Month: June 2020

  • В Азербайджане сегодня пройдут очередные выпускные экзамены

    Сегодня, 25 июня, Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана проведет выпускные (вступительные) экзамены на уровне общего (9-летнего) и полного (11-летнего) среднего образования в 10 городах и районах страны.

    Как говорится в сообщении ГЭЦ, их участники должны иметь при себе медицинскую маску и использовать ее правильно, то есть она должна прикрывать нос, рот и подбородок. Ее запрещено снимать в течение всего процесса.

    Экзамены начинаются в 11:00.

    За 15 минут до их начала, то есть в 10:45, пропуск в помещение будет прекращен.

    Напомним, что в целях предотвращения большого скопления людей и контактов для участников экзамена было установлено разное время входа в здание, и оно указано в пропускном листе.

    Отметим, что в экзаменах 25 июня ожидается участие 10 519 человек.

  • Bu gün növbəti buraxılış imtahanları keçirilir

    10 şəhər və rayonda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilir.

    Bununla bağlı Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

    İmtahanlar saat 11:00-da başlanır.

    İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

    Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

    Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – imtahana buraxılış vərəqəsini;

    – Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

    – şəxsiyyəti təsdiq edən sənədin əslini:

    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

    İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

    İmtahanlarda 10519 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

    İmtahanların təşkil edilməsi üçün 52 imtahan binası, 834 imtahan zalı, 52 ümumi imtahan rəhbəri, 133 imtahan rəhbəri, 1090 nəzarətçi – müəllim, 104 buraxılış rejimi əməkdaşı, 52 bina nümayəndəsi ayrılıb.

    Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 25 iyun 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq:

    • 9-cu sinif üzrə buraxılış imtahanları;

    • 11-ci sinif üzrə buraxılış imtahanları;

    • Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

    • Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçirilir.

  • Число инфицированных коронавирусом в мире превысило 9 500 000

    По данным на утро 25 июня, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 9 532 038.

    За весь период пандемии скончались 485 122 человека, выздоровели – 5 178 999.

    Наиболее пострадавшая от коронавируса страна – США (2 462 554 инфицированных). На 2-м месте – Бразилия (1 192 474), на 3-м – Россия (606 881). В первую пятерку также входят Индия (473 105) и Великобритания (306 862).

    Больше всего жертв инфекции зафиксировано в Соединенных Штатах – 124 281, вылечились 1 040 605 человек.

    Соседний Иран с 212 501 заболевшим по-прежнему занимает 10-е место, Турция (191 657) переместилась на 14-е.

    В Армении коронавирусом заразились 21 717 человек, в Грузии – 914.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 9 996 летальных исходов.

    На сегодняшний день в Азербайджане подтверждены 14 305 случаев инфицирования коронавирусом, 7 768 человек вылечились, 174 – скончались.

  • Koronavirusa yoluxanların sayı 9,5 milyonu ötdü – STATİSTİKA

    Dünyada 9 532 038 insan koronavirusa yoluxub.

    Virusa yoluxan 485 122 nəfərin öldüyü, 5 178 999-nun sağaldığı məlumdur.

    Virusa yoluxma sayına görə ABŞ (2 462 554 nəfər) ölkələr arasında liderliyini qoruyur. Ondan sonrakı yerlərdə Braziliya (1 192 474 nəfər) və Rusiya (606 881 nəfər) qərarlaşıb.

    İran hələ də 10-cu sıradadır. Bu dövlətdə virusa yoluxan 212 501 nəfərin 9 996 nəfəri ölüb, 172 096-sı sağalıb.

    Türkiyə isə ötən günlərə nisbətən aşağı sıralara enib. Burada 191 657 yoluxma qeydə alınıb.

    Ermənistanda koronavirus 21 717, Gürcüstanda 914 nəfərdə müşahidə edilib.

    Azərbaycanda koronavirusa yoluxan 14 305 nəfərdən 7 768-i sağalıb, 174 nəfər virusdan həyatını itirib.

  • Alimlərin tapdığı yeni bakteriya plastikləri yeyə və emal edə bilər

    İsveçrəli alimlər buz qatında 13 milyon il yaşı olan bakteriya aşkar ediblər.

    “Mail Online” xəbər verir ki, sözügedən mikroorqanizm plastikləri yeyə və emal edə bilir.

    Qeyd olunur ki, İsveçrənin Federal Meşə, Qar və Landşaft Tədqiqatları İnstitutunun (WSL) mütəxəssisləri Alp dağlarının şərqindəki Şhafberq dağında buz qatı nümunələrini araşdırıblar. Burada hipotermik bakteriyanın on yeni növü və yeni maya növü aşkar edilib.

    İnstitutun nümayəndəsi qeyd edib ki, bu cür nəticə əldə olunacağını gözləməyiblər. “1000 bakteriya növünə rast gəliriksə, onlardan 300-ü yalnız buz qatındadır”, – deyə, o bildirib.

    Mütəxəssislərin fikrincə, aşkar olunan bəzi bakteriya növləri bioreaktorlarda, poliqonda plastik tullantıları məhv etmək üçün istifadə oluna bilər.

  • Latviyada ardıcıl dörd gün koronavirusa yoluxan olmayıb

    Latviyada ardıcıl dörd gün koronavirusa yoluxma halı qeydə alınmayıb.

    Bu barədə “RİA Novosti” ölkənin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin saytında yayılan məlumata istinadla xəbər yayıb.

    Bildirilir ki, pandemiyanın başlanğıcından etibarən 141 713 test keçirilib. Koronavirus aşkarlanan 1 111 nəfərdən 30-u ölüb.

    İyunun 24-nə olan məlumata görə, yoluxanlardan 903 nəfər və ya 81,4%-i sağalıb.

    Səkkiz nəfər xəstəxanalarda müalicə olunur, onların yeddisinin vəziyyəti orta ağır, birinin vəziyyəti ağırdır.

  • Yevlaxda xüsusi karantin rejimini pozan şəxslər cərimələndi

    Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, həyata keçirilən tədbirlər çərçivəsində rayonun giriş hissələrində postlar qurulub, eləcə də, rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir.

    Ümumilikdə rayon ərazisində 30-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

    Bu istiqamətdə tədbirlər müəyyən olunmuş karantin rejimi dövründə davam etdiriləcək.

  • Yol polisi karantin postlarında sıxlığı aradan qaldırmaq üçün xüsusi vasitələri işə saldı

    Bakı şəhərində sərt karantin rejimi ilə bağlı yaradılmış karantin postlarında sıxlığı aradan qaldırmaq üçün tədbirlər görülür.

    Bunu Trend-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    Onun sözlərinə görə, bununla bağlı karantin postlarına nəzarət edən yol polislərinə xüsusi texniki vasitələr verilib:

    “Bu vaxta qədər əgər bir avtomobilin yoxlanışı üçün 15-20 saniyə vaxt sərf olunurdusa, indi 3-5 saniyəyə avtomobil sürücüsü yoxlanılır. Belə ki, sürücü şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin şəxsiyyət vəsiqəsi texniki vasitəyə yaxınlaşdırılır və dərhal da onun icazə alıb-almaması müəyyən olunur.

    Sürücülərdən xahiş edirik ki, şəhər ərazisində quraşdırılan stasionar karantin postlarına yaxınlaşarkən icazə vərəqi və ya telefondakı sms cavabı deyil, şəxsiyyət vəsiqəsini təqdim etsinlər.

    Üzərində hər hansısa fəaliyyətinə icazə verilən qurumun vəsiqəsi, icazə sənədi olsa da, sürücü və ya sərnişin yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə qısa zamanda yoxlanılır. Postlardakı nəzarətçi polislərdə olan xüsusi texniki vasitə şəxsiyyət vəsiqəsi ilə həmin şəxsin icazəli olub-olmadığını dərhal müəyyən edir. Nəticədə karantin postlarında süni tıxaclar yaranmır”.

    V. Əsədov bildirib ki, hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə və bölmə rəisləri və vəzifəli zabitləri də paytaxt yollarında yaradılmış karantin postlarında xidmətə cəlb olunublar.

  • Azərbaycanda COVID-19-a yoluxanları sayı 14 305-ə çatıb, 7 768 nəfər sağalıb, 174 nəfər vəfat edib

    Azərbaycanda indiyədək ümumilikdə 14 305 nəfər koronavirus infeksiyasına yoluxub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

  • Abşeronda marketdən oğurluq edən şəxs tutuldu – VİDEO

    Mehdiabad Polis Şöbəsinə qəsəbə ərazisində marketlərdən birində oğurluq edilməsinə dair məlumat daxil olub.

    Baku TV xəbər verir ki, əraziyə baxış keçirilən zaman aydın olub ki, naməlum şəxs 335 manat dəyərində ərzaq malları oğurlayıb.

    Eləcə də, orada yerləşən ödəniş terminalını yararsız hala salmaqla 1 000 manat dəyərində maddi ziyan vurub.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Məhbub Əliyev tutulub. Onun oğurladığı ərzaq malları isə yaşadığı ünvandan tapılaraq, maddi sübut kimi götürülüb.

    Daha sonra Məhbub Əliyevin yaşadığı evə baxış keçirilib. Oradan narkotik vasitə olan üç ədəd xüsusi bükümdə metamfetamin tapılaraq aktlaşdırılıb. Saxlanılan şəxs tutduğu cinayət əməlini etiraf edib və bu işdən peşman olduğunu bildirib.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.