Month: June 2020

  • Обнародован прогноз погоды в Азербайджане на июль

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на июль.

    Как говорится в сообщении пресс-службы ведомства, среднемесячная температура воздуха на территории страны будет соответствовать климатической норме, местами несколько превысит ее на 1-2 градуса.

    В течение месяца количество осадков будет близким к климатической норме, в отдельных местах – несколько ниже нее.

    В первую декаду июля в Баку и на Абшеронском полуострове ожидается умеренно жаркая погода с преобладанием южного ветра.

    Среднемесячная температура воздуха составит 27-29 градусов тепла (ночью – 22-27, днем – 29-34, в некоторые дни – 37-40 градусов тепла), что в пределах нормы и несколько выше нее.

    Количество осадков будет близким к климатической норме (2-3 мм).

    В Нахчыванской Автономной Республике среднемесячная температура воздуха составит 26-29 градусов тепла (ночью – 20-25, днем – 31-36, в некоторые дни – 38-43 градуса тепла), что близко к климатической норме и несколько превышает ее.

    Количество осадков не будет превышать климатическую норму (6-16 мм).

    В Верхнем Карабахе – Ханкенди, Шуше, а также в Ходжавендском, Губадлинском, Зангиланском, Лачинском, Кельбаджарском, Дашкесанском и Гедабейском районах среднемесячная температура воздуха составит 19-23 градуса тепла (ночью – 15-20, днем – 22-27, в отдельные дни – 30-33 градуса тепла), что в пределах климатической нормы и несколько выше нее.

    Количество осадков будет близким к климатической норме (36-73 мм).

    В Гяндже, Газахском, Геранбойском, Тертерском, Агдамском, Физулинском и Джебраильском районах среднемесячная температура воздуха составит 26-28 градусов тепла (ночью – 21-26, днем – 30-35, в отдельные дни – 38-40 градусов тепла), что близко к климатической норме и незначительно превысит ее.

    Количество осадков будет в пределах климатической нормы (10-32 мм).

    В Балакенском, Загатальском, Гахском, Шекинском, Огузском, Габалинском, Исмаиллинском, Агсуинском, Шамахинском, Сиязаньском, Шабранском, Хызинском, Губинском, Хачмазском и Гусарском районах среднемесячная температура воздуха составит 23-26 градусов тепла (ночью – 18-23, днем – 28-33, в отдельные дни – 35-38 градусов тепла), что близко к климатической норме и несколько выше нее.

    Количество осадков будет близким к климатической норме (9-118 мм).

    В центральных низменных районах – Мингячевире, Евлахском, Гейчайском, Агдашском, Кюрдамирском, Имишлинском, Агджабединском, Бейлаганском, Сабирабадском, Билясуварском, Саатлинском, Ширванском, Гаджигабульском, Сальянском и Нефтчалинском районах среднемесячная температура воздуха составит 27-30 градусов тепла (ночью – 23-28, днем – 31-36, в некоторые дни – 38-43 градуса тепла), что соответствует климатической норме, местами выше нее.

    Количество осадков будет близким к климатической норме (3-22 мм).

    В Масаллинском, Ярдымлинском, Лерикском, Лянкяранском, Астаринском районах среднемесячная температура воздуха составит 24-27 градусов тепла (ночью – 20-25, днем – 29-34, в отдельные дни – 36-38 градусов тепла), что в пределах климатической нормы, местами незначительно превысит ее.

    Количество осадков будет близким к климатической норме (7-33 мм).

  • Azərbaycanda anomal istilər gözlənilir – RƏSMİ

    İyul ayına olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2 dərəcə yüksək olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər az olacaq.

    Bakıda və Abşeron yarımadasında iyul ayının birinci ongünlüyündə hava şəraitinin mülayim, isti keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

    Orta aylıq temperaturun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və iki dərəcə yüksəkdir. Gecələr temperatur 22-27, gündüzlər 29-34, bəzi günlərdə 37-40 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 2-3 mm) gözlənilir.

    Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr temperatur 20-25, gündüzlər 31-36, bəzi günlərdə 38-43 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm) olacaq.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr temperatur 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-33 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 36-73 mm) gözlənilir.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və iki dərəcə yüksəkdir. Gecələr temperatur 21-26, gündüzlər 30-35, bəzi günlərdə 38-40 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr temperatur 18-23, gündüzlər 28-33, bəzi günlərdə 35-38 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxınolacağı (norma 9-118 mm) gözlənilir.

    Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və iki dərəcə yüksəkdir. Gecələr temperatur 23-28, gündüzlər 31-36, bəzi günlərdə 38-43 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 3-22 mm) olacaq.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr temperatur 20-25, gündüzlər 29-34, bəzi günlərdə 36-38 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 7-33 mm) gözlənilir.

  • Azərbaycanda oğluna toy etmək istəyən ata həbs olundu, qonaqlar cərimələndi – FOTO/VİDEO

    Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində zəruri tədbirləri davam etdirir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyunun 29-da Şəmkir rayon Xuluf kənd sakini Əkbər Qəribov Rayon Polis Şöbəsinə müraciət edərək, azyaşlı övladı üçün kiçik toy məclisi keçirmək istədiyini bildirib.

    Həmin vaxt vətəndaşa Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilmiş karantin qaydalarına ciddi riayət olunması bir daha izah olunmaqla, bu cür hüquqazidd əməllər törətməməsi barədə ciddi xəbərdarlıq edilib.

    Lakin buna baxmayaraq, Əkbər Qəribov yaşadığı Xuluf kəndindəki evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edib. Şəmkir RPŞ-nin əməkdaşları dərhal vətəndaşın evinə gələrək məclisin başlanmasını dayandırıb, oradakı iştirakçılar RPŞ-yə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 100 manat həddində cərimə edilib.

    Məclisin təşkilatçısı, polisin qanuni tələbinə qəsdən tabe olmayan Əkbər Qəribov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə müvafiq protokol tərtib olunaraq, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.






  • Фаик Агаев обратился к поклонникам – ВИДЕО

    Народный артист Азербайджана Фаик Агаев обратился к поклонникам в видеоролике на своей странице в Instagram.

    Певец рассказал о том, как скучает по встрече с ними и по сцене.

    “Наверняка и вы скучаете по работе, своим коллегам, друзьям и близким, с которыми давно не виделись из-за пандемии”, – отметил Ф.Агаев.

    Он призвал поклонников соблюдать социальную дистанцию, уважать труд медработников, использовать средства индивидуальной защиты, чтобы вместе преодолеть пандемию как можно скорее.

  • Faiq Ağayev: “Həkimlərimizin fədakar əməyinə qiymət verək” – VİDEO

    “Maska geyinək, əlcək taxaq, məsafə qoruyaq. Həkimlərimizin fədakar əməyinə qiymət verək”.

    Bunu Xalq artisti Faiq Ağayev yaydığı videomüraciətində deyib.

    O qeyd edib ki, ölkə başçısı və Birinci vitse-prezident hər bir görüşdə maska və əlcəklə qatılır:

    “Gəlin, bu şəxsi gözəl nümunəyə bizdə hay verək. Gəlin bir-birimizi qoruyaq. Görün, neçə evin çırağı söndü? Azərbaycan odlar yurdudur. Burda hər bir ocaq, hər bir ocağın çırağı gur yanmalıdır.

    Cənab prezident, Mehriban xanım xalqımız naminə xəstəliklərin, ölümlərin, yoluxmaların sayının artmaması üçün etdiyiniz o böyük əməyi hamı kimi, mən də çox yüksək qiymətləndirirəm. Bir olaq, yumruq olaq, güclü olaq. Çünki biz birlikdə güclüyük”.

  • Алевтина Бровкина награждена “Почетным дипломом Президента Азербайджана”

    За заслуги в укреплении научных связей между Азербайджаном и Российской Федерацией Алевтина Федоровна Бровкина награждена “Почетным дипломом Президента Азербайджанской Республики”.

    Соответствующее распоряжение подписал глава государства Ильхам Алиев.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev Brovkinanı təltif etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Alevtina Fyodorovna Brovkinanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Alevtina Fyodorovna Brovkina “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

  • Quş ətinin çəkisini “unikal yolla” artıran müəssisə aşkarlandı

    Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Siyəzən şəhərində fəaliyyət göstərən quş kəsimi və qablaşdırma sexinə baxış keçirilib.

    AQTA-dan verilən məlumata görə, vətəndaş Əhmədov Nəsir Ramazan oğluna məxsus və “Quba çolpası” əmtəə nişanı ilə fəaliyyət göstərən obyektlərin baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.

    Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb. Həmçinin, baxış zamanı sexdə kəsilən toyuqların çəkisinin su ilə artırıldığı müəyyənləşdirilib.

    Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

    Hər iki obyekt barəsində müvafiq protokol tərtib olunub və fəaliyyətlərinin dayandırılması barəsində qərar qəbul olunub.

  • Axtarışda olan 23 nəfər Bakı metrosunda tutuldu

    Bakıda axtarışda olan şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində respublikanın daxili işlər orqanları tərəfindən borclu şəxs qismində axtarışda olan 23 nəfər tutulub.

  • Bakıda 63 min manatlıq dələduzluq edən qadın ələ keçdi

    Bakıda dələduzluq edən qadın saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək olan müddətdə Bakı şəhəri ərazisində Ş.Vəliyeva Mənzil İnşaatı Dövlət Agentliyindən güzəştli mənzillər alacağı adı ilə 18 nəfəri aldadıb, onlardan ümumilikdə 63 700 manat pul alıb.

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Ş.Vəliyeva tutulub.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.