    4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

    4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

    4.12. mühəndislik və layihələndirmə xidmətləri;

    4.14. qablaşdırma məhsullarının istehsalı;

    4.15. daş, metal və taxta məhsullarının istehsalı;

    4.16. mebel istehsalı və təmiri;

    5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

    5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

    5.6. onlayn satışlar.

    6.2. kimyəvi təmizləmə;

    6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

    6.4. avtomobillərin təmiri;

    6.5. avtomobil yuyulma məntəqələri;

    6.6. heyvan sığınacaqları;

    9.2. tərcümə xidmətləri.

    Üçüncü dəyişiklik isə odur ki, yuxarıda göstərilən 15 sahə üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.

  • Sürücülərin maskasız sərnişinlərə biganə yanaşması ilə bağlı reydlər keçirilir

    Bu gündən avtobuslara maskasız daxil olmaq qadağan edilib. Qərarın qüvvəyə mindiyi ilk gün ayrı-ayrı dayanacaqlarda avtobusa maskasız daxil olmaq istəyən sərnişinlər müşahidə edilib.

    Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, sürücülərin tövsiyəsindən sonra həmin sərnişinlər maska istifadə ediblər:

    “Bununla yanaşı, sürücülərin maskasız sərnişinlərə qarşı biganə yanaşması halı da müşahidə edilir. Bununla bağlı toplanan məlumatlar əsasında BNA tərəfindən reydlər keçirilir. Bütün hallar qeydə alınır və analiz edilir. Qarşıdakı günlərdə qərarın icrasına nəzarət tədbirləri də gücləndiriləcək”.

  • Azərbaycan və Polşa XİN başçıları arasında telefon danışığı olub

    Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və onun polşalı həmkarı Yatsek Kşiştof Çaputoviç arasında telefon danışığı olub.

    APA-nın xəbərinə görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında məlumat verilib.

    Telefon danışığı zamanı nazirlər Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü müzakirə ediblər.

    Yatsek Kşiştof Çaputoviç Azərbaycan XİN başçısını əmin edib ki, Polşa bu təşəbbüsü dəstəkləyir.

  • Первый космический турист выйдет в открытый космос в 2023 году

    Ракетно-космическая корпорация (РКК) «Энергия» и компания Space Adventures Inc. подписали первый в истории контракт на выход космического туриста в открытый космос в 2023 году.

    Как передает Median.Az со ссылкой на “Коммерсантъ, туриста доставят на российский сегмент Международной космической станции (МКС) на корабле «Союз МС», сопровождать его будет профессиональный космонавт.

    «Между РКК “Энергия” и компанией Space Adventures Inc. (США) подписан контракт на осуществление в 2023 году краткосрочной экспедиции двух участников космического полета на борту корабля “Союз МС” на Российский сегмент МКС. Планируется, что в ходе экспедиции один из участников космического полета совместно с профессиональным российским космонавтом совершит выход в открытый космос из российского сегмента МКС»,— сообщается на сайте РКК «Энергия».

    Ранее РКК «Энергия» и Роскосмос по контрактам с Space Adventures Inc. успешно выполнили восемь краткосрочных коммерческих полетов на российский сегмент МКС на кораблях «Союз». Однако в открытый космос туристы не выходили.

    Напомним, что последние девять лет на МКС могли долететь только российские корабли «Союз». Однако 30 мая состоялся запуск ракеты-носителя Falcon 9 компании SpaceX. Ракета с первым в истории частным пилотируемым кораблем Crew Dragon стартовала с космодрома Космического центра имени Джона Кеннеди во Флориде. Состыковка с МКС прошла успешно.

  • Kosmosa ilk turistin çıxacağı tarix açıqlandı

    “Enerqiya” Raket-Kosmik Korporasiyası (RKK) və “Space Adventures Inc.” şirkəti tarixdə ilk dəfə kosmik turistin 2023-cü ildə açıq kosmosa çıxması üzrə müqavilə imzalayıb.

    Median.Az “Kommersant”a istinadən xəbər verir ki, turist peşəkar kosmonavtın müşayiəti ilə “Soyuz MS” kosmik gəmisində Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentinə çatdırılacaq.

    Daha əvvəl “Enerqiya” RKK və “Roskosmos” “Space Adventures Inc.” ilə müqavilələr çərçivəsində “Soyuz” kosmik gəmisində BKS-in Rusiya seqmentinə səkkiz qısamüddətli kommersiya uçuşunu uğurla həyata keçirib. Ancaq turistlər açıq kosmosa çıxmayıblar.

    Xatırladaq ki, son doqquz ildə BKS-ə yalnız “Soyuz” kosmik gəmiləri uçub çata bilirdi. Amma mayın 30-da “SpaceX” şirkətinə məxsus “Falcon 9” raket-daşıyıcısı ilə “Crew Dragon” kosmik gəmisi Floridadan havaya qalxaraq BKS-ə uğurlu birləşmə edib.

  • “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə qaydaları müəyyənləşdi

    Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunan xüsusi karantin rejimində “E-Təbib” mobil tətbiqi vasitəsilə də icazə almaq mümkün olacaq.

    Median.Az xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb.

    Qərara əsasən, “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:

    – tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

    – mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;

    – giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

    – “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:

    1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçid edilir;

    2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;

    3. icazənin növü seçilir (1 və ya 2);

    4. “Göndər” düyməsi sıxılır;

    – “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;

    “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.

  • В Азербайджане введут ограничение на допустимое количество работников

    Количество работников, привлекаемых к работе в сферах труда и услуг, разрешенных к деятельности на территории Баку, Сумгайыта, Гянджи, Лянкярана, Евлаха, Масаллы, Джалилабада и Абшеронского района, не должно превышать 50 процентов от общего числа работающих в этих сферах.

    Как сообщает Report, об этом говорится в решении, подписанном премьер-министром Али Асадовым.

    А количество разрешений, выдаваемых работающим по гражданско-правовому договору в сфере труда и услуг, не должно превышать 30 процентов от общего числа работающих по трудовому договору.