Month: June 2020

  • Bakıda alınan dərman qutusu boş çıxdı – RƏSMİ AÇIQLAMA + VİDEO

    Bakı sakini aldığı dərman vasitəsindən şikayət edir.

    Bu barədə müştəri özü sosial şəbəkədə videogörüntü yayıb.

    O qeyd edib ki, aptekdən “Essentiale forte N” dərmanını alıb. Bildirilir ki, dərmanı açıb, istifadə etmək istəsə də, içi boş olub.

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərman bərk jelatin kapsul formasındadır:

    “Yəni tərkibi balabənzər, fosfolipidlərdən ibarət pastaşəkilli kütlədir. Kapsulu açıb silkələməklə içi, həqiqətən, boş görünə bilər, çünki tərkib toz şəklində deyil. Kapsulu bir az sıxmaqla içindən pastaşəkilli kütlənin çıxdığını görmək olar”.

    “Bəzi məlumatsız insanlar bu vəziyyətdən kor-koranə, sui-stifadə etməklə əhali arasında çaşqınlıq yaradırlar, əsassız ittihamlara yol verirlər”, – deyə mərkəzdən qeyd edilib.

  • Həkim: Parça, tənzif maskalardan deyil, antibakterial maskalardan istifadə etmək vacibdir

    “İnsanlar həmişə tozlu şəraitdə iş görərkən özlərinin düzəltdiyi müəyyən parça, tənzif maskalardan istifadə ediblər. Ancaq bu gün pandemiya şəraitində olduğumuzdan insanların belə maskalardan deyil, antibakterial maskalardan istifadə etməsi vacibdir”.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, koronaviruslu xəstələri müalicə edən Mirəsgər Əsgərov deyib.

    Onun sözlərinə görə, tibbi maskaların orta qatında antibakterial təbəqə yerləşdirilib. Digər tərəfdən, sintetik parçaların özü virus törədicilərinin orqanizmə daxil olmasının qarşısını müəyyən qədər alır:

    “Maskalar yuyularsa, o, sabunla yuyulmalı, daha sonra spritlə təkrar strelizasiya edilməlidir. Maska çirkləndikdə onun qapalı tullantı qablarına atılması məsləhət görülür”.

    Həkim qeyd edib ki, yoluxmanın sürətlə yayılmasının qarşısının alınması üçün vətəndaşlar tələb edilən bütün qaydalara əməl etməli, maskalardan düzgün istifadə etməlidirlər:

    “Hazırkı şəraitdə vətəndaşların virusla bağlı necə davranması onların özlərinə və ətrafdakılara necə qiymət verməsindən çox asılıdır. Bütün vətəndaşlar bu real virusun mövcudluğuna inanmalı, laqeydliklərini kənara qoyaraq, özlərinin və yaxınlarının sağlamlığını qorumaq naminə tibbi maskalardan istifadə etməlidirlər. Nəzərə alaq ki, maskalar ayrılıqda burun, ağız və qulaq aksesuarı deyil. O, bir qoruyucu vasitədir. Maskalardan istifadə etmək qarşılıqlı qoruyucu funksiyanı yerinə yetirir. Ondan düzgün şəkildə istifadə etməklə, həm özümüzü, həm də qarşıdakı insanı qorumuş olacağıq”.

    İnsanlara virusun yayılmasının qarşısını almaq üçün digər tövsiyələrini də verən həkim əlavə edib ki, insanlar COVİD-19-un əlamətlərini müşahidə etdikdə həkimə müraciət etməlidirlər. Həkim tövsiyəsi və nəzarəti olmadan müalicənin aparılması zərərli nəticə verə bilər:

    “Xəstəliyin əlamətlərini müşahidə etdiyimiz zaman sahə həkimini bundan xəbərdar etməyiniz, dərhal qeydiyyata alınmanız, həkimin nəzarəti ilə müalicəyə başlamanız lazımdır. Koronavirus qrip ailəsinə aid olan virusdur, onlar bakteriyalardan fərqli olaraq, hüceyrə ətrafında olmur, o, hüceyrənin daxilinə sirayət edə bilir. Buna görə də bu virusun kor-koranə müalicə edilməsi ağır fəsadlara səbəb ola bilər. Virusun müalicəsi üçün özbaşına qəbul edilən dərmanlar immuniteti aşağı sala bilər. Virusa qalib gəlmək üçün qidalanma da düzgün olmalıdır. İnsanlar immunitetlərini qaldıran qidalardan – ət, qatıq, qaymaq, xama, ayran, şor, yağ, bal, kələm, ispanaq, cəfəri, soğan, sarımsaq, keşniş, şüyüd, kələm, meyvə və giləmeyvələrdən, tərəvəzlərdən istifadə edə bilərlər. Təbii meyvələrdən kompot hazırlamaqla da ondan istifadə etmək olar. Qıcıqlandırıcı, qızardılmış, konservləşdirilmiş qidalardan uzaq durmaq lazımdır”.

    M.Əsgərov bildirib ki, virusların orqanimzdən çıxmasına şərait yaradan çoxlu su da qəbul edilməlidir. Çünki maye nə qədər çox qəbul edilərsə, onun durulaşaraq orqanizmdən xaric edilməsinə şərait yarana bilər. Bu səbəbdən günün müxtəlif, xüsusilə gündüz saatlarında su qəbul edilməlidir. Qidalanma ilə yanaşı, insanlar özlərini psixoloji baxımdan da gərgin hiss etməməlidirlər:

    “Bu, sizə daha çox xeyir gətirəcək. Bu xəstəlik ətrafımızda olduğundan ona yoluxma riski böyükdür. Amma özünüzü qorxutmayın. Bu virus da digər viruslar kimi bir virusdur, sadəcə olaraq, onun kontagiozluğu bir qədər artıqdır. Bundan qorunmaq üçün psixoloji baxımdan da gərgin olmayın. Əmin olun ki, yoluxsanız belə, bu xəstəliyə qalib gələcəksiniz. Bunun üçün də yoluxmamaqdan ötəri hansı vacib addımlar varsa, onları etməliyik. Digər tərəfdən, “evdə qalın” o, demək deyil ki, qapını, pəncərəni bağlayıb evdə oturun. Evinizin eyvanına çıxın, nəfəslikləri açın, otağınızın havasını tez-tez dəyişin. Bununla yanaşı, bu virusun mövcudluğuna inanın! Gözəgörünməyən düşmənlə mübarizə aparmağın yolu özünə, vətəndaşlara, dövlətinə inanmaq, hər kəsin qaydalara əməl etməsi, laqeydliyi aradan götürmək, həmrəylik nümayiş etdirməkdir”.

  • Türkiyədə maska taxmayanlar 900 lirə cərimələnəcək

    Sabahdan etibarən Türkiyədə maska taxmayanlar 900 lirə – təxminən 230 AZN məbləğində cərimələnəcək.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Artıq bu barədə bölgələrin rəsmi qurumlarına təlimat göndərilib.

    Vətəndaşlara pul cəzası barədə xəbərdarlıq edilib.

  • Manatın sabaha MƏZƏNNƏSİ

    Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 23.06.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

  • Bakıda bir gündə dörd nəfər intihara cəhd etdi

    Bakıda iki həftəlik sərt karantin rejiminin ilk günündə Daxili İşlər Nazirliyinin paytaxt bölmələri tərəfindən dörd intihara cəhd hadisəsi qeydə alınıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    İyunun 21-də Binəqədi rayonunda 1966-cı il təvəllüdlü Rafiq Əliyev qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Vəziyyəti ağır olan kişi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, intihara cəhdə səbəb kimi onun depressiyaya düşməsi göstərilir.

    Səbail rayonu Niyazi küçəsində, 3 nömrəli evin qarşısında 1979-cu il təvəllüdlü Neftçala sakini Fizuli Əliyev sərxoş halda intihara cəhd edib. O, venalarını kəsib, ancaq 9-cu Polis Bölməsinin əməkdaşları ilə aparılan profilaktik söhbətdən sonra lazımi tibbi yardım göstərilməsinə icazə verib.

    Nizami rayonunda məişət zorakılığının qurbanı intihara cəhd edib. Qara Qarayev prospektində yaşayan 1998-ci il təvəllüdlü T.Əlizadə əri və qayınanası ilə münaqişədən sonra həb qəbul edib. Bu barədə polisə zərərçəkənin anası xəbər verib.

    Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 1990-cı il təvəllüdlü G.Hüseynova Rəsul adlı tanışı ilə mübahisədən sonra intihara cəhd edib. O, dərman qəbul elədikdən sonra 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Bütün bu faktlar ərazi polis idarələri tərəfindən araşdırılır. Qeyd edək ki, daha iki dərman və kimyəvi məhlulla zəhərlənmə hadisəsi qeydə alınıb. Ancaq bu hallarda intihara cəhd edildiyi hələ sübut olunmayıb.

    Tanınmış psixiatr və Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Fuad İsmayılov daha öncə bildirmişdi ki, Azərbaycanda xüsusi karantin rejimi dövründə bir çoxlarında narahatlıq və aqressivlik müşahidə olunur.

    Belə şəxslərdə narahatlıqla bağlı pozğunluqlar, evdə daimi qalmaqla əlaqəli güclü qıcıqlanma, depressiya, halsızlıq, passivlik aşkarlanır. Əksər insanların bu və ya digər formada uyğunlaşma pozğunluğu var.

    Mütəxəssislər bir çox insanın karantindən sonra ruhi pozğunluqlarla qarşılaşacağını gözləyirlər. Bu səbəbdən ekspertlər vətəndaşların minimum mənfi nəticələrlə normal həyata qayıtmasına kömək etməyə hazır olmalıdırlar.

  • Yanğın təhlükəsizliyi qaydalarına riayət etməyənlər hüquqi məsuliyyətə cəlb olunacaq – RƏSMİ

    İsti havalarda biçilmiş taxıl sahələri və ya onlara yaxın ərazilərdə kolluqları yandırmaq, söndürülməmiş siqaret kötüklərini atmaq ərazilərdə meşə zolaqlarının alışmasına və böyük maddi itkilərə gətirib çıxara bilər.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, əhalinin ərzaq təminatında mühüm rol oynayan dənli və texniki bitkilərin yetişdirilməsi və tədarükünə xüsusi diqqət göstərilməlidir. Bu səbəbdən də respublikamızda daim sözügedən sahənin inkişafına xüsusi diqqət ayrılır:

    “Xüsusən taxıl tədarükünün artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı daim ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul edilir. Dənli, texniki bitkilərin və taxıl tədarükünün artırılması ilə bağlı ən vacib vəzifələrdən biri də bu strateji əhəmiyyətli məhsulların yanğından mühafizəsidir.

    Bunun üçün bu dənli texniki bitkilərin biçini, daşınması və saxlanılması dövründə yanğın təhlükəsizliyi qaydalarına vaxtında və düzgün əməl olunmalıdır. Bu məqsədlə FHN-in müvafiq qurumları yanğın təhlükəsizliyi qaydaları barədə fermerlər və digər aidiyyəti şəxslərin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.

    Fermerlər və təsərrüfat rəhbərləri tərəfindən taxıl sahələrinin yaxınlığından keçən avtomobil yollarının kənarının şumlanması, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında yanğından mühafizə tədbirlərinin görülməsi, biçində istifadə olunan texnikanın istismar qaydalarına riayət olunması və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi istiqamətində addımlar atılmalıdır”.

    Məlumatda o da qeyd olunub ki, cavabdeh şəxslər ərazidə yerləşən su mənbələrini əvvəlcədən müəyyən edərək, yanğın avtomobillərinin yaxınlaşıb su götürməsi üçün lazımi şərait yaratmalıdırlar, əks təqdirdə qanunamüvafiq qaydada hüquqi məsuliyyətə cəlb olunacaqlar:

    “Əkin sahələri arasında yanğına qarşı məsafələrin gözlənilməsi və zəmi ətrafının şumlanması kimi vacib yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalıdır. Bu qaydalara əməl olunmaması yanğın hadisələrinin baş verməsinə və şiddətlənərək geniş sahələrə yayılmasına şərait yaradır. Dənli və texniki bitkilərin biçilmiş sahələri şumlanmalıdır.

    Vətəndaşlar bilməlidirlər ki, biçilmiş sahələri və ya onlara yaxın ərazilərdə kolluqları yandırmaq, söndürülməmiş siqaret kötüklərinin tullantıları, nəzarətsiz qalan tonqallar və digər alovla ehtiyatsız davranış halları ekologiyaya ziyan vurmaqla yanaşı, qonşu zəmilərin, meşə zolaqlarının alışmasına və böyük maddi itkilərə gətirib çıxarır.

    Yanğın hadisələrində günahkar şəxslər qanunda nəzərdə tutulmuş qaydada hüquqi məsuliyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq, ot-taxıl biçini mövsümündə əkin sahələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması üçün fermer və təsərrüfat rəhbərləri, eləcə də, hər bir vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirməli, bu strateji əhəmiyyətli məhsulun yanğından qorunmasını təmin etməlidir”.

  • Torpaq yollarla rayonlara keçmək istəyən sürücülər necə müəyyənləşdiriləcək? – RƏSMİ

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan torpaq yollarla rayonlara və ya rayonlardan adıçəkilən ərazilərə keçməyə cəhd edənlərin qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi texniki vasitələri işə salıb.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

    Onun sözlərinə görə, artıq həmin ərazilərdəki karantin postları istiqamətində olan yollarda müşahidə kameraları və digər texniki vasitələr fəaliyyət göstərir:

    “Karantin postları istiqamətindəki yollar artıq həmin texniki vasitələrlə nəzarət altındadır, müşahidələr aparılır. Karantin postu istiqamətində hərəkət edən və karantin postundakı kameralarda görünməyən avtomobillər texniki vasitələrlə müəyyən ediləcək və həmin avtomobilin torpaq yollarla postu gizli keçdiyi aşkarlanacaq. Həmin avtomobillər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar. Ona görə də sürücülərə tövsiyə edirik ki, karantin postundan kənar torpaq yollarla rayonlara və ya rayonlardan sərt karantin tətbiq edilən ərazilərə keçməyə cəhd etməsinlər. Əks halda həmin hərəkət iştirakçısı müəyyən edilərək məsuliyyətə cəlb olunacaq”.

  • На карантинных постах больше не будет пробок – новая технология проверки

    Дорожная полиция начала проверять водителей, подъезжающих к карантинным постам, при помощи новой специальной техники.

    Как передает Median.Az со ссылкой на Publika.Az, на планшетах, имеющихся у патрулей дорожной полиции, установлено новое приложение, которое может в течение всего лишь трех секунд показать, имеет разрешение водитель или нет. Все, что нужно сделать – это показать на расстоянии удостоверение личности.

    Отмечается, что новая технология поможет сократить количество заторов на дорогах, где установлены карантинные посты, упростит работу сотрудников полиции, предоставив им возможность проводить безконтактную проверку, что в свою очередь безопасно и для водителей в период специального карантинного режима.

  • Rəsul Quliyevin bacısı koronavirusdan vəfat etdi

    Eks-spiker Rəsul Quliyevin bacısı koronavirusdan dünyasını dəyişib.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, 80-dən artıq yaşı olan Ceyran xanım səhhətində yaranmış narahatlıqdan sonra COVİD-19 testindən keçib və nəticə pozitiv olub. Həkimlərin və yaxınlarının səyinə baxmayaraq, C.Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.

  • Gəncədə sosial məsafə belə qorunur – Hər kəs bu fotodan danışır

    Gəncədə bankların birinin önündə çəkilən foto geniş müzakirələrə səbəb olub.

    Bankın önündə sosial məsafə qaydalarına riayət olunub.

    Müştərilən masalarda oturaraq, növbələrini gözləyib.

    Böyük maraqla qarşılanan fotonu təqdim edirik: