Month: June 2020

  • “Təbəssüm Məmmədovanın meyiti bir gün sonra yaxınlarına təhvil verilib” – AÇIQLAMA

    “Təbəssüm Məmmədovanın xəstəxanada 17 günlük müalicəsinə 45-46 min manat borc yazılsa da, 30 min manat pul alınıb”.

    Bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib.

    O bildirib ki, damarlarda qanaxmaların bağlanılması üçün çox müdaxilə edilib:

    “Təbəssüm Məmmədovanın anasının səsləndirdiyi iddia doğru deyil. Bizim personaldan heç kim ona 30 min manatın bizi qane etmədiyini deməyib. Deyə bilməz.

    Ümumi xərclər 45-46 min manata yaxın olsa da, biz tibbi xidmətin pulunu – 30 min manatı qəbul etmişik. Meyit də bir gün sonra yaxınlarına təhvil verilib”.

    //oxu.az

  • Baş həkim: “Xəstənin öldükdən sonra günlərlə reanimasiyada saxlanılması mümkün deyil”

    “Xəstənin öldükdən sonra günlərlə reanimasiyada saxlanılması mümkün deyil”.

    Bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib:

    “Bu gün dünyada elə bil cihaz yoxdur ki, xəstə öldükdən sonra həmin aparat vasitəsilə onu sağ kimi göstərək. Xəstənin bütün həyati göstəriciləri həqiqi olub”.

    Baş həkim xəstənin morqa qoyulmaması prosesinə də aydınlıq gətirib:

    “Xəstənin morqa qoyulması öldüyü gün axşam saatlarında baş verib. Biz onun meyitini morqa yerləşdirmişik. Daha sonra xəstənin atası hospitala çağırılıb və morqdan götürülməsi istənilib.

    Bunu sübut edəcək görüntülərimiz də var. Sosial şəbəkədəki görüntülər isə biz xəstənin meyitini ailə yaxınlarına təhvil verdikdən sonra çəkilib”.
    //oxu.az

  • Azərbaycanda şirkət direktoru axtarışa verildi

    Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib.

    Bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib.

    Axtarış məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbs qərarı verilib və axtarış elan edilib.

    Qeyd edək ki, R. Qarayev “Baktel” MMC-nin direktoru olub.

    Həmçinin, o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

  • За нарушение карантинного режима наказаны 1 674 участника дорожного движения

    За нарушение правил жесткого карантинного режима, введенного на территории Баку, Сумгайыта, Гянджи, Лянкярана, Евлаха, Масаллы, Джалилабада и Абшеронского района, за минувшие сутки к ответственности привлечены 1 674 человека.

    Об этом говорится в сообщении Главного управления Государственной дорожной полиции.

    Отмечается, что 1 405 человек, находившиеся в транспортных средствах, были привлечены к ответственности по статье 211.1 Кодекса об административных проступках, 267 человек – за неиспользование средств индивидуальной защиты в такси и автобусах, два человека – за повторное правонарушение (по той же статье).

    За сутки в результате проверок на постах развернули обратно 260 автомобилей, движущихся в направлении Баку, и 285 машин, пытавшихся выехать из столицы.

  • Karantini pozan 1 674 nəfər cərimələndi – RƏSMİ + VİDEO

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 29 iyun 2020-ci il saat 00:00-dan 30 iyun 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 405 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 267 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə iki nəfər olmaqla, ümumilikdə 1 674 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 70-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 180, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 65-i rayon, 70-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 150-i rayon, 80-i paytaxt istiqamətinə olmaqla 230 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə, 545 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

  • Gəncə sakini həmyerlisini bıçaqladı

    Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

    Trend-in məlumatına görə, şəhərin Nizami küçəsində Gəncə şəhər sakini Yaqub Hacıyev mübahisə zəminində həmyerlisi Vüqar Həsənov tərəfindən küçədə bıçaqlanıb.

    Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

    Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda hadisəni törətməkdə şübhəli bilinən V.Həsənovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarışlar davam etdirilir.

  • Deputat: “Sərt karantin rejiminin davam etdirilməsi ən doğru qərar olacaq”

    “Təəssüf ki, bu gün koronavirusa yoluxma sayı həndəsi silsilə ilə artmaqdadır. Statistik məlumatlara baxsaq, karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayı 50 faiz artıb”.

    Bu sözləri Oxu.Az-a açıqlamasında əhalinin karantin rejimi qaydalarına riayət etməsi, qoruyucu vasitələrdən istifadənin zəruriliyi və ölkədə koronavirusa yoluxma hallarının azalması istiqamətində həyata keçirilən tədbirlərin vacibliyinə münasibət bildirən millət vəkili Kamilə Əliyeva deyib.

    O bildirib ki, ölkədə karantin rejiminin yumşaldılmasına qədər koronavirusa yoluxma sayı kifayət qədər nəzarətdə saxlanılırdısa, yumşaldılmadan sonra əhali arasında məsələyə laqeyd yanaşma müşahidə olundu:

    “Əhali arasında biganəlik yoluxma sayının artmasına səbəb olan amillərdəndir. İnsanlar sanki virusun bir anda yox olduğunu düşünüb, ictimai yerlərdə maskasız gəzməyə başladılar. Zərurət olmadan küçəyə çıxan şəxslər, sosial məsafəni saxlamayan insanlar nəinki özlərini, eləcə də digərlərinin həyatını riskə atmış olurlar. Bununla birlikdə mübarizə aparmaq lazımdır”.

    Millət vəkili bildirib ki, bugünkü vəziyyəti nəzərə alaraq, sərt karantin rejiminin davam etdirilməsi ən doğru qərar olacaq:

    “Təbii ki, bu istiqamətdə qərarlar operativ qərargah tərəfindən verilir. Lakin bu gün yoluxma sayında heç bir azalma müşahidə olunmursa, əksinə, artım dinamikası varsa, eləcə də sağalanlarla yoluxanların sayı arasında böyük fərq mövcuddursa, demək, biz hələ də qaydalara ciddi riayət etmirik. Təəssüf ki, bu, ayrı-ayrı şəxslərin sağlamlığı deyil, bütün cəmiyyətin sağlamlığı kimi düşünülməlidir. Maska taxmaq həyat tərzimizə çevrilməlidir. Vaksin, birəbir dərman preparatları yoxdursa, tək yolumuz sağlamlığımızı müdafiə etməkdir. Əks təqdirdə, bizi çox böyük təhlükə gözləyir.

    Çünki bu gün qarşıya qoyulan əsas məqsəd yoluxma tempini azaltmaqdır. Əks halda, xəstəxanalarda yerlər dolacaq. Süni tənəffüs aparatları ilə bağlı çətinliklər yaşanacaq. Eləcə də, tibbi personal, həkimlərimiz də kifayət qədər ciddi problemlərlə qarşılaşa bilərlər. Odur ki, müalicəyə minlərlə manat xərcləmək əvəzinə, 30 qəpik pul verib maska almaq daha yaxşıdır”.

    “Cərimə məbləğinin artırılması vətəndaşları daha məsuliyyətli olmağa sövq etmək üçündür. Mən cərimələrin artırılmasını dəstəkləyirəm. Bildiyiniz kimi, cərimə məbləğləri artırıldı. İnsanlar ikiqat cərimələnəcəyini bilsə, daha məsuliyyətli olacaq. Bəlkə belə olan halda onlar karantin qaydalarına riayət edərək, zərurət olarsa, SMS vasitəsilə küçəyə çıxar. Hər kəs bilməlidir ki, maskanı taxmaq tək onun deyil, ətrafdakı insanların həyatı, sağlamlığı üçün vacibdir”, – deyə millət vəkili qeyd edib.

  • BMT-nin Azərbaycandakı rəsmisinin ailə üzvü koronavirusdan öldü – VİDEO

    “Bu yaxınlarda mən də ailə üzvümü bu virusdan itirdim. İnanın, bu təhlükə realdır və yanımızdadır. COVID-19-un qapımızı döyməsini gözləməməliyik”.

    BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, bunu BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai COVID-19 pandemiyası ilə bağlı “Bunu Azərbaycan üçün edin” adlı müraciətində deyib.

    Qulam İshaqzai təəssüflə bildirib ki, COVID-19 pandemiyası hələ də bizimlədir. Dünyada yoluxma sayı doqquz milyonu, ölənlərin sayı isə yarım milyonu keçib.

    Q.İshaqzai əlavə edib ki, Azərbaycanda da yoluxanların sayı artır:

    “Təəssüf ki, ölənlərin də sayı artır. Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün sadə tədbirləri görməyinizi xahiş edirəm. Fiziki məsafə saxlayın, əllərinizi tez-tez yuyun, tələb olunan yerlərdə maska taxın, onlardan düzgün istifadə edin, zərurət yaranmadıqca evdən çıxmayın, hökumətin tələblərinə riayət edin! Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!”

  • Qəbələdə iki yaşlı qız arxda boğuldu

    Qəbələ rayonunda iki yaşlı uşağın meyiti tapılıb.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə iyunun 29-u rayonun Məmmədağalı kəndində baş verib.

    2018-ci il təvəllüdlü Qəmər Əsədovanın meyiti evlərinin yaxınlığında tapılıb.

    Yaxınlarının verdiyi məlumata görə, Q.Əsədova həyətyanı sahədən keçən arxdan su götürərkən yıxılıb. O, arxa düşüb və boğularaq ölüb.

    Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

  • В модульную больницу Сумгайыта госпитализированы 44 инфицированных COVID-19

    В открывшуюся больницу модульного типа в Сумгайыте госпитализированы 44 инфицированных коронавирусом. Их состояние оценивается как средней степени тяжести.

    Об этом Xeberle.com заявила завотделом здравоохранения города Сакина Садыхова.

    По ее словам, больные, нуждающиеся в подключении к аппаратам ИВЛ, находятся в основном корпусе пандемической больницы.

    “Контроль за модульным медучреждением поручен руководству городской больницы №2. Здесь организовано дежурство в три смены, а численность медперсонала составляет 35 человек”, – сказала С.Садыхова.

    В модульной больнице 100 палат, и она рассчитана на 200 койко-мест.

    В палатах здесь установлены аппараты ИВЛ и все необходимое оборудование.