Month: June 2020

  • Завтра в Азербайджане будет до 35 градусов тепла

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 1 июля.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурная погода без осадков, ночью и утром – местами слабый туман, северо-восточный ветер.

    Температура воздуха на Абшероне составит ночью 19-22, днем – 29-34, в Баку ночью – 20-22, днем – 31-33 градуса тепла.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 21-22, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 23-24 градуса тепла.

    Атмосферное давление повысится с 755 до 759 мм ртутного столба, относительная влажность ночью – 60-70%, днем – 35-40%.

    В некоторых северных и западных районах Азербайджана прогнозируются грозы, дожди, град, на остальной территории страны ожидается погода без осадков, восточный ветер.

    Температура воздуха составит ночью 18-23, днем – 30-35, в горах ночью – 10-15, днем – 19-24 градуса тепла.

  • İyulun ilk günü havanın hərarəti 35 dərəcəyə yüksələcək

    İyulun 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • В Азербайджане коронавирусом заразились два адвоката

    В Азербайджане коронавирусом заразились два адвоката

    Об этом написал в Facebook председатель Коллегии адвокатов Анар Багиров.

    Он отметил, что инфицированные члены коллегии Чимназ Эюбова и Рамин Гаджиев лечатся в домашних условиях.

  • Azərbaycanda iki vəkil koronavirusa yoluxdu

    Azərbaycanda iki vəkildə koronavirus aşkarlanıb.

    Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Facebook” hesabında yazıb.

    O qeyd edib ki, virusa yoluxan kollegiya üzvləri Çimnaz Eyubova və Ramin Hacıyev ev şəraitində müalicə olunurlar.

  • Набиль Сеидов о лечении поликлиниками бессимптомных больных COVID-19 на дому

    Набиль Сеидов, член рабочей группы, созданной Министерством здравоохранения Азербайджана для оказания помощи поликлиникам в устранении проблем в борьбе с COVID-19, ответил на возникшие в последние дни многочисленные вопросы представителей СМИ и проинформировал общественность об оказанной помощи.

    По его словам, поддержка заключается в предоставлении методических рекомендаций и решении ряда организационных вопросов.

    Н.Сеидов подробно рассказал о разработанных Министерством здравоохранения методических рекомендациях по управлению поликлиниками.

    Он сообщил, что во всех районах Баку уже определены соответствующие учреждения первичной медико-санитарной помощи для выявления, обследования, проведения лабораторных исследований и наблюдения за лицами без симптомов и со слабо выраженными симптомами COVID-19.

    Н.Сеидов также сообщил, что Министерство здравоохранения разработало специальные руководства по обследованию и лечению бессимптомных больных, больных с легкими симптомами, а также предоставило поликлиникам дополнительные инструкции.

    По его словам, в соответствии с рекомендациями Минздрава, граждане будут связываться с поликлиниками по месту их жительства.

    Вначале специалисты поликлиники будут оценивать состояние гражданина, указывающие на COVID-19 жалобы, симптомы или другие увеличивающие риск заражения факторы (например, контакт). На основании заключения медработника бригады медиков поликлиник будут посещать дома подверженных риску заражения граждан, людей с подозрением на коронавирус, а также проводить обследование и ПЦР-тестирование на дому.

    “В целом, в соответствии с рекомендациями и инструкциями, предоставленными всем поликлиникам, бессимптомных пациентов и больных с легкими симптомами будут наблюдать и лечить дома. Как только будет выявлено любое ухудшение или отрицательная динамика в состоянии, пациенты будут повторно обследованы амбулаторным врачом. В случае обнаружения объективного ухудшения больной будет немедленно госпитализирован. Я также хотел бы отметить, что поликлиники наряду с лечением COVID-19 продолжают свою обычную деятельность. То есть зарегистрированные в диспансерах пациенты с другими заболеваниями могут связаться с поликлиниками по телефону, пообщаться со своими врачами и при необходимости прийти в поликлинику для обследования”, – сказал Н.Сеидов.

    Однако он подчеркнул, что гражданам с другими жалобами рекомендуется максимально воздержаться от посещения поликлиник в данный момент, когда риск заражения коронавирусной инфекцией очень велик.

    Н.Сеидов подчеркнул, что, позвонив в поликлинику по месту жительства, граждане смогут получить всю необходимую информацию и инструкции по борьбе с инфекцией COVID-19, ее профилактике, а также наблюдению и лечению на дому.

    “Следуя всем этим рекомендациям, поликлиники – службы первичной медицинской помощи – смогут предоставлять больным с COVID-19 улучшенную медицинскую помощь, нагрузка на Службу скорой и неотложной медицинской помощи будет снижена, а нашим гражданам во время пандемии COVID-19 будет продолжать предоставляться необходимое медицинское обслуживание”, – сказал в заключение член рабочей группы Минздрава.

  • Azərbaycanda poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər məlum oldu

    Nazirlər Kabineti yanında operativ qərargahın tapşırığı ilə COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov bu yardımın nədən ibarət olması haqqında açıqlama verib.

    Nabil Seyidov bildirib ki, bu yardım metodiki tövsiyələr və təşkilatı məsələlərin həll edilməsindən ibarətdir. İşçi qrupunun üzvü poliklinikaların idarə edilməsi üçün Səhiyyə Nazirliyinin verdiyi metodiki tövsiyələr haqqında daha ətraflı danışıb.

    Onun sözlərinə görə, evdə müalicə alan xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və əhali tərəfindən müraciətlərin artması nəticəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardımın (TTTY) yüklülüyünün azaldılması məqsədilə Bakı şəhəri üzrə bütün rayonlarda simptomsuz və yüngül simptomlu yoluxmuş şəxslərin aşkarlanması, müayinəsi, laborator testlərdən keçirilməsi və davamlı təqibi üçün müvafiq ilkin səhiyyə müəssisələri artıq müəyyənləşdirilib.

    Nabil Seyidov həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən simptomsuz və yüngül simptomlu şəxslərin müayinə və müalicəsinə dair xüsusi metodik tövsiyələr hazırlanıb, poliklinikalara əlavə təlimatlar təqdim edilib.

    İşçi qrupunun təmsilçisinin verdiyi açıqlamaya əsasən, Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan tövsiyələrə uyğun olaraq, vətəndaşlar COVİD-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq, müvafiq poliklinikarla əlaqə saxlayacaq. Poliklinikanın mütəxəssisləri tərəfindən vətəndaşın vəziyyəti ilkin olaraq qiymətləndiriləcək və COVİD-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər amillər (məsələn, təmas) dəyərləndiriləcək.

    Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə səfər ediləcək və testlər üçün nümunələr məhz orada götürüləcək.

    “Ümumiyyətlə, Bakı şəhəri üzrə bütün poliklinikalara verilmiş tövsiyə və təlimatlara əsasən, simptomsuz pasiyentlərin evdə müşahidəsi, yüngül gedişatlı xəstələrin müalicəsi təmin ediləcək. Pasiyentlərin səhhətlərində baş verən hər hansı pisləşmə və ya mənfi dinamika müəyyən edilən kimi onlar poliklinika həkimi tərəfindən təkrar qiymətləndiriləcək. Obyektiv pisləşmə olduqda həmin an hospitalizasiya olunacaq.

    Onu da qeyd etmək istəyirəm ki, poliklinikalar COVİD-19-un müalicəsi ilə yanaşı, öz adi fəaliyyətlərini davam etdirir. Yəni, dispanser qeydiyyatı olan digər xəstəliklərlə pasientlər poliklinikalarla telefonla təmas qura, həkimləri ilə əlaqə saxlaya və tələb olunduqda poliklinikaya gəlib, müayinədən keçə bilərlər”, – deyə, Nabil Seyidov bildirib.

    Lakin xüsusi işçi qrupunun üzvü Nabil Seyidov hazırda koronavirusa yoluxma riskinin artdığı vəziyyətdə vətəndaşların digər məsələlərlə bağlı poliklinikaya gəlişlərinin məhdudlaşdırılmasını məqsədəuyğun hesab edir. Testlərin yalnız göstərişlərə uyğun olaraq aparılacağını bir daha xatırladan Nabil Seyidov vətəndaşların öz poliklinikalarına zəng etməklə COVİD-19 infeksiyası və onun profilaktikası, habelə evdə müşahidə və müalicə ilə bağlı müvafiq məlumat və təlimat əldə edə biləcəyini qeyd edib.

    COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov verdiyi müsahibəni bu sözlərlə bitirib:

    “Bütün bu tövsiyələrin yerinə yetirilməsi nəticəsində ilkin səhiyyə xidməti olan poliklinikalar COVİD-19 xəstələrinə daha yaxşı tibbi yardım göstərməyə cəlb edilmiş olacaq, TTTY-nin yüklənməsi azalacaq və vətəndaşlarımıza COVİD-19 pandemiyası dönəmində tələb olunan tibbi xidmətin göstərilməsi davam etdiriləcək”.

  • Состоялась встреча Президента Ильхама Алиева и генсека UNWTO в формате видеоконференции – ФОТО

    По инициативе Всемирной туристической организации (UNWTO) 30 июня состоялась встреча Президента Азербайджана Ильхама Алиева и генсека UNWTO Зураба Пололикашвили в формате видеоконференции.

    Об этом сообщает АЗЕРТАДЖ.


  • İlham Əliyev və Ümumdünya Turizm Təşkilatının Baş katibi arasında videokonfrans keçirildi – FOTO

    İyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans keçirilib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.


  • Yeni pandemiya təhlükəsi: Çində daha bir qorxulu epidemiya başlayır

    Çinli alimlər insanlar üçün potensial təhlükəli və daha bir pandemiyaya səbəb ola biləcək donuz qripinin yeni tipini aşkarlayıblar.

    Bu barədə “The İndependent” yazıb.

    Yeni ştamm G4 EA H1N1 adlandırılıb və ölkədə heyvan kəsimi məntəqələrində donuzların burnundan götürülən 30 min yaxma əsasında müəyyən edilib. Alimlərin fikrincə, virus 2009-cu ildə dünyada yüz minlərlə insanın həyatına son qoyan quş qripi və H1N1-nin qarışığıdır.

    Xəstəlik ölkənin 10 əyalətində aşkarlanıb. Bundan əlavə, donuz ferması işçilərinin 10 faizinin qanında G4-ə anticism aşkar edilib.

    İnfeksionistlər yeni virusların öyrənilməsinə laqeyd yanaşmamağı məsləhət görüblər.

    “Qrip bizi təəccübləndirə bilər”, – deyə təkamülçü bioloq Marta Nelson vurğulayıb.

  • Koronavirusun müalicəsində yararsız olan dərmanın adı açıqlandı

    “Lopinavir plus ritonavir” antiretrovirus preparatının koronavirusun müalicəsi üçün yararsız olduğu aşkar edilib.

    TASS-ın məlumatına görə, bu barədə Britaniyada aparılmış RECOVERY klinik tədqiqatının nəticəsində məlum olub.

    Dərmanın COVID-19-a yoluxan və xəstəxanaya yerləşdirilən pasiyentlərə müsbət təsir göstərmədiyi vurğulanıb.

    Qeyd olunur ki, Britaniya xəstəxanalarında bununla bağlı araşdırma cari ilin mart ayından etibarən aparılır. Təqdiqatda 11,5 min pasiyent iştirak edir.

    Xəstələrə “lopinavir plus ritonavir” ilə yanaşı, “deksametazon” kortikosteroidi, “azitromisin” antibiotiki, “tocilizumab” immunodepressantı və malyariya əleyhinə “hidroksixloroxin” verilir.