Month: June 2020

  • Azərbaycanda koronavirusdan daha yeddi nəfər öldü – 478 yeni yoluxma+FOTO/VİDEO

    Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

  • Bərdədə saç ustasını iş yerində qayçı ilə öldürdülər

    Bərdədə saç ustası qətlə yetirilib.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bərdə şəhərində qeydə alınıb. Şəhər ərazisində fəaliyyət göstərən kişi salonunda işləyən Məmmədov Ceyhun Hüsü oğlu iş yerində öldürülüb. İlkin məlumata görə, onu yanında təcrübəçi kimi çalışan şəxs qayçı ilə qətlə yetirib.

    Faktla bağlı cinayət işi başlanıb.

    Hazırda cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Biləsuvarda “Toyota” motosikletlə toqquşdu, bir nəfər öldü

    Biləsuvarın Nərimankənd kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, Səmədavad kənd sakini, Qasımov Vasif Asif oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Nərimankənd kənd sakini Nəzərov Ramin Xanhüseyn oğlunun idarə etdiyi motosiklet toqquşub.

    Qəza nəticəsində motosikletin sürücüsü R.Nəzərov hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu il 571 şəxs daimi yaşamaq üçün Azərbaycana gəlib

    2020-ci ilin yanvar-aprel aylarında 571 şəxs daimi yaşamaq üçün Azərbaycana gəlib.

    Median.Az Trend-ə istinadən bildirir ki, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 571 nəfər Azərbaycana gələn, Azərbaycandan isə 328 nəfər gedən qeydə alınıb.

    Ölkə üzrə miqrasiya saldosu müsbət 243 nəfər təşkil edib.

  • Dünyada turizmə 195 milyard dollar ziyan dəyib

    2020-ci ilin ilk dörd ayı ərzində dünyada turizm gəlirləri ötən ilin əvvəli ilə müqayisədə 195 milyard dollar azalıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının hesabatında deyilir.

    Hesabatda qeyd olunur ki, yanvar-aprel aylarında digər ölkələrə səyahət edən turistlərin sayı 97 faiz azalıb.

    Təşkilatın proqnozlarına əsasən, 2020-ci il ərzində turistlərin sayı 850 milyon – 1,1 milyard nəfər, turizm gəlirləri isə 910 milyard – 1,2 trilyon dollar azala bilər.

    Qeyd edək ki, 2019-cu ildə digər ölkələrə səfər edən turistlərin sayı 1,5 milyard nəfərə çatmışdı. Bu, 2018-ci illə müqayisədə 4 faiz çox idi.

  • Qubada 3 yaşayış evini ildırım vurub

    İyunun 22-i günorta saatlarında Quba rayonu ərazisində şimşəklə müşahidə olunan güclü leysan yağışı, dağlıq ərazilərdə isə dolu yağıb.

    Rayonun Alpan kəndində 3 vətəndaşa məxsus yaşayış evinin yardımçı tikilisinə şimşək düşüb, bir yaşayış evini isə su basıb. Rayonun Digah kəndində evlərdən birini su basıb.

    Dəyən ziyanın hesablanması və aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
    //AZƏRTAC

  • Azərbaycanda koronavirusdan daha yeddi nəfər öldü – 478 yeni yoluxma

    Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

  • Bakıda 100 manat pul istəyən transgenderi 11 bıçaq zərbəsi ilə öldürdülər

    Bakının Xətai rayonunun polisləri tərəfindən qəsdən törədilmiş qətl hadisəsinin detalları aşkarlanıb.

    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, iyunun 19-da Sarayevo küçəsində, ev 13-B-də qətl hadisəsi baş verib.

    Cinayətin qurbanı, 1992-ci il təvəllüdlü Ağcabədi rayon sakini B.M. olub. Gəncə 11 bıçaq zərbəsi vurulub.

    İlkin istintaq zamanı müəyyən edilib ki, həmin ünvanda kirayə qalan Kürdəmir rayon sakini Kənan Əbdürrəhmanovun qətldə əli olub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları ilə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə həyata keçirilmiş axtarış tədbirləri nəticəsində şübhəli şəxs tutulub.

    Ağır cinayətin motivi də məlum olub. Alınan məlumatlara görə, K.Əbdürrəhmanov plastik pəncərə və qapı istehsalı emalatxanasında işləyib. İyunun 19-da işdən sonra kifayət qədər spirtli içki qəbul edib. “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığındakı körpünün altından evə gedən zaman özünü fahişə kimi təqdim edən qız ona yaxınlaşıb. O, K.Əbdürrəhmanova pullu intim xidmət təklif edib və həmin şəxs də razılaşıb. Onlar birlikdə K. Əbdürrəhmanovun kirayə götürdüyü mənzilə gəliblər.

    Burada özünü fahişə kimi təqdim edən şəxs əslində transgender olduğunu deyib. Bunu bilən və məyus olan kişi onunla vaxt keçirmək fikrindən əl çəkib və 30 manat verib.

    Ancaq bu məbləğ seks işçisini təmin etməyib və o, müştəridən 100 manat tələb edib. Lakin K.Əbdürrəhmanov transgenderin tələbini yerinə yetirməkdən imtina edib. Bu zaman o, bıçaq çıxararaq kişini qolundan yaralayıb.

    Bundan əsəbiləşən K.Əbdürrəhmanov təcavüzkarın əlindən soyuq silahı alıb, ona 11 zərbə endirib, nəticədə o, yerindəcə ölüb. Sonra şübhəli cəsədi polietilenə sarıyıb, lentlə bağlasa da ondan qurtula bilməyib.

    Polisin artıq onu axtardığını bilən kişi hadisə yerindən qaçıb. Transgender münaqişə zamanı səs-küy salaraq qonşuların diqqətini çəkibmiş.

    Qəsdən adam öldürmə faktı ilə cinayət işi başlanıb, rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  • “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli açıqlanıb

    Təhsil Nazirliyi “Mədəniyyət” telekanalında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı” proqramının iyunun 23-ü üçün müəyyən edilən dərs cədvəlini açıqlayıb.

    Teledərslər bu formatda 17 iyuladək davam edəcək.

    “Dərs vaxtı” proqramında abituriyentlərə ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. ilə bağlı məlumatlar veriləcək. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcək.

  • Banklar dollar dəyişməyə məhdudiyyət qoyub? – Açıqlama

    Son günlərdə banklar tərəfindən Mərkəzi Bankının yeni tələbləri çərçivəsində xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumatlar yayılıb.

    Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, banklar tərəfindən hazırkı dövrdə xarici valyuta üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar hər hansı bir yeni qayda tətbiq edilmir və bununla bağlı banklara yeni prosedurların müəyyən edilməsi ilə əlaqədar Mərkəzi Bankdan sənəd daxil olmayıb:

    “Hazırda ölkəmizdə həyata keçirilən kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin edilməsi tədbirləri çərçivəsində banklar mövcud qanunvericliklə onlara həvalə edilmiş vəzifələrini tam həcmdə həyata keçirilməsini təmin edirlər. Vətəndaşlarımız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin rejiminin tələblərinə əməl etməklə istənilən bankda valyuta mübadiləsi əməliyyatlarını mövcud qanunvericiliyin tələbləri çərçivəsində, heç bir əlavə məhdudiyyət və maneə olmadan tam həcmdə həyata keçirə bilərlər”.